Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanda dini etiqad turizmi…

Image


Bahadur Bilalov: “Ölkəmizin ərazisində bir sıra tanınmış dini obyektlər mövcuddur, insanlar ziyarət məqsədilə onların yerləşdiyi əraziyə səfər edirlər”
Ənvər Çingizoğlu: “Düşünürəm ki, Azərbaycanda olan bütün qədim məbədlər, pirlər, ocaqlar, ziyarətgahlar turizm marşrutuna salınmalıdır”

 

Turizm hər bir ölkənin həyatında müsbət rola malikdir. Sözsüz ki, təbii şəraiti yüksək səviyyədə olan ölkələrin hər biri turist axınına maraq göstərir. Bu gün dünyanın turizm üçün əlverişli olan ölkələrindən biri Azərbaycandır ki, bura gələn turistlərin sayı get-gedə artır. 

Azərbaycanda turizm üçün əlverişli olan məkanlar arasında dini ziyarətgahlar xüsusi yer tutur. Son zamanlar dini ziyarətgahlara turist cəlb edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğu üçün, il uzunu bu istiqamətdə xeyli işlər görülür.

Bu gün diqqət mərkəzində olan məsələlərdən biri ölkəmizdə halal turizmi inkişaf etdirmək, onu şaxələndirməkdir. Ekspertlər  hesab edirlər ki, halal turizmin yaradılması turizm sektoru üçün səmərəli bir fəaliyyətdir.

Bu gün Azərbaycanda müxtəlif mütəxəssislər tərəfindən ən çox müzakirə edilən məsələlərdən biri etiqad turizmi potensialıdır. Mütəxəssislər qeyd edirlər ki, halal turizmin inkişaf perspektivləri elmi cəhətdən təsdiqini tapır.

Azərbaycan Turizm və Menicment Universitetinin rektoru İlham Mədətov mövzu ilə əlaqədar keçirilən tədbirlərdən birində halal turizmin yaradılmasını turizm sektorunda səmərəli addım kimi dəyərləndirib: “Mövcud xidmət mədəniyyətinin daha da təkmilləşdirilməsi turizm sənayeçiləri ordusunu işgüzar fəaliyyətə istiqamətləndirir. Ölkəmizdə multikultural dəyərləri özündə ehtiva edən halal turizm modelinin yaradılması turizmin inkişafında yeni səhifə açmağa hesablanıb. Son zamanlar müsəlman ölkələrindən Azərbaycana turist axınını nəzərə alsaq, beynəlxalq təcrübəyə əsaslanmaqla halal turizm modelinin səmərəli tətbiqində maraqlı olmalıyıq”.
Tanınmış turizm mütəxəssisi Bahadur Bilalov mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirdi ki, dini turizim ölkəmizin mədəniyyətini, tarixini, dini abidələrini tanıtmaq, təbliğ etmək baxımından böyük əhəmiyyətə malikdir: “Əslində, bu, etiqad turizmi yox, dini turizm adlandırılsa, daha düzgün olardı. Dini turizm üç hissəyə ayrılır. Ziyarət məqsədilə həyata keçirilən (dini ayinlərin yerinə yetirilməsini nəzərdə tutur), məsələn, Həcc ziyarəti və s. kimi. Bu tip turizm var. İkincisi, dini obyektlərlə tanışlıq məqsədilə - dərketmə, üçüncüsü, dini obyektlərin elmi cəhətdən öyrənilməsi üçün.

Üçüncüsündən çox az adam istifadə edir. Əsas birincidir. Bilirsiniz, ölkəmizin ərazisində bir sıra tanınmış dini obyektlər mövcuddur, insanlar ziyarət məqsədilə onların yerləşdiyi əraziyə səfər edirlər. Əshabi-Kəhf mağarası, Gəncədə İmamzadə, Nardaran piri, Mir Mövsüm ağa ziyarətgahı bu ziyarət yerlərinə aiddirlər. Amma bunlar hamısı yerli əhəmiyyətlidir. Xaricdən bunun üçün gələnlər olmayacaq, ya da az olacaq. Bu gün əsasən atəşpərəstlər Suraxanıdakı Atəşgaha gəlirlər. Təəssüf ki, onların sayı çox azdır. Faktiki olaraq, biz ölkəyə gələn turistlərə bu obyektləri dərketmə-ekskursiya obyekti kimi nümayiş etdirə bilirik. Ekskursiya proqramlarına Bibiheybət məscidi və digər dini obyektlər baxış obyekti kimi daxil edilir”.

Bizdə dini turizmlə bağlı təcrübənin olmasına gəlincə, B.Bilalov qeyd etdi ki, bu sahədə təcrübəmiz var. “Təcrübəmiz var. Şirkətlər ekskursiya təşkil edəndə proqrama daxil edirlər. Bu, turistlərə daha çox ölkənin tarixi ilə tanışlıq imkanı verir. Ona görə də bunu dərketmə və ya maarifllənmək kimi xarakterizə edirlər”-deyə B.Bilalov vurğuladı.

Etnoqraf-jurnalist Ənvər Çingizoğlu isə bildirdi ki, dini turizmin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, Azərbaycanda tarixən böyük dini məbədlər olub və bu məbədlər, abidələr, dini ziyarətgahlar, pirlər Şərq aləmində vaxtilə tanınıb. O, hesab edir ki, bu gün də o abidələri, dini ziyarətgahları tanıtmaq lazımdır.

Ə.Çingizoğlu qeyd etdi ki, bu gün Azərbaycanda da islam aləmi üçün əhəmiyyətli olan abidələr yox deyil: “Bu gün Azərbaycanda etiqad, dini turizimin inkişafına çox böyük ehtiyac var. Dünyanın gözü ölkəmizdədir və bura güclü turist axını var. Bizdə elə ziyarətgahlar var ki, vaxtilə onlar Şərq aləmində məşhur olub və bura zəvvarlar gəlib. Bu ziyarətgahları, pirləri daha çox tanıtmalıyıq ki, müsəlman turistlər bu ziyarətgahlara maraq göstərsinlər. Əshabi-Kəhf ziyarətgahı bütün dünyada tanınmalıdır. Yaşına, daşıdığı missiyaya, tarixinə görə heç də kiçik əhəmiyyət daşımır. Düşünürəm ki, bu ziyarətgah da başda olmaqla, Azərbaycanda mövcud olan ziyarətgahlara turist cəlb etmək olar. Mən bilən artıq bir neçə ildir Əshabi-Kəhfə turistlər gedir. Bu gün Qazaxda, Gəncədə də ziyarətgahlarımız var. Bundan başqa, o yerlərdə xristian-alban məbədlərinin qalıqları yerləşir. Hətta elə yerlər var ki, məbədlər tam şəkildə mövcuddur. Azərbaycan tolerantlığın və multikulturalizmin müasir beşiklərindən biridir. Bilirsiniz ki, Bakıdakı Bibiheybət pirinin də böyük tarixi var. Bu ocaq islam aləmi üçün çox dəyərlidir. Dövlətimiz də bu ziyarətgahı yüksək səviyyədə təmir edib, burada ziyarətçilərin, turistlərin marağını təmin edən bir sıra amillər var. Eləcə də Mir Mövsüm ağa ziyarətgahı, Xızır Zində piri və digər ocaqlar turistlər üçün maraqlıdır. Bu həm ölkəmizə gələn turistlərin din tariximizlə tanış olmasına, həm də Azərbaycanda dini məbədlərin, ziyarətgahların İslam dünyası üçün böyük əhəmiyyətə malik olduğunu görməsinə şərait yaradır. Suraxanıdakı Atəşgah məbədi minillər keçsə də, öz unikallığını qoruyub saxlayır. Tariximizin bir parçası olan bu məbəd turistlər üçün maraqlıdır. Demək istəyirəm ki, dini turizm ölkəmizə bir neçə tərəfdən fayda verə bilər. Bu gün dünyanın müxtəlif ölkələrində dini turizm çox yüksək səviyyədə təşkil edilib. Turistlərin dini abidələri, məbədləri ziyarət etməsi nəticəsində həmin ölkələrin büdcəsinə böyük gəlirlər daxil olur. Bizim də büdcəmizə dini turizmdən böyük gəlir gələ bilər”.

Ə.Çingizoğlu hesab edir ki, Azərbaycanda mövcud olan dini məbədləri əlimizdə olan imkanlardan istifadə edərək daha yüksək səviyyədə təbliğ etməyimiz vacibdir. O, deyir ki, biz bu ocaqlara ancaq pir kimi baxmalı deyilik, onlar həm də tariximizin bir parçasıdır: “Düşünürəm ki, Azərbaycanda olan bütün qədim məbədlər, pirlər, ocaqlar, ziyarətgahlar turizm marşrutuna salınmalıdır. Halal turizm özünün ən yüksək formada inkişafını ölkəmizdə tapmalıdır. Şərq ölkələrindən, eləcə də Avropadan bura turistlər cəlb etmək üçün əlavə tədbirlər görülməlidir. Məncə, turizm şirkətləri bu məsələdə aktiv olmalıdırlar”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ