Cümə axşamı günü, 01 oktyabr 2026
     

Şə­hid gi­zir Ay­dın Ab­dul­la­ye­vin ya­rım­çıq öm­rü­nün das­ta­nı... - FOTO

Image


Adı­nı Ay­dın qoy­muş­du­lar... Sa­ba­hın ay­dın, işıq­lı, el­can­lı, yurdcan­lı bir öv­la­dı ola­ca­ğı­na ina­nır­dı ata-ana­sı. Ək­sər hal­lar­da ad in­sa­nın şəx­siy­yə­ti ilə har­mo­ni­ya təş­kil edir, yə­ni in­san öz adı­nı doğ­rul­dur. Adı­nı doğ­rul­dan­lar o in­san­lar­dır ki, hə­yat­da ne­çə il ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, öz­lə­rin­dən son­ra də­rin iz­lər qo­yub ge­dir­lər, şə­hid gi­zir Ay­dın Əmir­sol­tan oğ­lu Ab­dul­la­yev ki­mi.

Nə za­ma­nın kü­lək­lə­ri, nə də tu­fan­la­rı bu adı si­lə bil­mə­yə­cək. Və­tən, tor­paq yad­da­şı­na ya­zı­lan ad­lar əbə­di ya­şa­yır.  Şə­hid­lə­rin get­di­yi yol mü­ba­rək yol­dur. On­lar Tan­rı tə­rə­fin­dən se­çil­miş in­san­lar­dır ki, alın­la­rı­na şə­rəf­li ölüm ya­zı­lır. Şə­rəf­li ölüm hər oğu­la nə­sib ol­mur. Əl­bət­tə, öv­la­dı şə­hid olan ata-ana öm­rü bo­yu ağ­la­yır, am­ma bu göz ya­şı­nın için­də, tə­bii, qü­rur hisslə­ri də yox de­yil. Hər bir şə­hid ata-ana­sı Və­tən uğ­run­da ca­nı­nı fə­da et­miş öv­la­dı ilə fəxr edir. Doğ­ru­dur, bu­nu dəh­şət­li sar­sın­tı ilə ya­şa­yır­lar, öv­lad it­ki­si on­la­rın hə­ya­tın­da acı rüz­gar ki­mi əsir, dinclik­lə­ri­ni, se­vinclə­ri­ni alıb apa­rır, bə­növ­şə ki­mi boy­nu bu­ruq qa­lır, an­caq bu­nun­la be­lə, "Və­tən sağ ol­sun" de­mə­yi ba­ca­rır­lar. Qü­ru­run, mərdli­yin, də­ya­nə­tin, dö­zü­mün qar­şı­sın­da baş əyi­rik şə­hid ana­sı, şə­hid ata­sı!

Şə­hid gi­zir A.Ab­dul­la­yev xal­qı­mı­zın qəh­rə­man oğul­la­rın­dan­dır. O çox az ya­şa­dı, am­ma mə­na­lı ya­şa­dı, nü­mu­nə gös­tər­di, şə­hid­lik nü­mu­nə­si... Bəl­kə də bi­lir­di ki, şə­hid­lik onun mis­si­ya­sı­dır. Əs­gə­ri xid­mə­ti ba­şa vur­duq­dan qı­sa müd­dət son­ra ye­ni­dən Azər­bay­can Si­lah­lı Qüv­və­lə­rin­də xid­mə­tə qa­yıt­mış­dı. Ay­dı­nın ən bö­yük ar­zu­su iş­ğal al­tın­da olan tor­paq­la­rı­mı­zın er­mə­ni tap­da­ğın­dan xi­las olun­ma­sın­da iş­ti­rak et­mək, üç­rəngli bay­ra­ğı­mı­zı irs-na­mu­su­muz olan tor­paq­la­rı­mı­za sancmaq idi. Xid­mət­də çək­dir­di­yi şə­kil­lə­rin ço­xun­da A.Ab­dul­la­yev Və­tən bay­ra­ğı­na sa­rı­lıb. Son­ra o bay­raq şə­hi­din ta­bu­tu­na çə­kil­di. Ay­dın son mən­zi­lə üç­rəngli bay­ra­ğı­mı­zın ağu­şun­da yo­la sa­lın­dı.

 

Göz­lər oğul yo­lun­da...

Şə­hid ai­lə­lə­ri­ni zi­ya­rət et­mək, şə­hid­lə­rin keç­di­yi ömür yo­lu­nu das­tan­laş­dır­maq, dö­yüş şü­ca­ə­ti­ni ya­zı­ya çe­vir­mək, təb­liğ et­mək qə­ləm əh­li­nin bor­cu­dur. Şə­hid­lər öz can­la­rı­nı qur­ban ver­mək­lə Və­tə­nin bor­cun­dan çı­xa bi­lir­lər.

Şə­hid A.Ab­dul­la­ye­vin vax­ti­lə ya­şa­dı­ğı Ba­kı şə­hə­ri, Su­ra­xa­nı ra­yo­nu, Ye­ni Gü­nəş­li qə­sə­bə­si, "V" mas­si­vi, ev 24, mən­zil 33 ün­va­nı bu gün çox­la­rı­nın zi­ya­rət ye­ri­nə çev­ri­lib. Çün­ki za­man var­dı ki, A.Ab­dul­la­yev bir ai­lə­nin se­vin­ci idi, la­kin in­di o, elin qü­rur, fəxr ye­ri­dir, ölü­mün­dən son­ra ata oca­ğı­nı zi­ya­rət ün­va­nı­na çe­vi­rib. 33 say­lı mən­zi­lin qa­pı­sı­nı  hə­yə­can­sız döy­mək ol­mur. Qa­pı­nın dəs­tə­yi­nə əl vu­rar­kən, sövq-tə­bii ola­raq, ca­nın­dan bir gi­zil­ti ke­çir, ürə­yin­də ağ­rı dil­lə­nir. İl­lah da bi­lən­də ki, qa­pı­nın ar­xa­sın­da sə­ni bir cüt qay­na­yan bu­la­ğa bən­zər ana göz­lə­ri göz­lə­yir, on­da ta­mam baş­qa əh­val­da olur­san... Kaş ana­lar heç ağ­la­ma­yay­dı, heç boz­la­ma­yay­dı, heç dərd-qəm çək­mə­yəy­di. Şə­hid ana­sı, sə­nin qü­ru­run, mərdli­yin, dö­zü­mün hər kə­sə nü­mu­nə ol­ma­lı­dır. Çün­ki sə­ni dərd məğ­lub et­mə­li de­yil. Adı Azər­bay­can­la bir olan oğul do­ğub ər­sə­yə çat­dı­ran ana gə­rək sın­ma­sın!

 

"Sil göz yaş­la­rı­nı, şə­hid ana­sı!"

A.Ab­dul­la­ye­vin ana­sı Se­vil xa­nım oğ­lu­nun şə­hid ol­ma­sı xə­bə­ri­ni alan­dan in­di­yə qə­dər sa­ğal­maz xəs­tə­li­yə müb­tə­la olub. Hə­kim­lər, loğ­man­lar ana­nın dər­di­nə ça­rə bu­la bil­mir. Har­dan bul­sun da... Onun kön­lü oğ­lu­nu is­tə­yir. Qar­da­şı­nın adı­nı qoy­du­ğu oğ­lu­nu gör­mək is­tə­yir ye­ni­dən. Boy­nu­na sa­rı­lıb "bo­yu­na qur­ban, ağıl­lı ba­lam" de­mək is­tə­yir. Bu gün ana Ay­dı­nın dər­di­ni unu­da bil­mir, şe­ir­lər onun ağ­rı­sı­na, nis­gi­li­nə tə­səl­li olur an­caq.

"Xa­ti­rə ki­ta­bı" re­dak­si­ya­sı­nın baş re­dak­to­ru, ey­ni za­man­da da "Ya­da düş­dü" jur­na­lı­nın baş ya­za­rı Nə­za­kət xa­nım Məm­məd­li Se­vil ana­nın dər­di­nə şə­rik ola­raq ya­zır ki:

 

Kök­sün­də ağ­rı var da­ğın, da­şın da,
Qan izi buğ­la­nır hər qa­rı­şın­da.
Oğ­lun hey­kəl­lə­şib yurd yad­da­şın­da,
Sil göz yaş­la­rı­nı, şə­hid ana­sı.

 

Haq­qın, hə­qi­qə­tin sö­zü sən­də­dir,
Sev­gi oca­ğı­nın kö­zü sən­də­dir
Mil­lə­tin, Və­tə­nin gö­zü sən­də­dir,
Sil göz yaş­la­rı­nı, şə­hid ana­sı.

 

Dö­zü­mün, təm­ki­nin lap son həd­di­sən,
Na­mu­sun, qey­rə­tin pak sər­hə­di­sən.
Düş­mən bi­zə ba­xır, əy­mə qəd­di sən,
Sil göz yaş­la­rı­nı, şə­hid ana­sı.

Bu bir şə­hid ana­sı­na gə­rək olan tə­səl­li­dir. Şə­hid va­li­deynlə­ri­nin qa­nad­lan­dı­ğı, ümid­lən­di­yi tə­səl­li.

A.Ab­dul­la­ye­vin ana­sı Se­vil Məc­nun­qı­zı dərdli bir ana­dır. Ge­cə­lə­ri yu­xu­suz, gün­düz­lə­ri fi­kir­li, dal­ğın ke­çi­rən bir ana. Bə­zən elə bi­lir ki, qa­pı­nı dö­yən Ay­dın­dır, te­le­fon zəng ça­lan­da bə­zən ona elə gə­lir ki, Ay­dın­dır zəng vu­ran. Ana boy­la­nır, ana na­ra­hat­lıq­la ai­lə üzvlə­ri­nin üzü­nə boy­la­nır, bəl­kə ba­la­sın­dan bir so­raq ve­rən ta­pıl­dı. De­yir ki, ba­la­mın şə­hid ol­du­ğu­na inan­mı­ram, bəl­kə nə vaxtsa qa­yı­dıb gə­lə­cək. Se­vil ana bi­zim­lə söh­bə­tin­də de­di ki, onun oğ­lu iş­ğal al­tın­da olan tor­paq­la­rı­mı­zı azad et­mək üçün vəd ver­miş­di, tor­paq­la­rı­mız iş­ğal­dan azad edil­mə­yib, bəs Ay­dın nə tez şə­hid ol­du? Ay­dı­nın adı çə­ki­lən­də köv­rək­dən köv­rək olan, na­nə yar­pa­ğı ki­mi əsən Se­vil ana oğ­lu­nu bu gün də göz­lə­yir: "Ay­dın uşaq­lıq­dan ər­kö­yün bö­yü­müş­dü. Ev­də bir sö­zü iki ol­maz­dı. Biz ona rəh­mə­tə get­miş qar­da­şı­mın adı­nı ver­miş­dik. Qar­da­şım da na­kam get­miş­di, Ay­dın da na­kam get­di. Ay­dın mək­təb­də yax­şı oxu­yur­du. Özü ilə bir si­nif­də oxu­yan qız­la­rın ha­mı­sı­nın tə­əs­sü­bü­nü, qey­rə­ti­ni çə­kir­di. O im­kan ver­məz­di ki, kim­sə onun­la bir si­nif­də oxu­yan qız­la­ra ar­tıq-əs­kik söz de­yə. Dərsdən qa­yı­dan­da da qız­la­rı bir-bir ha­mı­sı­nı ev­lə­ri­nə ötü­rüb son­ra evə gə­lər­di. De­yir­dim ki, Ay­dın, ana qur­ban, bə­yəm sin­fi­niz­də sən­dən baş­qa oğ­lan yox­dur o qız­la­rın qey­rə­ti­ni çək­mə­yə. De­yir­di ki, ana, on­lar ha­mı­sı mə­nim ba­cı­la­rım­dır. Bü­tün mü­əl­lim­lə­ri Ay­dı­nın oxu­ma­ğın­dan, tər­bi­yə­sin­dən ra­zı idi. Ay­dın gö­rür­dü ki, yaş­lı bir qon­şu əlin­də yük gə­lir, ayaq­ya­lın da ol­sa, qa­çıb o ada­ma kö­mək edər, onu evi­nə ötü­rüb ge­ri qa­yı­dar­dı. Bu uşaq san­ki in­san­la­ra xe­yir­xa­hıq et­mək üçün do­ğul­muş­du. Hər bir in­sa­nın da­dı­na çat­maq is­tə­yir­di. Əs­gər­li­yə ge­dib gə­lən­dən son­ra ye­ni­dən or­du­ya qa­yıt­maq is­tə­yir­di. Get­mə­mə­si üçün ona çox yal­var­dım, ağ­la­dım. De­di yox, ge­də­cə­yəm, mən ora qa­yıt­ma­lı­yam. Ay­dı­nın şə­hid­lik xə­bə­ri gə­lən­dən in­di­yə qə­dər xəs­tə­yəm. Hə­kim­lər baş aça bil­mir dər­dim­dən, xəs­tə­xa­na­lar­da qal­mı­şam. Oğul həs­rə­ti mə­ni bu və­ziy­yə­tə sa­lıb". 

 

"Ay­dın yaş­da ha­mı­mız­dan ki­çik ol­sa da, am­ma bi­zə bö­yük­lük edir­di..."

Əmir­sol­tan da­yı de­yir ki, Ay­dın uşaq­lıq­dan və­tən­pər­vər olub, hə­mi­şə fik­ri-zik­ri Və­tə­nin mü­da­fi­ə­sin­də olub. Da­ha son­ra bil­di­rir ki, oğ­lu­dur de­yə tə­rif­lə­mir. Hə­qi­qət bu­dur ki, Ay­dın uşaq­lıq­dan müd­rik olub. Uşaq­la­rı­nın ən ki­çi­yi ol­ma­sı­na bax­ma­ya­raq, o, qar­daş­la­rı Ni­cat və Ca­va­dın da məs­lə­hət ye­ri­nə çev­ri­lib: "Ay­dın uşaq­lıq­dan id­man­la məş­ğul olur­du. Çox sağ­lam, ey­ni za­man­da da mə­su­liy­yət­li bir gənc idi. Ay­dın Azər­bay­can Döv­lət Bə­dən Tər­bi­yə­si və İd­man Aka­de­mi­ya­sı­na da­xil ol­maq is­tə­yir­di, la­kin bu ar­zu­su­na çat­ma­dı. Son­ra sə­nəd­lə­ri­ni Hər­bi Aka­de­mi­ya­ya gön­də­rib, hə­kim ko­mis­si­ya­sın­dan keç­dik­dən son­ra tə­lim­lə­rə ça­ğı­rı­la­ca­ğı gü­nü səbrsiz­lik­lə göz­lə­yir­di. Am­ma nə­dən­sə sə­nəd­lə­ri­ni ge­ri qay­tar­dı­lar. Ay­dın ruh­dan düş­mə­di, hərbçi ol­maq, bu sa­hə­yə bağ­lan­maq onun ən bö­yük ar­zu­su idi. Ay­dın 2008-ci il­də əs­gə­ri xid­mə­tə get­miş­di, 2010-cu ilin ap­re­lin­də əs­gər­lik­dən qa­yıt­dı. Əs­gər­lik­dən gə­lən­dən son­ra is­rar et­di ki, ye­ni­dən cəb­hə­yə qa­yı­dı­ram. Kəş­fiy­yat­çı idi ba­lam. Su­ra­xa­nı Ra­yon Hər­bi Ko­mis­sar­lı­ğı­na mü­ra­ci­ət et­di, əv­vəl­cə onu kurs keç­mək üçün tə­lim mər­kə­zi­nə gön­dər­di­lər. Kəş­fiy­yat-snay­per ha­zır­lı­ğı keç­di və 6 ay­lıq tə­lim­dən son­ra onu cəb­hə­nin qay­nar nöq­tə­lə­rin­dən olan Tər­tər ra­yo­nu­nun Qa­pan­lı kən­di­nə gön­dər­di­lər. Ay­dın bu­ra­da Qa­pan­lı ca­ma­a­tı­nın hə­qi­qə­tən də xə­tir-hör­mə­ti­ni qa­zan­mış­dı. Qa­pan­lı­lar bu gün də Ay­dı­nı xa­tır­la­yır, ru­hu­na du­a­lar oxu­yur, bu bi­zim üçün bö­yük tə­səl­li­dir. Ay­dın 2013-cü ilin 26 oktyabr ta­ri­xin­də Tər­tə­rin Qa­pan­lı kən­din­də şə­hid olub. Er­mə­ni snay­per ba­la­mı al­nın­dan vur­muş­du. Ha­di­sə­dən bir il əv­vəl Ay­dın hə­ya­tı­nı təh­lü­kə­yə ata­raq El­məd­din Cə­fər oğ­lu Qu­li­yev ad­lı şəx­sin me­yi­ti­ni əra­zi­dən çı­xar­mış­dı".

Bu ba­rə­də El­məd­din Qu­li­ye­vin ata­sı Cə­fər Qu­li­yev ya­zır: "Hə­lə bir il əv­vəl hə­min ayın (2012-ci ilin 26 oktyab­rın­da) ey­ni gü­nün­də düş­mə­nin tə­mas xət­tin­də mi­na­ya dü­şüb hə­lak olan öv­la­dı­mın (Qu­li­yev El­məd­din Cə­fər oğ­lu) ya­nı­na ilk ça­tıb onu əra­zi­dən çı­xa­ran gi­zir A.Ab­dul­la­yev olub".

Ay­dı­nın qəh­rə­man­lı­ğı bü­tün tər­tər­li­lə­rə mə­lum­dur və on­lar Ay­dın və onun ki­mi oğul­lar­la fəxr edir. 

Əmir­sol­tan da­yı Ay­dı­nın xid­mə­ti xa­siy­yət­na­mə­si­ni və ona aid olan bü­tün sə­nəd­lə­ri göz bə­bə­yi ki­mi qo­ru­yur. Ba­la­sı­nın ya­di­ga­rı olan bir cüt me­dal, say­sız tə­şək­kür­na­mə, fəx­ri fər­man­lar ata­nın qü­bar­lı ürə­yi­nə su çi­lə­yir.

2013-cü il 26 oktyabr ta­ri­xin­də şə­hid olan A.Ab­dul­la­yev 2012-ci il­də (28.12.2012) dö­yüş ha­zır­lı­ğın­da və hər­bi in­ti­za­mım möh­kəm­lən­di­ril­mə­sin­də əl­də et­di­yi na­i­liy­yət­lə­rə gö­rə "Fəx­ri fər­man"la mü­ka­fat­lan­dı­rı­lıb, 2013-cü il­də (17.03.2013) yük­sək hər­bi in­ti­za­mı­na, dö­yüş ha­zır­lı­ğı sə­viy­yə­si­nə gö­rə və həm­çi­nin Nov­ruz bay­ra­mı mü­na­si­bə­ti­lə ona "Tə­şək­kür" elan edi­lib, Si­lah­lı Qüv­və­lə­rin ya­ra­dıl­ma­sı­nın 95-ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə dö­yüş ha­zır­lı­ğın­da və hər­bi in­ti­za­mın möh­kəm­lən­di­ril­mə­sin­də əl­də et­di­yi na­i­liy­yət­lər nə­zə­rə alı­na­raq "Fəx­ri fər­man"(26.06.2013), "Azər­bay­can Res­pub­li­ka­sı Si­lah­lı Qüv­və­lə­ri­nin ya­ra­dıl­ma­sı­nın 95-ci il­dö­nü­mü" (1918-2013) yu­bi­ley me­da­lı ilə (24.06.2013) təl­tif edi­lib. Gös­tər­di­yi dö­yüş şü­ca­ə­ti­nə gö­rə isə və­fa­tın­dan son­ra  III də­rə­cə­li me­dal­la təl­tif olu­nub. Hər iki me­dal A.Ab­dul­la­yev şə­hid ol­duq­dan son­ra ai­lə­si­nə təq­dim edi­lib.

Ay­dı­nın or­tan­cıl qar­da­şı Ca­vad Ab­dul­la­yev qar­da­şı haq­qın­da da­nı­şar­kən həm qə­hər­lə­nir, həm də qü­rur­la­nır. De­yir ki, Ay­dın dün­ya­dan gənc ikən köç­dü, an­caq onun qəh­rə­man ki­mi köç­mə­si bö­yük fəxrdir: "Ay­dın 1990-cı il sentyab­rın 29-da Şab­ran­da ana­dan olub. Hə­lə mək­tə­bə get­mə­miş­dən əv­vəl atam onu id­ma­na apa­rır­dı, id­ma­nı çox se­vir­di. Y.Gü­nəş­li qə­sə­bə­si Pər­viz İs­ma­yı­lov adı­na 278 say­lı or­ta mək­tə­bin 1-ci sin­fi­nə ge­dib. Su­ra­xa­nı­da "Neftçi"nin ba­za­sın­da cü­do ilə məş­ğul olub. Ay­dın id­ma­na bağ­lı idi, hə­mi­şə ön­də idi, bay­raq­dar ol­ma­ğı çox se­vir­di. O, Və­tə­nə də, ai­lə­si­nə də ürək­dən bağ­lı idi. Ay­dın yaş­da ha­mı­mız­dan ki­çik ol­sa da, am­ma bi­zə bö­yük­lük edir­di, nə­si­hət ve­rir­di. Hər çə­tin­li­yi­miz­də bi­zə da­yaq olub, kö­mək edib. Ay­dın dün­ya­dan na­kam get­di, am­ma işıq­lı xa­ti­rə­lər qa­lıb on­dan. Bi­lir­si­niz, o, san­ki uşaq­lıq­dan özü­nü şə­hid­li­yə ha­zır­la­yır­dı. Ay­dın öm­rü­nün 23-cü ba­ha­rın­da əbə­di ola­raq Və­tən tor­pa­ğı­na qo­vuş­du. Bi­zi dü­nə­nə qə­dər id­man­çı Ay­dı­nın qar­da­şı ki­mi ta­nı­yır­dı­lar, bu gün isə şə­hid Ay­dı­nın qar­da­şı ki­mi ta­nı­yır­lar".

 

Gö­zü yol­da qa­lan var...

Şə­hid A.Ab­dul­la­ye­vin gö­zü yol­da, qu­la­ğı səs­də, ürə­yi sək­sə­kə­də qa­la­nı var bu gün. Kö­nül hə­lə də ni­şan­lı­sı­nın yol­la­rı­na göz di­kir, hə­lə də ona elə gə­lir ki, Ay­dı­nı on­dan qo­pa­ran fə­lək in­sa­fa gə­lib ye­ni­dən onu ge­ri qay­ta­rar.

Ay­dın ni­şan­lı idi. Qar­da­şı Ca­vad de­yir ki, Ay­dın cəb­hə­də düş­mən­lə si­nə-si­nə­yə da­yan­dı­ğı vaxtlar on­lar Ba­kı­da toy tə­da­rü­kü gö­rür­lər­miş: "Ay­dın ai­lə­vi dos­tu­mu­zun qı­zı ilə ni­şan­lı idi. Onun to­yu­na ha­zır­la­şır­dıq. Mən ar­tıq toy ma­şı­nı­nı da da­nış­mış­dım. O şə­hid olan gün ürə­yim çox ra­hat­sız idi... Evi­miz­də çox bö­yük na­ra­hat­lıq var­dı, ha­mı ni­ga­ran idi. Yol üs­tə idim, eza­miy­yə­tə ge­dir­dim, ürə­yim heç sö­zü­mə bax­mır­dı... De­mə, hə­min gün Ay­dın şə­hid olub­muş... Ni­şan­lı­sı xə­bə­ri çox ağır qar­şı­la­dı. Hə­lə də ai­lə hə­ya­tı qur­ma­yıb. Ay­dın ar­tıq 4 ilə ya­xın­dır şə­hid olub. Biz onun ölü­mü­nə qə­tiy­yən inan­mı­rıq. Ay­dı­nı Ba­kı­da "Də­də Qor­qud" qə­bi­ris­tan­lı­ğın­da dəfn et­mi­şik. Ay­dı­nın qəh­rə­man­lı­ğı bö­yük­dür, yə­ni on­la­rın ço­xu hərb sir­dir de­yə açıq­la­mı­rıq. Onun gös­tər­di­yi qəh­rə­man­lı­ğı, kəş­fiy­yat xid­mə­ti­ni dö­yüş yol­daş­la­rı yax­şı xa­tır­la­yır".

 

Xa­ti­rə­si əbə­di­ləş­mə­yən şə­hid...

Ai­lə­nin nis­gi­li odur ki, hə­lə də Ay­dı­nın adı­nın əbə­di­ləş­di­ril­mə­si üçün heç bir iş gö­rül­mə­yib. Şə­hid ata­sı də­fə­lər­lə əla­qə­dar qu­rum­la­ra mü­ra­ci­ət et­sə də, şə­hi­din adı əbə­di­ləş­di­ril­mə­yib. Vax­ti­lə ya­şa­dı­ğı bi­na­nın qar­şı­sı­na şə­hi­din xa­ti­rə löv­hə­si vu­ru­lub, şə­hid ata­sı de­di ki, bu on­la­rın ya­xın ai­lə dos­tu­nun şəx­si və­si­ti he­sa­bı­na ba­şa gə­lib... Çox ar­zu edər­dik ki, şə­hid A.Ab­dul­la­ye­vin xa­ti­rə­si­nin əbə­di­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də iş­lər gö­rül­sün. Şə­hid va­li­deynlə­ri­nin bu gün ən bö­yük ar­zu­su bu­dur elə. Bu on­la­ra tə­səl­li olar­dı heç ol­ma­sa.

Hər bir şə­hid ana­sı bir mü­qəd­dəs hey­kəl­dir, şə­hid ba­la­sı­nın xa­ti­rə­si ya­şa­dıq­ca, ana da ya­şa­ya­caq. O, oğul dər­din­dən hey­kə­lə dö­nüb. 

Şə­hid ha­ra­da uyu­yur­sa, ora Və­tə­nin ən mü­qəd­dəs mə­kan­la­rın­dan bi­ri­dir. La­lə köy­nək­li şə­hid mə­zar­la­rı hər bi­ri­mi­zin zi­ya­rət ye­ri­dir. Şə­hid­lər öl­mür, Ay­dın ki­mi əbə­di ya­şa­yır. Əbə­di hə­ya­tın, əbə­di ya­şa­mın mü­ba­rək, şə­hi­dim!

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ