Bazar günü günü, 15 noyabr 2026
     

Uşaqlarımızın adları serial qəhrəmanlarına oxşasınmı?

Image


Sayalı Sadıqova “son zamanlar həm qız, həm də oğlan adlarında valideynlər daha çox türk mənşəli  adlara üstünlük verir” deyir
Şərqiyyə Salamova: “Bir vaxtlar Azərbaycan telekanallarında yayımlanan xarici seriallar ad yaradıcılığımıza müəyyən qədər mənfi təsir göstərib”
Qiymət Məhərrəmli: “Düşünürəm ki, xarici seriallardan adlar qoyulması mənfi tendensiyadır”

 

Son illər Azərbaycanda ad yaradıcılığı sahəsində elə də bir yeniliklər olmasa da, xarici film və seriallardan götürülən adların uşaqlara qoyulması artıq ənənə halını alıb. Müşahidələr göstərir ki, Azərbaycanda son dövrdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb. Bu o şəkildə özünü büruzə verir ki, bu hal Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının da diqqətindən yayınmayıb.

Komissiyanın sədr müavini, tanınmış dilçi-alim Sayalı Sadıqova mətbuata bildirib ki, son dövrdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilmir: “Türkiyə türkcəsində “e” ilə yazılan adlar bizdə “ə” ilə yazılır. Məsələn, Əsma adı son dövrdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur”.

S.Sadıqova qeyd edib ki, ümumilikdə, son dövrdə uşaqlara daha çox türk mənşəli adların qoyulmasına maraq artıb: “Azərbaycan abidələrində işlənən adlara da maraq artıb. Amma əvvəllər qoyulan Qızbacı, Xanbacı, Balacaxanım, Xırdaxanım adlarını artıq heç kəs qoymur. Bu adlar əvvəllər daha çox qoyulan adlar olsa da, 2010-cu ildən sonra bu adlar uşaqlara verilməyib. Ancaq seraillardakı adlara meyl artıb”

S.Sadıqova bizimlə söhbətində bildirdi ki, ad yaradıcılığı daim inkişaf edir. Mütəxəssisin sözlərinə görə, yeni adların cəmiyyətə daxil olması təbii görünməlidir: “Bilirsiniz ki, ad yaradıcılığı daim inkişafdadır. Artıq valideynlər də axtarışdadır və yeni adlar kəşf etmək istəyirlər. Son zamanlar həm qız, həm də oğlan adlarında valideynlər daha çox türk mənşəli adlara üstünlük verirlər”.

Qeyd edək ki, valideynlər qız övladlarına yeni adlardan daha çox İşılay, Gültən, Aylin, Ayla, Betül, Betülə, Aysu, Dəniz, Damla, Dəfnə, Dəfinə, Dünya, Yağmur, Nihal, Səmral, Binnurə, Aybikə kimi adlar qoyurlar. Oğlanlarda isə Tüqan, Alpər, Tuqay, Ərturan, Turab, Ümman, Ünalp kimi  adlara üstünlük verilir.

Alpər, Dəfinə, Tüqan, Tuqay kimi adlar bizdə ilk dəfə istifadə edilən adlardır. İşılay adı indiyə kimi qoyulmayıb. Ekspertin vurğuladığına görə, son dövrdə uşaqlara qoyulan adların çoxu türk mənşəlidir. Təbii ki, istisnalar var.

Dilçi Şərqiyyə Salamova bizimlə söhbətində bildirdi ki, ad yaradıcılığına xüsusi diqqət yetirilməlidir. Onun fikrincə, hər xalq özü bu məsələdə maraqlı olmalıdır: “Bir vaxtlar Azərbaycan telekanallarında yayımlanan xarici seriallar ad yaradıcılığımıza müəyyən qədər mənfi təsir göstərib. Türkiyə seriallarına qədər bizim telekanallarda Latın Amerikası serialları yayılırdı. O seriallardan da valideynlər uşaqlarına xeyli ad qoyublar. Bu xüsusən qız adlarında özünü göstərirdi. Türkiyə seriallarından sonra isə əsasən bu ölkənin seriallarından götürülən adlar uşaqlara qoyulur. Burada mənfi hal yoxdur. Ancaq milli adlarımızın da bu sırada yer alması vacibdir. Bilirsiniz ki, vaxtilə Azərbaycan şair və yazıçıları ad yaradıcılığının formalaşmasına böyük töhfələr veriblər. Cəfər Cabbarlı, Səməd Vurğun, İslam Səfərli, Xəlil Rza bu sahədə xeyli iş görüblər. Onlar bizim milli adlarımızı yaradıblar. Bu adlar bizim ad mədəniyyətimizdə xüsusi yer tutublar. Keçən 15-20 ilə qədər onların yaratdığı adlar qızlara və oğlanalara daha çox qoyulurdu. Bu gün isə əsasən dini adlar və serial qəhrəmanlarının adları uşaqlarımıza verilir. Məsələ burasındadır ki, öz seriallarımızdan uşaqlara adlar qoyulmur. Yəqin milli seriallara baxmırlar, ona görə oradan adlar qoyulmur”.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli isə hesab edir ki, valideynlər uşaqlara xarici seriallardan adlar verməli deyil. Onun sözlərinə görə, ad seçimində həssas olmaq lazımdır: “Valideynlər uşaqlarına ad seçərkən onun mənasına xüsusi fikir verməlidirlər. Düşünürəm ki, xarici seriallardan adlar qoyulması mənfi tendensiyadır. Öz adlarımızı təbliğ edib yaşatmalıyıq. Götürüb serialdan ad qoyurlar, ancaq adın mənasını bilmirlər. Soruşanda deyirlər ki, filan serialdan qoymuşuq. Bəzən görürsən ki, valideyn uşağa alman, fransız, italyan adı qoyur. Bizim milli adlarımız var. Müəyyən adlar var ki, valideynlər onu yaşatmaq istəyirlər. Əgər valideynin şəcərəsində bu adlar varsa,o adı qoysunlar. Ancaq valideyn nəzərə almalıdır ki, hər bir xalqın öz ad sistemi var. Xalqın kimliyi adlardan bilinir. Adların qoyulması ictimai hadisədir, odur ki, hər kəs diqqətli olsun. Adlarda daha çox xalqın milliliyi, kimliyi öz əksini tapdığına görə bu, önəmli prosesdir. Milli adlara üstünlük verilməlidir. Aydın, Gültəkin, Aygün, Günay, İnci - görün nə gözəl adlardır. Yoxsa götürüb biri uşağın adını Melisa qoyur. Bilir ki, Melisa adının mənası nədir? Hansısa bir serialdan götürüb qoyurlar. Mən bir alim kimi əcnəbi seriallardan uşaqlarımıza ad qoyulmasına yaxşı baxmıram”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ