Bazar günü günü, 15 noyabr 2026
     

Vətən uğrunda fədakar əsgər oldu... - FOTO

Image


Qədim zamanlardan əcdadlarımız Vətən müdafiəçilərinə müraciətlə “bu torpağın suyu və çörəyi sizə halal olsun” deyərək onları alqışlamışlar. Tarix boyu Vətən təhlükədə olanda xalqımızın məhz qeyrətli oğulları sinəsini sipər edərək düşmən qarşısına çıxıblar. Qarabağ müharibəsində də belə oğulların varlığı xalqımıza başucalığı gətirdi və onlar düşmənə heç vaxt yenilməyəcək gücümüzü, döyüş ruhumuzu göstərdilər.

Daxili Qoşunların yüzlərlə cəsur hərbi qulluqçusu ön cəbhədə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onlardan bir qismi ilə birgə döyüş yolu keçmişəm. İllər ötür, zaman bizi o qanlı-qadalı günlərdən daha da uzaqlaşdırır. Ancaq şəhidlərin xatirəsi heç zaman unudulmur.

Bu yazını şəhid hərbi qulluqçularımızdan biri - əsgər Həsənov Zöhrab Məmmədxan oğlunun əziz xatirəsinə həsr edirəm. Odlu-alovlu səngərlərdə aramızda döyüşçü qardaşlığı yaranmışdı. Bütün müharibəni üstümdə gəzdirdiyim bloknotumda onun qeydləri və çəkdiyi şəkillər yadigar qalıb. Məqaləni hazırlayarkən o qeydləri bir daha oxudum, adi qələmlə çəkilmiş şəkillərə nəzər saldım, çox təsirləndim.

Z.Həsənov 1974-cü il avqustun 20-də Masallı rayonunun Köhnə Alvadı kəndində dünyaya göz açıb. Köhnə Alvadı qədim tarixi köklərə malik kənddir və özünəməxsus adət-ənənələri ilə fərqlənir. İnsanın Vətənə bağlılığı öz doğma el-obasından başlayır. Zöhrab ailədə aldığı tərbiyə və böyüyüb boya-başa çatdığı kəndin müsbət mənəvi mühiti sayəsində vətənpərvər gənc kimi yetişmişdi. O, kənd orta məktəbində 10 il oxuyub. Ancaq sonra təhsilini davam etdirməyib. Öz ədəb-ərkanına, xeyirxahlığına, elin xeyrində-şərində köməyini əsirgəmədiyinə, həmişə böyüklərə sayqı ilə yanaşdığına görə kənd camaatının hörmətini qazanıb.

Zöhrab 1992-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Beləliklə, o, Daxili Qoşunların Sumqayıtdakı “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Hərbi andı da bu hərbi hissədə qəbul edib.

Həmin ilin mart ayından başlayaraq Daxili Qoşunların hərbi hissələri Dağlıq Qarabağ və ətraf rayonların ərazisində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edirdilər. “N” saylı hərbi hissədən də ön cəbhəyə müntəzəm olaraq hərbi qulluqçular göndərilirdilər. Belə ağır vəziyyətdə arxa cəbhədə yerləşən hərbi hissələrin şəxsi heyəti döyüşə getməyə can atırdı. Müharibə hərbi qulluqçularımızın döyüş ruhunu daha da artırmışdı.

1993-cü ilin mart ayının 14-dən etibarən Zöhrab ön cəbhədə - Ağdamdakı “N” saylı hərbi hissənin tərkibində hərbi xidmətini davam etdirib. Beləliklə, onun gərgin sınaqlarla dolu döyüş yolu başlayıb. İlk döyüş anlarının sarsıntısı nə qədər ağır olsa da, iradəsini toparlamağı bacarıb.

Ağır döyüşlər isə səngimək bilmirdi. Ağdərənin Canyataq və Gülyataq kəndləri, Ağdamın Papravənd, Qalayçılar, Boyəhmədli, Salahlı, İlxıçılar kəndləri və ətraf yüksəkliklər, Füzuli rayonunun Bala Bəhmənli, Böyük Bəhmənli kəndləri və ətraf ərazilər uğrunda döyüşlərdə iştirak edib. Zöhrab o ölümlü-itimli günlərdə hərbi andına sadiq qalıb, komandirlərinə və döyüşçü yoldaşlarına inamını itirməyib. Qeyd etdiyim döyüş yolunun əvvəli və son məqamı istisna olunmaqla, qalan aylarda döyüş mövqelərində bir yerdə olmuşuq. Ön cəbhədə üzləşdiyimiz bütün çətinliklərə dözümlə yanaşırdı. Mənən saflığı, dürüst olması, qayğıkeşliyi onu fərqləndirən əsas cəhətləri idi. Hərdən özünə qapanırdı, belə anlarda kimisə xatırladığını düşünürdüm. Bir dəfə soruşdum ki, kimi tez-tez xatırlayırsan? Yoxsa ailədən bir nigarançılığın var? Bir xeyli susdu, ancaq sonra anasını xatırladığını dedi. Anası o, əsgərliyə getməmişdən bir neçə ay əvvəl vəfat etmişdi. Ümumiyyətlə, Zöhrab söhbətlərimiz zamanı uşaqlıq, yeniyetməlik illərini həmişə xatırlayırdı. Deyirdi ki, kaş müharibə tez qurtarsın, hamımız sağ-salamat evimizə qayıdaq, doğma kəndi üçün çox darıxırdı.

1993-cü ilin dekabr ayında düşmənin hərbi hissəmizin yerləşdiyi mövqelər istiqamətində müdafiə xəttini yarmaq cəhdlərinin qarşısı alınmışdı. Ermənilər Füzuli rayonunun ərazisinin işğalını başa çatdırmağa, Beyləqana doğru irəliləməyə can atırdılar. Hamımız dərk edirdik ki, son nəfəsimizədək mövqelərimizi qorumalıyıq. Qarşıdakı Horadiz əməliyyatına da az vaxt qalırdı.

1993-cü il dekabrın 12-də ermənilər tərəfindən zirehli texnika və artilleriya vasitələri ilə bizim postlar şiddətli atəşə tutulub. Həmin gün Böyük Bəhmənli kəndi yaxınlığındakı təpəlik ərazidə Zöhrab minaatan mərmisinin partlayışı nəticəsində ağır yaralanıb. Minaatan mərmisinin qəlpəsi onu başından yaralayıb. Zöhrabı döyüş meydanından çıxaran döyüşçü yoldaşlarından biri Natiq Mirzəyev olub. O, Zöhrabın həmkəndlisidir. Orta məktəbdə də birlikdə oxuyublar. Qismət belə gətirib ki, hərbi xidmətə və eləcə də ön cəbhəyə birgə yola düşüblər. Natiq Zöhrabın döyüş yolunun bütün məqamlarında onun yanında olub. Onun özü 1993-cü il dekabrın 25-də elə həmin ərazidə ağır yaralanıb. Hazırda müharibə əlilidir.

Z.Həsənov öncə Beyləqanın Daşburun qəsəbəsindəki hərbi qospitala yerləşdirilib, sonra isə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. O, 1993-cü il dekabrın 26-dək koma vəziyyətində olub. Həmin gün isə həkimlərin bütün səylərinə baxmayaraq, Zöhrab dünyasını dəyişib.

Şəhid doğma yurdunda - Köhnə Alvadı qəbiristanlığında dəfn edilib. Həmçinin, kənddə şəhidlər abidəsinə onun şəkli də həkk olunub.

Zöhrabın atası Məmmədxan Həsənov kəndin hörmətli ağsaqqallarından biridir, din xadimidir. Atası və ailənin digər üzvləri: qardaşlar Mustafa Həsənov, Ədalət Həsənov, Vüsal Həsənov, Mahir Həsənov, bacısı Zəminə Həsənova hər il onun xatirəsinə ehsan verirlər. Doğmaları üçün Zöhrabın yoxluğu nə qədər acılı olsa da, onun şəhidlik zirvəsinə ucalmasından qürur duyurlar.

Onu da qeyd edim ki, şəhidin qardaşı Ədalət Həsənov da erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Digər qardaşı Vüsal Həsənov isə atəşkəs dövründə hərbi xidmətdə olarkən Ağdam rayonu ərazisində torpaqlarımızın müdafiəsində dayanıb.

Mən şəhidin bəzi ailə üzvləri, habelə kənd ağsaqqalı, “Kəndimiz və sakinləri” kitabının müəllifi Əli Mahmudoğlu ilə telefonla danışdım, qardaşı Mahirlə, döyüşçü yoldaşı və həmkəndlisi Natiq Mirzəyevlə Bakıda görüşdüm, onlardan Zöhrabın həyat yolu barədə xeyli məlumat əldə etdim. Şəhidin ailə üzvlərinə, Natiq Mirzəyevə məqalənin hazırlanmasında göstərdikləri köməkliyə görə minnətdarlığımı bildirirəm.

Novruz Novruzovun müəllifi olduğu “Masallının şəhid oğulları” kitabında şəhidin döyüş yolu barədə məlumatlarda qeyri-dəqiqliyə yol verilib. Kitab 1994-cü ildə çap olunub. Müharibə mövzusunda kitablarda bəzən belə xətalara rast gəlinir.

Zöhrabın döyüşərək canını qurban verdiyi torpaqlarımızın bir qismi işğaldan azad olunub və bu gün orada Azərbaycan bayrağı dalğalanır. Şəhid qanı axan torpağın öz sahibinə qovuşması, yağı tapdağından qurtulması böyük səadətdir!

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ