çərşənbə günü, 30 sentyabr 2026
     

Milli tarixi bayram ovqatımızın içində “çərşənbə mübahisələri”…

Image


Ağaverdi Xəlil: “Hazırda çərşənbələrin təqvim əsaslarının araşdırılmasına ciddi ehtiyac var”
Sevinc Əhmədova: “Su, od, yel və torpaq çərşənbəsi deyilən anlayış yoxdur, bu sonradan quraşdırılıb”
Məhərrəm Qasımlı: “XX əsrin səksəninci illərinin sonlarından başlayaraq əvvəlcə elmi ədəbiyyatda, az sonra isə kütləvi informasiya vasitələrində Novruz çərşənbələrinin “yeni” - qurama adları görünməyə başlayıb”

 

Azərbaycan mərasimşünaslığında öyrənilməyən, öyrənilsə də, tam olaraq izahı verilməyən məqamlar çoxdur. Bu xüsusən də özünü Novruza qədərki çərşənbələrlə bağlı göstərir. Sirr deyil ki, Azərbaycanda folklor, etnoqrafiya, mərasimşünaslıq sahəsində saysız elmi iş yazılsa da, kitablar çap olunsa da, hələ də Novruza qədərki çərşənbələrlə bağlı mübahisələrə son qoyulmayıb.

Novruz çərşənbələri barəsində artıq illərdir mübahisəli fikirlər mətbuatın gündəmində yer alır. Bu ən çox özünü çərşənbələrin adlarında, sıralanmasında, bəzi hallarda isə vaxtının yanlış hesablanmasında göstərir.

Qeyd edək ki, hər il bu məsələ ətrafında geniş müzakirələr açılır, fikirlər səsləndirilir, lakin heç bir fikir və əsaslandırma mübahisələrə ara vermir.

İndiyə qədər böyük çillə, kiçik çillə, Xıdır Nəbi və boz ay haqqında qəzetimizdə ətraflı məlumatlar yer alıb. Bu mərasimlərimizlə də bağlı kifayət qədər aydınlaşmalı olan məsələlər var. Əsas mövzumuz Novruza qədərki çərşənbələrə aid mübahisələrlə bağlı olduğu üçün, diqqətinizi bu məsələyə yönəltmək istəyirik.

Bilirik ki, son illər çərşənbələr su, od, yel və torpaq çərşənbəsi adı ilə tanıdılmağa başlanıb. Bu da digər mərasimşünas alimlərin narazılığına səbəb olur. Onlar qeyd edirlər ki, çərşənbələrin adlarını milli sistemdən qoparıb başqa xalqlara calaq etmək istəyən insanlar onu su, od, yel və torpaq adına bağlayırlar. Bir çox alimlər deyirlər ki, bu “abi-atəş”, “xaki-bad” sistemi ilə əlaqədardır və bunun da türk düşüncəsi ilə əlaqəsi yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil uzun illərdən bəri davam edən mübahisələrə son qoymaq fikrindədir. A.Xəlil bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan folklorşünaslığının ən az öyrənilən sahələrindən biri də Novruz bayramından əvvəl qeyd olunan çərşənbələrdir: “Bu baxımdan hazırda çərşənbələrin təqvim əsaslarının araşdırılmasına ciddi ehtiyac var. Çünki çərşənbə mərasimlərinin ayin əsası onun təqvimdəki yeri və mənası ilə əlaqəlidir. Çərşənbələrin hansı təqvimə aid olması haqqında folklorşünaslığımızda aydın fikir yoxdur. Bunun əvəzində isə çərşənbələrin təqvim xarakterini açmaq üçün heç bir elmi əsası və xalq təqvimi ilə bağlılığı olmayan məhəlli adların müxtəlif variantlarından bəhs olunur. Məsələn, Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”, ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”, üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”, dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir”.

Alimin qənaətinə görə, “Novruz” sözünün mənasının “yeni gün” olduğu məlumdur. O bildirir ki, çərşənbənin isə aydın izahı yoxdur: “Çərşənbənin “çəhar şənbə” sözündən olduğunu nəzərə alsaq, onu “dörd şənbə” və ya “dördüncü şənbə” kimi hərfi tərcümə etmək olar. Lakin bu da bizə aydın bir məlumat vermir”.

Folklorşünas Sevinc Əhmədovanın sözlərinə görə isə Naxçıvanda xalq arasında qışın son ayı “çilləbeçələr” və ya “çərşənbələr” adı ilə dörd yerə bölünür. Göy üzünün daha çox buludlu olması ilə əlaqədar bu dövr “boz ay” da adlanır. Ekspert bildirdi ki, xalq arasında olan inama görə, kiçik çillədən sonrakı ilk çərşənbədən başlayaraq Novruz bayramına qədərki hər çərşənbədə təbiətdə müəyyən dəyişikliklər baş verir: “Toplanmış etnoqrafik materiallara söykənərək, demək olar ki, Naxçıvanda hər çərşənbənin ayrıca adları var. Həmin adlar bölgələr üzrə fərqlənsələr də, birinci çərşənbə “əzəl, yalançı” çərşənbə, ikinci çərşənbə “xəbər, külə” çərşənbə, üçüncü çərşənbə “quyruqlu, qara” çərşənbə, dördüncü “axır (ilaxır)” çərşənbə adlanır. Mərasimşünasların qeyd etdiyinə görə, üç çərşənbədə Ordubadın bəzi kəndlərində axşamüstü od yandırılır, axır çərşənbə isə çox təntənəli qeyd edilir. Məlumatlara görə, xalq arasında çərşənbələr təbiətdə baş vermiş dəyişikliklərlə, özgə sözlə desək, dörd ünsürlə əlaqələndirilir. Belə əlaqə olmasına baxmayaraq, xalq çərşənbəni onun əlamətləri ilə adlandırmırdı. Yəni su, od, torpaq və yel ifadələri çərşənbə ilə birgə çəkilmirdi. Naxçıvan etnoqrafiyası və mərasimşünaslığı haqqında yazan tədqiqatçılar vurğulayırlar ki, son dövrlərdə müxtəlif məqalələrdə, xüsusən televiziya verilişlərində çərşənbələr xalq arasında olan adlarına görə deyil, dörd ünsürə uyğun – “su, od, torpaq və yel” çərşənbələri adlandırılır. Tədqiqatçıların əksəriyyəti bunun əleyhinədir. Su, od, yel və torpaq çərşənbəsi deyilən anlayış yoxdur, bu sonradan quraşdırılıb. Mərasimşünaslar xalqı çaşdırmamalıdır və ənənəviliyi qoruyub saxlamaq lazımdır”.

Onu da vurğulayaq ki, biz özümüz doğulub boya-başa çatdığımız obalarda, kəndlərdə, mahallarda çərşənbələrin su, od, yel və torpaq adı ilə qeyd edildiyini duymadıq. Baba və nənələrimiz çərşənbələri başqa cür adlandırırdılar. Nənələrimiz deyirdilər ki, yeddi çərşənbə var, onlardan üçü oğru, dördü doğrudur. Təbii ki, bunlar maraqlı idi.

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı ata-babalarımızdan bizə miras qalan çərşənbə adları haqqında dəfələrlə oxucularımıza məlumat verib. Professor Məhərrəm Qasımlının qeyd etdiyinə görə, bayramlar çox olsa da, türk xalqı üçün ən əziz bayram Novruz bayramıdır. O bizimlə söhbətində bildirdi ki, gün-güzəranımız hər zaman bu ulu bayramın qədəmlərinin uğuruna, sayasına güvənib. Onun sözlərinə görə, əski çağlardan üzü bəri elimiz çillələr, Xıdır Nəbi, boz ay boyu Novruzun mübarək gəlişini gözləyə-gözləyə çal-çağırlı yığnaqlar qurub, bayrama yetməkdən ötrü vaxtı-zamanı söz-söyləmə ilə, düzgü-qoşquyla yorub yola salıb: “Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. İbtidai çağlara məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanclardan qaynaqlanan yazı - yeni günü qarşılama mərasimi yüzillikləri çevrələyən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına - Novruza çevrilib. Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. İbtidai sivilizasiyanın digər üzvləri kimi, qədim azərbaycanlılar da öz ətraflarında baş verən kosmoloji prosesləri, xüsusən də təbiət hadisələrini özünün ilkin bədii təxəyyülündə, ibtidai şəkildə olsa da, obrazlaşdırmağa çalışırdılar. Həyatı çətinliyə salan, qida, istilik çatışmazlığı və başqa bu kimi sıxıntılarla imtahana çəkən qışın obrazı, heç şübhəsiz, ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Ulularımız qışı dərd-bəla, müşkül, çətinlik kimi qəbul etdiklərindən, onu iki yerə bölərək “böyük çillə” (böyük çətinlik - dekabrın iyirmi ikisindən yanvarın otuz birinədək olan qırx günlük dönəm) və “kiçik çillə” (kiçik çətinlik - fevralın birindən iyirmisinədək olan iyirmi günlük dönəm) adlandırmışlar. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə (qulaq falı, üzüksalma, oddan, sudan atlanma və s.) “çillə çıxarma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir. Qışı-çilləni yola salmaq, yazı - yeni günü qarşılamaq məqsədilə keçirilən “Novruz çərşənbələri” adlı silsilə rituallarda da qədim azərbaycanlının təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, günəşi çağırmaq arzu-niyyəti öz əksini tapıb. “Oğru çərşənbələr” və “doğru çərşənbələr” adı ilə iki qismə ayrılan “Novruz çərşənbələri”nin ümumi sayı bəzi elmi ədəbiyyatlarda qeyd olunduğu kimi dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında “oğru çərşənbələr” adlanır və kiçik çilləyə düşür. İnama görə, “oğru çərşənbələr”də yazın nəfəsi oğrunca yer üzünə - suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. “Oğru çərşənbələr”dən sonra başlayan əsas çərşənbələr “doğru çərşənbələr” adı ilə tanınır”.

Alim bildirdi ki, el inamına görə, “doğru çərşənbələr”də yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hopub onları oyadır. O qeyd etdi ki, yazın nəfəsi öncə suya toxunur və bununla da el arasında deyildiyi kimi: “sulara ixtiyar verilir”. Alimin sözlərinə görə, sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir: “İkinci çərşənbədə torpağa ixtiyar verilir. Torpaq qarını-buzunu əridib, nəfəsinin buğu ilə toxumu cücərdir, əkini dikəldir. Torpaqdan sonra növbə ağaclara çatır. “Doğru çərşənbə”nin üçüncüsündə ağaclara ixtiyar verilir. Həmin çərşənbədə ağaclar qış yuxusundan oyanır və tumurcuğa dolmağa başlayır. Ən sonda - axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir - heyvanların, quşların, adamların qanı yerindən oynayır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür. “Doğru çərşənbələr”in el arasında çeşidli adları var. Bu sıradan olan birinci çərşənbə “əzəl çərşənbə”dir. “Əzəl çərşənbə”yə Azərbaycanın müxtəlif bölgələrində “sular novruzu” və “yalan çərşənbə” də deyilir. İkinci çərşənbə “müjdəverən”, “muştuluqçu”, “külə”, “kül”, “xəbərçi” adları ilə tanınır. Üçüncü “gül çərşənbə”dir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən, ona “ölü çərşənbəsi” və ya “ata-baba günü” də deyilir. Sonuncu, ən təmtəraqlı, təntənəli qeyd olunan “axır çərşənbə”dir. Çərşənbələrin ümumi sayının, yəni “oğru və doğru” çərşənbələrin birgə sayının yeddi olması təbii və qanunauyğundur. Türk folklor düşüncəsində evolyusion-irəliləyiş rəqəmləri təklik (3,5,7,9) sistemi üzərində qurulduğundan, çərşənbələr də, təbii olaraq, bu qanunauyğunluq içərisində sıralanmalıdır. XX əsrin səksəninci illərinin sonlarından başlayaraq əvvəlcə elmi ədəbiyyatda, az sonra isə kütləvi informasiya vasitələrində - televiziya, radio və qəzetlərdə Novruz çərşənbələrinin “yeni” - qurama adları görünməyə başlayıb, hətta “su çərşənbəsi”, “od çərşənbəsi”, “külək çərşənbəsi”, “torpaq çərşənbəsi” kimi adlar orta məktəb dərsliklərinə də yerləşdirilib. Xalqımızın folklor və etnoqrafiya mədəniyyətində tarixən bu adların heç birisinə təsadüf olunmur. Bu gün folklor sərvətimizin daha saf şəkildə qorunduğu Cənubi Azərbaycanda - Təbrizdə, Urmiyada, Zəncanda heç kəsin yuxarıdakı uydurma çərşənbə adları barədə təsəvvürü belə yoxdur. Bu barədə hər hansı bir tarixi qaynaqda da söz açılmır. Azərbaycanda səksəninci illərin sonlarından əvvəl bu adların mövcudluğunu əks etdirən hər hansı bir mənbə yoxdur. Elə isə bu adlar haradan və necə uydurulub? Həyatı, yaranışı şərtləndirən məşhur “abi-atəş-xaki-bad” dördlük sistemi farscadan tərcümə edilərək buradakı hər bir ünsürə uyğun şəkildə bir çərşənbə adı (ab- su, atəş-od, xak-torpaq, bad-külək) düzəldilib. Bu adların çərşənbə adı kimi qeyri-dəqiqliyi sıravi məntiqlə də ortaya çıxır: hansı çərşənbə axşamında od yandırılmır? Elə isə “od çərşənbəsi” adlı ayrıca bir çərşənbənin olması hansı məntiqə əsaslanır? Bəzilərinin qondarma təxəyyül məhsulu kimi ortaya çıxardığı bu adların “folklorlaşdırılması” istiqamətində kor-koranə şəkildə kütləvi təbliğatın aparılması təəssüf doğurur.

Çərşənbələrdə (daha dəqiq desək, çərşənbə axşamlarında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü-lopa atılması, bayram süfrəsi düzəldilməsi ululardan qalma qədim el adətidir. Tonqal qalamaq, oddan atlanmaq, başı üzərində yanar fişəng, lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşü ilə bağlı bir məsələdir. İşığın, Günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə neqativ səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis-şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od Günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması, əslində, dolayısı ilə həm də Günəşin - yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: ağırlığım, uğurluğum tökülsün, bu odda yansın, - söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Yeri gəlmişkən, aydınlıq üçün deməliyik ki, bir sıra araşdırıcılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: “ağrım-acım tökülsün, bu odda yansın” - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü “Avesta” - atəşpərəstliklə bağlı deyil. Bu, odu-atəşi-işığı-günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran təmizləyici, saflaşdırıcı bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır! Bəs Novruza qədərki çərşənbə mərasimlərinin icrası üçün niyə məhz həftənin ikinci günü - çərşənbə axşamı seçilib? Bilindiyi kimi, el inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Bu səbəbdən həmin gün nəsə bir işin binəsini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-düyün etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək, qarşıdakı günlərə, xüsusən də ilaxır çərşənbə axşamından sonra gələn Novruza arınıb durulmuş halda, saf ruh, pak, sağlam bədənlə getmək el inancına daha uyğun bilinib”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ