Bazar günü günü, 15 noyabr 2026
     

Qədim türk mərasimi olan Xıdır Nəbiyə ermənilərin və yezidi kürdlərin əsassız iddiası…

Image


Məhərrəm Qasımlı: “Ermənilərin və yezidi kürdlərin iddialarının heç bir əsası yoxdur”
Güllü Yoloğlu: “Marko Poloya görə, tatar türk toplumları Xıdır Nəbi bayramını “Bəyaz” adı ilə anır, yerə bir bəyaz örtük sərir, üzərinə un səpirlər”

 

Azərbaycan türkləri tarixən öz mərasim və bayramlarını yaşadıb, nəsildən-nəslə ötürüb. Belə mərasimlərdən biri kiçik çillədə, fevralın birinci ongünlüyündə qeyd edilən Xıdır Nəbi mərasimidir. Xıdır Nəbi mərasimi əsasən 9-10 fevral tarixlərində keçirilir. Qədim mərasimlərimizdən olan Xıdır Nəbi əsasən Borçalıda, Naxçıvanda, Gəncəbasarda, Qarabağda, Anadoluda, Cənubi və Qərbi Azərbaycanda daha böyük coşqu ilə keçirilib. Bu gün, demək olar ki, bölgələrimizin bir çoxunda, eləcə də azərbaycanlıların kompakt yaşadığı başqa respublikalarda bu mərasim qeyd edilməkdədir.
Bu arada onu da qeyd edək ki, bəzi xarici saytlarda ermənilər və yezidi kürdlər tərəfindən Xıdır Nəbi onlara aid mərasim kimi təbliğ edilir. Guya ki, Xıdır Nəbi erməni və yezidi kürdlərə aid mərasimdir. Sözsüz ki, onların irəli sürdükləri fikirlər quru iddiadan başqa bir şey deyil. Mərasimşünasların hər birinə yaxşı məlumdur ki, Xıdır Nəbi türklərə məxsus mərasimdir və bizim məişətimizdə, bayramlar, mərasimlər sistemimizdə özünə xüsusi yer tutur.
Folklorşünaslar bildirirlər ki, Xıdır Nəbi mərasimi, birmənalı olaraq, türk mərasimidir və bu mərasimə ermənilərin əl uzatması insanların fikrini çaşdırmaqdan və təxribatdan başqa bir şey deyil.  
Professor Məhərrəm Qasımlı bildirdi ki, erməni və yezidi kürdlərin ortaya atdığı iddianın heç bir əsası yoxdur. Ermənilərin bizə qarşı hər zaman təxribat törətdiyini vurğulayan professor Qasımlının sözlərinə görə, bu mərasim türk xalqlarının əziz mərasimidir: “Ermənilərin və yezidi kürdlərin iddialarının heç bir əsası yoxdur. Bu bizə məxsus mərasimdir. Xıdır Nəbi mərasimi hər il qış yarı olanda: böyük çillə ilə kiçik çillə arasında keçirilir. Siz özünüz də bilirsiniz ki, bu mərasimi bölgələrdə olduqca geniş şəkildə qeyd edirlər”.
Xatırladaq ki, Xıdır Nəbi mərasiminin vaxtı və keçirilməsi haqqında folklorşünaslarımızın və mərasimşünaslarımızın fikirləri çox vaxt üst-üstə düşmür.
Sözsüz ki, bu mərasimin çox qədim tarixi var. Qədim (İslamdan öncəki) xalq etiqadına görə, Xıdır Nəbi xeyirxah-sehrli qüvvə, “suyun, külək və havanın himayəçisi” sayılıb, Xızır peyğəmbərlə eyniləşdirilir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çillədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirirlər. Folklorşünas alim mərhum Bəhlul Abdulla yazırdı ki, ta qədimdən kiçik çillənin Xıdır Nəbi adlanan birinci ongünlüyü fəslin ən sərt - çovğunlu günləri sayılır. Xalq yazıçısı, tədqiqatçı-alim mərhum Əzizə Cəfərzadənin yazdığına görə isə Xıdır İlyas mərasimi kiçik çillənin qurtardığı son üç gündə, təxminən 25-28 fevralda keçirilir. Etnoqraf Ə.Ələkbərov da Xıdır Nəbi mərasiminin kiçik çillənin birinci ongünlüyündə qeyd edildiyini göstərir. Etnoqraf Ənvər Çingizoğlu mövzu ilə bağlı tədqiqatında Xıdır Nəbi bayramının Qarabağ mahalında qeyd olunması haqqında maraqlı məqamları nəzərə çatdırır.
Ə.Çingizoğlu qeyd edir ki, bayrama hazırlıq günləri öncədən başlayarmış. Xalq arasında bu inam vardı ki, Xıdır Nəbi boz atında gələcək. O gələrkən evlərdə mütləq bayram əhvali-ruhiyyəsi görməlidir. Əgər bu belə olmasa, o küsüb gedər. Xıdırın küsüb getməsi ilə yaz-bahar gecikər. Nəticədə isə ruzi-bərəkət azalar. Buna görə də hələ kiçik çillənin birinci günündən başlayaraq bayram tədarükü görülür. Xıdır Nəbi mərasimi süfrəsinin əsas atributları səməni, qovurğa, qovut, boyadılmış yumurta, xəşil, düyüdən hazırlanmış yeməklər olur. Bayram süfrəsi üçün buğda qovrular, qovrulmuş buğdadan qovut çəkilər. Bayramdan bir gün əvvəl evin kiçik övladı (oğlan uşağı) bağdan alma çubuqları gətirər. Gətirilən çubuqlar üç tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü ana çubuqları bir-bir götürüb niyyətlərini sadalayır. Hər çubuq bir niyyət üçün nəzərdə tutulurmuş. Yurdun abadlığı, ailənin salamatlığı, mal-qaranın məhsuldarlığı, bağ-bostanda barın çoxluğu, toy-düyün üçün niyyətlər edirlərmiş. Üyüdülmüş qovutu məcməyinin içində nazik yayırlar. Bəzən qovutdan başqa məcməyiyə un da yayırlar. Gecə düşəndə həmin dəstələnmiş çubuqları şam kimi yandırırlar. Özü yanıb qurtaranadək ona toxunulmaz. Səhərə qədər məcməyidəki qovut və ya una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidir...
Belə hesab edirdilər ki, bu zaman evin ruzi-bərəkəti artar, bolluq olar. Yalnız bundan sonra həmin qovutdan yemək olar. Axşam şər qarışanda isə cavanlar və uşaqlar dəstələnib evləri qapı-qapı gəzərək “Xıdır” nəğməsini oxuyar və bayram payı yığarlar. Hansı qapıdan içəri girsələr, əvvəlcə dəstədən bir adam irəli çıxıb avazla oxuyar:
Mən Xıdırın quluyam,
Göy atının dostuyam.
Ağzının arpasıyam,
Ayağının nalıyam.
Sonra da dəstə xorla oxuyar:
Xıdırı-Xıdır İlyas,
Özünü yetir İlyas.
Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) Xıdır İlyas bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi ilə bağlı maraqlı məlumat toplayıb. Bildirib ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa, yaxşı, qara rəngə boyanırdısa, pis əlamətə yozulardı.
Məlumatlara görə, yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər. Xıdır İlyas mərasim bölgədə qışın yarısının yola salınması münasibətilə keçirilər. Bu mərasimdə hamı evdən bayıra çıxar. Çoxlu tonqallar yandırardıla.
Alimlərin qeyd etdiyinə görə, belə bir inam da var ki, guya mərasimdə Xıdır İlyasın özü uşaqların arasında olur. Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas - Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə, belə hesab edilərdi ki, o, Xıdır İlyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır İlyasın əl basmasına inam güclü idi.
Beləliklə, belə qənaətə gəlinir ki, Xıdır İlyas mərasimi, xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda yaşadır.
Tarix üzrə fəlsəfə doktoru, tanınmış etnoqraf Güllü Yoloğlu da bu mərasimin sırf türk mərasimi olduğunu deyir. Mərasimin tarixindən danışan tədqiqatçı vurğuladı ki, Xıdır Nəbi haqqında kifayət qədər elmi mənbə var və bu mənbələrdə onun hansı xalqa məxsus olduğu qeyd edilib: “Elə bu başdan qeyd edək ki, Novruzun böyük coşqu ilə keçirildiyi yerlərdə Xıdır Nəbi ya keçirilməyib, ya da çox zəif qeyd olunub. O yerdə ki, Xıdır Nəbi bayramı böyük ruh yüksəkliyi, könül xoşluğu ilə keçirilib, orada Novruza önəm verilməyib”.
G.Yoloğlunun qeyd etdiyinə görə, Azərbaycan tədqiqatçılarından Xıdır Nəbi bayramının keçirilməsini Ə.Cəfərzadə daha ətraflı təsvir edir: “Belə ki, Xıdır eşqinə Xıdır Nəbi günlərində səməni bişirirdilər. Bayrama iki-üç gün qalmış qadınlar isladılmış, rişə bağlamış buğdanı əvvəlcə tut ağacından düzəldilmiş tabaqda qara bülöv qəmbər daşı ilə yeddi dəfə əzib, yeddi dəfə suyunu çıxarır, bulaq suyu tökülmüş teştlərə boşaldır, qarışdırılıb buğdanın ağ nişastalı şirəsini çıxarırlar. Sonra “gözünə” azacıq un vurub iri, uzunquyruq taxta çömçələrlə bulamağa başlayırlar. Bu işlə, adətən, nənələr məşğul olurlar. Çox hərəkət tələb etməyən bulama vaxtı nənələr oxuyurlar:
Sən mənə ağa, Xızır,
Gəl çıxaq dağa, Xızır.
Üzünün hörmətiynən
Bizə nur yağa, Xızır.
Gedək bulaq üstünə,
Xızır Nəbi şəstinə.
Diz çökək, əl bağlayaq,
Alın qoyaq dəstinə.
Səməni axşamacan bişib qurtarır, rəngi qızarır, içinə fındıq, qoz ləpələri atılır. Dəmə qoyulan səməni qazanının üstündəki nimçəyə un, ya da qovut qoyulur, qabağına pərdə çəkilirdi. Sabahacan heç kəs bu pərdənin arxasına keçməzdi. Düşünürdülər ki, Xızır gəlib səməni qazanının üstünə qoyulmuş un, ya qovut nimçəsinə əl basmalı, səmənini dualamalıdır. İnama görə, burada onun əlinin izi qalmalıydı. Əgər iz qalmasaydı, insanlar payın qəbul olunmadığını düşünərək kədərlənirdilər.
Pərdə arxasından qarılar ovsun oxuyurdular:
Çəkmişəm pərdəni ocaq üstünə,
Qoymuşam qazanı dəmə, Xızır, gəl!
Əl vur, çevir salavat,
Artsın evdə bərəkət.
Qonağımız bol olsun,
Evdən-evə yol olsun.
Fındıqlayar “səməni”,
Valeh eylər görəni.
Bişirmişəm səməni,
Ətri tutub çəməni.
Ay Allah, Xızır gələ,
Əl vura izi qala.
Qazanım dolub-daşa,
Verəm qohum-qardaşa.
Kasa-kasa “səməni”,
Xəcil qoymaya məni.
Səhər o başdan ağbirçəklərdən biri pərdənin arxasına keçir, Xızırın əlinin izini görüb ətrafdakılara gözaydınlığı verirdi. Qonaqlar pay-püşlə bayrama gəlir, piyalələrdə paylanmış səmənilərini yeyir, içindən çıxan fındığı cibinə qoyub niyyət tutur, gələn Xıdır Nəbi bayramına qədər saxlayırdılar. Uşaqlar balaca piyalələrdə evlərə səməni paylaya-paylaya nəğmə oxuyurdular.
Yaz gəlir, hava qızır,
Xızır, Xızır!
Qayadan bulaq sızır,
Xızır, Xızır!
Min bərəkət gətir, gəl,
Xızır, Xızır!
Ağ atına otur, gəl,
Xızır, Xızır!
Yaşıllaşsın çəmənlər,
Xızır, Xızır!
Açılsın yasəmənlər,
Xızır, Xızır!
Səməni piyalələrini alanlar onları geri qaytararkən piyalənin içinə kiçik hədiyyə, şirniyyat qoyurdular. Çünki inama görə, qabı boş qaytarmaq olmazdı.
Marko Poloya görə, tatar türk toplumları Xıdır Nəbi bayramını “Bəyaz” adı ilə anır, yerə bir bəyaz örtük sərir, üzərinə un səpirlər. Ertəsi gün səhər unun üzərində Xıdırın atının izini axtarır, əgər onun üzərində at nalına bənzər işarə olurdusa, dərhal həmin undan çörək (kömbə, girdə, köməc) bişirib qohum-əqrəbaya paylayaraq yeyirdilər.
M.Seyidova görə, qovurğadan un çəkərək yükün altına qoyurdular. İnama görə, gecə Xızır İlyas una əl vurub onu ovsunlayacaq ki, gələn ilin unu bərəkətli, çörəkləri bol olsun. Bu yerdə qeyd etmək istərdik ki, bu adət digər türk boylarında da mövcuddur”
İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ