Bazar günü günü, 15 noyabr 2026
     

İnsana qarabasma gətirən göbələklər də var imiş...

Image


Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Habuki, bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi bir siqnal oldu.

Bəs göbələk sevənlər nə etməlidir? Zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar? Göbələkdən zəhərlənmə zamanı nə etməli? Bu haqda Azərbycan Tibb Universitetinin toksikoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevlə söhbət etdik.

Göbələk çətin həzm olunan məhsuldur

İ.Əfəndiyev qeyd edir ki, göbələkləri yeməli, şərti-yeməli, praktiki yeyilməyən və zəhərli göbələklərə bölmək olar: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bütün yeməli göbələklər çətin həzm olunan məhsullara  aiddirlər. Göbələklərin  əsas tərkib hissəsini göbələk lifi və xitinəbənzər maddələr təşkil edir ki, bunlar da orqanizm tərəfindən çətin həzm olunur və yüksək fermentativ aktivliyə - sekresiya və sorulmanın kəskin gücləndirilməsinə malikdirlər. Buna görə də, qida rasionunda yeməli göbələklərin üstünlük təşkil etməsi həzm traktının, qara ciyər funksiyasının ciddi pozğunluqlarına gətirib çıxarır. Xüsusilə qidada göbələklərdən istifadə edən, mədə-bağırsaq traktının xroniki xəstəliklərindən (qastrit, pankreatit, xolesistit və s.) əziyyət çəkən insanlara  ehtiyatlı olmağı tövsiyə edirik”.

Həkim bildirir ki, Şimalda və Şərqdə yaşayan bir çox millətlərin, eləcə də ənənəvi Azərbaycan mətbəxində hazırlanan yeməklərdə göbələklərdən istifadə olunmur.

Bu göbələyin ən kiçik hissəsi də adamı öldürür...

Respublika ərazisində yetişən ən zəhərli göbələk Solğun əzvay (Amanita cinsinə məxsus) göbələyidir. Bu göbələyin hətta kiçik bir hissəsinin yeyilməsi ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onun qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar.

Solğun əzvay göbələyinin tərkibində bir neçə zəhərli qrup maddələr var, ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qara ciyərə təsir etməklə qara ciyər və qan hüceyrələrinin məhvinə səbəb olur. Nəticədə, qara ciyərin distrofiyası və nekrozu inkişaf edərək ölümə gətirib çıxarır.

Tarixi şəxsiyyətləri bu göbələklə zəhərləyiblər...

Yəqin bir çoxları bilir ki, b.e.ə. I əsrdə məşhur Lakusta Roma imperatoru Klavdiyanı solğun əzvay göbələyi ilə zəhərləyərək öldürmüşdü. Bundan əlavə, Senekanın şahidliyinə əsasən, Klavdiyanın həyat yoldaşı Aqreppinanın xahişi ilə onun oğlu Neronun rəqibləri (Roma taxtına görə): imperator Klavdiyanın uşaqları - Bretaniks və Oktavian və imperator Avqustanın nəvələri – Yunius və Markus bu üsulla aradan götürülür. Üstəlik, Aqrippina oğlu Neron üçün potensial təhlükəli sayılan imperator mühafizəsi kapitanı Serenusu da ödürməyə qərar verir. Bilərək ki, kapitan yeməyi öz ordusu ilə eyni qazandan yeyir, bütün qida zəhərli göbələklə zəhərlənir və nəticədə kapitan 100 əsgəri ilə birlikdə ölür. Tarixdə bu ən böyük cinayət hadisəsi sayılır ki, burda cinayət aləti kimi Solğun əzvay göbələyinin zəhərindən istifadə olunub. 

Təəssüf ki, müasir təbabətdə Solğun əzvay göbələyinin zəhərinə qarşı spesifik bir antidot yoxdur. Lakin bu o demək deyil ki, göbələkdən zəhərlənmələrin müalicəsi mövcud deyil. Göbələkdən zəhərlənmələrin kompleks müalicəsində vena daxilinə dezintoksikasion məhlulların yeridilməsi, qanın dializ və hemosorbsiya üsulları ilə təmizlənməsi, qara ciyərin qorunması üçün xüsusi preparatların yeridilməsi, hiperbarik oksigenasiya və digər üsullardan istifadə olunur.

Tibb elmi bir yerdə dayanmır. Bu yaxınlarda, məsələn, alimlər zəhərli göbələkdən zəhərlənmə zamanı çox yaxşı tanınan penisillin dərmanının  müalicəvi effektini aşkar edib. 

Göbələk ağır zəhərlənmə verir

İ.Əfəndiyevin sözlərinə görə, zəhərlənmənin ilkin simptomları göbələyin qəbulundan 6-48 saat sonra özünü göstərir. Təəssüf ki, bü vaxta qədər toksinlərin çoxu artıq bağırsaqdan qana sorulur və dağıdıcı funksiyası işə başlamış olur. Zəhərlənmə aramsız qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Qan təzyiqi enir, sarılıq yaranır, qara ciyər isə böyüyür.

Uşaqlar isə göbələk zəhərinə qarşı daha həssasdırlar.

İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.

Son illər əzrində toplanan statistik məlumatlara baxsaq, il ərzində göbələkdən zəhərlənmə hadisələrin sayı 50-60-ı keçmir. Bu məlumatların ölümlə nəticələnmə faizinə baxsaq görərik ki,  bu zəhərlənmələrdən ölüm hallarının sayı, məsələn, zəhərli ilan sancmasından ölənlərin sayına bərabərdir. Xüsusən, bu zəhərlənmə uşaqlarda proqnostik ağırdır.

Yol kənarından göbələk almayın!

Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayır. Buna görə də, nəqliyyat yolları kənarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.

Qarabasma verən göbələklər...

Sonda onu da qeyd edək ki, son vaxtlar hallüsinasiya verən göbələklər haqqında şayiələr gəzir.  Bu doğrudur - hallüsinasiya (onları hətta “sehrli” də adlandırırlar) verən göbələklər mövcuddur. Bu göbələklər Psilociba sinfinə aiddir və LSD ilə eyni təsirə malikdirlər. Bu göbələklərin vətəni Şimali Amerika sayılır və əsrlər boyu hindilər tərəfindən dini mərasimlərin aparılmasında istifadə olunurdu. Bu göbələkləri yedikdən 30-60 dəqiqə sonra insanın ətraf mühitdəki reallığı qavraması pozulur, məsələn “səsi görmək”, “işığı eşitmək” kimi hallüsinasiyalar əmələ gəlməyə başlayır. Xoşbəxtlikdən, Azərbaycanda belə göbələklər bitmir, lakin Avropanın qərb ölkələrində və Rusiyada bu göbələklər satış məqsədilə süni şəraitdə yetişdirilərəl İnternet qlobal şəbəkəsi vasitəsilə satışa buraxılır. Buna görə də, Azərbaycanda gənc nəsil bu təhlükəli maddələrin risqi altında ola bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ