Bazar günü günü, 15 noyabr 2026
     

Bölgə kitabxanalarında elektron vəsaitlərə artan tələbatın ödəniş yolları…

Image


Lətifə Məmmədova: “Hazırda heç bir bölgəmizdə elektron kitabxana yoxdur”
Aygün Abbasova: “Biz kitabxanamıza daxil olan kitabları ALİSA proqramı vasitəsilə…”
Sevinc Haşımova: “Kitabxanalarda ədəbiyyat nümunələrinin elektronlaşmasına tələbat artıb”

 

Regionlarda kitabxana işinin müasir tələblər səviyyəsində qurulması, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi diqqətçəkən məsələlərdən biridir. Məlum olduğu kimi, son illər paytaxt kitabxanalarının əksəriyyəti avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramına qoşulub. Bu proqram nəticəsində də ədəbiyyat nümunələri elektronlaşaraq abunəçilərə, oxuculara çatdırılır.

Bu gün ən aktual problemlərdən biri bir çox regionlarda fəaliyyət göstərən kitabxanaların elektronlaşması ilə bağlıdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, kitabxanalarda elektron ədəbiyyatın daha geniş tətbiqi istənilir: “Kitabxana sistemlərində müasir texnologiyaların tətbiqi, bu sahədə çalışan işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili və digər təkliflər səsləndirilib. Bütün müraciətlərə diqqətlə baxılacaq”.

Onu da vurğulayaq ki, nazir Göyçayda vətəndaşları qəbul edərkən region kitabxanaları rəhbərləri ondan avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi barədə kitabxanalara dəstək göstərməsini xahiş ediblər.

Bölgələrdə fəaliyyət göstərən kitabxanaların elektronlaşdırılması sahəsində nə kimi işlər görülüb? Kənd kitabxanalarının ALİSA proqramına qoşulmasında nə kimi çətinliklər var?

Qeyd edək ki, bu sahədə əsas çətinliklərdən biri bəzi kənd kitabxanalarının internetlə təmin edilməsi ilə bağlıdır. Pasportlaşdırılaraq bəzi rayon və şəhərlərdə, o cümlədən də Gəncədəki mərkəzləşdirilmiş kitabxana sistemində elektron kitabxana fəaliyyət göstərir. Sözügedən kitabxanada 2000-ə yaxın kitabın elektron variantı yerləşdirilib. Hər ay elektron kitabxanaya 100-dən artıq yeni kitab daxil edilir.

İsmayıllı Şəhər Mərkəzi Kitabxanasının informasiya şöbəsinin operatoru Aygün Abbasovanın “Bakı-Xəbər”ə verdiyi məlumata görə, bu kitabxana oxuculara elektron variantda da xidmət göstərir. Kitabxana əməkdaşının internet üzərindən bizə verdiyi məlumata görə, bu qurum 2015-ci ildən ALİSA proqramına qoşulub: “Biz kitabxanamıza daxil olan kitabları ALİSA proqramı vasitəsilə elektron kitabxanaya əlavə edirik. Bizim bu sahədə problemimiz yoxdur”.

Qeyd edək ki, bəzi bölgə kitabxanalarında elektronlaşma işləri aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovanın sözlərinə görə, bir sıra regional kitabxanaların informasiyalaşdırılması məsələsi gündəmə gəlib: ”İKT-nin kitabxana təcrübəsinə tətbiqi qarışıq, “hibrid” tipli kitabxana modellərinin yaranmasına səbəb olub. Bu elə bir fiziki yerə çevrilir ki, orada kitabxana fondları saxlanır, çap formasında və ya digər daşıyıcılarda olan informasiyanın açıqlığı təmin olunur. “Hibrid” kitabxana modelinin elementləri Azərbaycanın regional kitabxanalarında da reallaşır: biblioqrafiya və problem yönümlü məlumatlar bazası, elektron kolleksiyalar formalaşdırılır, elektron rabitə vasitələri və kitabxana saytları vasitəsilə (sənədlərin elektron çatdırılması, virtual arayış xidməti və s.) istifadəçilərə informasiya xidməti göstərir. Müasir regional kitabxana öz ərazisi üçün elm və mədəniyyət sahəsində dünya prosesləri haqqında mühüm informasiya kanalıdır. Regional kitabxanalar milli mədəniyyətin qorunmasını, bilik və kommunikasiyaların ən mürəkkəb və təmizlənmiş formalarının mövcudluğunu təmin edir”.

Şöbə müdirinin qeyd etdiyinə görə, mövcud informasiya şəbəkəsinə çıxış hər bir vətəndaşa regional kitabxanalar vasitəsilə interaktiv rejimdə digər kitabxanalar, arxivlər, muzeylər, KİV-lərlə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir. Müxtəlif biliklərin daxilində və onların arasında, miqyasından asılı olmayaraq, əlaqə üçün imkan yaranır.

L.Məmmədova bildirdi ki, bölgə kitabxanaları tam olaraq elektronlaşmayıb. Onun sözlərinə görə, bu da əsasən internet təminatının zəif olması ilə bağlıdır: “Hazırda heç bir bölgəmizdə elektron kitabxana yoxdur. Ancaq elektron kataloqlar var. Həmin elektron kataloqların da işlək olması üçün yüksək sürətli internet tələb olunur. Əgər kitabxanada yüksək sürətli internet yoxdursa və yaxud ümumiyyətlə internet yoxdursa, bu iş alınmır. İnternet bizim bölgə kitabxanalarında böyük problemdir. Bu proqram da ancaq onlayn sistemdə işləyir, yəni bu proqramlarda oflayn yoxdur. Oflayn belədir ki, internet oldu-olmadı, kitabxanaçı işini görür, yəni kitabları kataloqa yazır, internet gələndə isə o yazıları yükləyir. Elektron kitabxana proqramı internetdən asılı proqramdır. Ona görə də bizdə elektron kataloqlar yaxşı inkişaf edə bilmir. Düzdür, yazırlar, işləyirlər, çalışırlar, əmək sərf edirlər, lakin proqramda qüsurlar olduğu üçün, istədiyimiz nəticələri əldə edə bilmirik. Sözsüz ki, nəticələrimiz var. Elektron kataloqlarımız var. Təxminən 25-30 bölgə kitabxanasında bu var. Qalanlarında da mərhələ-mərhələ bu proqram quraşdırılacaq”.   

Kitabxanaşünas Sevinc Haşımova bizimlə söhbətində bildirdi ki, bəzi kənd və rayon kitabxanalarında internet probleminə görə kitabxananın elektronlaşdırılması işi zəifdir. Onun sözlərinə görə, bu gün ölkənin hər yerində internet inkişaf etdiyindən, abunəçilər elektron kitabxana xidmətindən yararlanmaq istəyirlər. Bütün kitabxanaların ALİSA proqramına qoşulmalı olduğunu vurğulayan ekspert qeyd edir ki, bölgə kitabxanalarının bu proqram vasitəsilə öz fondlarında olan kitabları internetə yükləməsinin faydası böyük olardı: “Bu gün, ümumiyyətlə, dünyanın hər yerində kitabxanalarda elektron ədəbiyyata maraq daha böyükdür. Bu da insanların internetdən istifadə etməsilə bağlıdır. Kitabxanalarda ədəbiyyat nümunələrinin elektronlaşmasına tələbat artıb. Deyərdim ki, böyük şəhərlərin əksəriyyətində bu proses başlayıb və davam etdirilir, bəzilərində isə başlamaq üzrədir. Bəzi bölgələrdə əsas çətinliklərdən biri internetlə bağlıdır. Bu problem həllini tapdıqdan sonra kitabxanaların elektronlaşması sahəsindəki mövcud çətinlik aradan qaldırılacaq. Son illər kitabxana işinin təkmilləşdirilməsi, elektronlaşdırılması sahəsində çox böyük işlər görülüb. Təbii, bunlar yetərli deyil. Hesab edirəm ki, bu sahədə işlər davam etdiriləcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ