Bazar günü günü, 15 noyabr 2026
     

Dərsliklərə nəzarət üzrə ayrıca qurumun yaradılması təklifləri gündəmi tutub...

Image


Kamran Əsədov: “Hesab edirəm ki, müstəqil dərslik idarəsi yaradılsa...”
Hafiz Cabbarov: “Düşünürəm ki, belə bir qurumun yaradılması işin xeyrinə olardı”

 

Dərslik siyasəti elə həyata keçirilməlidir ki, orada hər hansı bir ideoloji, mənəvi, texniki qüsura yol verilməsin. Lakin son 20-25 ildə yazılan dərsliklərin bir qismi qüsursuz deyil. Təəssüf ki, bəzi hallarda dərsliklərdə texniki xətalarla yanaşı, ideoloji qüsurlara da rast gəlirik. Bu qüsurlar əsasən humanitar sahəni əhatə edən dərsliklərdə müşahidə edilir. Bilirik ki, son illər bir sıra dərsliklər ətrafında müxtəlif söz-söhbətlər, ajiotaj yaranıb, hətta bu dərsliklər arasında tamamilə sıradan çıxarılanlar da olub.

Bəzi dərsliklər ətrafında geniş müzakirələrin açılmasına, tənqidi qeydlərin olmasına baxmayaraq, təəssüf ki, hələ də müəyyən ideoloji, texniki qüsurlara rast gəlinir.

Qeyd edək ki, bəzi mütəxəssislər dəfələrlə dərsliklərlə bağlı ayrıca qurumun yaradılması təklifi ilə çıxış ediblər. Bu fikirdə olan insanlar bildirirlər ki, ayrıca təşkilatın yaradılması sözügedən sahədə problemlərin minimuma endirilməsinə təkan verə bilər.

Məlum olduğu kimi, bu gün dərsliklərin yazılması üçün Təhsil Nazirliyi tərəfindən tender elan edilir, müxtəlif müəlliflər dərslik yazırlar. Həmin dərsliklər nazirliyin dərslikləri qiymətləndirmə şurasına təqdim edilir, şura isə münasib bildiyi kitabın çapına qərar verir. Dərslik isə müstəqil mətbəələr, nəşriyyatlar tərəfindən çap olunur. Dərsliklərə bu qədər nəzarət olduğu halda, yenə də qüsurlar qalmaqdadır.

Tanınmış təhsil eksperti Kamran Əsədov dərsliklərdəki qüsurların aradan qaldırılması üçün ayrıca bir qurumun yaradılması təklifi ilə çıxış edir. O qeyd edir ki, bunun üçün dərslik komitəsi yaradılmalıdır. Ekspertin sözlərinə görə, dərsliklər, elmi kitablar, vəsaitlər, jurnallar çap olunanda  fənlər üzrə burada fəaliyyət göstərəcək komissiyaların rəyi alınmalıdır.

K.Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dərslik məsələsinə ciddi yanaşılmalıdır: “İlk növbədə qeyd edim ki, hazırda Azərbaycan Respublikasında dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Dərslik siyasətinin məqsədi məktəblilərin müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsi, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşması, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirilməsidir.

Amma istifadədə olan dərsliklərin, vəsaitlərin müəyən hissəsi bu tələblərə cavab vermir. Belə ki, 1998-ci ildə senzuranın ləğv olunmasından sonra ortaya ciddi şəkildə, hətta milli dəyərlərimizə təhlükə törədəcək boşluqlar ortaya çıxıb.

Xatırladım ki, dərslik siyasəti bu işdə əsas icra orqanı funksiyasını yerinə yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai orqanların vasitəsilə həyata keçirilir. Lakin Təhsil Nazirliyinin kifayət qədər resursu, kadr potensialı olmadığı üçün, nəzarəti orta məktəblər üçün istifadə olunan dərslikləri əhatə edir. Nə ali təhsil müəssisələrinə, nə də özəl, fərdi şəxslərin buraxdığı kitablara, vəsaitlərə nəzarəti həyata keçirə bilir.

Nəticədə kitab bazarna yararsız vəsaitlər daxil olur.

Amma yeni qurumun yaradılması labüddür və dərsik idarəsinin fəaliyyəti zamanı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və ümumtəhsil sistemində dərslik siyasəti əsas götürülməlidir. Qurum yaranarsa, istənilən fərdi şəxs yazacağı kitaba, vəsaitə görə bu quruma müraciət edib müsbət rəy alacaq.

Hesab edirəm ki, müstəqil dərslik idarəsi yaradıldıqdan sonra dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycan Respublikasının dövlət mənafeyi gözlənilməklə, alimlərin, mütəxəssislərin, müəlliflərin, müəllimlərin və valideynlərin rəyi nəzərə alınacaq. Daha yararsız dərsliklər kitab bazarına daxil olmayacaq. Həm də bu idarədə peşəkar, təcrübəli şəxlər milli dəyərləri qoruyacaq.

Hazırda real vəziyyət odur ki, müvafiq ixtisası olan və ya olmayan, xüsusi yaradıcılıq qabiliyyəti olan və ya olmayan vətəndaşlar ayrı-ayrılıqda və ya qrup şəklində istənilən dərsliyi tədris proqramı əsasında hazırlayaraq, seçdiyi nəşriyyatla birlikdə mövcud qaydalara uyğun olaraq çap etdirir. Onlara heç bir nəzarət yoxdur. Nəşriyyatlar da gəlir əldə etmək üçün o resursları yoxlamadan çap edirlər. Nəticədə ortaya təhlükəli vəziyyət çıxır.

Amma istənilən vəsaitin, kitabın, dərsliyin çapı üçün vahid mərkəzdən icazə və rəy alınması prinsipi formalaşsa, belə hallar baş verməz.

Vəsaitlər hazırlanan zaman oxucuların Azərbaycan xalqının milli-mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır. Ama müstəqil müəlliflər tərəfindən hazırlanan vəsaitlərdə buna, demək olar ki, riayət olunmur. Bu da nəzarətsizliyin nəticəsidir.

Müəlliflər kitab nəşr edərkən oxucunun yaş psixologiyası və fizioloji xüsusiyyətlərini nəzərə almalıdırlar, dünyəvilik prinsipinə riayət edilməlidir, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır.

Hesab edirəm ki, müstəqil dərslik idarəsi yaradılsa, qeyd etdiyim prinsiplər gözlənər və ciddi yoxlamadan, nəzarətdən sonra Azərbaycan oxucusuna keyfiyyətli kitab, vəsait çap olunar”.

K.Əsədov hesab edir ki, dərsliklərin çapına nəzarət edəcək qurum yaradılsa, bu həm də dərsliklərdəki ideoloji səhvlərin aradan qaldırılmasına gətirib çıxarar. Onun fikrincə, bu qurum həm də dərslik müəlliflərinin çiyninə böyük məsuliyyət qoyacaq: ”Əlbəttə, bu artıq mərkəzləşdirilmiş qaydada təsdiq olunacaq. Əsas məsuliyyət daşıyan qurum olacaq. Yoxsa indi hər kəs günahı öz boynundan atır”.

Tanınmış təhsil eksperti Hafiz Cabbarovun sözlərinə görə isə bu gün dərsliklərə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi nəzarət edir. O hesab edir ki, dərslik mərkəzinin, şurasının, qurumunun yaradılması onların işinə dəstək sayıla bilər: “Həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi dərsliklərə nəzarət işi ilə məşğul olurlar. Artıq bununla bağlı Dövlət İmtahan Mərkəzinin təcrübəsi də var. Bilirsiniz ki, neçə illərdir bu qurum tərəfindən dərsliklərin monitorinqi keçirilir. Prezidentin sərəncamına əsasən, dərsliklərin monitorinq səlahiyyəti Dövlət İmtahan Mərkəzinə verilib. Dərsliklərin monitorinqi qrupunun ekspertlərindən biri mənəm və dərsliklərin monitorinqini həyata keçiririk. Təhsil Nazirliyi də dərslikləri internetdə yerləşdirir və onlar haqqında ictimaiyyətin rəylərini öyrənir, rəyləri müəlliflərə göndərir. Mən də müəlliflərdən biriyəm. Mən və digər müəlliflər ictimaiyyətin rəylərini cavablandırırıq. Əgər tutulan iradlar obyektivdirsə, biz onu dərsliklərin növbəti nəşrlərində aradan qaldırırıq. Demək istəyirəm ki, həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi əməkdaşlıq şəraitində bu işi həyata keçirirlər. Hesab edirəm ki, bu əməkdaşlıq daha da sıx olsa, nəticədə qazanan Azərbaycan təhsili olacaq. Dərslik qurumunun yaradılması təklifinə gəlincə, düşünürəm ki, burada pis heç nə yoxdur. Belə bir qurumun yaradılması işin xeyrinə olardı”. 

O hesab edir ki, dərslik daim yeniliklərə meylli olduğu üçün, qüsurlar qaçılmazdır. Ekspertin fikrincə, dərslik üzərində nə qədər işlənilsə də, yenə də qüsurlar, nöqsanlar müşahidə edilə bilir. “Elm inkişaf etdikcə, əldə edilən nailiyyətlərin tətbiqi dərsliklərdə də özünü göstərir. Bu baxımdan nöqsanlar, istər-istəməz, qalmaqdadır. Bilirsiniz, heç bir müəllif ideal dərslik hazırlaya bilməz. Çünki dərslik birtərəfli yanaşma tələb etmir, onun elmi, metodiki, psixoloji tərəflərini də qeyd etmək gərəkdir. Ona görə də dərsliyin tamamilə nöqsandan uzaq olmasına nail olmaq mümkünsüzdür. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrinin dərsliklərində də problemlər var. Mən dünyada dərsliklə bağlı gedən prosesləri izləyirəm. Görürəm ki, dünyanın qabaqcıl ölkələrində belə dərsliklərlə bağlı narazılıqlar var. Bu da onu göstərir ki, dünyanın heç bir yerində hansısa müəllif ideal dərslik ortaya qoymaq iddiasında ola bilməz. Lakin hər dəfə nöqsan və qüsurları minimuma endirmək olar. Buna isə istər pedaqoji ictimaiyyət, istərsə də təhsil qurumlarının birgə əməkdaşlığı sayəsində nail olmaq olar”- deyə bildirən H.Cabbarov qeyd etdi ki, dərsliklərin nöqsanlarını sağlam təkliflər və tənqidlər əsasında minimuma endirmək mümkündür.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ