şənbə günü, 11 iyul 2026
     

Ay­dın Ab­dul­la­ye­vin mü­qəd­dəs şə­hid­lik yo­lu be­lə baş­lan­dı...

Image


Qa­pan­lı ca­maa­tı gül­lə sə­si­nə ya­tıb oyan­ma­ğa çox­dan adət et­miş­di. Hər gün gül­lə ya­ğı­şı al­tın­da gün­də­lik gü­zə­ran­la­rı ilə məş­ğul olan qa­pan­lı­lar si­nə­si­ni er­mə­ni gül­lə­si­nə si­pər edən Və­tən oğul­la­rı­nın qey­rə­ti­nə sı­ğı­nıb ya­şa­yır­dı. Er­mə­ni­lər da­yan­ma­dan atır­dı. Qa­pan­lı­lar mən­fur düş­mə­nin hə­də­si­nə əhə­miy­yət ver­mir, iri­çap­lı si­lah­la­rın­dan da qorx­mur­du. Qəh­rə­man qa­pan­lı­lar be­lə­cə ya­şa­yır­dı.

Cə­fər ki­şi adə­ti üz­rə sə­hər yu­xu­dan er­kən oyan­mış­dı. Er­mə­ni­lər ge­cə-sə­hə­rə atə­şi da­yan­dır­ma­dı­ğın­dan, ki­şi heç dü­zə­məl­li yu­xu­su­nu da al­ma­mış­dı. Sübh tez­dən əli­ni al­nı­na da­ya­yıb göy­lə­rə bax­dı. Gö­yün bir üzü ta­ma­mi­lə qı­zar­mış­dı. Cə­fər ki­şi lap uşaq­lıq­dan qo­ca­lar­dan eşit­miş­di ki, əgər gö­yün bir tə­rə­fin­də qır­mı­zı lə­kə­lər var­sa, de­mək, har­da­sa na­haq qan tö­kü­lüb. Ba­ba­la­rın hik­mət­li sö­zü­nə haqq qa­zan­dı­ran Cə­fər ki­şi öz-özü­nə pı­çıl­da­dı:

- Qur­ban olum, ay Al­lah, bəs hər gün na­haq qan tö­kül­mür­mü tor­pa­ğı­mı­za? Er­mə­ni­lər hər gün oğul­la­rı­mı­zı qa­nı­na qəl­tan et­mir­mi, ila­hi? Hər gün atış­ma, hər gün şə­hid, hər gün ana­la­rın fər­ya­dı ər­şə bü­lənd ol­mur­mu?

Ki­şi­nin göz­lə­ri do­lub bo­şal­dı. Hə­yat yol­da­şı tən­di­rə od sal­mış­dı, tən­di­rə çö­rək yap­ma­ğa ha­zır­la­şır­dı. Onun gö­zü alov­la­nan tən­di­rə sa­ta­şan­da san­ki tən­dir­dən bir çın­qa sıç­ra­yıb ki­şi­nin içi­nə düş­dü, onu ya­man yan­dır­dı bu od.

- Ay ar­vad, ürə­yim ya­man ya­nır, mə­nə bir dol­ça su ver­sə­nə.

Cə­fər ki­şi­nin hə­yat yol­da­şı ge­dib əri­nə su gə­tir­di.

- Nə ya­man fi­kir edir­sən, nə olub? Er­mə­ni­dən­mi qor­xur­san, ay ki­şi? Heç gör qəh­rə­man ba­la­la­rı­mız im­kan ve­rər­mi er­mə­ni Qa­pan­lı­ya ayaq bas­sın. Çö­rə­yi tən­di­rə ya­pım, is­ti-is­ti əs­gər­lə­rə apar, qoy ye­sin­lər. Çox­dan­dır tə­zə çö­rək gör­mür­lər. Həm də tən­dir çö­rə­yi­nin da­dı baş­qa­dır. Bu gün həm də bay­ram­dır.

Cə­fər ki­şi ra­zı­lıq əla­mə­ti ola­raq ba­şı­nı tər­pət­di. 

Pa­yı­zın tə­bi­ət­də hök­mran­lıq et­di­yi çağ idi. Qa­pan­lı­lar Qur­ban bay­ra­mı­na ha­zır­la­şır­dı. Cə­fər ki­şi­nin hə­yə­ti­ni tən­dir çö­rə­yi­nin iyi ba­şı­na gö­tür­müş­dü. Ki­şi göz­lə­yir­di ki, ar­va­dı bağ­la­ma ha­zır­la­yıb ona ver­sin. Elə bir ha­di­sə baş ver­di ki, ki­şi ye­rin­də­cə do­nub qal­dı. Bay­ra­mı da unut­du, tən­dir çö­rə­yi­ni də. Bir dəs­tə adam on­la­rın evi­nə sa­rı gə­lir­di.

- Bu ca­ma­at biz tə­rə­fə ni­yə gə­lir? - de­yə ar­va­dı ye­rin­də qu­ru­yub ağa­ca dön­müş əri­nə tə­rəf dö­nüb dil­lən­di.

Ki­şi onun söz­lə­ri­ni ca­vab­sız qoy­du və gö­zü­nü ca­maa­ta sa­rı zil­lə­di. Ca­maa­tın ara­sın­da əs­gər­lər də var­dı. Ha­mı hüzn için­də idi. Ata əs­gər­lə­rin qu­ca­ğın­da oğ­lu El­məd­di­nin me­yi­ti­ni gö­rən­də hön­kür-hön­kür ağ­la­dı. Ar­va­dı tən­dir ba­şın­dan saç­la­rı­nı yo­la-yo­la hövl­nak me­yi­tə sa­rı qaç­dı. Cə­fər ki­şi üz-gö­zü­nü cı­rıb qa­na bə­lə­miş ar­va­dı­nın hön­kür­tü­sü­nə san­ki yu­xu­dan ayıl­dı.    

Ar­va­dı ya­ra­lı ma­ral ki­mi o yan-bu ya­na boy­la­nıb sı­zıl­da­yır­dı. Ana fər­ya­dı­na ata fər­ya­dı da qa­rış­mış­dı. Bü­tün kənd Cə­fər ki­şi­nin hə­yə­ti­nə top­lan­mış­dı. Ha­mı ağ­la­yır­dı. 

Cə­fər ki­şi­nin hə­yat yol­da­şı, şə­hid El­məd­di­nin ana­sı elə na­lə çə­kir­di ki, yer-göy lər­zə­yə gə­lir­di.

- Bay­ra­mı­mız qa­ra gəl­di, ay oğul, ya­ra­lı ca­nı­na ca­nım qur­ban ba­la, - de­yib sı­zıl­da­yan ana­nın çiy­ni­nə bir əl to­xun­du. Bu, gö­zü ağ­la­maq­dan qı­za­rıb şiş­miş, əl­lə­ri əsəb­dən, acı­dan tit­rə­yən gi­zir Ay­dı­nın əli idi. Ay­dın şə­hid ana­sı­nın çi­yin­lə­ri­ni qu­caq­la­yıb ya­na­ğın­dan sel ki­mi axan ya­şı si­lir­di. Özü də ana­ya qo­şu­lub ağ­la­dı. Hərb­çi ol­du­ğu­nu unut­du san­ki. Ay­dın doğ­ma qar­da­şı­nı itir­miş­di elə bil. Ay­dı­nın üzü qə­fil sərt­ləş­di:

- Ağ­la­ma, ana, ağ­la­ma göz­lə­ri­nə qur­ban, ürə­yi­nə qur­ban! El­məd­din mə­nə doğ­ma qar­daş ki­mi­dir. El­məd­din şə­hid ol­du. Mən onun me­yi­ti­ni düş­mə­nə ver­mə­dim, ana, mi­na­la­rın üs­tü ilə ye­ri­yib şə­hi­di­min nə­şi­ni gə­tir­dim. El­məd­din şə­hid ol­du, o şə­hid olan an­da sə­nin yüz­lər­lə El­məd­di­nin do­ğul­du, ana. Mən söz ve­ri­rəm ki, so­na qə­dər sə­nə oğul­luq edə­cə­yəm, bir­cə sən ağ­la­yıb sı­zıl­da­ma. El­məd­di­nin qi­sa­sı­nı ala­ca­ğam. Sə­nin ağ saç­la­rı­na, tü­kən­məz mə­həb­bə­ti­nə, is­mə­ti­nə, uca adı­na and içi­rəm, anam mə­nim! El­məd­di­nin qa­nı yer­də qal­ma­ya­caq.  

Ana ba­la­sı­nın me­yi­ti­ni ox­şa­yır­dı, ana öpür­dü ba­la­sı­nı so­nun­cu də­fə. Ana ba­la­sı­na sa­rıl­mış­dı.

- Ay oğul, ya­ra­la­dın mə­ni. Qı­zıl­gül­lə­ri sol­dur­du ölü­mün. Ana­nın dər­di az idi­mi, bir dərd də sən ver­din mə­nə, ay El­məd­din?

Ana­nın ürə­yi qüs­sə­dən part­la­yır­dı. Dö­zə bil­mir­di ba­la­sı­nın mü­si­bə­ti­nə. Cə­fər ki­şi­nin be­li sın­mış­dı san­ki. Ki­şi mad­dım-mad­dım ca­maa­tın üzü­nə ba­xıb dil­siz ba­xış­la­rı ilə su­al edir­di: Mə­nim ba­la­ma nə olub? Er­mə­ni­lər onu ni­yə şə­hid edib? Onun mi­na­lan­mış əra­zi­də nə işi var­dı? Onun me­yi­ti­ni ora­dan kim çı­xa­rıb?    

Kənd ca­maa­tı bil­mir­di ki, ona nə de­sin, ne­cə tə­səl­li ver­sin. Ağ­saq­qal­lar­dan bi­ri irə­li ye­ri­yib Cə­fər ki­şi­yə baş­sağ­lı­ğı ver­di.

- Cə­fər ki­şi, oğ­lun şə­hid olub, ba­şı­mız sağ ol­sun. Şə­hid elin­dir, xal­qın­dır. Şü­kür Al­la­ha ki, Ay­dın ba­la­mız onun me­yi­ti­nin düş­mən əli­nə keç­mə­si­nə im­kan ver­mə­di. De­yir­lər ki, özü­nü təh­lü­kə­yə atıb mi­na­lan­mış əra­zi­dən El­məd­di­nin nə­şi­ni o gö­tü­rüb. Sağ ol­sun, ana­sı­nın sü­dü, ata­sı­nın əmə­yi, Və­tən çö­rə­yi ha­la­lı ol­sun!

Ağ­saq­qa­lın tə­səl­li­sin­dən son­ra Cə­fər ki­şi­nin ürə­yi bir az tə­pər­lən­di. Ki­şi Ay­dı­na tə­rəf dön­dü, qar­şı­sın­da qa­ra­buğ­da­yı, məğ­rur, igid bir oğ­lan gör­dü. Ay­dın çox gənc idi. Ey­nən oğ­lu­na bən­zə­yir­di. Bü­tün qəh­rə­man­lar bir-bi­ri­nə bən­zə­yir, - de­yə ürə­yin­dən ke­çir­di.

Ay­dın ki­şi­nin ba­xış­la­rın­da qü­rur, əzm­kar­lıq gör­dü. Dü­şün­dü ki, şə­hid ata­sı be­lə olar.

Cə­fər ki­şi ay­dı­nın boy­nu­nu qu­caq­la­dı:

- Çox sağ ol, oğ­lum, igid­lik gös­tə­rib­sən. Sən bu gün­dən həm mə­nim oğ­lum­san, həm də bü­tün Tər­tə­rin, Qa­pan­lı­nın. Sə­nin ki­mi oğul­lar tor­paq­la­rı­mı­zı qo­ru­yur­sa, qız-gə­li­nin na­mu­su­nu mü­ha­fi­zə edir­sə, da­ha mən kə­dər­lən­mə­rəm, ağ­rı çək­mə­rəm.       

El­məd­di­nin dəfn mə­ra­si­min­də Ay­dın da iş­ti­rak et­di, əs­gər­lər də. Şə­hi­di eh­ti­ram­la tor­pa­ğa tap­şır­dı­lar.

El­məd­din­gi­lin evi ca­maa­tın zi­ya­rət ye­ri­nə çev­ril­di. Ha­mı ata-ana­ya tə­səl­li ve­rir, ağ­rı­la­rı­nı yün­gül­ləş­dir­mə­yə ça­lı­şır­dı. El ağ­bir­çək­lə­rin­dən bi­ri şə­hid ana­sı­nın ya­ra­sı­nı bir ba­ya­tı ilə sa­rı­maq is­tə­di: 

Mərd ata­dan mərd oğul,

Ya­da ağa, mər­də qul.   

Qor­xaq töh­mət gə­ti­rər,

Baş ucal­dar mərd oğul.

- Sə­nin oğ­lun şə­hid olub, qı­zım, ba­şı­nı uca tut, qəm elə­mə, sağ­lıq ol­sun, Ay­dın ki­mi oğul­lar er­mə­ni­lə­rin bur­nu­nu ovar, özü­nü tox tut, - de­yə ağ­bir­çək dil-ağız et­di.

Ha­mı evi­nə da­ğı­lış­dı. El­məd­din­gi­lin evi su­yu qu­ru­muş də­yir­ma­na bən­zə­yir­di. Bir yan­da ana şə­hid oğ­lu­nun ge­yim­lə­ri­ni qu­caq­la­yıb sı­zıl­da­yır, o bi­ri tə­rəf­də isə ata dərd­dən-ələm­dən su­sur­du...

Gün­lər ke­çir­di, həf­tə­lər bir-bi­ri­ni əvəz edir, ay­lar bir-bi­ri­ni qar­şı­la­yıb yo­la sa­lır­dı.

Qa­pan­lı ca­maa­tı öz işin­də-gü­cün­də idi. Ye­nə er­mə­ni­lər müx­tə­lif çap­lı si­lah­lar­dan atəş açır, ca­maa­tın əkin-bi­çi­ni­nə, mal-qa­ra­sı­na zi­yan vu­rur­du. Or­du­muz bö­yük mə­ta­nət­lə düş­mən atə­şi­nə ca­vab ve­rir, onu ye­rin­də­cə sus­du­rur­du. Qəh­rə­man za­bit və əs­gər­lə­ri­miz er­mə­ni mək­ri, hiy­lə­si, to­pu-tü­fən­gi qar­şı­sın­da aciz qal­mır­dı. Elə bir gün yox idi ki, er­mə­ni­lər Qa­pan­lı­nı və ət­raf kənd­lə­ri atə­şə tut­ma­sın. Hər gün hərb­çi­lə­ri­miz şə­hid olur­du.

Ok­tyab­rın 26-sı idi. Hə­min gün Cə­fər ki­şi­nin şə­hid oğ­lu El­məd­di­nin il mə­ra­si­mi idi. Kənd ca­maa­tı yas mə­ra­si­min­də iş­ti­rak et­mək üçün on­la­ra top­laş­mış­dı. Cə­fər ki­şi Ay­dı­nı göz­lə­yir­di. Çün­ki Ay­dın ona söz ver­miş­di ki, ica­zə alıb il mə­ra­si­min­də iş­ti­rak edə­cək. Gü­nor­ta­dan xey­li keç­mə­si­nə bax­ma­ya­raq, Ay­dın gö­zə dəy­mir­di. Ki­şi ya­man na­ra­hat ol­du.

- Ay­dın­dan çıx­ma­yan iş, o nə əcəb və­di­nə xi­laf çıx­dı? O heç vaxt ya­lan da­nı­şaz axı, - de­yə öz-özü­nə su­al ver­di.

Yas mə­ra­si­min­dən ca­ma­at hə­lə tam da­ğı­lış­ma­mış­dı, qa­ra xə­bər il­dı­rım sü­rə­ti ilə bü­tün Qa­pan­lı­ya və ət­raf kənd­lə­rə ya­yıl­dı, Ay­dın şə­hid ol­muş­du. Dün­ya Cə­fər ki­şi­nin ba­şı­na fır­lan­dı.

- Ne­cə yə­ni Ay­dın şə­hid olub?

O bu acı xə­bər­dən çox sar­sıl­mış­dı. Cə­fər ki­şi heç kə­sə fi­kir ver­mə­dən bir­ba­şa ha­di­sə ye­ri­nə get­di. Ar­tıq Ay­dın hə­yat­da yox idi.

2013-cü ilin ok­tyab­rı özü ilə kə­dər, qüs­sə gə­tir­miş­di. Qa­pan­lı ca­maa­tı gi­zir A.Ab­dul­la­ye­vin snay­per­lə al­nın­dan vu­rul­du­ğu­nu eşi­dən­də çox kə­dər­lən­miş­di. Qa­pan­lı ana­la­rı Ay­dı­na yas tu­tub ağı de­yir­di. San­ki on­lar öz doğ­ma ba­la­la­rı­nı itir­miş­di. Ay­dı­nın şə­hid ol­ma­sı xə­bə­ri El­məd­di­nin ana­sı­nın da ca­nı­na od sal­dı. Ya­zıq ar­va­dın öz dər­di az­mış ki­mi, bir dərd­də ona Ay­dın ver­miş­di.     

Ay­dı­nın ai­lə­si Ba­kı­da ya­şa­yır­dı. Onun nə­şi­ni Ba­kı­ya yo­la sal­maq la­zım idi. Ay­dı­nın şə­hid ol­ma­sı cəb­hə xət­tin­də, Qa­pan­lı­da və ət­raf kənd­lər­də də bö­yük ağ­rı-acı ilə qar­şı­lan­dı. Ay­dın tək­cə Əmir­sol­tan ki­şi­nin və Se­vil ana­nın oğ­lu de­yil­di, o həm də tər­tər­li­lə­rin oğ­lu idi.

Ay­dı­nın nə­şi­ni Ba­kı­ya yo­la sa­lan­da qa­pan­lı­lar şə­hi­də eh­ti­ram əla­mə­ti ola­raq onun cə­na­zə­si­nin keç­di­yi yer­lə­rə dü­zü­lüb qəh­rə­man Ay­dın­la vi­da­la­şır­dı. On­lar Ay­dın­dan çox yax­şı­lıq­lar gör­müş­dü. Ay­dın on­lar üçün doğ­ma idi, özü də çox doğ­ma. 23 yaş­lı gi­zir kənd ca­maa­tı ilə hə­mi­şə ün­siy­yət sax­la­yır­dı. Bə­zən tay-tuş­la­rı ona za­ra­fat­la:

- Ay­dın, ni­şan­lan­ma­ğa vaxt tap­dın da. Kaş sə­ni bu­ra­da ev­lən­di­rəy­dik, mü­ha­ri­bə bi­tən­dən son­ra da Qa­pan­lı­da hə­mi­şə­lik yurd-yu­va sa­lar­dın, sə­nə ev də ti­kər­dik. 

Ar­tıq bu söh­bət­lər xa­ti­rə­yə çev­ril­miş­di. Ca­ma­at əs­gər­lə­rə və yük­sək çin­li za­bit­lə­rə qo­şu­lub Ay­dı­nın nə­şi­ni Ba­kı­ya yo­la sa­lır­dı. Cə­fər ki­şi də ca­maa­tın ara­sın­da idi. Ha­mı­dan çox ağ­la­yan da o idi.

- Əziz ba­lam, Ay­dın, şə­hid­li­yin mü­ba­rək, uca mə­qa­mın qut­lu ol­sun! Sən bu tor­pa­ğı ca­nın qə­dər se­vir­din, anan qə­dər əziz­lə­yir­din.

Ay­dın şə­hid ol­duq­dan son­ra Cə­fər ki­şi özü­nə yer ta­pa bil­mir­di. Ay­dı­nın ai­lə­si ilə ta­nış­lı­ğı yox idi. An­caq Ay­dı­nın ata-ana­sı­nın Ba­kı­da ya­şa­dıq­la­rı­nı, çək­dik­lə­ri ağ­rı­nı ca­nın­da, ürə­yin­də hiss edir­di. O yax­şı bi­lir­di Əmir­sol­tan ki­şi və Se­vil ana nə­lər çə­kir.

Ne­cə dağ­lar,

Gö­rü­nür ne­cə dağ­lar?

Ba­la­sı ölən bi­lər,

Yaş gö­zü ne­cə dağ­lar.

Cə­fər ki­şi Ay­dı­nın va­li­deyn­lə­ri­nin və­ziy­yə­ti­ni göz önü­nə gə­ti­rən­də ürə­yin­də bu ba­ya­tı səs­lə­nir­di.

O çox is­tə­yir­di ki, Ay­dı­nın ata-ana­sı ilə ta­nış ol­sun, on­la­ra oğul­la­rı­nın şü­caə­ti, qəh­rə­man­lı­ğı haq­qın­da da­nış­sın.

Ay­dın şə­hid ol­duq­dan xey­li müd­dət son­ra Əmir­sol­tan da­yı kənd sa­kin­lə­rin­dən bi­ri­nin bə­ləd­çi­li­yi ilə Qa­pan­lı­ya get­di. Əl­bət­tə, ata üçün oğ­lu­nun aya­ğı də­yən, nə­fə­si, ru­hu do­la­şan bir kən­də get­mək­dən yax­şı nə ola bi­lər­di ki... Ay­dı­nın xid­mət et­di­yi hər­bi his­sə­yə get­di, onun ko­man­di­ri, gi­zir yol­daş­la­rı, əs­gər­lər­lə gö­rüş­dü, söh­bət et­di. Oğ­lu­nun qəh­rə­man­lı­ğı, şü­caə­ti haq­qın­da eşit­di­yi hər bir söz, cüm­lə ata­nın ürə­yi­ni da­ğa dön­dər­di. O, hər­bi his­sə­də olar­kən ağ­la­dı da, or­du­mu­za ba­xıb fəxr də et­di ki, oğ­lu­nun qi­sa­sı yer­də qal­ma­ya­caq, bu oğul­lar er­mə­ni­nin axı­rı­na çı­xa­caq.

Əmir­sol­tan ki­şi hər­bi his­sə­dən ay­rıl­dıq­dan son­ra xa­hiş et­di ki, onu El­məd­din­gi­lə apar­sın­lar. O, El­məd­di­nin ai­lə­si­nə baş­sağ­lı­ğı ver­mək is­tə­yir­di. Əmir­sol­tan ki­şi Cə­fər ki­şi­nin hə­yə­ti­nə gi­rən­də qa­pı­nın ağ­zın­da onu ev sa­hi­bi qar­şı­la­dı. Əmir­sol­tan ki­şi Cə­fər ki­şi­yə kim­li­yi­ni de­yən­də ki­şi şə­hid ata­sı­nın boy­nu­nu qu­caq­la­dı. Göz­lə­ri ya­şar­dı. Hə­yə­tin bir tə­rə­fin­də ali­mi­ni­um teşt­də yun yu­yan ar­va­dı səs­lə­di:

- Ay ar­vad, gör bi­zə kim gə­lib, gə­lən Ay­dı­nın ata­sı­dır.

Cə­fər ki­şi­nin ar­va­dı tə­lə­sik əli­ni yun­dan çə­kib kran­da yu­du və qa­ça-qa­ça özü­nü Əmir­sol­tan ki­şi­nin üs­tü­nə at­dı.

- Ay qar­daş, xoş gəl­mi­sən, - de­yib Əmir­sol­tan ki­şi­nin əli­ni öp­mək is­tə­di. Əmir­sol­tan ki­şi im­kan ver­mə­di ki, şə­hid ana­sı onun əli­ni öp­sün, özü əyi­lib ana­nın əli­ni öp­dü.

- Şə­hid ana­la­rı­nın əli öpül­mə­yə la­yiq­dir, ba­cı.

On­lar xey­li söh­bət et­di­lər. Əmir­sol­tan ki­şi Ba­kı­ya qa­yı­dan­da Cə­fər ki­şi ona de­di:

- Mən Ay­dın­la bağ­lı ürə­yim­də­ki­lə­rin ha­mı­sı­nı di­lə gə­ti­rə bil­mə­dim. Bü­tün de­yə­cək­lə­ri­mi si­zə mək­tub va­si­tə­si­lə gön­də­rə­cə­yəm.

On­lar sa­ğol­laş­dı­lar. Əmir­sol­tan ki­şi Ba­kı­ya bö­yük ruh yük­sək­li­yi ilə qa­yıt­dı. Cə­fər ki­şi isə Qa­pan­lı­da öz kən­din­də qal­dı. O hər gün Əmir­sol­tan ki­şi­yə mək­tub yaz­maq haq­qın­da fi­kir­lə­şir­di. On­la­rı ey­ni ta­le, ox­şar dərd bir­ləş­di­rir­di. Hər iki ata­nın be­li­ni oğul möh­nə­ti əy­miş­di, hər iki ata­nın oğ­lu Və­tən uğ­run­da şə­hid ol­muş­du.

Cə­fər ki­şi mü­əl­lim idi. Hə­ya­tı­nı tə­lim-tər­bi­yə işi­nə, təh­si­lə həsr et­miş­di. Dün­ya­gör­müş ağır-san­bal­lı, el için­də hör­mə­ti olan bir ki­şi idi. Fi­kir­ləş­di ki, Ab­dul­la­yev ai­lə­si­nin dar gü­nün­də ya­za­ca­ğı mək­tub on­la­ra tə­səl­li ola bi­lər. 

Gün­lə­rin bi­rin­də Cə­fər mü­əl­lim ca­nın­da, ürə­yin­də tə­pər ta­pıb Ay­dı­nın ata­sı Əmir­sol­tan Ab­dul­la­ye­və mək­tub yaz­dı. Şə­hid ata­sı mək­tu­bun bir nüs­xə­si­ni Ba­kı­ya, bir nüs­xə­si­ni isə yer­li "Ye­ni Tər­tər" qə­ze­ti­nə gön­dər­di.

Şə­hid ata­sın­dan şə­hid ata­sı­na ün­van­la­nan mək­tub­da Cə­fər Qu­li­yev Əmir­sol­tan Ab­dul­la­ye­və göz ya­şı ilə ya­zır­dı:

"Ya­şa­dı­ğı­mız na­ra­hat dün­ya­dan ra­hat mən­zi­lə yo­la sal­dı­ğı­mız, ay­rı­lı­ğı­na əbə­di ya­na­ca­ğı­mız, şə­hid­lik adı­na yük­sə­lən yüz­lər­lə Və­tən oğul­la­rı sı­ra­sın­da yer tu­tan­lar­dan bi­ri də Ab­dul­la­yev Ay­dın Əmir­sol­tan oğ­lu­dur.

Do­ğul­du­ğu gün­də de­yir­lər in­sa­nın alın ya­zı­sı ya­zı­lır. O ya­zı ki, onu ya­zan bir də­fə ya­zar və heç za­man po­zul­maz!

Ya­yın şid­dət­li is­ti gün­lə­rin­dən bi­ri idi. Qa­pı­mı bir ata döy­dü, ta­nı­ma­dı­ğım bir şəxs. Al­nın­dan oxu­dum ki, bu şə­hid ata­sı­dır. Öv­la­dı­nı mə­nə ni­şan ver­di, ta­nı­dım. Oğ­lu 2013-cü il ok­tyab­rın 26-da şə­hid ol­muş Ay­dın Ab­dul­la­yev idi.

Ta­nı­dım ona gö­rə ki, Ay­dın ya­şa­dı­ğı­mız Tər­tər ra­yo­nu­nun Qa­pan­lı kən­din­də xid­mət edir­di. Hə­lə bir il əv­vəl hə­min ayın (2012-ci ilin 26 ok­tyab­rın­da) ey­ni gü­nün­də düş­mən­lə tə­mas xət­tin­də mi­na­ya dü­şüb hə­lak olan öv­la­dı­mın (Qu­li­yev El­məd­din Cə­fər oğ­lu) ya­nı­na ilk ça­tıb, onu əra­zi­dən çı­xa­ran gi­zir Ay­dın Ab­dul­la­yev olub.

Dün­yam ye­ni­dən uç­du bu ata­nı gö­rən­də, onun dər­di­ni bil­mə­yən­lə­rə bu adi hal ola bi­lər, mə­nə yox. Mən on­da de­dim:

- Ata, qüv­vət­li ol, dö­züm tap özün­də. Çün­ki qar­şın­da da­ya­nan da şə­hid ata­sı­dır.

Əmir­sol­tan qar­daş şə­hi­din ana­sı­nın (ai­lə­si­nin) ağır və­ziy­yət­də ol­du­ğu­nu de­yən­də, mən öz hə­yat yol­da­şı­mı ça­ğı­rıb ona gös­tər­dim. On­dan ay­rı­lan­da söz ver­dim ki, Ay­dın haq­qın­da mən də nə­sə ya­za­ca­ğam.

Qa­ra­bağ mü­ha­ri­bə­si xal­qı­mı­za çox ya­ra­lar vur­du. Ata, ana, oğul, qız iti­rən­lə­ri­miz çox ol­du. An­caq bun­lar­dan da ağır bir it­ki­miz var, Əmir­sol­tan ki­şi. Bu, tor­paq it­ki­si­dir, Qa­ra­bağ it­ki­si­dir. Qə­dim türk das­tan­la­rın­dan ya­dım­da bir de­yim qa­lıb, onu ya­za­ca­ğam:

Tor­paq ot bi­tir­di,

At otu ye­yib bö­yü­dü.

Ana oğul doğ­du,

Onu qun­daq­la­yıb bö­yüt­dü.

Ata oğul üçün at al­dı,

Və­tən da­ra düş­dü

Oğul atı­nı mi­nib

Tor­pa­ğı­nı qo­ru­ma­ğa get­di.

Əmir­sol­tan ki­şi! Biz se­vin­ci kə­dər­dən üs­tün bil­mə­li­yik. Bəx­ti­yar Va­hab­za­də­nin di­li ilə de­yi­rəm:

Yaz ay­la­rı şaq­qıl­da­yan sel­mi­sən,

Bu dün­ya­nı oyun­caq­mı bil­mi­sən?

Hə­yat sə­ni gül­dü­rən­də gül­mü­sən,

Hü­nə­rin var ağ­la­dan­da gül gö­rüm!

Sə­nin bir şə­hid ata­sı ki­mi ya­şa­ma­ğa, in­san­lar ya­nın­da da­nış­ma­ğa oğ­lu­nun tər­bi­yə­sin­də­ki ro­lu­na gö­rə haq­qın da­ha çox­dur. İn­di qəm yü­kü­nü çə­kə bil­mə­yən ana­nın baş­qa ana­lar­dan üs­tün­lü­yü elə bun­da­dır. Mən ha­di­sə ye­ri­nə ça­tan­da ar­tıq Ay­dın yox idi. Bu böl­gə­də 1992-ci il­dən bu gü­nə qə­dər on­lar­ca ya­ra­lı və şə­hi­din kö­mə­yi­nə can atan mən ge­cik­miş­dim. Tan­rı qis­mət elə­mə­di ki, Ay­dı­na kö­mək­lik gös­tə­rim. An­caq o, kö­mə­yi­nə çat­dı­ğı oğ­lu­mun ru­hu­na doğ­ru ça­pır­dı öz atı­nı. Bu köh­lən apar­mış­dı bir il qa­baq El­məd­di­ni, in­di də Ay­dı­nı.

Öz oğ­lu­mun mə­zar da­şın­da yaz­dı­ğım mis­ra­la­rı sə­nə gön­də­ri­rəm, Əmir­sol­tan ki­şi. Elə öv­lad­la­rı­mı­zın alın ya­zı­sı ki­mi, bi­zim qis­mə­ti­mi­zə dü­şən bu öm­rün tə­səl­li­si ol­sun ba­rı.

Əli, Sa­diq ya­di­ga­rım,

Və­tən, tor­paq if­ti­xa­rım.

Bir­dən po­zul­du pər­ga­rım

Son­suz­lu­ğa dö­nər ol­dum!

3 il ke­çir mə­nim çək­di­yim acı­lar­dan, 2 il ke­çir sə­nin düş­dü­yün mü­si­bət­dən. Elə öz­lə­ri­nin ar­zu­su imiş şə­hid­lik. Tan­rı on­la­rın ar­zu­su­nu qə­bul et­di. An­caq biz­lə­ri yan­dır­dı.

De­yir­lər şə­hid ru­hu Və­tən göy­lə­rin­də do­la­şır, uğ­run­da öl­dü­yü tor­pa­ğın azad olun­du­ğu­nu gö­rən­də ra­hat ola­caq, öz əbə­di mə­ka­nı­na qa­yı­da­caq.

Al­lah şə­hid­lə­ri­mi­zə rəh­mət elə­sin! Amin!".

Əmir­sol­tan ki­şi Cə­fər Qu­li­ye­vin yaz­dı­ğı mək­tu­bu kök­sü­nə sı­xıb ağ­la­yır­dı...

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ