şənbə günü, 14 noyabr 2026
     

Gənclər üçün seçilən elmi iş mövzularına iradlar var…

Image


Buludxan Xəlilov: “Hesab edirəm ki, dövlətçiliyimizlə, ədəbiyyatşünaslığımızla, dilimizlə bağlı yeni tədqiqat işlərinə birbaşa gəncləri cəlb etmək lazımdır”
Qiymət Məhərrəmli: “Onlar elə mövzular işləməlidirlər ki, elmə, dövlətə fayda verə bilsinlər”

 

Elm elə bir sahədir ki, o daim yeniliklərə meydan verməlidir. Elmdə yenilik, novatorluq, yeni nəfəs olmursa, artıq o öz mahiyyətini tam ifadə edə bilmir. Xüsusən də elmin humanitar sahəsində yeniliyə daha çox meyl özünü göstərməli olduğu halda, biz əksər hallarda bunu görə bilmirik. Humanitar elm bölümündə yer alan tarix, fəlsəfə, dilçilik, ədəbiyyatşünaslıq və s. sahələrdə yeni fikrə böyük ehtiyac var.

Biz tədqiqat mövzularına yaxından nəzər salsaq görərik ki, burada taleyüklü məsələlərlə bağlı mövzular elə də çox deyil. Dövlətçiliyimizlə, dil tariximizlə, ədəbiyyatşünaslıqla, fəlsəfə ilə əlaqədar yeni mövzular meydana gəlməlidir. Gənc dissertantlara elmi iş mövzusu kimi verilən tədiqiqat işlərini saf-çürük etdikdə müəyyən vaxtlarda elə tapdanmış, bu gün üçün aktual olmayan, zamanı keçmiş mövzulara rast gəlirik ki, təəccüblənməyə bilmirik. Humanitar sahədə aktual elmi mövzular gənclərin tədqiqat obyekti olmalıdır. Gənclərin enerjisi, geniş, çevik düşünmə qabiliyyəti, eləcə də onların müxtəlif xarici dilləri bilmələri, müasir texnologiyanın sirlərinə sahib olmaları imkan yaradır ki, daha aktual mövzular üzərində çalışsınlar. Azərbaycan dövləti elmə lazımi diqqət və qayğını göstərir, bu sahənin ayaqda durmasına, inkişafına güclü stimul verir. Bu da elm sahəsinə gələn gənclərin elmin sabahına ümidlərini artırır.

Gənc alimlərə verilən elmi iş mövzuları ilə bağlı alimlərin özləri ciddi narahatlıq keçirirlər. Bu mənada ki, onlarin fikrincə, bu gün ədəbiyyatşünaslıq, dilçilik, fəlsəfə, tarix kimi elmlərin qarşısında daha müasir, taleyüklü, dövlət maraqları ilə bağlı mövzuların araşdırılması, geniş səviyyədə tədqiqata cəlb edilməsi dayanır. 

Alimlərin fikrincə, bu gün ədəbiyyatşünaslığın, dilçiliyin, tarix elminin, bir sözlə, ictimai-humanitar elm sahəsinin qarşısında elə məsələlər durur ki, orada gənc alimlərin söz deməsi vacibdir.

Əlaqə saxladığımız elm adamları bizimlə söhbətlərində bildirdilər ki, son illər həm AMEA-nın müvafiq institutlarında, həm də digər elm və ali təhsil ocaqlarında gənclərin elmə cəlb edilməsi prosesi həyata keçirilir. Gənclərin elmə gətirilməsinin əvvəlki illərdə böyük problem olduğunu deyən alimlər qeyd edirlər ki, axır zamanlar gənclər arasında elmə maraq artıb. Ancaq gənclərə elmi iş mövzusu kimi verilən tədqiqat obyektlərinə gəlincə, alimlərin sözlərinə görə, gənclərin yeni mövzulara, yeni tədqiqat obyektlərinə cəlb edilməsi vacib olduğu halda, bəzən bunu görə bimirik.

Tanınmış dilçi-alim, professor Buludxan Xəlilov bizimlə söhbətində bildirdi ki, gənclərin elmdə daha ciddi, daha aktual sahələrin, problemlərin araşdırılmasına, tədqiqinə cəlb edilməsi vacibdir: “AMEA-dan kənarda olan bəzi elm-təhsil müəssisələri var ki, onlar bir az silkələnməlidirlər. Bu qurumlar 5 illik elmi tədqiqat mövzularını milli taleyüklü məsələlərə, dövlətimizin, dilimizin, ədəbiyyatımızın tarixi taleyinə yönəltməlidirlər. Vaxtilə ulu öndərimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan tarixi ciddi yazılmalıdır. Açıq demək lazımdır, bəzi məsələlər var ki, onlar Sovet tarixşünaslığından gəlir. Onları darmadağın etməyin vaxtı çoxdan çatıb. Hesab edirəm ki, dövlətçiliyimizlə, ədəbiyyatşünaslığımızla, dilimizlə və s. bağlı yeni tədqiqat işlərinə birbaşa gəncləri cəlb etmək lazımdır. Bu sahədən gəncləri uzaq tutmaq olmaz. Gənc aspirantlar, doktorantlar bu istiqamətdə fundamental tədqiqatlar aparmalıdırlar. Bəzən tədqiqatçılar elə mənasız mövzuları araşdırırlar ki, onun millətə, xalqa, dövlətə, elmə heç bir xeyri yoxdur. Taleyüklü mövzularda olan tədqiqat işlərinə gəncliyi yönəltmək ən vacib məsələlərdən biridir”.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də hesab edir ki, bu gün elmə gələn gənclər dövlətçiliklə, dövlət maraqları ilə bağlı işlər görməlidirlər. O bildirir ki, hazırda gənclərin işləməli olduğu mövzular çoxdur: “Sevindirici haldır ki, bu gün elmlə gənclər gəlir. Özü də əvvəlki illərlə müqayisədə indi elmə gələn gənclərin sayı atrıb. Müsbət haldır ki, onların arasında savadlı, istedadlı, vətənpərvər gənclər çoxdur. Bu gəncləri elmdə istiqamətləndirmək, onları taleyüklü məsələlərə cəlb etmək lazımdır. Bu gün tarixşünaslıqda, ədəbiyyatşünaslıqda, fəlsəfədə, şərqşünaslıqda da yeni tədqiqat meylləri formalaşır. Yeni mövzular gündəmə gəlir. Bu mövzuların da gənclərin tədqiqat obyekti olması çox vacibdir. Zamanı keçmiş mövzuları, bəzən yüz dəfələrlə işlənən istiqamətləri yenidən tədqiqata cəlb etmək və buna gəncləri təhkim etmək faydasızdır. Onlar elə mövzular işləməlidirlər ki, elmə, dövlətə fayda verə bilsinlər. Bilirsiniz, bəzən eşidirik ki, Azərbaycan alimlərinin, xüsusən də gənc alimlərin elmi məqalələri xarici elmi jurnallarda az çap olunur. Bunun səbəblərindən biri odur ki, onların işlədiyi, toxunduğu, üz tutduğu mövzunun nə özü, nə də üzərində işlənmə metodu yenidir. Bununla belə, xaricdə çap olunan gənc alimlərimiz də az deyil. Bütövlükdə, elmə gələn gəncliyə daha doğru istiqamətlər göstərilməlidir. AMEA-nın institutlarında bu sahədə böyük işlər görülür, gənclərə yeni tədqiqat istiqamətləri təqdim edilir, maraqlı elmi işlər yazılır və s.”.   

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ