Bazar günü günü, 15 noyabr 2026
     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Image


Qayğısız günlər keçirmək, valideyn nəvazişinə sığınıb dəcəllik, ərköyünlük etmək, bəzən nədənsə ötrü ağlayıb nazını çəkdirmək dolu uşaqlıq həyatı yaşamaq heç də hər kəsə nəsib olmur. Bəzi uşaqlar bu dövrünü küçələrdə, maddi və mənəvi sıxıntı keçirərək, fiziki və cinsi zorakılıqla üzləşərək yaşamağa məcbur olurlar. Məhz məcbur olurlar.

İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə valideyni tərəfindən atılan belə uşaqların sayı heç də az deyil. Statistik rəqəmlərə əsasən, hər il dünyada 10 milyona yaxın uşaq öz valideynləri tərəfindən atılır. Təəssüf ki, bu hal Azərbaycanda da yaşanır. Qeyd edək ki, atılmış və ya imtina olunan uşaqların çoxu təsadüfi cinsi əlaqə nəticəsində dünyaya gəlib.

Valideyn qayğısından məhrum uşaqlar

Məlumatlara görə, körpələr evinə verilən 3 yaşadək uşaqların sayı artıb. İl ərzində təxminən 60-70 atılmış uşaq tapılaraq körpələr evinə verilir. Əsasən doğum evlərində imtina edilmiş uşaqlar da körpələr evinə göndərilir. Həmçinin, ana dünyasını dəyişir və ya ağır xəstəliyə yoluxursa, ata övladına baxa bilməyəcəyini əsas gətirərək onu körpələr evinə verir.

Valideynlərin övladlarından imtina etməsinin adətən oxşar səbəbləri olur.  Əksəriyyətinin arqumentləri bir-birinə bənzərdir. Kimisi deyir ki, oğlan ona söz vermişdi, lakin sonra sözünə əməl edib onunla evlənmədi. Bu səbəbdən uşağından imtina edir. Eləcə də uşağı dünyaya gətirirlər ki, bəlkə oğlan məcbur olub ailə qurmağa razılaşsın. Amma son nəticədə uşaq qurbana çevrilir. Bəzisi iqtisadi durumun ağır olduğunu bəhanə gətirərək övladından imtina edənlərdən olur.

Qeyd etdiyimiz kimi, valideyni tərəfindən atılan uşaqlar həyatın acı sınaqları ilə üzləşirlər. Körpə yaşlarından azad həyatın nə demək olduğunu bilməyən balaca fidanlar müxtəlif formada zorakılığa məruz qalırlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, komitə tərəfindən uşaqların atılma səbəbini öyrənmək məqsədilə araşdırma aparılıb və məlum olub ki, uşaqların atılmasının ilkin səbəbi qanunsuz nikahlar və sağlamlıq imkanı məhdud olan uşaqların dünyaya gəlməsədir: “Qeyri-qanuni nikahdan uşaq doğulan zaman valideyn belə bir uşağı dünyaya gətirdiyi üçün cəmiyyət tərəfindən qınaq obyekti olmasından ehtiyat edərək, öz uşağından imtina edir, yaxud uşağın sağlamlıq imkanı məhdud olduğuna görə bəzi valideynlər utanc hissi keçirir və övladlarından imtina edirlər. Uşağından imtina edən valideyn anlasın ki, bütün uşaqlar valideynin nikah statusundan və uşağın sağlamlıq durumundan asılı olmayaraq, bərabər hüquqlara malikdirlər”.

İkinci səbəb iqtisadi problemlərdir ki, aztəminatlı ailələr, işsizlik, həyat səviyyəsinin aşağı olması, savadsızlıq bəzi ailələrin öz uşaqlarından imtina etməsi ilə nəticələnir. S.Qəhrəmanova qeyd edib ki, atılmış uşaqların dövlət tərəfindən müdafiəsi və himayəsi sahəsində çox iş görülür, lakin bu, dəyişilməz faktdır ki, heç bir qayğı ailə nəvazişini əvəz edə bilməz, heç bir qucaq ana qucağı qədər isti olmaz. Buna görə də uşaqların öz bioloji valideynləri ilə böyüməsi üçün dövlət tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir.

“Atılmış uşaqlar ömür boyu bu psixoloji zədədən yaxa qurtara bilmirlər”

Atılmış uşaqların psixoloji problemləri ilə bağlı danışan Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminovanın sözlərinə görə, belə uşaqların özünəinamı aşağı səviyyədə olduğundan, həyatda mövqe tutmalarında müəyyən çətinliklər və uğursuzluqlar yaşanır: "Uşaqlar bizim gələcəyimizdir. Onları sağlam, savadlı, təminatlı böyütmək hər bir valideynin mənəvi borcudur. Hər bir valideyn körpəni dünyaya gətirmək üçün həm mənəvi, həm də maddi cəhətdən hazır olmalıdır. Çünki uşaqlar psixoloji cəhətdən valideynlərinin səhvlərinin cəzasını çəkirlər. Elə valideynlər var ki, onlar həyatda etdikləri məsuliyyətsizlik ucbatından dünyaya övlad gətirir, daha sonra ya ailələri onları qəbul etmir, ya da mənəvi cəhətdən övlad böyütməyə hazır olmadıqları üçün onları atırlar. Uşağa kənar yerdə göstərilən münasibət nə isti ana qucağını, nə də ata qayğısını əvəz edə bilməz. Atılmış uşaqlar ömür boyu bu psixoloji zədədən yaxa qurtara bilmirlər. Daim özlərini zəif, özgüvənsiz, cəmiyyətdən təcrid olunmuş hiss edir, atalı-analı uşaqlara həsəd hissi ilə yanaşırlar. Bu da onların qeyri-adekvat davranışına, pis vərdişlərə yiyələnməsinə, intihar etməsinə gətirib çıxarır. Çünki onlara nəzarət edən, daim qayğı ilə yanaşan, etdikləri kiçik bir səhvi düzəltməyə çalışan valideynləri yoxdur. Bu səbəbdən atılan uşaqlar stressə düşür, nevrozluqla üzləşir və ömür boyu bunun frustrasiyasını yaşayırlar. Belə uşaqların özünəinamı aşağı səviyyədə olduğundan, onların həyatda mövqe tutmalarında müəyyən çətinliklər və uğursuzluqlar yaşanır. Özünü dərk edən hər bir şəxs həyatı ilə bağlı məsuliyyət daşımalıdır ki, onların cəzasını uşaqlar çəkməsin. Bu cür hallar atılmış uşaqların gələcəyinə, sosial fəaliyyətlərinə mənfi təsir göstərir".

“Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimli bildirib ki, 20 il ərzində onlara 5 minə yaxın uşaq pənah gətirib: “Sığınacaqda uşaqların hər biri ilə fərdi məşğul olunur, onların təhsilə cəlb edilməsi üçün lazımi sənədlər toplanır. Biz küçələrdə reydlər keçirib uşaqlarla tanış olduq. Onlarla söhbətdən məlum oldu ki, çoxu küçələrdə gecələyir. Buna görə biz “Ümid yeri” xeyriyyə cəmiyyəti olaraq Azərbaycanda ilk uşaq sığınacağını yaratdıq. Küçə həyatını yaşayanlar təhsildən yayınmış, sağlıq durumu qaydasında olmayan, doğum haqqında şəhadətnaməsi itirilən və ya olmayan uşaqlardır. Biz o uşaqları reydlər vasitəsilə sığınacağa toplayaraq hər birinə fərdi qaydada yanaşdıq. 20 il ərzində küçə həyatına məruz qalmış, ən acı taleyə sahib olan 5 min uşaq bu sığınacağın qonağı olub”.

“Uşaq doğulan kimi ata baş götürüb gedir, ana isə...”

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlının fikrincə, valideynlərin övladından imtina etməsinin səbəbi qadınların rəsmi nikahda olmaya-olmaya uşaq dünyaya gətirməsidir: “Qadın rəsmi nikahda olmaya-olmaya dünyaya uşaq gətirir, ata körpəsindən imtina edir və qadını hədələyir ki, sən mənim atalığımı heç vaxt sübut edə bilməyəcəksən. Belə olan halda, qadın məhkəməyə müraciət etməlidir. Təəssüf ki, qadınlarımız çox vaxt qanunları bilmədikləri üçün, bu addımı atmağa cürət etmirlər. Uzun müddət uşaqlar sənədsiz qalır, çətinliklə üzləşirlər. Mən şahidiyəm ki, nikahdankənar doğulan uşaq böyüyüb məktəb yaşına çatır, amma ana onu qoyub gedən kişinin soyadını belə bilmir. Belə uşaqların təhsilində çox böyük problemlər yaranır. İlk növbədə atalıq müəyyən olunmalıdır, amma bu da çox uzun və çətin prosesdir. Uşaq doğulan kimi ata baş götürüb gedir, ana qalır köməksiz. Onun qeydiyyatı da yoxdur ki, həmin kişinin evində yaşasın. Özünə hörmət edən qadın ailə qurursa, mütləq rəsmi nikahı olmalıdır. Əgər ortada nikah yoxdursa, deməli, tərəflərdən birinin münasibəti qeyri-ciddidir. Belə olan halda, qohum-əqrəba da elə analardan imtina edir və onları küçəyə atır. Statistika göstərir ki, belə anaların çoxu ya “pis yol”a düşür, ya uşağından imtina edir, ya da onu uşaq evinə verir. Bu problemlərlə qarşılaşmamaq üçün qadınlar ilk növbədə maariflənməlidir”.

Uşaq psixoloqu Aynur Musayevanın sözlərinə görə, müəyyən səbəblərdən valideynlər uşaqlarından imtina edir, öz övladlarını ya xəstəxana həyətinə, uşaq evlərinə qoyur, ya da küçəyə atırlar. Bu hallar uşaqların həyatını risq altında qoyur. Körpələr bəzən onların həyatı üçün təhlükəli olan yerlərə atılırlar: “Dəfələrlə media vasitəsilə oxumuşuq ki, valideynlər övladını uşağın həyatı üçün təhlükəli yerlərə qoyublar. Belə olan halda, atılmış uşaqlar hansısa heyvanların qurbanı da ola bilər. Xarici ölkələrdə dəfələrlə itin, pişiyin tələf etdiyi körpə faciəsi qeydə alınıb. Valideyn övladına baxa bilmək gücündə deyilsə, onu elə sığınacaqlara, uşaq evlərinə təhvil versə, yaxşı olar”.

Kövrək qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində hansı işlər görülür?

Onu da qeyd edək ki, mərhum prezident Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 10 ilə yaxın bir dövrdə ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilib, vahid dövlət uşaq siyasətinin formalaşması istiqamətində uğurlu addımlar atılıb, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb.

Məlumdur ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olan uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün 1999-cu ilin iyununda Azərbaycanın “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun qəbul edilib.

Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı bildirib ki, uşaqlar cəmiyyətimizin sabahıdır: “Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ