25 avqust 2016-cı il tarixdə "Nar"ın rəsmi tərəfdaşı olan "İrşad Electronics" mağazalar şəbəkəsinin yeni filialının açılış mərasimi keçirilib. Bakının Nizami rayonu ərazisində, Qara Qarayev prospekti 126 ünvanında yerləşən yeni mağaza "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındadır.
Açılış münasibətilə yeni mağazada xüsusi aksiyaya da start verilib. 31 avqust 2016-cı il tarixədək davam edəcək aksiya çərçivəsində alıcılar müxtəlif endirim və güzəştlərdən yararlanmaq fürsəti qazanıb.
Qeyd edək ki, "Nar" və "İrşad Electronics" mağazalar şəbəkəsi arasındakı tərəfdaşlıq əlaqələri uzun illərdir uğurla davam edir. Bu çərçivədə "Xalqlar dostluğu" filialından öncə fəaliyyətə başlamış son müştərək mağaza 1 iyun 2016-cı il tarixdə açılmış "Nərimanov" filialı olub.
"Nar" tarif və kampaniyaları haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.