Bazar günü günü, 15 noyabr 2026
     

Cəmiyyətdə narazılıq doğurmuş yeni uşaq adları siyahısının rəsmi quruma aidiyyəti yoxdur

Image


Sayalı Sadıqova: “Təqdim edilən adlar siyahısından Adlar və Soyadlar Komissiyasının xəbəri yoxdur, biz bu siyahını təkzib edirik”
“Bu məlumatın kim tərəfindən verildiyini araşdırırıq”

 

Son zamanlar mətbuatda yeni doğulan uşaqlara verilən adların siyahıları açıqlanır. Bəzən bu adlar sırasında elə əcaib-qəraib, heç bir məna kəsb etməyən isimlərə rast gəlirik ki, onların dövlətin rəsmi qurumları tərəfindən hansı əsaslarla təsdiqləndiyinə təəccüb edirik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, yeni doğulan körpələrə qoyulan adlar milli olmalıdır. Bundan başqa, qoyulan adlar, mütləq mənada, konkret məna kəsb etməli, onun mənşəyi bilinməlidir.

“Report” saytı Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən bir qisim adların siyahısını dərc edib. Saytın təqdim etdiyi adlar siyahısında Fəhmil, Fərhan, Fəridəddin, Fəsaləddin kimi kişi, Fabiyə, Faimə, Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə, Fatmabadam, Faya, Fəqamət, Fəqannisə, Fəqumə, Fələk, Fənar, Fəsanə, Fəvranə, Fiqurə, Filyar kimi qadın adları yer alıb.

“Valideynlər Girami, Göylər, Göyruh, Göysaf, Güliddin kimi kişi, Gaviyə, Gəlingül, Gənçay, Gərəkməz, Gilənaz, Giləbacı, Giləxanım, Giləzər, Görgün, Göygöz, Gözəlçə, Gülab, Gülaçar, Gülağız, Gülavuş, Gülerkən, Güləş, Gürzəbəyim kimi qadın adları da qoya bilərlər. Adlar siyahısında Hadis, Hafiq, Hakif, Halik, Havasət, Heybətulla, Həmrah kimi kişi, Həmra, Hərgül, Hərifə, Həzarə, Hurə, Hürzad, Hüveyda, Hübubət, Hüzürə kimi qadın adları da qeyd olunub.

Körpələrə Xanbudaq, Xangiz, Xanqalı, Xanzər, Xası, Xeyirbəy, Xəyyad, Xislət, Xilqət, Xudadad, Xudan, Xudanəzər, Xuday, Xuduş kimi kişi, Xalani, Xallınur, Xamirə, Xanana (Böyük ana), Xanı, Xatimə, Xabirə, Xəyalət, Xırdapay, Xonça, Xubu, Xurazar kimi qadın adları da qoyula bilər” - deyə məlumatda vurğulanıb.

Onu da vurğulayaq ki, təqdim edilən adların siyahısının hansı mənbə tərəfindən tərtib edildiyi, KİV-lərə təqdim edildiyi qeyd edilmir.

Mediada yer alan son adlar siyahısına baxdıqda adam həqiqətən də bir sıra suallar qarşısında qalır. Təqdim edilən adların, demək olar ki, hamısı mənşəyi, mənası bilinməyən adlardır. Məsələ bizi maraqlandırdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova ilə əlaqə saxladıq. S.Sadıqova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qurum tərəfindən belə bir siyahı açıqlanmayıb və bu bir təxribatdır: “Son zamanlar mətbautda yeni doğulan körpələrə qoyulan adlarla bağlı müxtəlif siyahılar dərc edilir. Bunun heç bir əsası yoxdur. Onlar bu siyahını hardan alırlar, anlaya bilmirəm? Kimin ağlına nə gəlir, o adı tərtib edir və yayır. Bir vaxtlar yazırdılar ki, oğlanlara Zeynəb adı qoyulub. Bu məlumatı Ədliyyə Nazirliyi araşdırdı, yalan olduğunu üzə çıxardı və onu yayan sayt da cərimə olundu. Anlaya bilmirəm, biz hər gün təxribatla məşğul olan adamları nəzarətə götürməliyik? Son siyahıya gəlincə, hazırda biz bu məlumatın haradan götürüldüyünü araşdırırıq və onu ilk yayan saytı tapa bilmirik. Bu siyahını yayan saytlarla əlaqə saxlayıb demişik ki, mənbəni açıqlayın, əks halda məhkəmədə görüşəcəyik. Təqdim edilən adların hamısı qondarma adlardır, onların heç bir mənası yoxdur. Camaatı çaşdırmaqla məşğul olurlar. Təqdim edilən adlar siyahısından Adlar və Soyadlar Komissiyasının xəbəri yoxdur, biz bu siyahını təkzib edirik. Bu məlumatın kim tərəfindən verildiyini araşdırırıq. Ancaq bizim komissiya belə bir açıqlama yaymayıb. Bu xəbər tərəfimizdən təkzib olunur”.

S.Sadıqova deyir ki, uşaqlara adlar valideynlər tərəfindən qoyulur və müvafiq qurum tərəfindən təsdiqlənir. Hansı halda Adlar və Soyadlar Komissiyasına  müraciət edildiyinə gəlincə, S.Sadıqovanın sözlərinə görə, valideyn uşağına Azərbaycan dilinə, milli adlar sisteminə aid olmayan adlar qoymaq istəyərkən adın mənşəyini araşdırmağımız üçün qeydiyyat idarəsi bizə müraciət edir: “Məsələn, biri övladına Eduard Kan adı qoymaq istəyir. O halda bizə müraciət edirlər ki, bu adın mənşəyini araşdırın. Yəni komissiyaya qeyri-adi, Azərbaycan dilinə uyğun olmayan adların araşdırılması üçün məktubla müraciət edirlər. Biz də o adların mənşəyinə baxırıq və adın qoyulması məqsədəuyğun deyilsə, “tövsiyə edilmir” yazırıq. Yəni bu adın qoyulmasına qanunla icazə verilmir. Valideyn məhkəməyə də üz tutsa, o adın qoyulmasına nail ola bilmir. Uşaqlara qoyulan bütün adlar qeydiyyat idarələrindən Ədliyyə Nazirliyinə gəlir, Ədliyyə Nazirliyindən isə bizim komissiyaya təqdim edilir. Biz də adları araşdırıb görürük ki, bu adlar düzgün qoyulmuş adlardır. Biz neçə uşağa Sevda, neçə uşağa Aydan, neçə uşağa Aysu adı qoyulub və sair, bunun statistikasını hazırlayıb yayırıq. Bu adlar gözəl adlardır, onlara necə etiraz edə bilərik? Bizim komissiya əsas etibarilə qeyri-adi, bizim dilimizə uyğun olmayan, gülüş doğuran adların uşaqlara verilməsinə etiraz edir. Məsələn, bir valideyn uşağına Miya adı qoymaq istəyir. Biz onun mənşəyini axtarırıq ki, bu Miya nə deməkdir? Elə adlar var ki, onlar gülüş doğurur, uşağa utanc gətirir. Məsələn, valideyn uşağına Xiyarə adı qoymaq istəyir, o adı qeydiyyat idarələrində yazmırlar. Çünki qeydiyyat idarələrində işləyənlərin hamısı savadlı, bu sahədə maariflənmiş insanlardır. Bilirlər ki, bu ad uşağın mənafeyinə xələl gətirəcək, ona həm maddi, həm də mənəvi ziyan vuracaq. Qondarma siyahıda təqdim edilən adların heç biri qeydiyyat idarəsində qeydiyyatdan keçməyib. Hesab edirəm ki, maarifləndirmə işinin aparılmasına ehtiyac var və mətbuatda maarifləndirmə işləri gücləndirilməlidir. Valideyn bilməlidir ki, adların verilməsi ictimai bir hadisədir, xalqın milliliyi, xalqın kimliyidir. Ona görə də adların verilməsi xüsusi nəzarət altında olmalıdır”. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ