Bazar günü günü, 15 noyabr 2026
     

Bir ildə 14500 boşanma – bizim üçün az, ya çox...

Image


Fatimə Hacıbəyli: “Qeyri-rəsmi nikahdan sonra boşananların sayını da nəzərə alsaq, bu gün Azərbaycanda boşanma ilə bağlı vəziyyətin acınacaqlı halda olduğu üzə çıxar”

 

Son illər ölkəmizdə boşanma hallarının sayı sürətlə artmaqdadır. Açıqlanan statistik rəqəmlərə əsasən, ötən il ölkədə 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Qeyd olunur ki, 2016-cı illə müqayisədə ölkədə nikahların sayı 5,8 % azalıb, boşanmaların sayı isə, əksinə, 10,8 % artıb.

Boşanma tendensiyası tək Azərbaycanda deyil, bütün dünya ölkələrində müşahidə olunur. Aparılan araşdırmalara görə, cütlüklərin boşanma səbəbləri heç də iqtisadi problemlərlə bağlı deyil. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğunu düşünürlər. Bəs Azərbaycanda boşanmaya səbəb olan faktorlar hansılardır?

“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyri-rəsmi nikahdan sonra boşananların sayını da bunun üzərinə gəlsək, vəziyyətin daha acınacaqlı olduğu üzə çıxar: “Boşanmaların səbəblərindən biri də ailə zorakılığıdır. Adətən qadının psixologiyasında öz ocağını dağıtmağa meyllilik olmur, o, uşağın atasının olmasını istəyir. Yəni cəmiyyətdə onun barmaqla göstərilməsini qəbul etmir. Boşanmaya gedən tərəf isə çox zaman qadın olur. Bu addımı isə qadın həyat yoldaşı ilə birgə yaşayış mümkün olmadıqda atır. Kişilər isə çox nadir hallarda boşanma üçün ilk addımı atırlar”.

Həmsöhbətimizin fikrincə, ailədə kişi üzvünün uzunmüddətli miqrasiya etməsi, başqa ölkələrdə işləməsi də ailənin dağılmasına təsir edir: “Burada əsas psixoloji amillərdən biri qarşılıqlı hörmət və nüfuzun aşağı düşməsidir. Bu zaman əsas problem tərəflərin bir-birinə inamı, etibarı və nüfuzu qoruyub saxlamasında cəhdlərinin olmamasıdır. Kişilər miqrasiya prosesində iştirak etsələr də, qadınlar səbrlə gözləyirlər və ailəni idarə etməyi öz üzərlərinə götürürlər. Miqrasiya prosesində iştirak edən tərəflərdən birinin məsuliyyətini yerinə yetirməməsi və ailə ilə maraqlanmaması ailənin dağılmasına təsir göstərir”.

F.Hacıbəylinin sözlərinə görə, əvvəllər qadınlar seksual istəklərini büruzə verməsələr də, sonradan münasibətlərdə açıq-aşkar seksual tamamlığı istəyirlər: “Bəzən də əksinə olur, kişilər seksual münasibətə həvəsli olurlar, ancaq qadınlardan bunu görmürlər. Bu da birgə yaşayışa əngəllər yaradır. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə predmeti olmazdı, susardılar, amma indi bunu açıq şəkildə müzakirə edirlər. Bəzən şahidi olursan ki, fərdlər televiziyada gördüklərini tələb edirlər. Hansı ki, həmin hallar nikahda qəbul edilməyən hallardır. Bəziləri bunu tamamilə qəbuledilməz hesab edir, bu da nəticədə ailənin dağılmasına səbəb olur”.

Birlik sədri onu da vurğuladı ki, ailələrin problemlərə qarşı dözümsüzlüyü boşanma səbəblərindən biri sayılır: “Məsələn, konkret olaraq 90-cı illərdən bu tərəfə ailə quranlarda bu hal daha çoxdur. Həmin cütlüklər özləri də elə bir ailədə böyüyüblər ki, həmin ailələrdə uşaq sayı azdır. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması hər bir xırda konfliktə valideynin müdaxilə etməsinə gətirib çıxarır.

Həmçinin, boşanmaya ən çox səbəb göstərilən digər bir hal isə xəyanətlə bağlıdır. Burada alışdığımız klassik kişi xəyanətindən çox, qadın xəyanətinin boşanmaya səbəb olmasının şahidi oluruq. Bu bir faktdır ki, xəyanətlə əlaqədar boşanmaların sayı artıb. Buna həm sosioloji, həm də psixoloji məqamlar şərait yaradır. Xəyanət edən qadınların ən çox işlətdiyi ifadələrdən biri ailədə diqqət, qayğının yerində olmaması, qarşı tərəfin onlara kifayət qədər vaxt ayırmamasıdır”.

F.Hacıbəyli onu da əlavə etdi ki, bəzi cütlüklər ailənin nə demək olduğunu anlamadan ailə qururlar: “Bəzən oğlanla qız ailə məsuliyyətini dərk etmədən evlənirlər. Ailə qurduqdan sonra da özlərini subay kimi hiss edir, gənclik əyləncələrindən əl çəkmirlər. Bu əsasən kişinin davranışında özünü daha çox büruzə verir. O yenə də keçmiş dostları ilə vaxtını keçirməkdə davam edir, əvvəlki sevgisini unutmur, evliliyi məhdudiyyət və zəncir kimi qəbul edir, məişət problemlərini ciddiyə saymır, bəzən bu problemləri həll etmək üçün özündə mənəvi qüvvə tapa bilmir. Nəticədə kişinin ailədən soyuması müşahidə olunur ki, bu da onun həyat yoldaşı tərəfindən diqqətdən kənar qalmır. Bunun qarşısını almaq üçün evlənən şəxslərdə ailə qurmazdan əvvəl məsuliyyət hissini artırmaq, evliliyin mümkün problemlərini onlara qabaqcadan başa salmaq, ailə həyatına hazır olub-olmadıqları barədə onları dərindən düşünməyə vadar etmək lazımdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ