Bazar günü günü, 15 noyabr 2026
     

İslam mədəniyyəti paytaxtı Naxçıvanda Qarabəkir paşaya heykəl qoyulması ideyası yenidən gündəmdə…

Image


Əli Mahmud: “Düşünürəm ki, Naxçıvan İslam mədəniyyətinin paytaxtı olduğu dövrdə bu böyük sərkərdəyə heykəl qoyulması yerinə düşərdi”
Faiq Ələkbərli: “Həm Nuru paşaya, həm də Kazım Qarabəkir paşaya heykəl ucaldılmalıdır”
Zaur Əliyev: “Bizim xalq heç vaxt ona edilən yaxşılığı yaddan çıxarmır”

 

Türk tarixində önəmli rol oynayan elə nəhəng şəxsiyyətlər var ki, onların adları, xatirələri hər birimiz üçün əziz olmalıdır. 100 il bundan əvvəl adını milli tariximizə həkk edən, Qafqaz İslam Ordusunun rəhbərlərindən biri olan və Naxçıvan, Zəngəzur, Qərbi Azərbaycan ərazisində qəsbkar erməni daşnaklarına qarşı mübarizədə misilsiz qəhrəmanlıq göstərən xilaskar Kazım Qarabəkir paşa Türk dünyasının görkəmli simalarındandır.

Məlum olduğu kimi, 2018-ci il həm Azərbaycan Xalq Cumhuriyyətinin 100 yaşı tamam olur, həm Bakının və ətraf bölgələrimizin erməni daşnaklarından təmizlənməsindən 100 il ötür. Qafqaz İslam Ordusunun erməni və rus birləşmələrinə qarşı mübarizəsi xalqımızın tarixində önəmli hadisədir. Azərbaycanın hər yerində amansız qırğınlar törədən erməni daşnakları xalqımızın başına olmazın bəlalar gətiriblər.

Məlumdur ki, ermənilər tərəfindən yüzlərlə soydaşımız şəhid edilib, saysız insan yaralanıb, ev-eşiyindən, yurd-yuvasından didərgin salınıb. Naxçıvan ərazisinə iddialı olan ermənilərin burada törətdiyi qırğınlar, etdikləri vəhşiliklər qəhrəman Kazım Qarabəkir paşanın rəhbərliyi ilə cavabsız qalmadı. Azərbaycanlılara qarşı vəhşiliklər törədən daşnaklar ərazilərimzidən qovuldu.

K.Qa­ra­bə­kir pa­şanın qəhrəmanlığı, xilaskarlığı, xalqımıza bəslədiyi təmənnasız hörmət və sevgisi naxçıvanlıların yadından çıxmır, onlar hər zaman bu böyük şəxsiyyəti rəhmətlə anırlar.

Qeyd edək ki, K.Qarabəkir paşanın Naxçıvanda ermənilərə qarşı mübarizəsinin şahidi olan və paşanı şəxsən görüb tanıyan, onun əsgəri olan Lə­tif Hü­seynza­də "Ka­zım Qa­ra­bə­kir pa­şa Nax­çı­van­da - Araz şa­hid­dir" adlı ki­ta­b yazıb. Bu kitab 2007-ci il­də Azər­bay­can­da, 2008-ci il­də isə Tür­ki­yə­də nəşr olu­nub. Sözsüz ki, bu kitab K.Qarabəkir paşaya qoyulan mənəvi abidə hesab edilir. K.Qarabəkir paşanın fəaliyyəti, zəhməti haqqında nə qədər yazılsa da, danışılsa da, azdır, gələcəkdə də paşa haqqında yazılacaq, danışılacaq.

Qeyd etdiyimiz kimi, bu il Qafqaz İslam Ordusunun təşəbbüsü ilə Azərbaycan ərazilərinin erməni daşnaklarından xilas edilməsinin də 100 illiyidir. Bu il həm də Naxçıvan İslam mədəniyyətinin paytaxtı statusunu daşıyır. Müasir tariximiz üçün önəmli olan bu il çərçivəsində Naxçıvanda Kazım Qarabəkir paşaya heykəl qoyulması zamanı tam olaraq yetişib. Hesab edirik ki, 2018-ci ildə nəhayət ki, böyük sərkərdəyə, fikir adamına, xilaskara Naxçıvanda heykəl ucaldılacaq.  

Tarixçilər qeyd edirlər ki, K.Qarabəkir paşaya heykəl ucaldılması bu böyük şəxsiyyətin ruhuna böyük ehtiramın nümunəsi olardı. 

Tarixçilər qeyd edirlər ki, "Bö­yük Er­mə­nis­tan" ya­rat­maq ide­ya­sı­nı ger­çək­ləş­dir­mək üçün er­mə­ni­lər 1918-1920-ci il­lər­də, Azər­bay­ca­nın baş­qa böl­gə­lə­rin­də ol­du­ğu ki­mi, Nax­çı­van­da da türk-mü­səl­man əha­li­si­ni qı­rıb yox et­mək cəh­di ilə qan­lı ci­na­yət­lər törədiblər. 1918-ci il mart ayı­nın əv­vəl­lə­rin­də Nax­çı­van ca­ma­a­tı əziz Nov­ruz bay­ra­mı­nı şən ke­çir­mək hə­və­si ilə ha­zır­laş­dıq­la­rı bir za­man­da er­mə­ni­lər şə­hə­rin Şa­hab, Əli­xan­lı, Za­vi­yə mə­həl­lə­lə­ri­ni top atə­şi­nə tut­du­lar. Naxçıvanın  Sar­van­lar mə­həl­lə­si­ni və bu mə­həl­lə­yə ya­xın Go­ma­yi, Di­zə, Xo­şu­lu mə­həl­lə­lə­ri­nə od vu­rub yan­dırıblar... Yazılanlara görə, türk or­du­su, K.Qa­ra­bə­kir pa­şa­nın or­du­su Nax­çı­va­na kö­mə­yə gəl­mə­səy­di, bu vi­la­yət­də bir nə­fər türk-mü­səl­man qal­ma­ya­caq­dı.

1828-ci il­də Nax­çı­va­na kö­çü­rü­lüb gə­ti­ri­lər­kən yerli ca­ma­a­tı­nın on­la­ra gös­tər­dik­lə­ri mər­hə­mət və yar­dım­la­rı unu­dan er­mə­ni­lər ci­na­yət­kar əməl­lə­rə əl at­mış­lar. 1918-ci il iyun ayı­nın əv­vəl­lə­rin­də Andra­nik 15 min­lik qul­dur dəs­tə­si ilə qəf­lə­tən Nax­çı­van əra­zi­si­nə so­xul­muş­du. On­lar ilk ad­dım­la­rın­da 700 ev­lik Yay­cı kən­di­nin əha­li­si­ni qı­lınc və sün­gü ilə qətl edə­rək Araz ça­yı­na tök­müş­dü­lər. Araz bu qan­lı ci­na­yət­lə­rə şa­hid­dir.

Andra­ni­kin qo­şu­nu Neh­rəm kən­di­ni mü­ha­si­rə­yə alıb top atə­şi­nə tut­muş­du­sa da, kən­də gi­rə bil­mə­miş, am­ma kənd ət­ra­fın­da oba­la­ra hü­cum edə­rək ora­da­kı qa­dın, uşaq və ço­ban­la­rı vəh­şi­cə­si­nə öl­dür­müş­dü. Andra­nik Nax­çı­va­nın türk-mü­səl­man əha­li­si­ni qı­rıb şə­hə­ri iş­ğal et­mək üçün hər­əkə­tə keç­miş­di. Əha­li soy­qı­rım qar­şı­sın­da, Və­tən er­mə­ni iş­ğa­lı təh­lü­kə­si ilə üz-üzə qal­mış­dı. Nax­çı­va­nın be­lə bir ağır za­ma­nın­da Mus­ta­fa Ka­mal pa­şa­nın gös­tə­ri­şi ilə Ən­vər pa­şa­nın və K.Qa­ra­bə­kir pa­şa­nın ko­man­dan­lı­ğı al­tın­da türk or­du­su Nax­çı­va­nın yar­dı­mı­na gəl­ib. Daş­nak or­du­su da­ğı­dıl­ıb. 1918-ci il iyul ayı­nın 7-də şan­lı türk or­du­su zə­fər mar­şı ilə şə­hə­rə da­xil olaraq Nax­çı­va­nı er­mə­ni tə­ca­vü­zün­dən xi­las et­di. Nax­çı­van əha­li­si türk or­du­su­nu bö­yük mə­həb­bət­lə qar­şı­layıb.

Tarix heç vaxt həqiqətləri unutmur. K.Qarabəkir paşanın qəhrəmanlığı da unudulmazdır.

Qeyd edək ki, I Dün­ya Mü­ha­ri­bə­sin­də (1914-1918-ci il­lər) Bi­rin­ci Qüv­və ko­man­dan­lı­ğın­da və­zi­fə ba­şın­da ikən İran hə­rə­ka­tı­na qa­tı­lıb (1914-cü il). Da­ha son­ra İs­tan­bu­la ça­ğı­rı­lıb və Qar­tal­da­kı 14-cü his­sə­nin ko­man­dan­lı­ğı­na tə­yin olu­na­raq Ça­naq­qa­la mü­ha­ri­bə­si­nə qa­tı­lıb (1915-ci il). Bir il son­ra pol­kov­nik rüt­bə­si­lə təl­tif edi­lə­rək İraq cəb­hə­si­nə gön­də­ri­lib. Şərqdə müx­tə­lif bir­lik­lə­rə rəh­bər­lik et­dik­dən son­ra 1918-ci il­də Ər­zin­can­da­kı Bi­rin­ci Qaf­qaz ar­til­le­ri­ya­sı­na ko­man­dan tə­yin olu­nub. Rus dəs­tə­yin­də­ki er­mə­ni or­du­su­na qar­şı Ər­zin­can və Ər­zu­rum­da mü­vəf­fə­qiy­yət­lə nə­ti­cə­lə­nən hə­rə­kat­lar təş­kil edib. Şərqdə­ki qət­li­am və in­san­lıq xa­ri­cin­də­ki hə­rə­kət­lə­rin qar­şı­sı­nı alıb. Or­du rəh­bər­li­yi­nin və əha­li­nin təq­di­ri­ni qa­za­nan Ka­zım Qa­ra­bə­kir ge­ne­ral-ma­yor rüt­bə­sinə ucalıb.

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud hesab edir ki, Naxçıvanda K.Qarabəkir paşaya heykəl qoyulması həm siyasi, həm tarixi, həm də mənəvi baxımdan çox əhəmiyyətli olardı. Tarixən türk xalqının bir-birinə dayaq olduğunu xatırladan Ə.Mahmud bildirdi ki, Türkiyə və Azərbaycan qardaşlığı, indi olduğu kimi, XX əsrin əvvəllərində böyük sınaqdan üzüağ, alnıaçıq çıxıb. “Kazım Qarabəkir paşa elə böyük şəxsiyyətdir ki, onun adını, xatirəsini hər birimiz minnətdarlıqla anmalıyıq. Naxçıvanın, Zəngəzurun xilaskarı kimi tariximizdə mühüm rol oynayan paşanın bizim düşmənlərimizə qarşı mübarizəsi unudulmazdır. Azərbaycan oğullarını da öz ordusuna qatıb onları erməni daşnaklarına qarşı mübarizəyə səfərbər etməsi nəticəsində ərazilərimiz daşnaklardan xilas edildi. Qarabəkir paşaya Naxçıvanda böyük bir heykəlin ucaldılması olduqca müsbət bir iş olardı. Düşünürəm ki, Naxçıvan İslam mədəniyyətinin paytaxtı olduğu dövrdə bu böyük sərkərdəyə heykəl qoyulması yerinə düşərdi. Bu heykəlin qoyulmasının həm siyasi, həm tarixi, həm də mənəvi əhəmiyyəti var”.   

Tarix üzrə fəlsəfə doktoru, tanınan tədqiqatçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, K.Qarabəkir paşaya heykəl qoyulmasının böyük əhəmiyyəti var: “Hesab edirəm ki, Qarabəkir paşaya Naxçıvanda heykəl qoyulması Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının daha da sıx olmasına gətirib çıxaracaq. İstər Türkiyədə, istərsə də Azərbaycandakı insanlarımız bilməlidirlər ki, Kazım Qarabəkir paşa, Nuru paşa, eyni zamanda vaxtilə Azərbaycandan gedib Çanakkalada, Balkanlarda döyüşən, düşmənə qarşı mübarizə aparan Məhəmməd Hadi, Yusif Axund Talıbzadə və digərləri xalqımız, tariximiz üçün çox dəyərli şəxsiyyətlərdir. Biz düşmənlərimizi eyni görmüşük. Ola bilsin, bir neçə yüz il əvvəl müəyyən problemlərimiz olub. Lakin o çox uzaqda qalıb. Bizim birliyimiz xüsusən də Qacarların və Osmanlıların çöküşdüyü dövrdə daha çox özünü göstərməyə başladı və biz birlikdə ümumi düşmənlərimizə qarşı mübarizə aparmağa başladıq. Bütün Azərbaycan xalqı bilməlidir, Kazım Qarabəkir paşa təkcə Osmanlıda, Türkiyədə qəhrəmanlıq göstərməyib, o, eyni zamanda, Naxçıvanda, Zəngəzurda da Azərbaycan türklərinin rus və erməni hərbi-terrorçu qüvvələrindən xilas olunması istiqamətində çox ciddi işlər görüb. Bu baxımdan, Kazım Qarabəkir paşaya Naxçıvanda əzəmətli bir abidə qoyulması çox gözəl olardı. Onu da deyim ki, Atatürk Naxçıvanı “türk qapısı” adlandırıb. Doğrudan da Naxçıvanın “türk qapısı” olaraq qalmasında da əlində silah əsgərləri ilə birgə döyüşən, ad qazanan Qarabəkir paşanın rolu olub. O təkcə naxçıvanlıların deyil, Zəngəzurun, Qərbi Azərbaycanın xilaskarıdır. Onlar paşanı çox yaxşı tanıyırlar”.

F.Ələkbərli qeyd etdi ki, K.Qarabəkir və Nuru paşa kimi şəxsiyyətlər o dövrdə ancaq Şimalı Azərbaycan əhalisinə yardım göstərməyiblər, onlar, həmçinin, Cənubi Azərbaycandakı soydaşlarımızın da xilasında mühüm rol oynayıblar. Tarixçi bildirdi ki, XX əsrin əvvəllərində aysorlardan və ermənilərdən ibarət dəstə tərəfindən bizim ərazilərimizdə “xristian dövləti” yaratmaq təşəbbüsləri olub. Onların bu hiyləsinin, məkrinin qarşısını da K.Qarabəkir paşanın ordusu alıb: “Onlar bizim torpaqları ələ keçirib əhalimizi qırmaqla ərazilərimizdə “xristian dövləti” yaratmaq istəyirdilər. Qarabəkir paşa da, Nuru paşa da onlara qarşı mübarizədə mühüm rol oynayıblar. Həm Nuru paşaya, həm də Kazım Qarabəkir paşaya heykəl ucaldılmalıdır”.

F.Ələkbərli onu da vurğuladı ki, bu böyük şəxsiyyətlərin adlarının küçə və prospektlərə, təhsil müəssisələrinə, eləcə də mədəniyyət mərkəzlərinə verilməsi də çox mühüm addım olardı.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də bizimlə söhbətində K.Qarabəkir paşaya Naxçıvanda heykəl qoyulmasının tərəfdarı olduğunu bildirdi. Z.Əliyevin sözlərinə görə, Naxçıvan İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirdiyi dövrdə bu heykəlin ucaldılması daha müsbət olardı. O hesab edir ki, K.Qarabəkir paşanın heykəlinin ucaldılması olduqca vacibdir: “Kazım Qarabəkir paşa Naxçıvana gələndə burada vəziyyət həqiqətən də çox pis idi. Bu gün hələ də tarixçilər tərəfindən tədqiq edilməyən məsələlərdən biri ermənilərin azərbaycanlılara, müsəlmanlara qarşı törətdiyi soyqırım aktıdır. Bilirsiniz, ermənilərin böyük iddiası Qarabağla yanaşı, Naxçıvanı da ələ keçirmək idi. Kazım Qarabəkir paşa Naxçıvana daxil olanda, demək olar ki, oradakı bütün silahlı qüvvələr ermənilər idi. Paşa burada vəziyyəti nizamladı, erməni dəstələrini qovub Naxçıvandan çıxardı. Paşa Naxçıvanın həyatında çox mühüm rol oynadı. Deyərdim ki, Naxçıvanda ilk teatrın yaranmasında da onun böyük rolu olub. O həm də yerli camaatda böyük ruh yüksəkliyi yarada bildi. Yerli camaat təhlükəsiz şəkildə küçədə, bayırda gəzə bilirdi. Naxçıvanda Kazım Qarabəkir paşaya abidə qoyulmasının həm siyasi, həm də mənəvi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Naxçıvan Türkiyə ilə sərhəddir və Azərbaycan Respublikasının Türkiyəyə çıxışı Naxçıvanla bağlıdır. Burada şanlı türk şəxsiyyəti Kazım Qarabəkir paşanın heykəlinin qoyulması çox mühümdür. Azərbaycan xalqına, dövlətinə böyük sevgi ilə yanaşan paşa ilə bağlı belə bir addımın atılması həm Türkiyə tərəfindən müsbət qarşılanardı, bu həm də Türk dünyasının düşmənlərinə, ərazilərimizə qarşı iddia irəli sürənlərə bir mesaj olardı. Bizim xalq heç vaxt ona edilən yaxşılığı yaddan çıxarmır, onun tarixi taleyində mühüm rol oynayan insanları yaddaşından silmir. Bu heykəl ucalarsa, biz uşaq və gənclərimizə deyə bilərik ki, XX əsrin əvvəllərində xalqımızın xilaskarlarından biri Kazım Qarabəkir paşadır. Bu abidə onun irsinin tanıdılması və təbliğ edilməsi üçün çox mühüm   əhəmiyyət daşıyır”.

Z.Əliyev, həmçinin, qeyd etdi ki, K.Qarabəkir paşaya heykəl qoyulması həm də onun ailə üzvləri üçün xoş olardı. O dedi ki, bu abidəni ziyarət etmək üçün paşanın ailəsi, yaxınları Naxçıvana gələr və burada paşanın ruhuna göstərilən ehtiramın şahidi olarlar: “Naxçıvan bu il İslam mədəniyyətinin paytaxtıdır. Kazım Qarabəkir paşa da türk və islam düşmənlərinə qarşı mübarizə aparıb. İslam mədəniyyəti ili çərçivəsində Naxçıvanda Kazım Qarabəkir paşaya abidə qoyulması təqdirəlayiq hal olardı”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ