Bazar günü günü, 15 noyabr 2026
     

Ürəklərdə yaşayan bayram...

Image


Əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxan ən şən və gözəl bayramlardan biri Novruz bayramıdır. Mart ayının 20-dən 21-nə keçən gecə Novruz bayramı qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlik və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırıb, keçmiş mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif fikirlər irəli sürüb öz dünyagörüşlərinə müvafiq olaraq bu bayrama dini don geyindirməyə çalışıblar.

Əslində Novruz bayramı bir şadlıq, şənlik mərasimi olmaqla türk xalqlarının ənənəvi  mərasimidir ki, bunun arxasında dini mahiyyət daşıyan bir şey yoxdur. Yəni Novruzu müqəddəs dinlə, etiqadla bağlamaq doğru deyil.

Əslində Novruz, hərfi mənada yeni gün deməkdir, yeni nizamın başlanğıcıdır. Belə bir yeniləşmənin başlanğıcı 21 mart gününə təsadüf edir. Bu gündə təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunan və təsdiqlənən bir həqiqətdir.

Qədim dövrlərdən bəri xalqımız Novruzu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. Bəli, Novruz bayramını qeyd etmək baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək, yanılmarıq. Biz, digər bayramlardan fərqli olaraq, bu bayramı qeyri-adi coşqu və həyəcanla qeyd edirik. Heç şübhəsiz, bu, həmin  bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu “doğmalığın” uzun bir tarixi olduğundan irəli gəlir. Baxın, minillərdir bir sıra xalqlar 21 mart gününü “Novruz bayramı” adlandıraraq qeyri-adi şənliklər keçirir. Bu bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, küslülər barışır, bayram payı paylanır, kasıblara yardım edilir, səməni cücərtilir... Bu bayramda səməni cücərtmək – təbiəti canlandırmaq anlamına gəlir.

Bu da bir həqiqətdir ki, Novruz bayramı təbiətin dəyişməsi ilə bağlıdır və bu bayram Yer üzündəki canlı varlıqların həyatına oyanış, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək Novruza təkcə bizim və ya digər xalqların bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramı demək olar. Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri məhz Novruz bayramıdır.

Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəslə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla bərabər həm də bütün insanlığın bayramıdır. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və yeni həyat başlayır.

Novruz gününə aparan yol 4 çərşənbədən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir. Bu günümüzə qədər yaşayan inanca görə, su çərşənbəsində su və su mənbələri təmizlənir və təzələnir. İkinci çərşənbənin odla əlaqələndirilməsi günəşin hərarətinin artması ilə izah olunur. Üçüncü çərşənbədə torpaq oyanır. Yel çərşənbəsində isə küləyin köməyi ilə ağaclar tumurcuqlanır. Nəticədə bütün bunların vəhdəti ilə bütövlükdə təbiət canlanır, yenilənir.

Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini deyir. Novruz bayramını ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin adları ilə də bağlamağa çalışıblar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başlayıb. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışıb, ona dini, mövhumi libas geyindirməyə cəhd ediblər. Hətta bəzi din xadimləri belə bir fərziyyə uydurublar ki, guya Novruz bayramı IV xəlifə Hz.Əlinin hakimiyyətə gəldiyi günlə əlaqədardır. Halbuki, imam Hz.Əli iyul ayında hakimiyyətə gəlib, Novruz isə yazda bayram edilir. Beləliklə, xalqın bu bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamla bağlı deyil.

Bu da bir həqiqətdir ki, Novruzun Müqəddəs İslamdan əvvəl yarandığını görkəmli maarifçilər Firdövsi, Nizami, Sədi, Hafiz, Ömər Xəyyam və başqaları da təsdiq edib. Novruz bayramının yaranması tarixinə həsr olunan yazılardan Nizaminin “Siyasətnamə”sini və Ömər Xəyyamın “Novruznamə”sini qeyd etmək olar. Bu əsərlərdə Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edilir.

Azərbaycan xalqı hər il bu bayramı müxtəlif mərasimlərlə qeyd edir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir, şirniyyatlardan ibarət xonça bəzədilir, şam yandırılır, tonqal qalanır, ölənlərin xatirəsi yad edilir, küslülər barışır... Yəni Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunur. Baharın gəlişi, havaların istiləşməsi, təbiətin canlanması bütün insanlara təsir edib, həyəcanlandırıb və bu dəyişikliyi müxtəlif mərasimlərdə qeyd etmələrinə səbəb olub.

Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılan ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz bayramı keçmiş “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin “qışla ölüb yazla dirilməsini” bayram edir.

Novruz bayramının türklərin Ergenekon bayramının davamı olması haqqında da fikirlər çox geniş yayılıb. İndi “Novruz” adı ilə keçirilən bu bayramın türklərin keçmiş “Ergenekon bayramı” olması haqqında fikirlər var. Bu mülahizəyə görə, türklərin keçmişdən bəri keçirdiyi “Ergenekon bayramı” müəyyən bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlanıb. Türk tarixində “Ergenekondan çıxış” günü “Novruz” kimi xatırlanıb və bu adla qeyd olunmağa başlanıb. Əlbəttə ki, bu səbəbsiz deyil. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, keçmiş türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə “Ergenekon” deyiblər. Bu mənada Ergenekon həm zamandır, xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox zəngin bir yerdir. Novruz bayramı ərəfəsində türklər bayram hazırlıqları görür. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub, tarixən müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb. “Bu milli bayramın dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir.” Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu vurğulanır. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor nümunələrinin izini müşahidə etmək mümkündür. Novruz gecə ilə gündüzün bərabərliyi, şaxtalı-qarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün bir başlanğıcıdır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan incəsənətinin elə bir istiqaməti yoxdur ki, Novruz bayramı ənənələri zəncirində özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri, meydan tamaşaları, şeirləri, nəsr nümunələri novruz adət-ənənələrində yer alır.

Heç şübhəsiz, baharın gəlişi, havaların istiləşməsi, təbiətin canlanması bir bayram kimi qəbul olunmalıdır. Məgər 21 mart günündə bitki aləminin canlanması, gecə ilə gündüzün bərabərləşməsi, yəni 12 saat gündüz, 12 saat gecə olması insanlığa bir şey demirmi? Təbiətin canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi, bütün varlıqda bir canlanmanın və təzələnmənin baş verməsi insanlığa bir şey demirmi? Heç şübhəsiz, Uca Yaradanın həyat verdiyi canlıların gözəl bir şəraitdə yaşaması üçün yaratdığı bu şərait insanlığa çox şey deməlidir!

Kainatın hər zərrəsində Uca Yaradanın qüdrətinin izləri var. Bütün bunlar Uca Yaradanın varlığına bir aləmdir. Ona görə kainat “aləmin” olaraq adlandırılıb.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23-fefral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” kimi elan edilib.

Milli varlığımızın və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxan gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda Respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanıb. Qoy Novruzun qədəmləri uğurlu olsun, xalqımıza möhkəm birlik, elimizə-obamıza dinclik, əminamanlıq, bolluq, səadət, xoşbəxtlik və firavanlıq gətirsin! Bayramınız mübarək!

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ