Bazar günü günü, 15 noyabr 2026
     

Döyüşçü hünəri ilə əbədiyyətə qovuşdu... - FOTO

Image


1992-1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları respublikamızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Bu döyüş yolunu Vətənə məhəbbət və sədaqət, hərbi şücaət, yenilməz iradə nümunəsi kimi xarakterizə etmək olar.

O illərdə Daxili Qoşunlar ön cəbhədə öz sıralarından yüzlərlə cəsur hərbi qulluqçusunu itirdi. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu hərbi qulluqçular haqqında son illər apardığım tədqiqatlar məni müxtəlif ünvanlara yönəldib. Vətən yolunda şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın ailələrinin yaşadıqları həmin ünvanlar respublikamızın əksər şəhər və rayonlarını əhatə edir. Vətənpərvər ruhlu şəhid ailələri ilə ünsiyyət zamanı bir daha əmin oluram ki, qeyrətli oğulların yetişməsində bünövrədən tərbiyə amili böyük rol oynayır.

Şəhid hərbi qulluqçularımızdan biri olan əsgər Misirxanov Elxan Sərxan oğlu 7 iyun 1973-cü ildə Bakı şəhərində anadan olub. Onun ata yurdu bu gün işğal altında olan Cəbrayıl rayonunun Balyand kəndidir. Misirxanovlar ailəsində iki qız, üç oğul övladı dünyaya gəlib. Valideynləri Sərxan Misirxanov və Nigar Haqverdiyevanın tərbiyə verdiyi və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişdirdiyi bu övladların arasında Elxan bir sıra fərdi cəhətlərinə görə fərqlənirdi. Xüsusən də idmana həvəs göstərməsi (o vaxtkı “Lokomotiv” İdman Cəmiyyətinin üzvü olub - Y.A.), cüdoçu kimi tatami üzərində mübarizlik əzmini nümayiş etdirməsi, ancaq eyni zamanda təmkinli olması, öz iradəsini möhkəmləndirməsi onun əsl döyüşçü kimi formalaşmasının təməlini qoyub.

Elxanın babaları II Dünya müharibəsində iştirak ediblər. Babası Həsənxan Misirxanov faşistlərlə döyüşlərin birində həlak olub. Digər babası Şahverdi Allahverdiyev isə ön cəbhədə yaralansa da, müharibədən sağ qayıdıb. Elxan həmişə babaları ilə fəxr edib.

O, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, İstixana Kombinatı qəsəbəsindəki 71 nömrəli orta məktəbin məzunudur. Orta məktəbdə oxuyarkən müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb. Orta məktəbdən sonra 2 nömrəli peşə məktəbində təhsil alıb. Burada dəmir yolu sahəsinə aid ixtisasa yiyələnib. Daha sonra sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. SSRİ Müdafiə Nazirliyinin Ukraynanın Çerniqov vilayətində yerləşən hərbi hissəsində xidmət edib. Orada tank heyətində sürücü-mexanik hərbi ixtisasına, müxtəlif növ atıcı silahlardan atəş açmaq bacarığına yiyələnən, döyüş taktikası fəndlərini öyrənən Elxan üçün özünün də gözləmədiyi bir məqam yetişdi...

1991-ci ildə artıq SSRİ kimi fövqəl bir dövləti xaos bürümüşdü. Nəhəng bir ölkə idarəolunmaz bir vəziyyətə gələrək dərin böhran içində idi. Vaxtilə zor gücünə qurulmuş, onlarla xalqın azad yaşamaq haqqını tapdamış, dünyanın inkişaf axarı ilə ayaqlaşa bilməyən SSRİ-nin çöküşü sürətli bir prosesə çevrilmişdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi ilə xalqımız tarixi arzusuna qovuşdu. Bu xəbəri Vətəndən uzaqlarda hərbi xidmət keçən azərbaycanlı gənclər də sevinc və coşqu ilə qarşıladılar. Onların arasında Elxan da vardı. O, 1991-ci ilin dekabr ayında həmvətəni olan bir qrup əsgər yoldaşı ilə Vətənə dönür, yenicə müstəqillik qazanmış respublikamıza xidmət etməyi özünün şərəfli vəzifəsi bilir.

Həmin dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşmişdi. Dağlıq Qarabağda azərbaycanlı yaşayış məntəqələri və Ermənistanla həmsərhəd rayonlarımız ermənilərin hərbi təcavüzünə məruz qalırdı. Bir tərəfdən də ölkədaxili ictimai təlatümlər və qarşıdurmalar ara vermirdi. Belə vəziyyət torpaqlarımızın işğalı təhlükəsini artırırdı.

1992-ci il fevralın 26-da Xocalıda soydaşlarımıza qarşı törədilmiş soyqırım erməni faşizminin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu dəhşətli faciədən sonra düşməndən qisas almaq əzmi ilə neçə-neçə gənc silaha sarıldı və ön cəbhəyə yollandı.  

O vaxt ordumuzun ilk hissələri yeni formalaşırdı. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının da yaranması prosesi gedirdi. 1992-ci ilin 12 mart tarixindən etibarən Daxili Qoşunlar erməni işğalçılarına qarşı döyüşə başlamışdı.

E.Misirxanov 1992-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılaraq Daxili Qoşunların sıralarına qəbul olunub. O, Bakıdakı və Hacıqabuldakı “N” saylı hərbi hissələrdə bir müddət hərbi xidmət keçib və sonra ön cəbhəyə göndərilib. Müstəqil dövlətimizin hərbi qulluqçusu kimi hərbi and içməsi, müqəddəs üçrəngli bayrağımızın hərbi hissələrimizdə dalğalanması sovet ordusunda hərbi xidmət keçmiş gənc olaraq onun qəlbində böyük ruh yüksəkliyi yaratmışdı. Onun “N” saylı hərbi hissənin tərkibində Ağdam-Ağdərə cəbhə bölgəsindəki Papravənd, Qalayçılar, Şelli, Xıdırlı, Xatınbəyli, Əmiralılar, Seyidlər, Qazançı, Çıldıran, Drımbon (Heyvalı), Kaçaqot (Yayıcı), Manikli, Canyataq, Gülyataq kəndləri, Fərrux və Sığınaq yüksəkliklərindən keçən döyüş yolu hərbçi şücaəti və fədakarlığının nümunəsidir. O, düşmənə qarşı qətiyyət və cəsarətlə döyüşürdü. Hücum və müdafiə xarakterli döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, atəş nöqtələrinin darmadağın edilməsində əsgəri hünəri ilə fərqlənib. Komandirlər onun qorxmazlığını döyüşçülərə nümunə göstərirdilər. 1992-ci il oktyabr ayının 28-də döyüşdə ayağından yaralanıb. DİN-in qospitalında müalicə olunduqdan sonra Elxan yenidən döyüşlərə atılıb. Döyüşlərdən birində bu dəfə yüngül dərəcədə yaralanıb, ancaq yenə də ruhdan düşməyib, ağır sınaqlardan çəkinməyib.

Əsgər E.Misirxanov 1993-cü il martın  5-dən 11-dək Sığınaq yüksəkliyi ərazisində döyüşlər zamanı şəhid olub. Həmin ərazidə mühasirəyə düşmək təhlükəsi ilə üz-üzə qalmış döyüşçülərdən biri kimi son nəfəsinədək dəyanətlə vuruşub. Ölüm şəhadətnaməsində həlak olduğu tarix 11.03.1993-cü il göstərilib. Sənəddə qeyd olunub ki, hərbi qulluqçu güllə yarasından həlak olub. Şəhid hərbi qulluqçumuzun cənazəsi martın 12-də Bakıya gətirilib. O, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Vaxtilə təhsil aldığı 71 nömrəli orta məktəbə 18.04.1994-cü ildə şəhidin adı verilib. Orta məktəbdə onun büstü qoyulub və xatirə guşəsi yaradılıb. Elxan orta məktəbin ilk şəhididir. Misirxanovlar ailəsi məktəbə şəhidin adının verilməsi və orada büstünün qoyulması məsələsində Elxanın ədəbiyyat müəlliməsi olmuş mərhum Gülzar İbrahimovanın və həyat yoldaşı, ziyalı insan Tahir İbrahimovun təqdirəlayiq fəaliyyətini, şəhidin büstünün hazırlanmasında əməyi olan şəxslərdən Vahid Hacıyev, Seyran Zülfüqarov, Arif Musayev və Rəfael Cəfərovun xeyirxahlığını minnətdarlıqla qeyd etdilər. Şəhid ailəsinə mərhum Ramiz Mirzəyev də (uzun illər neft sənayesi müəssisələrində məsul vəzifələrdə çalışıb - Y.A.) vaxtilə diqqət və qayğısını əsirgəməyib.

Hərbi qulluqçumuz haqqında bu günədək respublikamızın bir sıra qəzetlərində məqalələr dərc olunub. Həmin məqalələrdə onun döyüş yolu işıqlandırılıb. 

Şəhidin ailəsinə dövlət tərəfindən müvafiq müavinət verilir. Elxanın valideynləri pensiyaçıdırlar. Onların əmək fəaliyyəti müxtəlif müəssisələrdə keçib, halal zəhmət insanlarıdırlar. Elxanın qardaşları Babək Misirxanov, Bəhruz Misirxanov və bacıları Sevda Misirxanova, Sücaət Misirxanova müxtəlif peşə sahibidirlər, hər biri öz sahəsində dövlətimizin tərəqqisi üçün çalışır. Onların xatirəsində Elxan həmişə cavan qalacaq, onun yoxluğunun ağrı-acısı ilə yaşasalar da, şəhidin doğmaları olduqlarından qürur duyurlar. Misirxanovlar ailəsinin bir oğul nəvəsi Elxanın adını daşıyır.

Şəhidin atası mənimlə söhbətində dedi ki, işğal olunmuş torpaqlarımız azad olunsa, şəhid ruhları da rahatlıq tapar, onların doğmaları üçün isə bu, böyük təsəlli olar. Şəhidlər o günə qovuşmaq üçün canlarını fəda etdilər və biz xalq olaraq bu arzumuza mütləq qovuşacağıq!

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ