şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda Fəlsəfə Gününün tarixi...

Image


Eynulla Mədətli: “UNESCO-nun Fəlsəfə Gününün qeyd olunması barəsində qərar verməsi dünya fəlsəfə elminin inkişafına müsbət təsir göstərir”

 

UNESCO xətti ilə bir neçə gün Beynəlxalq Fəlsəfə Günü qeyd edilir. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini fəlsəfəyə cəlb etməkdir. Yəni ilin bu günündə filosof olmayanlar da fəlsəfəni yad edir, ya filosofları təbrik etmək haqqında düşünür, ya da öz şəxsi həyatına, düşüncələrinə bir az ucadan baxaraq özlərini dərk etməyə, haradan gəlib haraya getdiklərini aydınlaşdırmağa, öz həyatlarının mənasını anlamağa çalışırlar.   

Məlumat üçün bildirək ki, Beynəlxalq Fəlsəfə Günü dünyanın 70 ölkəsində qeyd olunmaqdadır. Bu gün Azərbaycanda da qeyd olunur.

Azərbaycan fəlsəfəsinin bü günü, gələcəyi, ümumiyyətlə, fəlsəfənin tarixi haqqında Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli ilə söhbət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında öncə Azərbaycanda Fəlsəfə Gününün yaranması ilə bağlı məlumat verdi: “2002-ci ildə UNESCO tərəfindən belə bir qərar qəbul olundu ki, hər ilin noyabr ayının üçüncü həftəsinin çərşənbə axşamı günü bütün dünyada Fəlsəfə Günü kimi qeyd olunsun. O gündən bu günə kimi fəlsəfə elminə maraq göstərən ölkələrdə bu gün qeyd olunur. Bizim ölkəyə gəlincə, qeyd edim ki, UNESCO-nun tədbirlərində Azərbaycan çox fəal iştirak edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir. Uzun illərdir  UNESCO çərçivəsində, ölkəmizdə və  ölkəmizdən kənarda, dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbin özündə belə çox böyük layihələr həyata keçirir. Bu səbəbdən Azərbaycan filosofları da bu günə biganə qala bilmirlər. Hər il Azərbaycanda Fəlsəfə Günü qeyd olunur. Bu il də Fəlsəfə Günündə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və digər ali məktəblərdəki fəlsəfə kafedralarının əməkdaşları ilə birgə konfrans keçirildi. Konfransda fəlsəfənin müxtəlif məsələlərinə aid məruzələr dinlənildi”.

Həmsöhbətimizin sözlərinə görə, UNESCO-nun belə bir qərar verməsi dünya fəlsəfə elminin inkişafına müsbət təsir göstərir. O cümlədən Azərbaycanda fəlsəfə elminin inkişafına səbəb olur: “Çünki fəlsəfənin  toponimi çox dəyişib. Antik dövrdən çox zaman keçib. Xüsusən də XXI əsrin əvvəli tamamilə dəyişən dünyanın mənzərəsini yaşayırıq. Keçmiş zamanlarda deyildiyi kimi, insanın, bəşəriyyətin, cəmiyyətin,  təfəkkürün, təbiətin qanunlarını izah etmək və gözləmək olmaz. Çünki dünya çox dəyişir. Amma buna baxmayaraq, nəsildən-nəslə ötürülən fəlsəfi irs var ki, bütün dünya ölkələrində bunu qoruyub saxlamaq və onları müasir zamanla əlaqələndirmək, ümumən fəlsəfəni inkişaf etdirmək UNESCO-nun aparıcı istiqamətlərindən biridir. Buna görə də bu gün təsis olunub”.

E.Mədətli bildirdi ki, Fəlsəfə İnstitutu fəlsəfi fikrin və fəlsəfə elminin inkşafına istiqamət verir: “Fəlsəfə doktorları, fəlsəfə elmlər doktorlarının  ən çox cəmləndiyi müəssisədir. Hazırda bizim institutda 23 elmlər doktoru fəaliyyət göstərir. Onların yarısı xanımlardan ibarətdir. O xanımlar da fəlsəfə elminin öyrənilməsi baxımından çox böyük qüvvədirlər. Zümrüd xanım Quluzadə 86 yaşında olmasına baxmayaraq, fəlsəfə elminə xidmət edir. 80 yaşlı professor Rəbiqə Əzimovanın fəlsəfə və insanşünaslıq sahələrində xidmətləri var. O cümlədən digər ali təhsil müəssisələrində də yetərincə fəlsəfə kadrlarımız var ki, onlar bu sahənin tədrisi ilə məşğuldurlar. Bu ortamda gənc filosoflar nəsli də yetişir. Bunlar püxtələşə-püxtələşə Azərbaycan fəlsəfə məktəbinin ənənələrini öyrənərək, zamanla indiki nəslin yerini layiqincə tuta biləcəklər”.

Həmsöhbətimiz ölkəmizdə fəlsəfi irsin çox zəngin tarixi olduğunu dilə gətirdi. Onu sözlərinə görə, bu, islamdan əvvəlki dövrlərə, qədim zamanlara təsadüf edir: “Dədə Qorqud dastanından qaynaqlanır. İslam dini qəbul olunandan sonra islam fəlsəfəsi Azərbaycanda fəlsəfə elminin inkişafına və irsinə öz təsirini göstərib.  Beləliklə, orta əsrlərdə Azərbaycanın peşəkar fəlsəfə filosofları yetişib. Onlardan Əbülhəsən Bəhmənyar və digərlərini nümunə göstərə bilərik. Sonrakı əsrlərdə bu ənənə davam edib. Hazırda da davam etdirilməkdədir”.

E.Mədətli onu da vurğuladı ki, bu günün qeyd olunması gənc nəsil arasında fəlsəfi fikrə maraq oyatmaq baxımından çox əhəmiyyətlidir: “Onu da qeyd edim ki, Fəlsəfə İnstitutunun beynəlxalq əlaqələri inkişaf edir. Məsələn, Fransa, İtaliya, Çin, Rusiya ilə sıx əməkdaşlıq var”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ