Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 25.08.2016 / 01:31
Bölmə: Sosial
II yazı
"Multikulturalizm ili" çərçivəsində Azərbaycanın bölgələrində silsilə tədbirlər keçirilir. 2016-cı ilin respublikamızda "Multikulturalizm ili" elan edilməsi bu sahədə böyük canlanma yaratdı. Bilirik ki, "Multikulturalizm ili" çərçivəsində davamlı olaraq bölgələrdə tolerantlıq və multikulturalizmlə bağlı tədbirlər, "dəyirmi masa"lar, konfranslar təşkil olunur. Onu da vurğulayaq ki, 2016-cı ildən əvvəlki illərdə də bu istiqamətdə tədbirlər keçirilib.
Bildirək ki, bir müddət əvvəl Qax və Oğuz Bilik evlərində imtahan keçirilib. Məlumatlara görə, iki bölgədə "Multikulturalizm" jurnalının təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax və Oğuz rayonlarındakı Bilik evlərində "İngilis dili", "Rus dili" və "Kompyuter texnologiyaları və kargüzarlıq işi" üzrə təlim kurslarında buraxılış imtahanları aparılıb.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın rəhbərlik etdiyi və mütəxəssislərin cəlb olunduğu imtahan komissiyası kurs iştirakçılarının biliklərini müsahibə, fərdi tapşırıq, tərcümə işi, test tapşırıqları ilə yoxlayıb.
Məlumatlara görə, 2015-ci ilin oktyabrından fəaliyyət göstərən Qax və Oğuzdakı Bilik evlərində 73 nəfər təlim keçib, növbəti kurslara yazılmaq üçün indiyədək 100-dən çox gənc müraciət edib. İstisnasız olaraq bütün dinləyicilərin iştirak etdiyi imtahanların yekunları öyrənildikdən sonra nəticələri məqbul hesab edilən məzunlara 15 sentyabr - Bilik günündə Bilik Fondunun sertifikatları təqdim olunacaq.
Prosesi ictimaiyyət nümayəndələri də izləyib. Qax Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi, Oğuz Rayon İcra Hakimiyyətinin yeniyetmələrlə iş üzrə komissiyasının sədri, bölgənin tarix və etnoqrafiyasının tanınmış tədqiqatçısı Yusif Rzayev ali təhsildən kənarda qalmış, eləcə də işsiz gənclər üçün ödənişsiz kursların təşkilini nəcib təşəbbüs adlandırıblar və bildiriblər ki, Fondun maarifləndirmə xarakterli layihələri yerlərdə razılıqla qarşılanır.
Müdavimlər kurslarda peşəkar müəllimlərdən öyrəndiklərinin təcrübədə tətbiqinə imkanlar yaradılmasını, rus, ingilis dillərini, kompyuter biliklərini daha üstün səviyyədə mənimsəmək üçün təlimlərin yeni proqramda aparılmasını Fond rəhbərliyindən xahiş ediblər. Xüsusən də xarici dillərdə danışıq kurslarına ehtiyacları olduqlarını deyiblər. Təlimçi müəllimlər və müdavimlər məşğələlərdən əlavə, Bilik evlərində çox sayda tanınmış alim, yazar, ictimai xadimlə yaddaqalan görüşlərin, mühazirə və tədbirlərin keçirildiyini qeyd ediblər, yaradılan rahat şəraitə, ardıcıl diqqət və qayğıya görə Bilik Fonduna minnətdarlıqlarını bildiriblər.
Qax və Oğuz rayonlarındakı Bilik evlərində "Multikulturalizm" jurnalının ilk nömrəsinin təqdimatı da olub. H.Abdulla jurnalın Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planının təsdiq olunması haqqında Sərəncamına əsasən nəşr edildiyini bildirib. Bilik Fondu rəsmisi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə buraxılan jurnalın ədəbi-bədii, elmi-publisistik məziyyətləri, "Multikulturalizm ili" çərçivəsində ölkəmizdə və xaricdə görülən işlər barədə məlumat verib. Təqdimat mərasimlərində çıxış edən M.Əfəndi, Y.Rzayev, şair Cəlil Cavanşir bölgənin etnik rəngarəngliyi, multikultural mənzərəsi barədə danışaraq, jurnalın işıq üzü görməsini müsbət dəyərləndiriblər. Bölgədə yaşayıb yaradan müxtəlif etnik qruplara mənsub çox sayda sənətçinin yaradıcılıq nümunələrindən seçmələrin jurnalın növbəti saylarında yayılmasını arzu ediblər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru məlumat yayıb.
Zaqatalada keçirilən "Azərbaycan folkloru və mədəni müxtəliflik" mövzusunda beynəlxalq elmi-praktik konfransda Türkiyə, Çexiya və İrandan olan mütəxəssislər də iştirak edib.
Azərbaycanın multikulturalizm ənənələri öz zənginliyi ilə bu gün bütün dünya ölkələrinin, beynəlxalq qurumların, ictimaiyyətin diqqətini özünə cəlb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Zaqatalada keçirilən "Azərbaycan folkloru və mədəni müxtəliflik" mövzusunda beynəlxalq elmi-praktik konfrans çox maraqlı keçib.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar Zaqatala rayonunda da silsilə tədbirlər həyata keçirilir. Bildirilib ki, Azərbaycanda, eləcə də Zaqatala rayonunda müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərir. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Zaqatalanın 126 min nəfər əhalisinin 67,6 faizini azərbaycanlılar, qalanlarını isə avarlar, saxurlar və digər azsaylı xalqların nümayəndələri təşkil edir. Bu xalqların nümayəndələri Azərbaycanı həmişə öz doğma Vətəni hesab edir.
DQİDK-nin sədr müavini Səyyad Salahlı multikulturalizmin müxtəlif millətlərin nümayəndələrinin bir kənddə, bir rayonda, bir ölkədə mehribancasına, dinc şəkildə, bir-birinin adət-ənənələrindən, zənginliklərindən istifadə edərək birgə yaşam tərzi olduğunu vurğulayıb.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, multikulturalizm anlayışı tədqiq olunmasını, araşdırılmasını tələb edir. Multikulturalizm Azərbaycan mədəniyyətinin, o cümlədən xalq mədəniyyətinin cövhəridir. Multikulturalizm Azərbaycan xalqının mədəniyyətində, bir-birinə və digər xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayışdır.
Konfransda çıxış edən Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev multikulturalizmə münasibəti hüquqi müstəvidə ətraflı təhlil edərək deyib: "Azərbaycanın tarixinə nəzər salsaq, multikulturalizmin bu və ya digər anlayışlar altında doğrudan da Azərbaycanda doğulduğunu görmək olar. Lakin onun bugünkü səviyyəyə çatması üçün Prezident İlham Əliyev tərəfindən davamlı işlər görülür. Görülən bu işlər 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması ilə nəticələnib. Multikulturalizm çoxmədəniyyətlilikdir, insanların bir- birinə hörmət və məhəbbətlə yanaşmasıdır".
Konfransda daha sonra Mətanət Yaqubqızının "Şəki-Zaqatala bölgəsi folklorunda tolerantlıq" və Ağaverdi Xəlilin "Multikultural şəraitdə ortaq dəyərlər" mövzularında məruzələri dinlənib.
Beynəlxalq konfrans "Etnoslararası dialoq və uzlaşmada ənənəvi dəyərlərin rolu", "Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi", "Multikultural zəmində əlaqə və münasibətlər", "Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarix və etnik aspektlər" və "Azərbaycan folklorunda dini tolerantlıq" adlı bölmələrdə işini davam etdirib.
Qəbələdə də "Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisidir" mövzusunda konfrans keçirilib. Mayın 6-da keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə baş tutub. Qəbələ şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən "Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisidir" konfransı maraqla qarşılanıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "2015-ci ilin ən yaxşı məktəbi" adına layiq görülən bu nümunəvi təhsil ocağının direktoru, Bilik Fondunun Qəbələ rayon nümayəndəsi Təranə Səlimova "Multikulturalizm ili"ndə görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə danışıb.
Konfransda "Heydər Əliyev və Qəbələ", "Multikulturalizm Azərbaycan xalqının milli sərvətidir", "Qafqaz Albaniyasında yaşamış xalqların bugünkü varisləri", "Qəbələnin etnoqrafik mənzərəsi", "Azərbaycan multikulturalizmi bədii ədəbiyyatımızda", "İslam sevgi, şəfqət, mərhəmət dinidir" və digər mövzularda çıxışlar maraqla qarşılanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bu il mayın 7-də iki yaşını qeyd edən Bilik Fondunun Qəbələdə və digər regionlarda həyata keçirdiyi rəngarəng layihələr, maraqlı tədbirlər barədə məlumat verib, görülən işlərin cəmiyyətdə razılıqla qarşılandığını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqşünası Tural Şahbazov Qəbələnin zəngin multikultural ənənələrindən, multikulturalizm sahəsində dövlət siyasətinin uğurlu nəticələrindən bəhs edib.
"Qəbələ" qəzetinin baş redaktoru Oqtay Məmmədov rayon əhalisinin zəngin etnik tərkibindən söz açıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udinlər, 0,1 faizini türklər, 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udinlər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, 1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan onların tarixi vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir.
Burada udinlərin tarixi qorunub saxlanır və araşdırılır. Onların dil, din, özünəməxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udin xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur. Konfransda dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi və elmi redaktoru olduğu "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından buraxılmış ilk kitab məktəbin kitabxanasına hədiyyə edilib.
Son zamanlar bir sıra dövlət qurumları, eləcə də ictimai təşkilatlar "Multikulturalizm ili" ilə bağlı silsilə tədbirlər keçirir. Bu tədbirlərin bölgə əhalisi tərəfindən maraqla qarşılandığı məlumdur. Azərbaycan bu gün dünyada birgəyaşayış mədəniyyətinin geniş yayıldığı məkandır. Qeyd etdiklərimizi insanların yaşayışında, həyat tərzində, davranışında da aydın görmək olur. Azərbaycanın hər bir yerində xalqlar dostluğu, qardaşlığı mövcuddur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
Tarix: 29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Tarix: 29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub
Tarix: 29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partlatacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...
30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi
30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək
30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...
30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar -
səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...
30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir"
- Prezident
30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı
30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı
30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək -
Merz açıqladı
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ