Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycançılıq və Azərbaycan multikulturalizmi... Heydər Əliyev Fondunun rolu...

Image


 
Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərinin təbliği olduqca geniş səviyyədə həyata keçirilir. Bildirək ki, bu işdə dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun da əməyi, rolu danılmazdır. Heydər Əliyev Fondu qədər dövlətin multikulturalizm və tolerantlıq siyasətinin təbliğinə, təşviqinə, ideyaların, layihələrin gerçəkləşməsinə böyük dəstək verən ikinci bir ictimai institut yoxdur.
Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələrin hər biri ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir. Fondun həyata keçirdiyi layihələrdə azərbaycançılıq, multikulturalizm kimi dəyərlər əsas dəst-xətti təşkil edir.
Sözsüz ki, ilbəil Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu artır və bunu mütəxəssislər də, xarici ekspertlər də qeyd edir, yüksək tribunalardan səsləndirir.
Filologiya üzrə fəlsəfə doktoru, dossent Ziyafət Həbibova "Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu artır" mövzulu araşdırmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir" fikrindən sitat gətirərək qeyd edir ki, Azərbaycan dünya üçün böyük bir nümunədir: "Bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, eləcə də dünyanın hər yerində görünür və kifayət qədər yüksək qiymətləndirilir.
Məlum olduğu kimi, artıq bir çox fikir adamları mədəniyyəti insan və sivilizasiyaların inkişafının əsas kriteriyası, humanistik istiqaməti kimi dəyərləndirir. Ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları tarixən insan sivilizasiyasının "olum, ya ölüm" məsələlərinə fərqli məqsəd və istəklər, imkanlar prizmasından baxıb. Bəşəriyyətin davamlı inkişaf kodlarının açılması üçün isə müxtəlif mədəni, sosial ənənələrin təhlili, etnik biliklərin sintezi əsasında formalaşdırılan təcrübə mühüm əhəmiyyət kəsb edir.
Sosial elmlərdə mədəniyyət cəmiyyətin irsən ötürülən etiqad, formal qaydalar və qeyri-formal normalar sistemi kimi nəzərdən keçirilir. Məşhur iqtisadçı Duqlas Norta görə, istənilən inkişafın köklərini insanların etiqad sistemləri ilə norma və qaydaların qarşılıqlı əlaqəsində axtarmaq lazımdır. İnsan ətraf mühiti dərk edir və bu yolla onu idarə etməyə çalışır. Bununla insan dünyada mövcudluğu ilə bağlı qeyri-müəyyənliyi aradan götürməyə səy göstərir.
Sadalananlardan belə bir nəticə çıxarmaq olar ki, mədəniyyət XXI əsrin prioriteti sayılan davamlı inkişaf, insan potensialı inkişafının mühüm amilinə çevrilə bilər və çevrilməlidir. Bir fakt şübhəsizdir ki, özlüyündə inkişaf mədəni faktor nəzərə alınmadan mümkün deyil. Bu səbəbdən istənilən bölgədə, dövlətdə inkişaf strategiyasının əsasını mədəni siyasət, qlobal miqyasda isə mədəniyyətlərin inteqrasiyası təşkil etməlidir".
Dossent Z.Həbibova qeyd edir ki, mədəniyyətin cəmiyyətin, bütövlükdə dünyanın inkişaf strategiyasının determinist əsası olduğu, bu inkişafın hüdudlarını müəyyən etməsi nəzərə alınarsa, bəşəriyyətin inkişafının başlıca zəmini və ilk şərtlərindən biri etnoslar və mədəniyyətlərarası inteqrasiya, dialoqdur. Z.Həbibova bildirir ki, mədəniyyətlərarası kommunikasiyanın ən effektli üsullarından olan dialoq millətlər, sivilizasiyalar, mədəniyyətlərarası anlaşmaya, insan həyatı və fəaliyyətinin davamlı forma və dəyərlərinin aşkarlanmasına yönəldilmiş əlaqə növüdür. Z.Həbibovanın qeyd etdiyinə görə, davamlı inkişaf məqsədlərindən irəli gələn istənilən məsələnin həlli mədəni həyatın universallaşması, bəşəriyyət miqyasında fikir mübadiləsi sayəsində mümkün ola bilər: "Hazırda beynəlxalq iqtisadi və mədəni əlaqələr durmadan genişlənir. Artıq zəngin xalqların tam təcrid olunması ilə bağlı tezis qüvvədən düşüb. Dəyərlər mübadiləsi prosesi intensivləşib. Beləcə, dünya yeni sivilizasiyanın formalaşması astanasındadır. Bəşər tarixinin bu innovativ mərhələyə transformasiyasının prioriteti, strateji hədəfi ilk növbədə fərqli mədəniyyətlərin, dünyagörüşlərinin bütövləşməsi sayəsində vahid sosio-mədəni məkanı araya-ərsəyə gətirməkdir. Bu hədəfə nail olub-olmamaq isə ümumbəşəri dəyərləri aşkarlamaq, onlara müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcılarının ümumi yanaşmasını təmin etməkdən, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həlli məqsədilə birgə fəaliyyətdən əhəmiyyətli dərəcədə asılıdır. Elə davamlı inkişaf da tələb edir ki, insanlar, böyük anlamda xalqlar könüllü və şüurlu şəkildə birgə fəaliyyət göstərib bir hədəfə vursunlar. Bu isə yalnız mədəniyyətlərarası əlaqələrin təhlili, problemlərin çözümü üçün birgə sabit mexanizmlərin işlənməsi, bir sözlə, insan inkişafının multikultur strategiyasının uğurlu icrası sayəsində gerçəkliyə çevrilə bilər. Əsrlər boyu iki dünyanın-Avropa ilə Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan "kəsişmə nöqtəsində" yerləşən Azərbaycan da hazırda bu gerçəkliklərin dərkinə əsaslanan siyasi kurs yürüdür. Hər zaman mədəniyyətlərarası dialoqda önəmli rol oynayan ölkəmizin bu sahədə uğurları indi daha diqqətçəkəndir. Əlbəttə, gələcəyi bütün dəqiqliyi ilə proqnozlaşdırmaq çox mürəkkəb məsələdir. Amma artıq bir şey şübhəsizdir ki, Azərbaycan reallıqları kontekstində mədəniyyətlərarası dialoqun çox böyük perspektivi var və ölkəmiz bu prosesin əvəzsiz iştirakçısı olmaq iqtidarındadır. Bunun üçün Azərbaycan dövləti bütün imkanlara malikdir: maddi və insan resursları, milli ruh və ənənələr. Azərbaycana yalnız bu imkanlardan faydalanaraq qloballaşma proseslərinin inkişafına öz töhfələrini vermək qalır ki, məhz bu kontekstdə Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyəti institutları, ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqət çəkir. Yeri gəlmişkən, son illər, xüsusən son aylar regionun və dünyanın kütləvi informasiya vasitələrində Azərbaycanın bu prosesdə iştirakı barədə xəbərlər çox tez-tez tirajlanır. Məsələn, ötən payız Britaniya mətbuatı yazırdı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfransda iştirak edib. Xatırladaq ki, sözügedən tədbir ötən ilin noyabrında Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti və "Odlar Yurdu" qurumunun təşkilatçılığı ilə keçirilib. Tədbir Azərbaycan multikulturalizm ideyalarının Avropada təbliği baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Elə həmin ay Parisdəki Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən "Azərbaycan-tolerantlıq məkanı" mövzusunda fotosərgisi açılmışdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sərgidə iştirak etmişdi. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çıxış edərək bildirmişdi ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc, yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olub. Bu qəbildən olan, üstəlik, Avrasiyanın bir çox ölkələrini əhatə edən informasiya onlarcadır və adıçəkilən məkanda həmin tədbirlər davam etməkdədir".
Z.Həbibovanın yazdığına görə, multikulturalizmin Azərbaycan modelinə gəlincə isə, qeyd etməliyik ki, son zamanlar ölkəmizdə bu istiqamətli tədbirlərin keçirilmədiyi il olmur. Məsələn, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında 2013-cü il mayın 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Z.Həbibovanın vurğuladığına görə, forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər. Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dərin məzmunlu nitqlə çıxış edən Prezident İlham Əliyev Bakı Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın dünyada sivilizasiyalararası dialoq və multikulturalizm mərkəzinə çevrildiyini diqqətə çatdırıb: "Mötəbər tədbirdə UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESCO və digər nüfuzlu beynəlxalq qurumların rəhbər şəxsləri, 110-dan artıq ölkənin nümayəndələri, 40-dan çox ölkədən nazir və nazir müavinləri, millət vəkilləri, Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq prezidentləri, İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT, "beyin mərkəzləri"nin təmsilçiləri, məşhur elm xadimləri, ekspertlər-ümumilikdə 600-dək xarici qonaq iştirak edib. 2013-cü ilin ən mühüm mədəni hadisələrindən biri də dekabrın 2-dən 8-dək Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olub. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu olub. Azərbaycan Respublikasında multikulturalizmin özünəməxsus, nümunəvi modelinin formalaşdığını avropalılar da, asiyalılar da birmənalı olaraq təsdiqləyirlər. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə hökm sürən milli və dini tolerantlığın milli tariximizin konkret bir dövrü ilə əlaqələndirilməsi faktı doğru deyil. Çünki ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan xalqlar bir yerdə olmuşlar və bugünkü reallıqlar həmin tezisin əyani sübutudur. Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətə məhz bu həqiqətlərin çatdırılması istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış edir, layihələr reallaşdırır.
Mehriban xanım Əliyeva öz əməlləri ilə təsdiqləyir ki, siyasi, diplomatik, iqtisadi, elmi-mədəni istiqamətindən asılı olmayaraq, ölkədə reallaşdırılan bütün tədbirlər son nəticədə dövlətçiliyə xidmət edir. Qeyd olunan məqamlarla bağlı Azərbaycan dövlətinin, xüsusən, cənab Prezidentin mövqeyi də tamamilə aydındır: "Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları var. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulub. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz". Bakıda və ölkəmizin digər şəhərlərində bəşər övladı üçün nümunə kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan tədbirlər davamlı xarakter alıb. Bu da bir faktdır ki, həmin tədbirlər barədə yayılan xəbərlərin əksəriyyətinin əvvəlində "Heydər Əliyev Fondunun təşəbbüsü ilə" cümləsinə rast gəlirik. Təkcə ölkə daxilindəmi? Ölkə xaricindəki bir sıra analoji tədbirlərimiz barədə xəbər hazırlayan müxbirlər də "Heydər Əliyev Fondunun təşəbbüsü ilə" ifadəsini dövri olaraq işlətməli olur. Məsələn, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açan italiyalı jurnalist Paolo Onorati yazır: "Birinci xanım Mehriban Əliyeva incəsənət və mədəniyyət sahəsinə çox böyük diqqət yetirir. Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Birinci xanımın misilsiz əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılıb. Mehriban xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada milli-mədəni dəyərlərin qorunub saxlanmasıdır". Bu fond Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihənin müəllifidir. Fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin multikulturalizm modelinin təbliğində mühüm rol oynayıb. Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər".
Alim yazır ki, dövlət müstəqilliyimizin 20 illik yubileyi münasibətilə Fransada həyata keçirilən tədbirlər silsiləsi xüsusilə vurğulanmalıdır. Onun bildirdiyinə görə, belə ki, Fransanın 20-dən çox regionunda bu fond tərəfindən mərasimlər keçirilmiş, 2013-cü ildə beynəlxalq kino festivalından da yaxşı tanıdığımız Kann şəhərində Azərbaycan mədəniyyəti günləri baş tutub. Z.Həbibova yazır ki, Heydər Əliyev Fondu xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına həmişə dəstək verib. Əvvəlcə Fransanın paytaxtı Parisdə, daha sonra Vyanada Azərbaycan mədəniyyəti mərkəzləri fəaliyyətə başladı: "UNESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə qoşuldu, Parisdə 1669-cu ildə Fransa kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail oldu. Bununla da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ulu öndərin ideyalarını yaşadaraq ümumbəşəri dəyərlərə öz töhfəsini verdi və bu proses indi də davam edir. Bir sözlə, Heydər Əliyev Fondu bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsinə özünün xüsusi töhfələrini verir. Ulu öndər qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və əbədiləşdirilməsi ölkədə hər bir təşkilatın və hər bir vətəndaşın əsas vəzifələrindən biridir.
Z.Həbibova vurğulayır ki, Heydər Əliyev Fondu məhz həmin məramı böyük məsuliyyət və şərəflə reallaşdırır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ