Bazar ertəsi günü, 16 noyabr 2026
     

Bakının memarlıq incilərində azərbaycançılıq ruhu...

Image


 
Azərbaycançılıq elementləri Bakının tarixi abidələrində, müasir arxitekturasında, yeni inşa edilən binalarda tətbiq edilir. Azərbaycanın müasir tarixi azərbaycançılıq ruhuna bağlıdır. Yeni yaradılan abidələrdə, tikilən binalarda azərbaycançılıq rəmzlərinin qabarıq görünməsi onu göstərir ki, biz həm tarixi keçmişimizə, həm də milli dəyərlərimizə bağlıyıq.
Tədqiqatçılar qeyd edir ki, Azərbaycan xalqı keçmişə bağlı olduğu üçün hər zaman ona böyük dəyər verib yaşadır. Tariximizin, mədəniyyətimizin zaman-zaman inkişaf etməsində tarixi abidələr də az rol oynamayıb. Bu abidələr böyük memarlıq incisi olmaqla yanaşı, həm də dövlətimizin mədəniyyət simvoludur. Xalqımızın hər dövrdə istedadlı, Tanrı vergili övladları olub. Onlar öz istedadlarını sənət nümunələrində təcəssüm etdirib. Hər zamanın öz sənətkarı, memarı, heykəltəraşı olur. Axır illər Bakıda onlarla yeni sənət abidəsi yaradılıb. Bu abidələr milli maraqlarımızı, xalqımızın dünyagörüşünü özündə saxlayır. Bakı müasirləşdikcə, onun abidələrinin sırasına yeni sənət inciləri daxil olur.
Bakı gözəl şəhərlərdən biridir və onun gözəlliyini onqat artıran çoxlu abidə, tikililərdir. Bu tikililər üslub və forma baxımından bir-birilə doğmalıq təşkil edir. Müasir memarlıq abidələri yalnız göz oxşayıb, könül açmır, eyni zamanda da bir milli memarlıq dəyəri, mədəniyyət nümunəsi kimi maraq kəsb edir.
Sənətşünaslar bildirir ki, Bakı şəhəri ta qədimdən abidələrlə zəngin olub. Bura həm tikililər, binalar, həm də heykəllər daxildir. Onlar Bakının müasir abidələrinin də çox olduğunu bildirməklə yanaşı, həm də onların daşıdığı əhəmiyyəti qeyd edir. XX əsrdə ən çox tarixi dəyər daşıyan abidə Bakıda ucaldılıb, inşa edilib.
Paytaxtımızda Azərbaycan xalqının həyatında, ictimai-mədəni şüurunun formalaşmasında, azərbaycançılıq ideologiyasına bağlanmasında əməyi olan şəxsiyyətlərə, tariximiz, dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edən hadisələrə abidələr qoyulub. Müasir abidələr şəhərimizə xüsusi gözəllik, əzəmət verir. Bakıda bir möhtəşəm saray var. O da artıq müasir abidələr silsiləsinə daxil olub. Bilməyənlər üçün məlumat verim ki, bu saray 1979-1980-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük dövlət mərasimlərinin keçirilməsi üçün tikilib. Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yaddaqalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu bina Azərbaycan SSR-in əməkdar memarı Nazim Hacıbəyov və Azərbaycan Memarlar İttifaqının sabiq vitse-prezidenti, memar Hafiz Əmirxanov və başqalarının layihəsi əsasında inşa olunub. Bu binanın inşasına görə müəlliflər Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Bu bina öz möhtəşəmliyilə fərqlənir. Azərbaycan memarlıq ənənələrinə xas olan cəhətlər bu binanın simasında özünü əsaslı şəkildə göstərir. "Gülüstan" sarayı müasir tariximizin abidələrindən biri kimi böyük dəyərə malikdir. Bu binada Azərbaycan xalqının həyatı, yaşam tərzi, mədəniyyəti, mənəviyyatı, dövlətçiliyimizlə bağlı çox mühüm tədbirlər, yığıncaqlar təşkil olunur. Milli memarlığımızın çağdaş abidəsi olan "Gülüstan" həm adına, həm də daşıdığı ideyaya görə millidir. Bilirsiniz ki, gülüstan sözünün mənası cənnət, güllü-çiçəkli, abad məkan, gözəllik deməkdir. Bizim abidələrin, demək olar ki, hamısında milli memarlıq gözlənir. Avropa memarlığı üslubunda tikilən binalarda da, müəyyən qədər də olsa, milli çalar verilir. "Gülüstan" sarayı inşa ediləndə bu, erməniləri dəhşətli dərəcədə narahat edirdi. Yaxşı bilirdilər ki, üzü Xəzər dənizinə sarı Dağüstü Parkda tikilən bu sarayın milli əhəmiyyəti böyükdür. Bizdə belə abidə tipli binalar çoxdur. Elə götürək Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektindəki əsas binasını. Bu bina sovet dövründə inşa olunub. O vaxt onun layihəsi sırf milli memarlıq üzərində qurulub. Lakin oradan müəyyən şeylər çıxarılıb. Amma iki il əvvəl bina əsaslı təmir və bərpa edildi. Burada köhnə layihədən istifadə edildi. Bizim memarlarımız həmişə milli düşüncəli olub. Hətta kosmopolit düşüncəyə malik insanların da daxilində, yaradıcılığında ciddi bir millilik olub. Onlar bunu həyat verdikləri abidələrdə ifadə edib.
Sənətşünaslar vurğulayır ki, müasir memarlıq abidələrindən danışarkən ilk növbədə yada düşənlərdən biri də "28 May" metrostansiyası yaxınlığında yerləşən Heydər Əliyev Sarayıdır. 1972-ci il dekabrın 14-də açılışı olan bu saray tikildiyi gündən indiyə qədər öz möhtəşəmliyini və əhəmiyyətini qoruyub saxlayır. Həmin gündən indiyə kimi milli mahiyyət daşıyan bu sarayda minlərlə konsert proqramı, tədbirlər keçirilib. Artıq 40 ildən çoxdur mühüm beynəlxalq tədbirlər, respublika miqyaslı, dövlət səviyyəli ictimai-siyasi, mədəni-kütləvi tədbirlər Heydər Əliyev Sarayında keçirilir. Bu saray 2004-cü ildən Heydər Əliyevin adını daşıyır. Bu sarayın quruluşu, avadanlığı, siması nə qədər müasir, dünya standartları ilə ayaqlaşsa da, milliliyini itirmir. Bura da bir mədəniyyət ünvanı kimi hər zaman yada düşür. Bakıda böyük tikililərdən olan bu abidənin gələcək nəsil üçün də dəyərli olacağına qətiyyən şübhə etmirəm. Babalarımızın "tikdim ki, izim qala" tərzi hər bir vicdanlı, mənəviyyatlı azərbaycanlıya xas xüsusiyyət olmalıdır. Fikir versəniz görərsiniz ki, sovet dövründən miras qalan tarixi binaların restavrasiyası zamanı birmənalı olaraq milli memarlığımızdan istifadə edilir. Müasir abidələr sırasında Bəhram Gurun heykəlinin xüsusi əhəmiyyəti var. Qeyri-adi heykəltəraşlıq üslubunda milli çalarların köməyilə ərsəyə gətirilən bu abidə Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun (V Bəhram) görünüşüdür. Bakı şəhərinin "Azneft" meydanının yaxınlığında qurulan bu heykəl onu Azərbaycan oxucusuna tanıdan Nizami Gəncəvini və qəhrəmanı olduğu ölməz "Yeddi gözəl" poemasını yada salır. Bu əsərdə Bəhram xalqın əzmkarlıq, qəhrəmanlıq, igidlik simvolu kimi xarakterizə edilib. Bu heykələ baxan gənc, istər-istəməz, qəhrəmanlıq haqda düşünəcək. Bu heykəlin üç müəllifi var. Heykəl Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən tuncdan hazırlanıb. Yadınıza gəlirsə, Bəhram Gurun heykəli 2007-ci ildə yerindən götürülərək Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində bərpa olunduqdan sonra yerinə qaytarılıb. Bildirək ki, Bəhram Gurun bu heykəli 51 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarədir. Heykəlin hündürlüyü 3,5 metrdir. Belə heykəllər xalqın ruhunu sevindirən abidələrdir.
Son illər Bakıda bir-birinin ardınca yeni abidə tipli binalar inşa edilərək istifadəyə verilir. Hər dövrün tikinti hadisəsi onun memarlıq sənətinin inkişafı deməkdir. Azərbaycanın hər yerində müasir tarixi abidələr mövcuddur. Bilirik ki, son illər tikilən ən möhtəşəm binalar Bakının payına düşür. Bakıda bir-birinin ardınca çox böyük binalar tikilir. O binaların da əksəriyyəti dövlət başçısının sərəncamı ilə inşa olunur. Bu da o deməkdir ki, dövlətin özü müasir memarlıq abidələrinin yaradılmasında maraqlıdır. Dövlətimizin ana xəttini tarixi irsə bağlılıq təşkil etdiyi üçün dövlət memarlıq sənətimizdə də milliliyin hökm etməsini, üstün olmasını istəyir. Bu da təbiidir. Milli siyasət yürüdən dövlətin memarlıqı, abidələri də milli çərçivədə olmalıdır. Şəhərimizdə tikilən Heydər Əliyev Mərkəzi müasir olsa da, özündə milliliyi daşıyan bir abidədir. Bu abidənin memarı dünya şöhrətli memar Zaha Hadidir. Burada da Şərq və Qərb memarlığı çox incəliklə bir-birini tamamlayır. Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və bir-birilə bağlı olan üç əsas strukturdan ibarətdir. Məlumdur ki, binanın inşasında məqsəd Heydər Əliyevin də bağlı olduğu memarlıq irsini geniş səviyyədə təbliğ etmək olub. Bu binanı müasir dövrümüzdə bir azərbaycançılıq abidəsi saymaq olar. Çünki ora bir tarix, dövlətçilik, mədəniyyət institutu kimi böyük işlər görür. Bu binada artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə başlanıb. Hesab edirəm ki, bu Mərkəzdə görülən və gələcəkdə görüləcək işlərin misli olmayacaq. Gələcəkdə Heydər Əliyev Mərkəzi də, digər müasir abidələr də böyük yaddaş incisi, milli dəyər kimi qorunacaq, müqəddəs bilinəcək. Dövlət Bayrağı Meydanı da müasir abidə kimi diqqəti cəlb edir. Burada ucaldılan bayraq dünyanın ən böyük bayrağı kimi artıq Ginnesin Rekordlar Kitabına düşüb. Milli bayrağımızın şərəfinə inşa edilən bu möhtəşəm meydan Azərbaycan xalqının qürur yeridir. Bura bir azərbaycançılıq abidəsi kimi böyük maraq doğurur. Müasir abidələrdən olan Bayraq Meydanı dövlət başçımızın müvafiq sərəncamı ilə inşa olunub. Bayraq Meydanı həm memorial abidədir, həm də istirahət parkı. Bu baxımdan onun əhəmiyyəti daha böyükdür. Xalçaçılıq Azərbaycan xalqının tarixi bir el sənətidir ki, burada bizim milli mədəniyyətimiz, düşüncəmiz özünü tam ifadə edir. Məlumdur ki, uzun illər Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasızlıq şəraitində fəaliyyət göstərib, Muzey Mərkəzinin kiçik otaqlarında məskunlaşıb. Artıq Azərbaycan xalçası UNESCO-nun ümumdünya mədəni irs siyahısına düşüb. Bu da muzeyin öz binasının olmasını zəruri edib. Bildiyimiz kimi, muzeyin təməli 2008-ci ildə Dənizkənarı Milli Parkda qoyulub. Muzeyin bükülmüş xalça formasını əks etdirən binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi əsasında inşa edilib. Dənizkənarı Milli Parkda inşa edilib istifadəyə verilən möhtəşəm Muğam Mərkəzi də, Xalça Muzeyi də və başqa abidələr də bir tarix-mədəniyyət abidəsi kimi gələcəkdə də maraqla qarşılanacaq.
Müasir dövrdə yaranan hər bir memarlıq incisi azərbaycançılıq ideologiyasından qaynaqlanır. Hər bir memar çalışır ki, yaratdığı binaya, əsərə, abidəyə azərbaycançılıq ruhu bəxş etsin. Azərbaycan mədəniyyəti, memarlığı, heykəltəraşlığı azərbaycançılıqdan qaynaqlanır. Bu abidələr tariximizi yaşadır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
 
 
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ