"Beynəlxalq Gənclər Günü münasibətilə "Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gələcəyə Doğru Gənclərin İnkişafı" ictimai birliyi tərəfindən təşkil olunmuş tədbir Sabunçu rayonu 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində keçirilib.
50-dən çox fiziki məhdudiyyətli gəncin iştirak etdiyi 3 hissəli tədbirdə iştirakçılar arasında "Breyn rinq", şahmat və dama çempionatları təşkil edilib.
Tədbirin ikinci günü layihə iştirakçıları Respublika Stend Atıcılığı İdman Kompleksində təşkil olunmuş atıcılıq yarışlarında qüvvəsini sınayıb.
Qeyd edək ki, yarışlar zamanı iştirakçılar üçün "Səs Azərbaycan" şousunun iştirakçıları tərəfindən konsert proqramı təqdim edilib. Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərə diplom və qiymətli hədiyyələr, bütün tədbir iştirakçılarına isə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Günel CƏLİLOVA