Cümə axşamı günü, 01 oktyabr 2026
     

Mil­li təh­sil ta­ri­xi­mi­zin əsa­sı olan se­mi­na­ri­ya­lar...

Image


IV ya­zı

 

Azər­bay­can təh­sil ta­ri­xi­nin for­ma­laş­ma­sın­da, elə­cə də mil­li ide­o­lo­gi­ya­mı­zın da­ha ge­niş sə­viy­yə­də in­ki­şa­fın­da Qo­ri, İrə­van, Qa­zax Mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın, elə­cə də di­gər ma­a­rif ocaq­la­rı­nın müs­təs­na ro­lu olub. Bu se­mi­na­ri­ya­da ye­ti­şən zi­ya­lı­lar mil­li-mə­nə­vi də­yər­lə­rə, azər­bay­can­çı­lıq his­si­nə ger­çək sa­hib olan in­san­lar idi.

Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın ta­ri­xin­dən və mil­li döv­lət­çi­lik, ma­a­rif ta­ri­xi­miz­də oy­na­dı­ğı rol­dan bəhs edən aka­de­mik Tey­mur Bün­ya­dov vur­ğu­la­yır ki, Qa­zax ali ib­ti­dai mək­tə­bi­nin mü­fət­ti­şi Əh­məd ağa Mus­ta­fa­yev ic­las­da çı­xış edə­rək mək­təb­də şa­girdlə­rin gün­də­lik 6 dərsdən çox yük­lən­mə­mə­si zə­ru­ri­li­yi­ni qeyd edib. Ət­raf kəndlər­dən oxu­ma­ğa gə­lən şa­girdlə­rin dərsdən son­ra, xü­su­sən qış möv­sü­mün­də evə get­mə­yə 2-3 sa­at vaxt sərf et­di­yi­ni nə­zə­rə al­ma­ğı məs­lə­hət gör­dü.

Alim sə­nəd­lə­rə is­ti­na­dən ya­zır ki, yı­ğın­ca­ğın so­nun­da qə­za rə­i­si mək­təb yaş­lı uşaq­la­rı hi­ma­yə­yə gö­tür­mək və mək­təb­lər­də tə­lim-tər­bi­yə işi­nin sə­viy­yə­si­ni yük­səltmək üçün xü­su­si ko­mis­si­ya ya­rat­ma­ğı tək­lif edib. O ya­zır ki, şə­hə­rin hör­mət­li şəxslə­ri­nin, mək­təb rəh­bər­lə­ri­nin da­xil ol­du­ğu bu ko­mis­si­ya Ha­lay bəy Şıx­lınski­nin sədrli­yi ilə dər­hal ge­niş fə­a­liy­yə­tə baş­la­dı: "Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın rəs­mi açı­lı­şı 1918-ci il no­yab­rın 10-da ol­du və hə­min gün­dən dərslər baş­lan­dı. Bu haq­da "Azər­bay­can" qə­ze­ti­nə Qa­zax zi­ya­lı­sı Əli Hü­sey­nov ət­raf­lı mə­lu­mat ün­van­la­dı. Qə­zet­də dərc edil­miş mə­lu­mat­da bil­di­ri­lir­di ki, se­mi­na­ri­ya­nın açı­lı­şın­da şə­hə­rin hər­bi ko­men­dan­tı Səb­ri bəy, Qa­zax­da­kı Os­man­lı qar­ni­zo­nu­nun rə­i­si Ca­mal Ca­hid bəy, qə­za rə­i­si Ha­lay bəy Şıx­linski, xalq mək­təb­lə­ri mü­fət­ti­şi Nə­sib ağa Qi­yas­bəy­li və yer­li hö­ku­mət ida­rə­lə­ri­nin mə­mur­la­rı, şə­hə­rin hör­mət­li şəxslə­ri, se­mi­na­ri­ya­ya ye­ni qə­bul edil­miş şa­girdlə­rin va­li­deynlə­ri iş­ti­rak et­miş­lər.

Açı­lış­da bi­rin­ci çı­xış edən se­mi­na­ri­ya­nın ila­hiy­yat mü­əl­li­mi İb­ra­him əfən­di Qa­yı­bov Qu­ran ayə­lə­ri oxu­du, pe­da­qo­ji təh­si­lin əhə­miy­yə­ti və gənc döv­lə­ti­miz üçün onun va­cib­li­yi­ni qeyd et­di. Səb­ri bəy Qa­zax ic­ti­ma­iy­yə­ti­ni və se­mi­na­ri­ya­ya ye­ni qə­bul edil­miş şa­girdlə­ri təb­rik et­di, bu təh­sil oca­ğı­nın xalq küt­lə­lə­ri­nə nur­lu ide­ya­lar çat­dı­ra­caq yo­rul­maz mü­ba­riz­lər ha­zır­la­ya­ca­ğı­na inan­dı­ğı­nı bil­dir­di. Ca­mal bəy də öz qı­sa, la­kin duy­ğu­lu çı­xı­şın­da se­mi­na­ri­ya­ya da­xil ol­muş gənclə­ri Və­tə­nin ri­fa­hı na­mi­nə səy­lə ça­lış­ma­ğa, bi­lik­lə­rə yi­yə­lən­mə­yə ça­ğır­dı. Qeyd et­di ki, Və­tən tək­cə siv­ri qı­lıncla de­yil, həm də zə­ka ilə, ağıl­la qo­ru­nur.

Son­da çı­xış edən se­mi­na­ri­ya­nın di­rek­to­ru Fi­ru­din bəy Kö­çər­li bil­dir­di ki, Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si uzun müd­dət ər­zin­də yad mü­hit­də, Gür­cüs­ta­nın mər­kə­zi his­sə­sin­də fə­a­liy­yət gös­tər­mə­si­nə bax­ma­ya­raq, öz mil­li key­fiy­yət­lə­ri­ni tam şə­kil­də qo­ru­yub sax­la­ya bil­miş, xalq mək­təb­lə­ri üçün çox­lu say­da mü­əl­lim kadrla­rı ha­zır­la­yıb ve­rib. Fi­ru­din bəy Azər­bay­can şö­bə­si­nin müs­tə­qil se­mi­na­ri­ya­ya çev­ril­mə­si və Qa­zax şə­hə­ri­nə kö­çü­rül­mə­si­nin bö­yük əhə­miy­yə­ti­ni vur­ğu­la­ya­raq, doğ­ma zə­min­də bu təh­sil oca­ğı­nın fə­a­liy­yə­ti­ni da­ha da güc­lən­di­rə­cə­yi­ni, xal­qın mə­nə­vi ge­ri­lik­dən azad ol­ma­sı işi­nə bö­yük töh­fə­lər ve­rə­cə­yi­ni əmin­lik­lə bə­yan et­di.

Se­mi­na­ri­ya di­rek­to­ru­nun Xalq Ma­a­rif Na­zir­li­yi­nə ün­van­la­dı­ğı ra­portda 1918-ci il no­yab­rın 8 və 9-da ke­çi­ril­miş qə­bul im­ta­han­la­rı­nın nə­ti­cə­lə­ri bil­di­ril­di. Ra­portdan ay­dın olur ki, qə­bul olun­maq üçün mü­ra­ci­ət et­miş 42 şa­girddən 35-i im­ta­han­la­rı mü­vəf­fə­qiy­yət­lə ve­rə­rək se­mi­na­ri­ya­da oxu­maq haq­qı qa­za­nıb. Se­mi­na­ri­ya­ya ilk qə­bul edi­lən bu şa­girdlər­dən bi­ri - Sə­məd Yu­sif oğ­lu Və­ki­lov gə­lə­cək­də Azər­bay­ca­nın gör­kəm­li şa­i­ri olan Sə­məd Vur­ğun idi.

1919-cu il­də se­mi­na­ri­ya­ya qə­bul olun­maq is­tə­yən­lər da­ha çox idi. Döv­lət he­sa­bı­na oxu­maq üçün ay­rıl­mış 8 ye­rə 40 əri­zə ve­ril­miş­di. Qə­bul edil­mə­yən şa­girdlə­rin va­li­deynlə­ri hə­min vaxt Qa­zax­da ke­çi­ri­lən kəndli qu­rul­ta­yın­da iş­ti­rak et­mək üçün gəl­miş Azər­bay­can par­la­men­ti üzvlə­ri Əh­məd bəy Pe­pi­nov, Ha­cı Kə­rim Sa­nı­yev və Sə­məd ağa Ağa­ma­lı­oğ­lun­dan kö­mək is­tə­di­lər. Par­la­ment üzvlə­ri­nin mü­ra­ci­ə­ti­nə ca­vab ola­raq se­mi­na­ri­ya­nın di­rek­to­ru bil­dir­di ki, o, öm­rü­nü pe­da­qo­ji işə həsr et­miş qo­ca­man mü­əl­lim ki­mi ha­mı­nın təh­sil al­ma­sı­nı is­tə­yir. La­kin se­mi­na­ri­ya­nın bi­na­sı bü­tün ar­zu edən­lə­ri qə­bul et­mə­yə uy­ğun de­yil.

Se­mi­na­ri­ya, yu­xa­rı­da qeyd edil­di­yi ki­mi, Mə­şə­di İb­ra­him Ha­cı İs­ma­yıl oğ­lu­nun ma­li­ka­nə­sin­də fə­a­liy­yə­tə baş­la­mış­dı. Ya­şa­yış üçün nə­zər­də tu­tul­muş bu bi­na­da çə­tin­lik­lə 60 nə­fə­rin oxu­ma­sı müm­kün idi. Bu­na bax­ma­ya­raq, se­mi­na­ri­ya­da xə­zi­nə he­sa­bı­na təh­sil alan 60 şa­girddən əla­və, ye­ni qə­bul edil­miş 5 şa­gird də öz he­sa­bı­na oxu­yur və pan­si­o­nat­da qa­lır­dı. Ye­ni qə­bul edil­miş da­ha 11 şa­gird də dərslər­də iş­ti­rak edir və ev­lə­ri­nə ge­dir­di. Be­lə­lik­lə, 1919-1920-ci təd­ris ilin­də se­mi­na­ri­ya­da 76 şa­gird təh­sil alır­dı və hə­min il bi­rin­ci bu­ra­xı­lış ol­ma­lı idi".

Təd­qi­qat­çı ya­zır ki, F.Kö­çər­li par­la­ment üzvlə­ri­nə bu mə­lu­mat­la­rı ver­dik­dən son­ra, on­lar­dan xa­hiş et­di ki, Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı üçün ye­ni bö­yük bi­na ti­kil­mə­si mə­sə­lə­si­nin həl­li­ni sü­rət­lən­dir­sin­lər.

Alim bil­di­rir ki, Xalq Ma­a­rif Na­zir­li­yi res­pub­li­ka­da fə­a­liy­yət gös­tə­rən mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın im­kan­la­rı­nın məh­dud­lu­ğun­dan xə­bər­dar idi. Na­zir­li­yin 1919-cu ilin oktyabr ayın­da Azər­bay­can Par­la­men­ti­nə ün­van­la­dı­ğı "Təd­ris mü­əs­si­sə­lə­ri­nin açıl­ma­sı haq­qın­da qa­nun la­yi­hə­si­nə iza­hat qey­di" ad­lı sə­nəd­də öl­kə əra­zi­sin­də cə­mi 3 mü­əl­lim­lər se­mi­na­ri­ya­sı­nın fə­a­liy­yət gös­tər­di­yi və on­la­rın da hər il ən ço­xu 50 mü­əl­lim ha­zır­la­dı­ğı əks olu­nub. Təd­qi­qat­çı­nın yaz­dı­ğı­na gö­rə, mü­qa­yi­sə üçün qeyd et­mək la­zım­dır ki, Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­ni möv­cud ol­du­ğu 40 ilə ya­xın müd­dət ər­zin­də 250-yə qə­dər mü­əl­lim bi­tir­miş­di.

"1919-cu il oktyab­rın 17-də Qa­zax ge­ne­ral-qu­ber­na­to­ru Əmir xan Xoyski se­mi­na­ri­ya­da ümu­mi və­ziy­yət­lə ta­nış ol­du. O, bü­tün si­nif­lə­ri gə­zə­rək dərslər­də iş­ti­rak et­di, şa­girdlə­rin mil­li ədə­biy­yat, ta­rix və pe­da­qo­gi­ka fən­lə­ri­nə ne­cə yi­yə­lən­mə­si ilə ta­nış ol­du. Qu­ber­na­tor aşa­ğı ha­zır­lıq sin­fi şa­girdlə­ri­nin oxu­duq­la­rı mil­li mah­nı­nı din­lə­yib, ya­taq otaq­la­rı­na və ye­mək­xa­na­ya da baş çək­di. Son­da se­mi­na­ri­ya­da təd­ris işi­ni nü­mu­nə­vi təş­kil et­dik­lə­ri üçün mü­əl­lim he­yə­ti­nə min­nət­dar­lı­ğı­nı bil­dir­di. Xalq Ma­a­rif Na­zir­li­yi Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın po­ten­si­a­lın­dan qı­sa­müd­dət­li pe­da­qo­ji kurslar təş­ki­lin­də də is­ti­fa­də edir­di. Na­zir­lik Qa­zax­da və qon­şu böl­gə­lər­də mil­li mək­təb­lər­də ça­lış­maq üçün mü­əl­lim ha­zır­la­maq və on­la­rın pe­şə ha­zır­lı­ğı sə­viy­yə­si­ni yük­səltmək məq­sə­di­lə 1919-cu ilin ya­yın­da se­mi­na­ri­ya­nın nəz­din­də pe­da­qo­ji kurs təş­kil et­di. Kur­sun din­lə­yi­ci­lə­ri ara­sın­da ki­şi mü­əl­lim­lər­lə ya­na­şı, 20-dən çox qa­dın mü­əl­li­mə də ol­muş­du. Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da ya­ra­dıl­dı­ğı za­man­dan baş­lı­ca ola­raq mil­li kadrlar ça­lı­şır­dı. Se­mi­na­ri­ya­nın di­rek­to­ru F.Kö­çər­li və kar­gü­zar A.Və­ki­lo­vun im­za­la­rı ilə Xalq Ma­a­rif Na­zir­li­yi­nə gön­də­ril­miş 1 ap­rel 1919-cu il ta­rix­li mə­lu­mat­dan ay­dın olur ki, bu təh­sil oca­ğın­da ça­lı­şan mü­əl­lim və tex­ni­ki iş­çi­lə­rin, de­mək olar ki, ha­mı­sı azər­bay­can­lı­dır. Mə­lu­mat­da qeyd edi­lib ki, se­mi­na­ri­ya­nın di­rek­to­ru F.Kö­çər­li 1897-ci il­dən pe­da­qo­ji sa­hə­də ça­lı­şır və ay­lıq ma­a­şı 1095 ma­nat 83 qə­pik­dir. İla­hiy­yat mü­əl­li­mi İb­ra­him əfən­di Qa­yı­bov 1911-ci il­dən pe­da­qo­ji fə­a­liy­yət­də­dir və ay­lıq ma­a­şı 715 ma­nat­dır. Rus di­li mü­əl­li­mi İs­fən­di­yar Və­ki­lov (ay­lıq ma­a­şı 815 ma­nat), Türk ədə­biy­ya­tı və me­to­di­ka mü­əl­li­mi Yu­sif Qa­sı­mov (ay­lıq ma­a­şı 845 ma­nat), Ri­ya­ziy­yat mü­əl­li­mi Mə­həm­məd Hü­seynza­də (ay­lıq ma­a­şı 811 ma­nat), Ta­rix və coğ­ra­fi­ya mü­əl­li­mi Əli Hü­sey­nov (ay­lıq ma­a­şı 845 ma­nat) se­mi­na­ri­ya­da 20 oktyabr 1918-ci il­dən ça­lı­şır­dı­lar. Gim­nas­ti­ka mü­əl­li­mi M.Mus­ta­fa­yev (ay­lıq ma­a­şı 250 ma­nat), Nəğ­mə və mu­si­qi mü­əl­li­mi Ge­or­gi Lya­pin (ay­lıq ma­a­şı 208 man.), Qra­fi­ka sə­nə­ti və rəsm mü­əl­li­mi M.Hə­sə­nov 1 de­kabr 1918-ci il­dən iş­lə­mə­yə baş­la­mış­lar. Se­mi­na­ri­ya­nın feldşe­ri Mə­cid Və­ki­lov və da­ha 8 tex­ni­ki iş­çi 1918-ci ilin oktyabr-no­yabr ay­la­rın­da işə gö­tü­rül­müş­lər. Xalq ma­a­rif na­zi­ri­nin 25 oktyabr 1919-cu il ta­rix­li əm­ri­lə Qa­zax qə­za­sın­da kənd hə­ki­mi iş­lə­yən S.N.Tsi­namzqva­rov və Qa­zax­da iki­si­nif­li mək­təb­də mü­əl­lim iş­lə­yən Hə­sən Bəs­ri Mu­sa­za­də Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na tə­yi­nat al­dı­lar. S.N.Tsi­namzqva­rov se­mi­na­ri­ya­ya hə­kim, H.B.Mu­sa­za­də nəğ­mə mü­əl­li­mi tə­yin edil­di­lər.

1919-cu il de­kab­rın 1-də isə Xalq Ma­a­rif Na­zir­li­yi Tür­ki­yə­dən də­vət edil­miş mü­əl­lim­lə­ri - Bəh­ri Mü­hid­di­ni və Nu­rul­la əfən­di­ni də Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na mü­əl­lim tə­yin et­di. Na­zir­lik Nu­rul­la əfən­di­nin Qa­zax­da nor­mal ya­şa­yıb iş­lə­mə­si üçün mü­va­fiq şə­ra­it ya­ra­dıl­ma­sı məq­sə­di­lə 3596 ma­nat və­sa­it ayır­dı.

Be­lə­lik­lə, Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mü­əl­lim kol­lek­ti­vi 1919-cu ilin so­nun­da ta­ma­mi­lə azər­bay­can­lı və Tür­ki­yə­dən də­vət edil­miş mü­tə­xəs­sis­lər­dən iba­rət ol­du. Bu, se­mi­na­ri­ya­nın di­rek­to­ru F.Kö­çər­li­nin 1919-cu il de­kab­rın 8-də Xalq Ma­a­rif Na­zir­li­yi­nə gön­dər­di­yi se­mi­na­ri­ya­nın şəx­si he­yə­ti haq­qın­da aşa­ğı­da­kı mə­lu­mat­dan da ay­dın gö­rü­nür:

1.Se­mi­na­ri­ya­nın di­rek­to­ru F.Kö­çər­li - 1885-ci il­də Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib.

2.İla­hiy­yat mü­əl­li­mi İ.Qa­yı­bov - 1911-ci il­də Tif­lis­də sün­ni mü­səl­man­la­rı ru­ha­ni mək­tə­bi­ni bi­ti­rib.

3.Türk di­li mü­əl­li­mi Y.Qa­sı­mov - 1917-ci il­də Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib, 1918-ci il­də Tif­lis­də Alek­sandrovsk Mü­əl­lim­lər İnsti­tu­tun­da ta­rix üz­rə 1-ci kur­sun din­lə­yi­ci­si olub.

4.Ri­ya­ziy­yat mü­əl­li­mi M.Hü­seynza­də - 1917-ci il­də Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib.

5.Ta­rix və coğ­ra­fi­ya mü­əl­li­mi Əli Hü­sey­nov - kurs bi­ti­rib və 1901-ci il­dən mü­əl­lim iş­lə­yir (Əli əfən­di Hü­sey­nov 1901-ci il­də Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib - T.B.).

6.Ha­zır­lıq sin­fi mü­əl­li­mi M.Və­li­za­də - 1889-cu il­də Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib.

7.Rus di­li mü­əl­li­mi İ.Və­ki­lov - 1907-ci il­də Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib.

8.Nəğ­mə mü­əl­li­mi Hə­sən Bəs­ri - İs­tan­bul Da­rül­mü­əl­li­mi­ni - Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rib, 1919-cu ilin oktyabr ayın­da na­zir­li­yin əm­ri­nə əsa­sən Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da iş­lə­mə­yə baş­la­yıb" - de­yə aka­de­mik Bün­ya­dov ya­zır.

O, həm­çi­nin, qeyd edir ki, Xalq Ma­a­rif Na­zir­li­yi hə­min dövrdə Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı ana di­lin­də dərslik və dərs lə­va­zi­ma­tı ilə tə­min et­mək üçün də təd­bir­lər gö­rür­dü. Na­zir­li­yin dəf­tər­xa­na­sın­da olan qey­də gö­rə, 1919-cu il de­kab­rın 7-də F.Kö­çər­li­yə 20 ədəd "Ədə­biy­yat dərslə­ri", 10 ədəd "Mün­tə­xə­bat" ki­ta­bı ve­ril­miş­di. Alim bil­di­rir ki, na­zir­li­yin dəf­tər­xa­na­sın­da sax­la­nan 1920-ci il yan­va­rın 6-na aid mə­lu­mat­da isə Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın di­rek­to­ru­na 4282 man. 90 qəp. də­yə­rin­də türk di­lin­də dərslik və ki­tab­lar ve­ril­di­yi gös­tə­ri­lib.

Alim mə­lu­mat ve­rir ki, Qa­zax qə­za­sı­nın im­kan­lı şəxslə­ri se­mi­na­ri­ya­nın nor­mal fə­a­liy­yət gös­tər­mə­si üçün yar­dım­la­rı­nı da­vam et­di­rir­di: "Se­mi­na­ri­ya­nın he­sa­bı­na bö­yük həcmdə və­sa­it ke­çir­miş qa­zax­lı ta­cir Nə­sib Əy­yu­bov bu xey­riy­yə­çi­lik fə­a­liy­yə­ti­nə gö­rə xalq ma­a­rif na­zi­ri­nin 27 iyul 1919-cu il ta­rix­li, 223 say­lı əm­ri ilə se­mi­na­ri­ya­nın fəx­ri ha­mi­si tə­yin edil­miş­di. Bu yar­dım­lar se­mi­na­ri­ya­nın fə­a­liy­yə­ti­ni qis­mən ge­niş­lən­dir­mə­yə im­kan ver­di. 1919-20-ci dərs ili­nin əv­və­lin­də se­mi­na­ri­ya­da aşa­ğı ha­zır­lıq sin­fi ya­ra­dıl­dı. Na­zir­li­yin 9 sentyabr 1919-cu il ta­rix­li əm­ri ilə Mir­zə Meh­di Nə­bi əfən­di oğ­lu Və­li­za­də hə­min sin­fə mü­əl­lim tə­yin edil­di. Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da mü­əy­yən ha­zır­lıq ke­çən mü­əl­lim­lə­ri Xalq Ma­a­rif Na­zir­li­yi əmin­lik­lə di­gər mək­təb­lə­rə yu­xa­rı si­nif­lər­də dərs apar­ma­ğa tə­yin edir­di. Na­zi­rin 24 no­yabr 1919-cu il ta­rix­li əm­ri­lə Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da aşa­ğı ha­zır­lıq sin­fi mü­əl­lim­lə­ri Mir­zə Və­li­za­də və Fəh­mi bəy Mus­ta­fa­za­də Qa­zax ali ib­ti­dai mək­tə­bi­nə də­yiş­di­ril­di­lər. M.Və­li­za­də hə­min mək­təb­də ta­rix, F.Mus­ta­fa­za­də gim­nas­ti­ka və rəsm mü­əl­li­mi iş­lə­mə­yə baş­la­dı. Na­zir­li­yin 17 fev­ral 1920-ci il ta­rix­li əm­ri­nə əsa­sən, Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mü­əl­li­mi İs­fən­di­yar bəy Və­ki­lov Za­qa­ta­la­da ye­ni açı­lan Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na di­rek­tor tə­yin edil­di. F.Kö­çər­li na­zir H.Şah­tax­tinski­yə ün­van­la­dı­ğı te­leq­ram­da bu tə­yi­na­ta ra­zı ol­du­ğu­nu ifa­də et­di. Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı Azər­bay­can­da mil­li mü­əl­lim kadrla­rı ha­zır­lan­ma­sı­na baş­la­mış ilk pe­da­qo­ji mək­təb idi. Ba­kı və Gən­cə şə­hər­lə­rin­də da­ha ön­cə­dən fə­a­liy­yət gös­tə­rən mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rın­da mil­li proq­ram­lar əsa­sın­da pe­da­qo­ji kadrlar ha­zır­lan­ma­sı­na ke­çid yal­nız 1919-cu il­dən eti­ba­rən baş­lan­mış­dı. Xalq Ma­a­rif Na­zir­li­yi tə­rə­fin­dən Ba­kı Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na 20 yan­var 1919-cu il ta­rix­də Rə­şid bəy Əfən­di­yev, Gən­cə Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na 19 av­qust 1919-cu il ta­rix­də Hə­sən bəy Ba­ğı­rov di­rek­tor tə­yin edil­dik­dən son­ra bu təh­sil ocaq­la­rı­na azər­bay­can­lı və Tür­ki­yə­dən də­vət edil­miş mü­əl­lim­lər dərs de­mə­yə cəlb edil­di. Bu tə­yi­nat­lar­dan son­ra hə­min se­mi­na­ri­ya­lar­da da təd­ris Azər­bay­can türkcə­sin­də apa­rıl­ma­ğa baş­lan­dı və mil­li mək­təb­lər üçün mü­əl­lim­lər ha­zır­lan­ma­sı­na ke­çil­di. Qa­zax­da Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın fə­a­liy­yə­tə baş­la­ma­sı re­gi­o­nun hə­ya­tın­da əla­mət­dar ha­di­sə ol­muş, Azər­bay­can mək­təb­lə­ri­nin ix­ti­sas­lı mü­əl­lim kadrla­rı ilə tə­min edil­mə­sin­də bö­yük rol oy­na­dı. Se­mi­na­ri­ya­nı bi­tir­miş yüz­lər­lə gənc mü­əl­lim res­pub­li­ka­mı­zın müx­tə­lif böl­gə­lə­rin­də mü­əl­lim­lik et­miş, mək­təb­yaş­lı uşaq­la­rın təh­si­lə cəlb olun­ma­sı­na, ma­a­ri­fin in­ki­şa­fı­na öz töh­fə­lə­ri­ni ver­miş­lər".

Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın uzun il­lər hə­ya­ta ke­çir­di­yi bö­yük iş­lər azər­bay­can­çı­lı­ğa, döv­lət­çi­li­yə əvəz­siz xid­mət gös­tə­rib.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ