Bazar günü günü, 15 noyabr 2026
     

Orta məktəblərimizdə “Ortaq türk tarixi” ayrıca fənn kimi, ya fakültativ məşğələ kimi...

Image


Əjdər Ağayev: “Hesab edirəm ki, bu fənn fakültativ deyil, müstəqil fənn olaraq tədris edilməlidir”    
Hafiz Cabbarov: “Bu, məcburi keçilən fənn olmalıdır və onun tədrisi türkdilli dövlətlərin siyasi, iqtisadi, mədəni birliyi üçün ən vacib addımlardan biridir”

 

Milli soykökümüzə qayıdışı sürətləndirən amillərdən biri türk tarixini dərindən öyrənib mənimsəməmizdən keçir desək, yəqin ki, səhv etmərik. Türk respublikaları müstəqillik əldə etdikdən sonra qarşıda duran ilk əsas işlərdən biri ortaq türk tarixinin, ortaq türk ədəbiyyatı, dili və mədəniyyətinin öyrənilməsi, tədrisi məsələsi idi. “Ortaq türk tarixi” kitabının hazırlanması və bütün türk dövlətlərində tədris edilməsi məsələsi müzakirə edilirdi.

Bildirək ki, artıq Türkiyənin Təhsil Nazirliyi Türk Şurasına üzv ölkələrin hamısında tədris olunacaq “Ortaq türk tarixi” dərsliyini nəşr edib. Qeyd edək ki, Türk Şurası təhsil nazirləri 2014-cü il noyabrın 22-də Türkiyənin Əskişəhər şəhərində keçirdikləri toplantıda üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanmasını qərara almışdılar. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılmışdı.

Kitabın yazılması təşəbbüsünü isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürmüşdü. “Ortaq türk tarixi” dərsliyi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanda tədris ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyindən yerli mətbuata verilən məlumata görə, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq türk tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb: “Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər". Fənnin 8-ci sinifdə tədris ediləcəyi planlaşdırılır.

Qeyd edilənə görə, Türkiyənin Milli Təhsil Nazirliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası gələn ildən orta məktəblərdə könüllülük əsasında ortaq türk tarixinin tədris ediləcəyini bildirib.

Nazirliyin “Ortaq türk tarixi”nin ümumtəhsil məktəblərində ayrıca fənn kimi deyil, “fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər” fikrini ekspertlər elə də müsbət qarşılamırlar. Ekspertlər hesab edir ki, “Ortaq türk tarixi” ayrıca bir fənn kimi keçilməlidir. Onlar hesab edirlər ki, şagirdlər, gənc nəsil xalqımızın tarixini dərindən bilməli, öyrənməlidir. Ekspertlərin bildirdiyinə görə, Sovet dövründə türk xalqının tarixinin öyrənilməsinə qarşı ciddi qadağalar mövcud idi və bu səbəbdən də ortaq türk tarixi öyrənilməyib. Bu gün isə türk dövlətlərinin müstəqil olduğunu deyən ekspertlər bildirirlər ki, “Ortaq türk tarixi” fakültativ məşğələ kimi deyil, müstəqil fənn kimi tədris edilməlidir.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Ortaq türk tarixi” müstəqil fənn kimi yuxarı sinif şagirdlərinə tədris edilməlidir: “Mənə elə gəlir ki, nazirlik tədris planında fənlərin çox olması ilə əlaqədar olaraq “Ortaq türk tarixi”nin fakültativ məşğələ kimi keçiriləcəyini deyir. Elə fənlər var ki, onlar qeyri-fənlərlə əlaqəli şəkildə də tədris oluna bilər. Ancaq biz əgər türk birliyi yaradırıq, ortaq türk tarixini, ədəbiyyatını, mədəniyyətini aşkarlayıb ortaya çıxarırıqsa, “Ortaq türk tarixi” fənni ayrıca tədris edilməlidir. Bu gün bizim gənclərimiz türk tarixini öyrənməkdə maraqlıdırlar. Gənclər istədikləri vaxt türk dövlətlərində təhsil ala, işləyə bilirlər. Türk dövlətlərində təhsil almaq, işləyə bilmək üçün o respublikaların tarixini, mədəniyyətini öyrənib bilsinlər. Bu bilgilərə yiyələnmək baxımından da “Ortaq türk tarixi” dərsliyinin böyük əhəmiyyəti var. Bu baxımdan da hesab edirəm ki, bu fənn fakültativ deyil, müstəqil fənn olaraq tədris edilməlidir. Bu fənn aşağı siniflərdə olmasa da, 8-ci, 9-cu, 10-cu və 11-ci siniflərdə tədris edilə bilər. Yəni bu siniflərdən birində tədris edilməlidir. Çünki artıq şagirdlərdə özünüdərk prosesi gedir, milli kimliyimizlə, tariximizlə dərindən maraqlanırlar. Onlar bilmək istəyirlər ki, dünyada neçə türk dövləti var, türk xalqları kimlərdir və s. Onlar öyrənməlidirlər ki, türk xalqlarının tarixi, mədəniyyəti, dili birdir, eyni mənbədən gəlir, lakin sonradan coğrafi sərhədlər yaranıb və xalqımız ayrılıb. Mən özüm istəyərdim ki, “Ortaq türk tarixi” fakültativ məşğələ kimi yox, tədris fənni kimi təhsilimizdə oturuşsun. Ona görə ki, real vəziyyətə baxanda orta ümumtəhsil məktəblərinin bir çoxunda mövcud tədris fənlərinin özü arzuedilən səviyyədə tədris olunmur, o da qalsın fakültativ məşğələ. Bizdə fakültativ məşğələyə biganə yanaşılır. Əgər biz tariximizi öyrədiriksə, onun tədrisinə biganə yanaşmamalıyıq”.

Ə.Ağayev qeyd etdi ki, digər tərəfdən də “Ortaq türk tarixi” dərsliyinin mükəmməl yazılması və onu tədris edən kadrların hazırlanması vacib məsələlərdən biridir.  “Dərslik hardasa hər şeyi əhatə etməyə bilər. Lakin hər şeyi əhatə edən müəllim olmalıdır. İlk növbədə “Ortaq türk tarixi” fənnini tədris edən müəllimin özünü hazırlamaq lazımdır. Düşünürəm ki, bu məsələyə ciddi yanaşılmalıdır. Bu fənnin tədrisinin siyasi, iqtisadi, mənəvi, dövlətçilik əhəmiyyəti var. Buna biganə yanaşmaq olmaz və ona ciddi yanaşılmalı və tədris planında oturdulmalıdır. Peşəkar kadrların hazırlanması da öz yerində” - deyə professor Ağayev bildirdi.

Tarixçi-alim Hafiz Cabbarovun fikrincə də “Ortaq türk tarixi” fakültativ məşğələ kimi deyil, müstəqil fənn kimi tədris edilməlidir: “Hər bir türkdilli dövlətin özünün kurikulumu-tədris proqramı var. Əvvəlcədən türkdilli dövlətlərin tədris proqramında “Ortaq türk tarixi” fənni olmadığına görə, yəqin ki, bu dərsliyin tədrisini mərhələli şəkildə həyata keçirəcəklər. Bu fənn fakültativ olsa da, məcburi keçiləcək, yəni 8-ci sinifdə oxuyan bütün şagirdlər bu dərsdə məcburi oturacaq. Burada şagirdə seçim imkanı verilməyəcək. Hesab edirəm ki, gələcəkdə hər bir ölkə üzrə yeni kurikulum proqramı hazırlanar və bu proqrama “Ortaq türk tarixi” fənni də salınar, bu, müstəqil fənn kimi tədris edilər. Mənim fikrimcə, “Ortaq türk tarixi” orta ümumtəhsil məktəblərində müstəqil fənn kimi tədris edilməlidir. Bu fənnin tədrisi çox vacibdir. Tarixi keçmişimizi, mədəniyyətimizi, dilimizi daha yaxından öyrənmək, təbliğ etmək üçün bu vacibdir. Bu, məcburi keçilən fənn olmalıdır və onun tədrisi türkdilli dövlətlərin siyasi, iqtisadi, mədəni birliyi üçün ən vacib addımlardan biridir. Fikrimcə, gələcəkdə bu fənnin tədrisi planlı şəkildə həyata keçiriləcək”. 

“Ortaq türk tarixi” fənnini tədris edən müəllim kadrlarının hazırlanmasına gəlincə, H.Cabbarov qeyd etdi ki, həm Azərbaycan Dövlət Pedaqoji Universitetində, həm Bakı Dövlət Universitetində, həm də digər ali məktəblərdə türkdilli xalqların tarixi tədris edilir. O hesab edir ki, hazırda bu sahədə ixtisaslı kadrlar var: “Ali məktəblərdə “Türk tarixi” fənni keçilir. Yəni bu adda kafedra fəaliyyət göstərir və ixtisaslaşma var. Biz tarix fənninin içində “Türk xalqlarının tarixi” adlı fənni də keçirik, tələbələr bu ixtisasa yiyələnirlər. Ona görə də Azərbaycanda “Ortaq türk tarixi” fənninin tədrisi sahəsində kadrlarla bağlı çətinliklər olmayacaq. Çünki bizdə ali məktəblərlə yanaşı, orta məktəblərdə də türk xalqının tarixinin öyrənilməsinə çox böyük əhəmiyyət verilib. Ola bilsin, Qazaxıstanda, Qırğızıstanda belə bir çətinlik olsun. Ona görə ki, onlar bütün türkdilli xalqların tarixini tədris etmirlər, bəzilərini tədris edirlər. Azərbaycanda isə bütün türkdilli xalqların tarixinə aid ya ayrıca paraqraf var, ya da  bir bölmə içində türkdilli xalqların tarixi öyrənilir”.     

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ