Bazar günü günü, 15 noyabr 2026
     

Yenidən təmir-bərpa edilən abidələrimiz bölgələrə turist axınını gücləndirən faktor kimi...

Image


Ənvər Çingizoğlu: “Turistlərin Azərbaycanın bölgələrinə cəlb edilməsində yenidən təmir-bərpa edilən abidələr, türbələr, muzeylər, bir sözlə, mədəni irsimiz çox böyük rol oynaya bilər”
Əkrəm Cabbarov: “Azərbaycanın bölgələrindəki maddi-mədəni irsin hər bir nümunəsi təkcə mədəniyyətimizi, xalqımızı, tariximizi təbliğ etmir, həm də bölgələrə turistlərin gəlməsinə şərait yaradır”

 

Maddi mədəniyyət abidələri hər bir xalqın əsrlər boyu yaratdığı, formalaşdırdığı mədəni irsin tərkib hissəsidir. Mədəni irsə sahib olmayan xalqın qədimliyi də şübhə altına düşür. Azərbaycan xalqı tarix boyu özünün maddi və qeyri-maddi irsini yaradıb və bu tükənməz sərvət  xalqımızın qədimliyini sübut edən əsas faktora çevrilib.

Azərbaycanın mədəni irsi deyəndə qarşımıza minlərlə abidə, yazılı və şifahi ünvan çıxır. Sirr deyil ki, Azərbaycan dövləti milli maddi-mədəni irsimizin qorunması, bərpası, yenidən xalqa və bəşəriyyətə təqdim edilməsi sahəsində çoxsaylı layihə həyata keçirib, işlər görüb.

Onu da qeyd edək ki, son illər paytaxt Bakıda, Bakıətrafı kənd və qəsəbələrdə, eyni zamanda da respublikamızın müxtəlif bölgələrində maddi-mədəni irsimizə daxil olan abidələr kütləvi şəkildə yenidən bərpa edilir. İndiyə qədər ölkəmizdə yüzlərlə abidə, türbə, karvansara, hamam, qədim körpü, dəyirman, məscid və s. restavrasiya olunub. Mədəni irsin qorunması baxımından böyük əhəmiyyət kəsb edən bu amil həm yerli əhaliyə, həm də ölkəmizə gələn xarici turistlərə müsbət təsir edir.

Yalnız 2018-ci ildə Azərbaycan bölgələrində bir neçə tarixi abidə restavrasiya edilərək yenidən həyata qaytarılıb. Ondan əvvəlki illərdə də bir sıra dağılıb məhv olmaq təhlükəsi ilə üzləşən abidə əsaslı şəkildə bərpa edilib. Burada diqqətçəkən məqamlardan biri də odur ki, bu abidələrin bərpası zamanı tarixçi, arxeoloq və etnoqraflar onlarla bağlı elm üçün çox dəyərli məlumatlar əldə ediblər. 

Arxeoloqların bildirdiyinə görə, hər bir abidə bərpa edilərkən orada mütəxəssislərin yaxından iştirakına imkan yaradılır.

2018-ci ilin ilk 3 ayında yenidən həyata qaytarılan abidələrdən biri Qubada yerləşən “Hündür günbəzli hamam”dır ki, yüksək səviyyədə təmir-bərpa olunub. Bu təmir-bərpa işi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilib. Onu da qeyd edək ki, “Hündür günbəzli hamam” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin rəsmi saytında verilən məlumata görə, abidə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunub.

Tarixi abidənin bərpa olunması istiqamətində işlərin başa çatdığını bildirən xidmətin saytında bildirilir ki, ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb, hörgüarası tikişlər təmizlənərək əhəng məhlulu ilə yenidən doldurulub. Hücrələrdə möhkəmləndirmə işləri görülüb, damın səthi torpaq və ot örtüyündən tam təmizlənib, sahə bərpa olunaraq izolyasiya edilib, günbəzə qalxan kərpic pilləkən bərpa olunub. Hamamın fasadında və daxili hissələrində aşınmış kərpiclər bərpa edilib, relyef üzrə səviyyə fərqinə görə perimetr boyu torpaq 50 santimetr dərinliyində qazılaraq hamama daxil olmaq üçün pilləkənlər quraşdırılıb. Otaqların döşəmələri palçıq təbəqəsindən təmizlənərək bərpa olunub, eyni zamanda tavan və divarlar suvaq qatından təmizlənərək ilkin vəziyyətə uyğun bərpa işləri həyata keçirilib. Tarixi abidənin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub. Ərazinin abadlaşdırılması və digər işlər həyata keçirilib.

Mütəxəssislər qeyd edirlər ki, Qubada yerləşən “Hündür günbəzli hamam” XIX əsrdə, Şərq memarlığı üslubunda inşa olunub. Tikintisində bişmiş kərpicdən istifadə edilib. Tarixi abidədə sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.

Mədəni irs üzrə mütəxəssis, tarixçi Əkrəm Cabbarovun sözlərinə görə, bölgələrdə maddi mədəniyyət abidələrinin əsaslı şəkildə təmir-bərpa edilməsi abidələrlə zəngin olan rayonlarımıza turistlərin cəlb edilməsində mühüm rol oynayır. Mütəxəssis bildirir ki, Qubada, Bərdədə, Gəncədə, Qazaxda, Lənkəranda, Naxçıvanda, Göygöldə və başqa rayonların ərazisində yerləşən abidələrin yenidən bərpa edilməsi bölgələrimizin sürətlə inkişaf etməsinə dəlalət edir. O hesab edir ki, bu abidələrin həm qədimliyi, həm də Şərq-türk memarlığı üslubunda inşası, gözəlliyi, qədimliyi turistləri ciddi maraqlandırır. Qubadakı “Hündür günbəzli hamam”ın XIX əsrə aid olduğunu deyən mütəxəssis hesab edir ki, onun 200 ilə yaxın yaşı var və böyük bir tarixə malikdir: “Bu abidənin bərpası həm qubalılar üçün, həm də bura axın edən turistlər üçün əlverişlidir. Turistlər ancaq təbiətin gözəlliyindən, mətbəximizdən zövq almır, onlar həm də tarixi-mədəni abidələrimizə maraq göstərirlər. Maddi-mədəni irs hər zaman turistləri cəlb edir. Azərbaycanın bölgələrindəki maddi-mədəni irsin hər bir nümunəsi təkcə mədəniyyətimizi, xalqımızı, tariximizi təbliğ etmir, həm də bölgələrə turistlərin gəlməsinə şərait yaradır. Məsələn, turist məlumat alır ki, Quba qədim şəhərdir, tarixi çox zəngindir. O bura gələndə ilk olaraq o zənginliyin, qədimliyin sirlərini axatarır. Onlar burada qədim abidələrlə qarşılaşanda artıq xalqımızın tarixi haqqında daha geniş məlumat alırlar. Abidələr hər zaman insanları özünə cəlb edir. Məlumatıma görə, bu hamam ictimaiyyət üçün açıq olacaq, eləcə də turizm, yerli sənətkarlığın inkişafı məqsədilə istifadə ediləcək. Bu müsbət haldır. Bir müddət əvvəl Bərdə türbəsində əsaslı təmir-bərpa işləri başa çatıb. Bu günlərdə ölkə başçısı İlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Sözsüz ki, Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Bərdə rayonundakı türbə və Torpaqqala kompleksi də bu qəbildəndir. Ümumiyyətlə, abidələrin əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə verdiyi böyük dəyərin nümunəsidir. Tarixi kompleksin əsaslı yenidən qurulması, ilk növbədə, zəngin mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində atılan addımların ardıcıl olduğunu göstərir. Bu layihənin icrası, eyni zamanda, bölgələrimizin qədimliyini, tarixi, dini, mədəni abidələrlə zənginliyini dünyaya çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır, turistləri ölkəmizə cəlb etmək nöqteyi-nəzərindən mühüm rol oynayır. Aranın gözü Bərdədə qədim abidələrin yenidən bərpası Azərbaycanda tarixi, dini, mədəni abidələrin qorunub saxlanaraq, gənc nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. O da məlumdur ki, mədəni irsimizə qayğı ölkəmizin bütün bölgələrində yerləşən abidələri əhatə edir və bu prosesdə islam abidələrinin, onun müqəddəs dəyərlərinin mühafizəsi xüsusi əhəmiyyət daşıyır”.

Alim qeyd edir ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Onun məlumatına görə, türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvari quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəvi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib surətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil. Ehtimal olunur ki, Elxanilər sülaləsindən olan bir şəxs üçün inşa edilib.

Qeyd edək ki, uzun illər baxımsız vəziyyətdə olan türbənin bərpasına ötən əsrin 60-cı illərində başlanıb, lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.

Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib.

Tədqiqatçı, etnoqraf Ənvər Çingizoğlu da hesab edir ki, bölgələrdə maddi irsin hərtərəfli qayğı ilə əhatə olunması müsbət haldır. Onun sözlərinə görə, bu abidələrin yenidən ictimaiyyətə təqdim edilməsi bu ərazilərə turistlərin kütləvi şəkildə cəlb edilməsinə şərait yaradır: “Turistlər Azərbaycanın bölgələrinə böyük maraq göstərirlər. Düşünürəm ki, Bərdənin bu abidələri də özlərinə çoxlu sayda turist cəlb edə biləcək. Ümumiyyətlə, bölgələrə turist axınının təşkil edilməsi çox vacib haldır. Bu iş də həyata keçirilir. Turistlərin Azərbaycanın bölgələrinə cəlb edilməsində yenidən təmir-bərpa edilən abidələr, türbələr, muzeylər, bir sözlə, mədəni irsimiz çox böyük rol oynaya bilər”. .

Ə.Çingizoğlu qeyd etdi ki, təkcə ötən illərdə Gəncədə 150-dən artıq tarixi abidənin bərpa olunması bu ərazinin mədəni, etnoqrafik, arxeoloji turizm üçün əlverişli olduğunu göstərir. Etnoqrafın sözlərinə görə, Gəncədə aparılan yenidənqurma işlərində önəmli yerlərdən birini də tarixi abidələrin əsaslı təmir və bərpası tutduğunu deyən Ə.Çingizoğlunin bildirdiyinə görə, Gəncədə mövcud olan müxtəlif dövrlərə aid tarixi tikililər bərpa edilib. O bildirdi ki, tədqiqatlar zamanı əldə edilən məlumatlara görə, Gəncədə eramızdan əvvəl 2-ci minillikdən ta müasir dövrə qədər abidələr var ki, onlardan da bəziləri dünya mədəni irs siyahısına salınıb: “Bu abidələrin bir qismi şəhər, bir qismi respublika, bir qismi isə dünya əhəmiyyətli abidələrdir. Bu şəhərdə Səfəvilər dövrünə aid abidələr də böyük qayğı ilə əsaslı şəkildə bərpa edilir. Şah Abbas dövrünə aid Cümə məscidi və Karvansaray kimi tarixi abidələrdə irimiqyaslı işlər aparılır. XVIII-XIX əsrlərə aid yaşayış binaları da bərpa olunur. Burada Aran memarlıq üslubu yaşadılır. Özü də bu abidələr bərpa edilərkən qədimliyi mütləq saxlayırlar. Bildiyim qədər, Gəncə şəhərində yerləşən Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il yekunlaşacaq. Deyim ki, şəhər karvansaraları qrupuna daxil olan bu binanın tikintisinə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanıb. Karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin böyük memarlarından olan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpicdən inşa olunmuş karvansara iki mərtəbədən ibarətdir. Bir əsas məqamı diqqətinizə çatdırım ki, karvansara vaxtilə erməni terroruna məruz qalıb. Bilirik ki, ermənilər bizim mədəni irsimizə qarşı həm mənəvi, həm də fiziki terror həyata keçiriblər. 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğınlar zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb. Sonradan abidədə də bərpa işləri həyata keçirilib. Turistlər bura gələrkən mütləq mənada abidənin tarixindən danışanda onlara erməni terroru haqqında da məlumat verilməlidir ki, onların dağıtdığı saysız abidə sırasında bu karvansara da var”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ