Bazar günü günü, 15 noyabr 2026
     

Azər­bay­can­da nəs­li kə­sil­mək­də olan bit­ki növ­lə­ri ne­cə mü­ha­fi­zə olu­nur?

Image


El­man İs­gən­dər: "Elə bit­ki­lər var ki, on­lar mü­ha­fi­zə olun­mur"

Pər­va­nə Qa­ra­xa­ni: "Bit­ki­lə­rin mü­ha­fi­zə­si ilə bağ­lı bir sı­ra mə­sə­lə­lər..."

 

Azər­bay­can tə­biə­ti öz zən­gin­li­yi, gö­zəl­li­yi və bən­zər­siz­li­yi ilə Cə­nu­bi Qaf­qaz­da xü­su­si­lə se­çi­lir. Tə­biə­ti­mi­zin rən­ga­rəng bit­ki ör­tü­yü, on­la­rın mü­ha­fi­zə­si, təd­qi­qa­tı son za­man­lar çox ak­tu­al olan mə­sə­lə­lər­dən bi­ri ki­mi gün­dəm­də­dir. Bil­di­yi­miz ki­mi, bit­ki­lə­rin tə­bi­ət­də mü­ha­fi­zə­si ol­duq­ca cid­di bir amil ki­mi diq­qə­ti cəlb edir.

Azər­bay­can tə­biə­tin­də say­sız bit­ki nö­vü var ki, on­la­rın ad­la­rı "Qır­mı­zı ki­tab"a dü­şüb. Bu flo­ra növ­lə­ri­nin bə­zi­lə­ri­nin nəs­li kə­si­lib, bə­zi­lə­ri­nin isə nəs­li kə­sil­mək­də­dir. Vur­ğu­la­yaq ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın "Qır­mı­zı ki­tab"ı res­pub­li­ka əra­zi­sin­də na­dir və nəs­li kə­sil­mək təh­lü­kə­si olan vəh­şi hey­van və ya­ba­nı bit­ki növ­lə­ri­nin və­ziy­yə­ti haq­qın­da rəs­mi döv­lət sə­nə­di­dir. Bu ki­tab res­pub­li­ka­nın bü­tün əra­zi­sin­də, o cüm­lə­dən Xə­zər də­ni­zi­nin (gö­lü­nün) öl­kə­mi­zə mən­sub olan sek­to­run­da hey­van və bit­ki növ­lə­ri­nin və­ziy­yə­ti, ya­yıl­ma­sı və mü­ha­fi­zə­si təd­bir­lə­ri haq­qın­da mə­lu­mat­la­rı özün­də əks et­di­rir.

"Qır­mı­zı ki­tab"a dü­şən bit­ki­lər...

6 his­sə­dən iba­rət olan möv­cud res­pub­li­ka "Qır­mı­zı ki­tab"ına fau­na və flo­ra növ­lə­ri 2 ka­te­qo­ri­ya üz­rə da­xil edi­lib: yo­xa çıx­maq təh­lü­kə­si olan və na­dir növ­lər.

Bi­rin­ci ka­te­qo­ri­ya­ya bir sı­ra mən­fi amil­lə­rin tə­si­ri nə­ti­cə­sin­də (tə­ləf ol­ma­sı və ya­şa­dı­ğı yer­lə­rin da­ğı­dıl­ma­sı) sa­yı və area­lı əhə­miy­yət­li də­rə­cə­də aza­lan və böh­ran sə­viy­yə­si­nə ça­tan növ­lər da­xil­dir. Sa­yı azal­ma­ğa doğ­ru meyl edən və ki­çik sa­hə­lər­də rast gə­li­nən növ­lər isə na­dir növ­lə­rə aid­dir. Az öy­rə­nil­miş, tə­bi­ət­də sa­yı və eh­ti­yat­la­rı haq­qın­da la­zı­mı mə­lu­mat ol­ma­yan, mü­ha­fi­zə­si­nin təş­ki­li işin­də mü­əy­yən çə­tin­lik­lər olan hey­van və bit­ki növ­lə­ri də na­dir növ­lər he­sab olu­nur.

Bu gün Azər­bay­can­da Hir­kan şüm­şa­dı, də­mi­ra­ğac, şa­ba­lıd­yar­paq pa­lıd, Hir­kan ən­ci­ri, Hir­kan ar­mu­du, Xə­zər lə­lə­yi, İkək aka­si­ya­sı, Qaf­qaz xur­ma­sı, ürək­yar­paq­lı qı­zı­la­ğac, bu­daq­lı da­na­ya, Hir­kan bi­gə­və­ri, El­dar şa­mı, Qaf­qaz ro­do­den­dro­nu, ço­ban sar­ma­şı­ğı, La­qo­dex acı­çi­çə­yi, tə­miz kla­do­xe­ta, qa­ra­çöh­rə, Şərq çi­na­rı, Qaf­qaz xə­di­cə­gü­lü,

məx­mə­ri gər­mə­şov, Nax­çı­van gə­və­ni, Araz pa­lı­dı, Xə­zər zə­fə­ra­nı, su zan­ba­ğı, Qaf­qaz də­mi­ra­ğa­cı və baş­qa bit­ki növ­lə­ri "Qır­mı­zı ki­tab"a dü­şüb.

Əl­bət­tə, bu flo­ra növ­lə­ri­nin "Qır­mı­zı ki­tab"a düş­mə­si on­la­rın da­ha diq­qət­lə mü­ha­fi­zə olun­ma­sı­na şə­ra­it ya­ra­dır.

Bil­di­yi­miz ki­mi, Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən Azər­bay­can tə­biə­tin­də­ki fau­na növ­lə­ri­nin qo­run­ma­sı is­ti­qa­mə­tin­də bö­yük iş­lər gö­rü­lüb və bir sı­ra na­dir hey­van növ­lə­ri­nin mü­ha­fi­zə­si hə­ya­ta ke­çi­ri­lib.

Təh­lü­kə­də olan bit­ki növ­lə­ri...

Azər­bay­can­da na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki növ­lə­ri­nin mü­ha­fi­zə­si is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lə­rin və­ziy­yə­ti elə də ürə­ka­çan de­yil. Bu­nu biz eks­pert­lər­lə söh­bə­ti­miz za­ma­nı mü­əy­yən et­dik. Eks­pert­lər bil­di­rir ki, flo­ra növ­lə­ri­nə ən bö­yük zi­ya­nı tə­bi­ət­lə sıx ün­siy­yət­də olan in­san­lar vu­rur. Bir sı­ra bit­ki növ­lə­ri­nin təh­lü­kə al­tın­da ol­du­ğu­nu de­yən mü­tə­xəs­sis­lər bil­di­rir ki, bu­nun qar­şı­sı­nın alın­ma­sı üçün əha­li ara­sın­da cid­di maa­rif­lən­dir­mə işi­nə eh­ti­yac var.

Alim­lə­rin ver­di­yi mə­lu­ma­ta gö­rə, Azər­bay­ca­nın elə böl­gə­lə­ri var ki, tə­bi­ət­də bi­tən flo­ra növ­lə­ri­ni qo­ru­maq müm­kün de­yil.

"Biz töv­si­yə­lə­ri­mi­zi ve­ri­rik"

Bio­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor El­man İs­gən­dər bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, alim­lər bit­ki­lə­rin mü­ha­fi­zə­si ilə bağ­lı töv­si­yə­lər ha­zır­la­yıb çap et­di­rir. Onun söz­lə­ri­nə gö­rə, bu töv­si­yə­lər la­zı­mi sə­viy­yə­də ye­ri­nə ye­ti­ril­mir. "Bi­zim ki­tab var, ora­da əsa­sən na­dir kol bit­ki­lə­ri­ni iş­lə­mi­şik, bu­ra­da on­la­rın mü­ha­fi­zə­si ilə bağ­lı əsa­sən töv­si­yə­lər ver­mi­şik. Biz tək­lif et­mi­şik ki, na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki­lə­rin mü­ha­fi­zə­si üçün qo­ruq­lar, ya­saq­lıq­lar ya­ra­dıl­sın. 2013-cü il­də nəşr edi­lən "Qır­mı­zı ki­tab"da 300-dən ar­tıq bit­ki nö­vü əks olu­nub. Azər­bay­ca­nın müx­tə­lif yer­lə­rin­də han­sı bit­ki­lər var­sa, on­la­rın mü­ha­fi­zə edil­mə­si­nin tə­rəf­da­rı­yıq. Qo­ruq­lar­da, ya­saq­lıq­lar­da, mil­li park­lar­da han­sı bit­ki­lər qo­ru­nur, han­sı bit­ki­lər qo­run­mur - on­lar­la bağ­lı mo­ni­to­rinq apar­mı­şıq. Elə bit­ki­lər var ki, on­lar mü­ha­fi­zə olun­mur. Lən­kə­ran­da ayı­fın­dı­ğı, Qaf­qaz xur­ma­sı, Xə­zər şey­ta­na­ğa­cı ki­mi bit­ki növ­lə­ri­nin qo­run­ma­sı sa­hə­sin­də prob­lem var. Biz bu­ra­da ya­saq­lı­ğın ya­ra­dıl­ma­sı­nı töv­si­yə et­mi­şik. Lən­kə­ra­nın İs­ti­su de­yi­lən əra­zi­sin­də Qaf­qaz dağ­da­ğa­nı və bit­ki ilə bağ­lı töv­si­yə ver­mi­şik. As­ta­ra­da­kı bit­ki­lə­rin mü­ha­fi­zə­si də bi­zi dü­şün­dü­rür. Le­rik­də Şey­tan şüm­şa­dı, məx­mər gər­mə­şo­vu və s. bit­ki­lə­rin qo­run­ma­sı­na eh­ti­yac var. İs­ma­yıl­lı, Qə­bə­lə, Qax, Za­qa­ta­la, Oğuz və s. ra­yon­lar­da ya­saq­lıq­la­rın ya­ra­dıl­ma­sı va­cib­dir" - de­yə alim bil­dir­di.

"Bir mə­sə­lə­ni de­yim ki..."

E.İs­gən­dər nə­zə­rə çat­dır­dı ki, Azər­bay­can­da en­dem növ olan bit­ki­lər var, on­la­rın da qo­run­ma­sı, ar­tı­rıl­ma­sı va­cib mə­sə­lə­dir. Onun söz­lə­ri­nə gö­rə, Ab­şe­ron­da da mü­ha­fi­zə­yə eh­ti­ya­cı olan bit­ki­lər var ki, on­la­rın da mü­ha­fi­zə­si­ni hə­ya­ta ke­çir­mək çə­tin­dir: "Bir mə­sə­lə­ni de­yim ki, bit­ki­lər biz is­tə­di­yi­miz sə­viy­yə­də qo­run­mur, mü­ha­fi­zə olun­mur. Ba­kı cuz­ğu­nu var, Ab­şe­ro­nun en­dem bit­ki­lə­rin­dən bi­ri­dir. O an­caq də­ni­zin qı­raq­la­rın­da bi­tir. De­mək olar ki, o bit­ki­nin nəs­li kə­sil­mək üz­rə­dir. Bil­di­yi­miz qə­dər, Xə­zər də­ni­zi­nin ət­ra­fın­da elə bir yer yox­dur ki, ora­da in­san­la­rın fəa­liy­yə­ti ol­ma­sın. Bağ ev­lə­ri sa­lır­lar, baş­qa iş­lər gö­rür­lər. Bu hal­da bit­ki­lə­rə zi­yan vu­rur­lar. Bit­ki­lə­rin sı­ra­dan çıx­ma­sı­na əsas sə­bəb ki­mi an­tro­po­gen fak­tor gös­tə­ri­lir. Düz­dür, ha­va­nın, su­yun çirk­lən­mə­si, eko­lo­ji ta­raz­lı­ğın po­zul­ma­sı, yan­ğın, tu­riz­min in­ki­şa­fı və s. amil­lər bit­ki­lə­rin in­ki­şa­fı­nın qar­şı­sı­nı alır. Am­ma bu həl­le­di­ci tə­sir de­yil. Elə bit­ki­lər də var ki, on­la­rın ta­le­yi bio­lo­ji xü­su­siy­yət­lə­rin­dən ası­lı­dır. Mə­sə­lən, elə bit­ki var ki, 100 to­xum ve­rir, am­ma onun hə­yat­ve­ri­ci­lik qa­bi­liy­yə­ti 13, 15, 18 to­xum­da əks olu­nur. Yə­ni 100 to­xum əl­ve­riş­siz şə­rai­tə düş­sə, 13, 15, 18 to­xum bi­tə bi­lər. Bit­ki­lə­rin re­jim al­tın­da tam qo­run­ma­sı pro­se­si an­caq qo­ruq­lar­da müm­kün­dür, bu, tə­bi­ət­də müm­kün de­yil. Qa­nun­da gös­tə­ri­lir ki, ya­saq­lıq­da in­san­lar o bit­ki­lə­rə zi­yan ver­mir­sə, on­lar ar­ta bi­lir. Yə­ni bu­ra­da söh­bət mal otar­maq­dan, bi­çin­dən ge­dir. Əs­lin­də, on­lar ol­ma­ma­lı­dır. Am­ma ma­lo­tar­ma hal­la­rı da, bi­çin də olur. Bit­ki­lər qo­ru­nur, an­caq yük­sək sə­viy­yə­də qo­run­mur. Şir­van Mil­li Par­kın­da, ya­xud Göy­göl Mil­li Par­kın­da elə bit­ki­lər var ki, on­lar əv­vəl­ki il­lə­rə nis­bə­tən mü­əy­yən də­rə­cə­də qo­ru­nur, am­ma is­tə­ni­lən sə­viy­yə­də de­yil. İs­tə­ni­lən mil­li par­ka gir­sək, ora­da mal-qo­yun gö­rə­cə­yik. Am­ma bu ol­ma­lı de­yil. Bu işə nə­za­rət var, am­ma is­tə­ni­lən sə­viy­yə­də de­yil. Na­dir bit­ki növ­lə­ri­nin qrup­la­rı var. Elə qrup­lar var ki, on­la­rın nəs­li kri­tik və­ziy­yət­də­dir, kə­sil­mək üz­rə­dir".

Alim bil­dir­di ki, ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri tə­biə­ti­mi­zə diq­qət­li ol­ma­lı­dır. Onun söz­lə­ri­nə gö­rə, Av­ro­pa­da na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki­lə­rin mü­ha­fi­zə­si ilə bağ­lı la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lir, on­la­rın area­lı ge­niş­lən­di­ri­lir, ar­tı­rı­lır. "Biz­də də bu və di­gər də­rə­cə­də bu pro­ses ge­dir. An­caq bi­zim is­tə­di­yi­miz sə­viy­yə­də get­mir. Bi­zim "Qır­mı­zı ki­tab"da, son ədə­biy­yat nü­mu­nə­lə­rin­də gös­tə­ri­lir ki, Azər­bay­can­da 5 mi­nə ya­xın bit­ki nö­vü var. Bu­nun 467 nö­vü ağac və kol bit­ki­si­dir, 467 nö­vün 189-u mü­ha­fi­zə­yə eh­ti­ya­cı olan bit­ki­lər­dir. Hal­bu­ki, bi­zim "Qır­mı­zı ki­tab"da bu, 50 ad­da gös­tə­ri­lib. Ot bit­ki­lə­ri­nin də sa­yı az gös­tə­ri­lib. Son za­man­lar fə­al mü­da­xi­lə nə­ti­cə­sin­də bit­ki­lər zi­yan çə­kir. İn­san­lar öz mad­di ma­raq­la­rı­nı tə­min et­mək məq­sə­di­lə o bit­ki­lə­ri yı­ğıb sa­tır. Əl­bət­tə, on­la­rın için­də na­dir növ­lər, en­dem bit­ki­lər var. Son ədə­biy­yat­lar­da gös­tə­ri­lir ki, Azər­bay­can­da 240 en­dem var, an­caq on­la­rın sa­yı ar­tıq­dır. Biz­də in­san­la­rın maa­rif­lən­di­ril­mə­si mə­sə­lə­si çə­tin­dir. Biz vax­ta­şı­rı ola­raq or­ta və ali mək­təb­lər­də mü­ha­zi­rə­lər oxu­yur, on­la­rı maa­rif­lən­di­ri­rik. Mət­bu­at­da çı­xış­lar edi­rik, an­caq bun­lar ye­tər­li de­yil. Bu mə­na­da, in­san­la­rı maa­rif­lən­dir­mə mə­sə­lə­si va­cib­dir, la­büd­dür. Maa­rif­lən­dir­mə ol­ma­sa, in­san­lar bit­ki­lə­rə zi­yan vur­maq­da da­vam edə­cək. Bit­ki­lə­rin qo­run­ma­sı ilə bağ­lı in­san­la­rın mə­lu­ma­tı az­dır. Söh­bət bun­dan ge­dir ki, on­la­rı mə­lu­mat ma­raq­lan­dır­mır, çün­ki or­ta­da mad­diy­yat, tə­mi­nat var" - de­yə bil­di­rən ali­min söz­lə­ri­nə gö­rə, er­mə­ni tap­da­ğın­da olan tor­paq­la­rı­mız­da da ki­fa­yət qə­dər bit­ki növ­lə­ri­miz var. E.İs­gən­dər qeyd et­di ki, ora­da olan na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki­lə­rin ha­zır­kı və­ziy­yə­ti na­ra­hat­lıq do­ğu­rur.

Bo­ta­nik­lər na­ra­hat­dır...

AMEA-nın Bo­ta­ni­ka İns­ti­tu­tu­nun şö­bə mü­di­ri Pər­va­nə Qa­ra­xa­ni bi­zim­lə söh­bə­tin­də na­dir və nəs­li kə­sil­mək­də olan bit­ki növ­lə­ri­nin və­ziy­yə­tin­dən na­ra­hat­lı­ğı­nı ifa­də et­di.

P.Qa­ra­xa­ni­nin söz­lə­ri­nə gö­rə, Azər­bay­can tə­biə­ti­nin gö­zəl­li­yi, zən­gin­li­yi xa­ric­dən gə­lən bo­ta­ni­ka alim­lə­ri­nin diq­qə­ti­ni cəlb edir, on­lar bu gö­zəl­li­yə hey­rət­lə ba­xır.

Alim qeyd et­di ki, onu na­ra­hat edən bit­ki­lə­rin qo­run­ma­sı mə­sə­lə­si­dir. Əha­li tə­rə­fin­dən tə­biə­tə bö­yük zi­yan vu­rul­du­ğu­nu de­yən P.Qa­ra­xa­ni­nin fik­rin­cə, qo­ruq və ya­saq­lıq­lar­da be­lə, na­dir və en­dem bit­ki­lə­rin qo­run­ma­sı təh­lü­kə al­tın­da­dır. Onun de­di­yi­nə gö­rə, bə­zən elə olur ki, ya­saq­lıq və qo­ruq­lar mal-qa­ra­nın ota­rıl­dı­ğı ye­rə çev­ri­lir.

Tə­bi­ət­də bi­tən na­dir bit­ki­lə­rə diq­qət­li ol­ma­ğın gə­rək­li­li­yin­dən da­nı­şan ali­min bil­dir­di­yi­nə gö­rə, elə bit­ki növ­lə­ri var ki, ar­tıq tə­bi­ət­də sı­ra­dan çı­xıb. Qo­run­ma­lı olan əra­zi­lə­rin in­san­la­rın bi­çin ye­ri­nə, mal-qa­ra otar­dıq­la­rı əra­zi­lə­rə çev­ril­di­yi­ni de­yən alim qeyd et­di ki, hə­min yer­lər ya­saq­lıq, qo­ruq ki­mi mü­ha­fi­zə edil­mə­li və ora­da təd­qi­qat apar­maq üçün alim­lə­rə şə­ra­it ya­ra­dıl­ma­lı­dır. Bit­ki ör­tü­yü­nü öy­rən­mək üçün alim­lə­rin bə­zi qo­ruq­la­ra bu­ra­xıl­ma­dı­ğı­nı de­yən P.Qa­ra­xa­ni he­sab edir ki, bo­ta­ni­ka alim­lə­ri Azər­bay­can tə­biə­tin­də olan bü­tün bit­ki­lə­ri öy­rən­mə­li, on­la­rın və­ziy­yə­ti haq­qın­da el­mi ic­ti­ma­iy­yə­tə, in­san­la­ra mə­lu­mat ver­mə­li­dir. Flo­ra növ­lə­ri­nin və­ziy­yə­ti­ni öy­rən­mək üçün vax­ta­şı­rı ola­raq böl­gə­lə­rə get­dik­lə­ri­ni de­yən alim qeyd et­di ki, bu­ra­da bə­zən acı mən­zə­rə ilə qar­şı­la­şır­lar: "Bit­ki­lə­rin mü­ha­fi­zə­si ilə bağ­lı bir sı­ra mə­sə­lə­lər, bir mü­tə­xəs­sis ki­mi, mə­ni qa­ne et­mir. Bu sa­hə­də cid­di na­ra­hat­lıq­lar var. Ya­saq­lıq­lar­da, qo­ruq­lar­da əsa­sən bit­ki­lə­rin mü­ha­fi­zə­si qa­nee­di­ci sə­viy­yə­də de­yil. Ar­zu edər­dik ki, bu sa­hə­yə ic­ti­ma­iy­yə­tin, elə­cə də qo­ruq­la­ra nə­za­rət edən şəxs­lə­rin diq­qə­ti art­sın".

İra­də SA­RI­YE­VA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ