çərşənbə günü, 30 sentyabr 2026
     

8-ci siniflər üçün tarix dərsliyinin müəllifi hansı mətləbləri aydınlaşdırdı… - MÜSAHİBƏ

Image


Hafiz Cabbarov: “Keçmiş dərslikdə gedən bu nöqsan Təhsil Nazirliyinin ekspertləri və müəlliflər tərəfindən də nəzərə alınmaqla aradan qaldırılıb”
“Məsələn, mənim həmmüəllifi olduğum 8-ci sinif “Azərbaycan tarixi” dərsliyinin 10-cu səhifəsində “Amasiya” müqaviləsi ilə bağlı belə yazılır...”

 

Tarix dərsliyi strateji əhəmiyyət daşıdığı üçün, onun hazırlanması böyük diqqət və məsuliyyət tələb edir. Azərbaycanın müasir dərslik standartları müəyyənləşdirilir.

Qəzetimizin keçən saylarından birində 8-ci sinif tarix dərsliyində vaxtilə yer alan nöqsan barədə yazı dərc etmişik. Söhbət 1997-ci ildə nəşr edilən 8-ci sinif “Azərbaycan tarixi” dərsliyindən gedir. Həmin dərslikdə qeyd edilirdi: “Azərbaycanı işğal etmək cəhdinin boşa çıxdığını görən Sultan Süleyman Səfəvilərlə danışığa başlamağı lazım bildi. 1555-ci il mayın 29-da Amasiyada Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı. Bu sülhə görə, Qərbi Gürcüstan (İmeretiya, Meqreliya və Quriya), Ermənistanın qərbi Osmanlıların, Gürcüstanın şərq vilayətləri - Mesxetiya, Kartli, Kaxetiya və Ermənistanın şərqi Səfəvilərin ixtiyarına keçdi...”.

Hazırda orta ümumtəhsil məktəblərinin 8-ci sinif Azərbaycan bölməsində tədris edilən “Azərbaycan tarixi” dərsliyinin həmmüəlliflərindən biri, Avropa-Azərbaycan məktəbinin sosial fənlər kafedrasının müdiri Hafiz Cabbarov redaksiyamızla əlaqə saxlayaraq, 8-ci sinif tarix dərsliyi ilə bağlı qəzetimizdə dərc edilən yazıda yer alan fikirlərə münasibət bildirdi.

- Hafiz müəllim, sözügedən tarix dərsliyi ilə Sizin həmmüəllifi olduğunuz tarix dərsliyinin fərqləri nədədir?

- Bu dərslik illər əvvəl yazılmışdı. Bu gün 8-ci sinif üçün “Azərbaycan tarixi” dərsliyini yazan müəlliflərdən biri kimi o zaman rəyçi idim. Onda lap gənc idim və həmin dərsliyə elə o vaxt irad bildirmişdim.

- Keçmiş dərslikdə hansı problemlər var idi və Sizin də müəlliflərindən biri olduğunuz dərslikdə o problem aradan qaldırılıbmı?

- Sizin qəzetdə də istifadə edilən fakt hələ Sovet dövrü “Azərbaycan tarixi” dərsliklərində də olub. Sonra bu hal müstəqilliyimizin ilk dövrlərində yazılan dərslikdə təkrar edilib. Lakin 2000-ci ildən üzü bəri hazırlanan bütün “Azərbaycan tarixi” dərsliklərində bu kimi məsələlər nəzərə alınıb. Keçmiş dərslikdə gedən bu nöqsan Təhsil Nazirliyinin ekspertləri və müəlliflər tərəfindən də nəzərə alınmaqla aradan qaldırılıb. Yəni bu məsələ indi heç bir dərslikdə bu şəkildə əksini tapmayıb. Məsələn, mənim həmmüəllifi olduğum 8-ci sinif “Azərbaycan tarixi” dərsliyinin 10-cu səhifəsində “Amasiya” müqaviləsi ilə bağlı belə yazılır: ”Amasiya müqaviləsinə görə, Şərqi Gürcüstan Səfəvilərə, qərbi Gürcüstan isə Osmanlılara verildi”. Yəni burada Ermənistan anlayışı yoxdur. Bir də vaxtilə dərsliklərdə “Qarabağda yaşayan erməni məliklikləri” ifadəsi gedirdi. Ancaq biz son 10 ildir bu ifadəni dərsliklərdən çıxarmışıq. Bunu çıxarmaqda haqlıyıq. Çünki bu, elmi cəhətdən də doğru deyildi. Vaxtilə Sovet dövründə bu ifadədən məqsədyönlü şəkildə istifadə olunurdu. Biz milli tarix dərsliklərində bunu xristian-alban məliklikləri kimi təqdim edirik və bu, elmi cəhətdən tamamilə doğru yanaşmadır.

- Keçmiş dərsliklərdə sözsüz ki, nöqsanlar az olmayıb və Sizin kimi müəlliflər son illər bu nöqsanları təkrar etməyən dərsliklər yazırlar. Təbii ki, tarix dərsliyi xalqın, dövlətin tarixini, milli simamızı əks etdirdiyi üçün, ona daha həssas yanaşmaq tələb olunur. Müasir tarix dərsliyi siyasətimiz necə olmalıdır?

- Tarix dərsliyinin, ümumiyyətlə, tarix fənninin məktəblərdə tədrisinə xüsusilə diqqət yetirilir. Bu da səbəbsiz deyil. Bilirsiniz, sabahın həkimi, sabahın müəllimi, sabahın mühəndisi ola bilər ki, öz ixtisaslarını yaxşı bilsinlər, ancaq eyni zamanda da hər bir ixtisas sahibi sabahın vətəndaşlarıdır. Vətəndaşların yetişməsində tarix fənni xüsusi önəm kəb edir. Ona görə də tarix dərsliklərində elə məsələlər əks olunmalıdır ki, həmin vətəndaşlar sabah Azərbaycana layiqli şəkildə öz töhfələrini versinlər. Ona görə də Təhsil Nazirliyi və müəlliflər həmişə bu məsələyə həssas yanaşırlar. Bu səbəbdən də tariximiz üçün önəmli olan məsələlər daim işıqlandırılıb və çalışılıb ki, bu mövzular, mətnlər şagirdlərə vətənpərvərlik hissləri aşılasın. Şagirdlər öz vətəni, tarixi keçmişi ilə bağlı qürur duysunlar. Yəni keçmişlə qürur duysunlar ki, gələcək üçün faydalı olsunlar.

- Demək istəyirsiniz ki, onlar ancaq xronologiya əzbərləməsinlər, tariximizi içlərindən keçirib onunla qürur duysunlar...

- Tamamilə doğrudur. Qarşıya əsas hədəf qoyulub ki, şagirdlərə quru faktlar əzbərləmək lazım deyil, onlar mənbələrlə bilavasitə tanış olsunlar və artıq özləri araşdırma aparıb məlumat toplasınlar. Azərbaycanın keçmişi haqqında daha dəqiq informasiyaya malik olsunlar. Biz çalışırıq ki, onlar həm dəqiq informasiya alsınlar, həm də öz vətəni, tarixi keçmişi ilə qürur duysunlar. Bu, proqramımızda daha öndədir. Bəli, dərsliklərdə qüsur və nöqsanın olması mümkündür. Ancaq biz istər ekspert, istərsə də müəllif olaraq səmərəli təklifləri daim nəzərə almağa çalışırıq. Biz bu səmərəli təklifləri cəmiyyətdən də gözləyirik. Təəssüf ki, bəzən cəmiyyətdən və mətbuatdan bunu arzu etdiyimiz şəkildə görə bilmirik. Yəni səmərəli təkliflərə açığıq və onları nəzərə almaq mütləqdir. Ancaq bir də görürsən ki, təklifdə səmərə yox, qərəz olur. Bu yaxınlarda ekspert olaraq Qazaxıstanda keçirilən “Ortaq türk tarixi” layihəsi ilə bağlı keçirilən konfransda iştirak edirdim. Bütün türk dövlətlərinin 8-ci sinif şagirdləri üçün “Ortaq türk tarixi” dərsi keçiriləcək. Bu olduqca vacib bir məsələdir. Siz dediyiniz məsələ vardı: orda yazılmışdı ki, Osmanlılar Ermənistanı və Gürcüstanı işğal etdilər. Şəxsən orada mən etiraz etdim və onlar da qəbul etdilər. Yəni o dövrdə Ermənistan adlı nə tarixi, nə də siyasi anlayış var idi. Bu o zaman Azərbaycanın Çuxuryurd vilayəti idi. Mənim iradımın haqlı olduğunu qəbul edib dərslik layihəsindən o fikri çıxardılar. Mən konfransa gedərkən Təhsil Nazirliyi qarşıma bir vəzifə qoymuşdu ki, bu məsələdə həssas davranılmalıdır və bu və digər məsələlər Azərbaycanın xeyrinə həll edilsin. Başqa məsələlər də vardı, sadəcə, birini nümunə üçün sizə deyirəm.

- Yeri gəlmişkən, “Ortaq türk tarixi” dərsliyinin yazılışı, hazırlığı indi hansı vəziyyətdədir?

- Artıq iş yekunlaşmaq üzrədir. Səhv etmirəmsə, 2018-ci ildə türkdilli dövlətlərin zirvə sammiti olacaq və burada yekun qərar qəbul ediləcək. Yəqin ki, 2018-2019-cu tədris ilində “Ortaq türk tarixi” dərsinin tədrisinə başlanar. Bu, Beynəlxalq Türk Akademiyasının layihəsidir. Burada hər bir türkdilli ölkənin nümayəndələri təmsil olunurlar. Layihə hazır olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasına və Təhsil Nazirliyinə göndərilmişdi. Bu dərsliklər bu qurumlarda da oxunub, mən özüm də oxumuşam, burada Azərbaycan tarixilə, ümumiyyətlə, Türk dünyası ilə bağlı öz təklif və rəylərimizi verdik. Burada da Azərbaycan tarixi üçün həssas məqamların nəzərə alınmasını həm xahiş, həm də tələb etdik və buna da nail olduq.

- Nəzərə alınmalıdır ki, tarixdə Səfəvi və Osmanlı münasibətləri çox incə yanaşma tələb edir. Təəssüf ki, düşmənlərimiz bundan bizə qarşı istifadə edirlər. Ümumiyyətlə, dərslikdə bu həssas dönəm necə ifadə olunub?

- 8-ci sinif dərsliyi xronoloji ardıcıllıq baxımından 15-ci əsrə qədər davam edir. Ona görə də Səfəvi-Osmanlı müharibələri bu dərslikdə yoxdur. Orada Ağqoyunlu-Osmanlı müharibəsi də var, yəqin bilirsiniz. Mən orada bir təklif irəli sürdüm, sağ olsunlar, türkiyəlilər də onu qəbul etdilər. Bilirsiniz ki, bu müharibələr Əmir Teymurla İldırım Bəyazid arasında, Uzun Həsənlə Osmanlı sultanı Mehmet Fateh arasında olub. Təklif etdim ki, bu müharibələri qabartmaq lazım deyil. Biz burada elə məsələləri verməliyik ki, şagirdlər Türk dünyasının birliyi və bir-birinə yardımları haqqında daha çox məlumat ala bilsinlər.  Bu müharibələr isə tamamilə yumşaq aspektdə, o dövrün şərtlərinə uyğun olaraq şərh olsunsun. Yəni dərslikdə müharibənin iqtisadi və siyasi tərəflərinə daha çox önəm verilsin. İstəmirik ki, şagirdlər bu gündən dünənə baxıb desinlər ki, Azərbaycan və Osmanlı dövləti bir-birilə müharibə aparıb. Dərslikdə Türk dünyasının bir-birilə mehriban əlaqəsi, bir-birinə yardım etməsi önə çəkilsin. Şəxsən o dərsliyə bir mənbə əlavə etdirdim: İstanbulun fəthindən sonra Mehmet Fateh Qaraqoyunlu hökmdarı Cahan şaha yazdığı məktubda “əziz atam, bizim qələbəmiz sizlərin qələbəsidir” deyə yazırdı. Yəni bunları şagirdlər oxuyub bilməlidir ki, Türk dünyası vahiddir və lazım gəlsə, bir-birinə yardım göstərməyə hazır olmalıdır. 

- Belə təkliflər var ki, tarix dərslikləri ilə bağlı xüsusi şura yaradılsın. Buna münasibətiniz?

- Tarix strateji bir fənndir. Ona görə də bir tərəfdən belə bir şuranın yaradılması yaxşı olardı. Ancaq digər tərəfdən isə təkcə tarix dərsliyinə yox, bütün dərsliklərə bu cür nəzarət var. Bilirsiniz, bu dərsliklər təsadüfi qiymətləndirilmir. Dərsliklərin qiymətləndirilməsi bir neçə mərhələdən ibarət olur. Əvvəlcə Təhsil Nazirliyinin qiymətləndirilmə şurasında qiymətləndirilir, sonra Dövlət İmtahan Mərkəzinə göndərilir, eləcə də Akademiyaya və respublikanın ali məktəblərinə təqdim edilir. Baxın, bu dərsliklər neçə mərhələdən keçir... Bu gün AMEA-nın, universitetlərin, Dövlət İmtahan Mərkəzinin, Təhsil Nazirliyinin öz komissiyaları bu məsələlərə baxırlar.

Dərsliklərə şəxsi mənafedən yox, milli mənafedən yanaşmaq lazımdır. Şəxsən mən düşünürəm ki, dərslik müəlliflərlə yanaşı, həm də bütün valideynlərin və şagirdlərin əmlakıdır. Ona görə də şəxsi ambisiyalardan yox, xalqın gələcəyini düşünüb ona qiymət vermək lazımdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ