Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın ədəbiyyat və incəsənət muzeylərində saxtakarlıq ziyarətçiləri bezdirib...

Image


Aydın Xan Əbilov: “Ermənilər əsasən ona görə muzeylərə getmirlər ki, onlar övladlarına saxta erməni tarixini, ədəbiyyat və incəsənətini öyrətmək, tanıtmaq istəmirlər”
Ənvər Çingizoğlu: “... ac-yalavac bir toplumun nəyinə gərəkdir?”

 

Ermənistan cəmiyyətində baş verən bütün neqativ hallarla bağlı, demək olar ki, bu ölkənin mediasında hər gün kifayət qədər məlumat yer alır. Bu ölkə təkcə siyasi və iqtisadi böhranla üzləşməyib, eyni zamanda da mədəniyyət və humanitar sahədə də ciddi tənəzzül yaşayır. Ermənistan KİV-lərinin yazdığına görə, son illər bu ölkənin mədəniyyət ocaqlarına, xüsusən də ədəbiyyat və incəsənət, tarix muzeylərinə əhalinin marağı kəskin surətdə azalıb. Məlumatlara görə, Ermənistan əhalisi muzeylərə getmir.

Ermənistan vətəndaşlarının muzeylərə getməməsinin səbəbi nə ilə bağlıdır? Mövcud reallıq bu ölkənin əhalisinin hədsiz yoxsul vəziyyətdə olması ilə əlaqədardır, yoxsa artıq əhali bu muzeylərdə yerləşdirilən eksponatların saxta tarixi əks etdirdiyini anladığı üçün bu məkanlara getməkdən imtina edir?

Mövzunu şərh edən ekspertlərin qeyd etdiyinə görə, Ermənistan əhalisinin muzeylərdən üz döndərməsinin kökündə bir sıra amillər durur.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, bu gün Ermənistan əhalisi o qədər acınacaqlı vəziyyətdə yaşayır ki, onları mədəniyyət yox, qarınlarını doyuracaq çörəyi necə əldə etmək maraqlandırır: “Bilirsiniz ki, hazırda Ermənistan böhran və səfalətin hökm sürdüyü bir ölkədir. Ermənistan əhalisinin fikri-xəyalı sosial rifahını düzəltmək, normal dolanışığa nail olmaqdır. Burada əhali olduqca kasıb vəziyyətdə yaşayır. Onların mədəniyyət haqqında düşünməyə vaxtları, maraqları, ədəbiyyat, incəsənət, tarix muzeylərinə getməyə pulları yoxdur. Artıq Ermənistan cəmiyyəti anlayır ki, mövcud hakimiyyət onların sosial rifahı haqqında düşünmür və muzeyləri saxta eksponatla doldurmaqla xalqa yalançı tarix sırıyırlar. Ermənistan muzeylərində bir dənə də olsun erməni tarixi ilə bağlı eksponat yoxdur. Bu muzeylərdə yerləşdirilən eksponatlar ordan-burdan oğurlanaraq respublika muzeylərində nümayiş etdirilir. Erməni xalqı yaxşı anlayır ki, onlara aid olmayan eksponatlar gərəksizdir. Ümumiyyətlə, tarixə baxsaq görərik ki, ermənilərin nə ədəbiyyatı, nə mədəniyyəti, nə musiqisi, nə musiqi alətləri, nə tarixləri, nə də mətbəxləri olub. Onların təqdim etdiyi nə varsa, hamısı başqa xalqlara aiddir. Hazırda Ermənistan muzeylərində Qərbi Azərbaycanın yerli, aborigen türk xalqının mədəniyyətinə, tarixinə, arxeologiyasına, incəsənətinə aid minlərlə eksponat var. Erməniyə məxsus olmayan eksponatların muzeylərdə yerləşdirilməsi əhalidə narazılıq yaradır. Tarixən heç bir dövləti olmayan, onun-bunun himayəsində yaşayan bir xalqın mədəniyyəti necə formalaşa bilər ki? Onların dövlətçilik tarixinin yaşı çox azdır. Bu millətin də dövləti Azərbaycan torpaqları üstündə qurulub. Bu baxımdan, onların özlərinin heç nəyi yoxdur. Əhalinin ədəbiyyat, incəsənət muzeylərindən üz çevirməsinin səbəblərindən biri onların sosial vəziyyətinin aşağı olması, digər tərəfdən isə muzeylərdə saxta, qondarma tarixi əks etdirən eksponatların yerləşdirilməsidir. Xalqı saxtakar əməllərlə həmişə aldatmaq olmur. Erməni xalqı deyir ki, bizə saxta mədəniyyət, qondarma tarix yox, çörək, dolanışıq ver. Onların bu tələbini də mövcud Ermənistan hakimiyyəti yerinə yetirə bilmir, xalqın başını başqa şeylərlə qatır”.

A.X.Əbilovun bildirdiyinə görə, Ermənistandan fərqli olaraq, Gürcüstanda və Azərbaycanda əhali heç zaman muzeylərə getməkdən imtina etməyib. Ermənistanda “Matendaran” və digər muzeylərdə saxlanan eksponatların, əlyazmaların, alətlərin, arxeoloji nümunələrin türk mədəniyyətinə mənsub olduğunu bildirən kulturoloqun qənaətinə görə, Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğal etdikdən sonra burada bizə məxsus eksponatları öz muzeylərinə daşıyıb: “Erməni xalqı yaxşı bilir ki, muzeylərdəki eksponatların onların tarixi, mədəniyyəti ilə əlaqəsi yoxdur. Ermənistan torpaqlarımızı işğal etdikdən sonra rayonlarımızdan apardıqları eksponatların hamısını o muzeylərdə yerləşdirib. Qarabağ tarixinə aid olan eksponatla ermənilərin nə əlaqəsi var? Ümumiyyətlə, dünyada müharibələr zamanı maddi mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, başqa qiymətli muzey əşyaları qənimət kimi götürülsə də, onlar heç zaman işğalçı dövlətin adından təqdim edilməyib, mənsub olduğu ölkənin adı ilə təqdim edilib. Ancaq ermənilər mənimsədikləri hər şeyi saxtalaşdıraraq öz adlarına keçiriblər. Bu da ermənilərə məlumdur. Ermənilər əsasən ona görə muzeylərə getmirlər ki, onlar övladlarına saxta erməni tarixini, ədəbiyyatı və incəsənətini öyrətmək, tanıtmaq istəmirlər. Mahiyyətində saxtakarlıq olan tarix də, ədəbiyyat da, incəsənət də milləti, xalqı uçuruma aparır”.

Tanınmış etnoqraf Ənvər Çingizoğlu isə hesab edir ki, Ermənistan əhalisinin yerli muzeylərə getməməsinin əsas səbəbi toplumun saxtakarlığa qarşı etirazının nümunəsidir: “Mən türk xalqının geniş mənada etnoqrafiyasını araşdırmışam, bu gün də bu sahədə fəaliyyətimi davam etdirirəm. Sahəmə uyğun olaraq başqa xalqların da etnoqrafiyası ilə müqayisəli təhlillər aparıram. Hələ heç bir mənbədə erməni tarixi, mədəniyyəti, mətbəxi ilə bağlı tarixi məlumat yoxdur. Ortada olan məlumatlar isə ermənilərin son 100-150 ildə uydurduqları yalanlardan ibarətdir. Ermənistan muzeylərində erməni mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə aid nə var ki, erməni cəmiyyəti də ona maraq göstərsin. Sovet dövründə ordan-burdan oğurladıqları eksponatları muzeylərə düzürdülər. Muzeylərində, arxivlərində olan sənədlər isə əsasən türk xalqının tarixi ilə bağlı idi. Sonradan bu məlumatların da, demək olar ki, hamısı ermənilər tərəfindən saxtalaşdırıldı. Türk-xristian, türk-müsəlman, qıpçaq mədəniyyətinə, etnoqrafiya və arxeologiyasına, ədəbiyyatına, mədəniyyətinə aid olan eksponatlar erməni adı ilə muzeylərində təqdim edilir. Erməni xalqı da yaxşı anlayır ki, yaşadıqları torpaqlar onlara aid deyil, onlar başqasının torpaqlarında yaşayırlar. Bu əraziyə dünən gələn kiçik bir toplum özünə necə böyük bir mədəniyyət formalaşdıra bilir? Xalqların mədəniyyətinin formalaşması dünənin işi deyil, bu, minillərin işidir. Dağlıq Qarabağda, Laçında, Kəlbəcərdə, digər ərazilərimizdə ermənilər arxeoloji qazıntı işləri aparır, oradan əldə etdiklərini, işğal zamanı muzeylərdən, evlərdən yağmaladıqları əşyaları, eksponatları muzeylərdə yerləşdirirlər. Bu da əhalinin gözü qarşısnda baş verdiyi üçün, başqa xalqın mədəniyyətinə sahib olmaq istəmirlər yəqin ki. Ermənistan hakimiyyəti ilə cəmiyyətin fikirləri üst-üstə düşmür. Hakimiyyət xalqı saxtakarlığa tabe etmək istəyir, onları məcbur edir ki, özlərinə aid olmayan dəyərlərə yiyə dursunlar. Ermənistan əhalisi həm də çox kasıb yaşayır. Orada müəyyən bir qisim əhalinin yaxşı yaşamaq imkanı var, onları da saxtakarlıqla zəngin olan muzeylər yox, başqa ölkələrə getmək maraqlandırır. Bildiyim qədər, Ermənistana turist axını da yoxdur. Əgər ora il ərzində 1-2 faiz turist gəlsəydi, yerli mətbuat bu barədə şişirdilmiş rəqəmlərlə çıxış edərdi. Muzey elə bir sahədir ki, ora saxta, qondarma eksponatlar qoymaq olmaz. Bizim muzeylər o qədər zəngindir ki, bura yerli əhali də, turistlər də güclü axın edir. Ancaq Ermənistan muzeylərində olan eksponatlar əsasən saxtalaşdırılmış materiallardır. Siz deyin, Ermənistanın hansı böyük tarixi şəxsiyyəti var? Belə bir şəxsiyyətləri yoxdur. Qəhrəman saydıqları Andranik də, başqaları da daşnak xislətli işğalçılar olub. Erməni xalqı tarix muzeyinə getsə, onlara xəyanətkar Andranikin qondarma qəhrəmanlıqlarından danışacaqlar, bu da ac-yalavac bir toplumun nəyinə gərəkdir?”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ