Bazar ertəsi günü, 16 noyabr 2026
     

Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...

Image


II yazı

Mədəniyyət də təbiət kimidir-rəngarəng, parlaq və zəngin. Təbiətdə fərqli rənglər, bir-birini əvəz edən gözəlliklərin yaratdığı ahəngdarlığı izləmək çox maraqlıdır. Mənəvi aləmdə də, cəmiyyətdə də müxtəlif mədəniyyətlilik, fərqli dünyagörüşlər maraqlı mənzərə yaradır. Azərbaycan mədəni müxtəliflik mənzərəsinin mövcud olduğu bir diyar kimi tanınır.
Multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə metodoloji yanaşma məsələsi alimlərimizi həmişə düşündürüb və onlar olduqca dəyərli araşdırmalarını təqdim edib.
Mövzu ilə əlaqədar tədqiqatçıların yazdığına görə, multikulturalizmlə bağlı müxtəlif dövlətlərin modelləri var. Məlumatlara görə, bu yanaşmadan da müqayisəli sosio-siyasi və sosioloji tədqiqatların aparılması əhəmiyyətlidir. Alimlər göstərir ki, M.Martin "İrq və etnik münasibətlər: Amerika və qlobal perspektivlər" əsərində cəmiyyətdəki mədəni müxtəlifliyin iki səbəbini açır. Birinci - mədəni azlıqlar dominant mədəniyyətə assimilyasiya olunmaq istəmir: cəmiyyətdəki dəyərlər, normalar, ənənələr və dünyagörüşü sistemini inkar edir. Buna əvəz, öz inam və etiqadlarını, adət-ənənələrini və mədəni müəyyənliyini (identikliyi) müdafiə edir. Tədqiqatçılar göstərir ki, məsələn, inkişaf etmiş Qərb və Amerikada "mədəni azlıqlar" və ya "etniklər" öz "qrup" sərhədlərini saxlamaqla, siyasi və iqtisadi həyatda sərbəst iştirak etmək təminatı alır. Yazılanlara görə, həmin ölkələrin qanunvericilik orqanları, sosial siyasəti azlıqları diskriminasiyadan müdafiə edir. Tədqiqatçılara görə, ikincisi, əksər hallarda mədəni müxtəliflik davam edir, çünki cəmiyyətin dominant qrupları öz hakimiyyət və imtiyazlarını müdafiə etmək məqsədilə azlıqları ayırmağa və bərabərsiz vəziyyətdə saxlamağa "çalışır".
Alimlər vurğulayır ki, multikulturallıq mədəni müxtəliflik və s. bu kimi anlayışların izahının açıqlanması zərurətidir. Bu çərçivədə mədəni müxtəlifliklə bağlı tədqiqatlar həm də fəlsəfi terminlərin kateqorial aparatından istifadə etməklə multikulturalizmin də kateqorial sahəsinin yaranmasına kömək edər. Alimlər vurğulayır ki, multikulturallığın xüsusiyyətləri, onun dinamikası, inkişaf təzahürləri də metodoloji yanaşma baxımından öyrənilməlidir. Belə ki, mədəni müxtəlifliyə baxmayaraq, bir sıra ümumi dəyərlər, inam və etiqadlar insanlararası birləşdirici rola malikdir. Tədqiqatçılar yazır ki, mədəni inteqrasiyada həmişə əhalinin, gəlmənin, miqrantın sıxlıq problemi olur. Tədqiqatçılar qeyd edir ki, mədəni inteqrasiya hər bir cəmiyyətin tarix boyunca nə dərəcədə müxtəlif və yaxud homogen (eyni, yekcins) olmasından asılıdır. Yüksək dərəcədə heterogen (müxtəlif) və zəif inteqrasiya olunmuş mədəniyyət daxili ziddiyyətlərə malikdir. Deməli, müxtəliflik mədəni inteqrasiyanı zəiflədə və ya azalda bilər, həmçinin, yaradıcılıq və seçmə azadlığının mənbəyi ola bilər. Qlobalizm prosesləri mədəniyyətlərin də qütbləşməsi, regionlaşması, lokallaşması, hətta "qitələşməsi" (məsələn, Avropa mədəniyyəti, Asiya mədəniyyəti və s.) hallarını yaradır. Təbii ki, məhz bu zaman mədəniyyətlərarası dialoq əsas vasitə, əlaqə, metod olur. Bu zəmində isə identiklik, differensasiya, inteqrasiya, urbanizasiyalaşma və s. hallar da törəyir. Məhz bu kimi səbəblərin yaratdığı nəticənin təhlilə ehtiyacı var. Dini dözümlülük və dini dözümsüzlük kontekstində etnodil fərqi, irqi mənsubluq, cinsi mənsubiyyət, etniklik zəminində milli çoxluq və milli azlıq kimi təzahürlərin də təhlili ictimai elmlərin yeni metodoloji istiqaməti kimi zəruridir.
Yazılanlara görə, İKT-nin sürətli inkişafı, "facebook milləti"nin, "sosial şəbəkə etnikliyi"nin və "odnoklassniki xalqları"nın yaranması da multikulturallığın konkret elmi yanaşmalarla izahına olan ehtiyacı aktivləşdirir. Tədqiqatçılar bu baxımdan Z.Bjezinskinin fikrinə əsaslanır. Bjezinskinin qeyd etdiyi kimi: "Çoxmillətli şirkətlər, qeyri-dövlət təşkilatları (onların bir çoxu öz xarakterinə görə transmillidir) və elmi birliklər tərəfindən hörülmüş və internet sistemi sayəsində daha yüksək dərəcədə inkişaf etdirilən bu tor-şəbəkə artıq özü-özlüyündə qeyri-rəsmi dünya sistemi yaradır ki, bu sistem qlobal miqyasda daha nizamlı və hər şeyi əhatə edən əməkdaşlıq üçün əlverişli zəmindir". Tədqiqatçılar qeyd edir ki, mədəniyyətlərin dialoqu özü XXI əsrdə sivilizasiyaların toqquşmasını önləyən bir proses kimi elmi tədqiqatlara da sürətlə daxil oldu. Çünki submədənilik özü də "yad" mədəniyyətlərinin barış və anlaşma "sazişində" hörmət və tolerantlığı qarşılıqlı "təmas sərhədi" kimi saxlayır. Məhz belə metoddan da bu kimi yanaşma tərzləri təhlil olunmalıdır. Vətəndaşlıqda din, etniklik, təhsil, peşə, cins, hətta ailə həyatı da (subay və evlilik) mədəni fərqlilikdə onun stereotiplərini adaptasiya edə bilər, bəzənsə buna gücü çatmaz. Sosium və KİV öz yerində, elmi baxımdansa, məhz sosialyönlü tədqiqatlar bu kimi halları tədqiq etməlidir. Müxtəlif ölkələrdə məskunlaşan həmvətənlərin yaşadıqları mühitdə öz vətəndaşlığını, dinini hifz etməsi (bəzən xristianlığı, bəzən islamı qəbul etmə halları da mövcuddur) kimi məsələlərin də metodologiyası öyrənilməlidir. Bunu isə konkret sosioloji tədqiqatlarla izah etmək daha məqbuldur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bildirib: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər...".
Alimlərin qənaətinə görə, beləliklə, "mədəni azlıqların ümumi bölüşdükləri və dominant mədəniyyətdən fərqləndirməkdən ötrü istifadə etdikləri fərqli normalar, dəyərlər, bilik, dil və simvolların məcmusu "submədəniyyət" adlanaraq, problemin məhz multikulturallıqla vəhdətdə şərhinə yol açır. Submədəniyyətin mövcudluğu, müəyyən dərəcədə adamların submədəni qrupla identifikasiyası (eyniləşdirilməsi) çox vacibdir və onların digər identifikasiya formaları da ola bilər. Həmçinin, bilavasitə - üzbəüz və dolayısı, yəni KİV vasitəsilə ünsiyyətin olmağı vacib şərtlərdəndir. Bu baxımdan submədəniyyətlər simvolik qarşılıqlı fəaliyyətin (inteqrasiyanın) məhsuludur. Nəzərə yetirək ki, etnik və dini qruplar submədəniyyətlərin yeganə istinadı deyil. Tədqiqatçılar qeyd edir ki, peşə, sosial-iqtisadi, yaş, cins və s. qruplar da submədəniyyətlərdə aktiv iştirakçıdır. Belə ki, burada gərginlik çox zaman submədəniyyətlərin dominant mədəniyyətin norma və prinsiplərini qəbul etmədiyi üçün meydana çıxır. Tədqiqatçılara görə, dominant qrup submədəniyyətləri deviant mədəniyyət, yəni dominant norma və dəyərlərdən qoparılmış qrup kimi qəbul edir. Bəzənsə submədənilik, üstün mədəniyyətlər fərqləndirici motivə yox, şüurlu surətdə üstün mədəniyyətin norma və dəyərlərinə qarşı yönəlir. Bu isə elmdə kontrmədəniyyətlər, yəni dominant mədəniyyətin əksi olan cəhətdir. Qeyd edilənə görə, kontrmədəniyyətlər dominant mədəniyyəti dəyişəcək tək metod deyil, burada digər üsullar da ola bilər. Belə ki, çoxfikirliliyin mövcud olduğu cəmiyyətdə sub və kontrmədəniyyətlərə qarşı tolerantlıq vacib faktordur. Tədqiqatçılar bir məsələni də qeyd edir ki, Qərb mədəniyyəti hazırkı zamanda da cəmiyyətin strukturlaşmasında universal model olaraq sosial, ictimai inkişafın vahid metodu, forması məzmununu itirmir. Onların yazdığına görə, Qərb öz adət-ənənəsini, inam və dəyərlərini, mədəni qaydalarını dünya klassik mədəniyyətinin əsas tərkib hissəsi kimi təqdim edir. Həm də bunun vahid pozitiv bir mədəniyyət olduğunu vacib sayır. Qeyd edilənə görə, Qərb mədəniyyəti cəmiyyətin strukturunun universal modeli və sosial tərəqqinin metodu hesab edilir. Avropa mədəni modelinin dominantlığı, liderliyi, yüksək tərrəqqi simvolu olması təbiidir. Dünyada gedən müasir sosial inkişaf prosesi özü bu halı yaradır. Avropa mədəniyyətinin əsas yolu və qaydası - modern demokratikləşmə, sosial ədalət, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu, hüquqi dövlət, qanunların aliliyi və s. humanist prinsiplərdir. Qərb mədəniyyəti, təbii ki, Asiya, Afrika, Şərqlə müqayisədə məhz yuxarıda sadalanan paradiqmalarına görə dominantdır. Bu sıraya həm də müasir elm və İKT-nin yüksək texnogen inkişafını da aid etmək vacibdir. Bu baxımdan da hər bir mədəniyyətə konkret çıxış yolu və həmin mədəniyyətin tam dərki üçün həmin mədəniyyətin öz xüsusi anlayış və terminlərini, inkişaf etdiyi sosial mühiti, mədəniyyət təmsilçilərinə sosial qüvvələrin təsir imkanlarını, mədəniyyəti formalaşdıran və ondan istifadə edənlərin (fərd və həssas, sosial qrup, sosial və siyasi təşkilatlar, etnos, etnik, millət, xalq və s.) psixologiyasını bilmək vacibdir. Bu konsepsiyaya mədəni relyativizm deyilir. Mədəni reylativizmdə hər mədəniyyətin bu və ya digər hissəsi konkret zaman, məkan və mühit çərçivəsində məzmuna malik olur. Belə şəraitdən uzaqda isə mədəniyyətin tərkib hissələri təhrif edilə bilər.
UNESCO-nun "Mədəni müxtəliflik üzrə Universal Bəyannaməsi"nə əsasən, hər bir mədəniyyət cəmiyyətə xas olan intellektual nailiyyətlərlə yanaşı, mənəvi, maddi və emosional əlamətlər məcmusudur. Xüsusilə mədəniyyət millətin həyat tərzində, "birgəyaşayış bacarığında" və ənənələrindədir. Bu baxımdan mədəni hüquqlar siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları inkar edir, etnik təmizləmə prosesini və assimilyasiya siyasətini, ksenofobiyanı və mədəni relyativizm adı ilə insan hüquqlarının pozulmasını qəbul etmir. Multikulturalizm mədəni müxtəliflikdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunmasını əsas götürür. Tədqiqatçılar bildirir ki, mədəni relyativizm özü də bir metodologiya olaraq fərqli mədəniyyətləri dərk etməli və öyrənməlidir. Onlara görə, mədəni relyativizm təkcə dərk etməkdir, onu qəbul etmək və ya etməmək həmin anlayışın mənasına aid deyil. Alimlərin fikrincə, bu aspektdən yad mədəniyyətin dərki həmin mədəniyyəti necə qiymətləndirib fərqləndirməkdir. Məlumatlara görə, mədəni relyativizm və etnosentrizm arasındakı ağırlıq mədəni assimilyasiya və mədəni müxtəliflik arasında olan gərginliklə çox əlaqəlidir. Mütəxəssislər vurğulayır ki, mədəni relyativizm müxtəlif submədəniyyətlərə qarşı tolerantlıq olub, mədəni fərqliliyə yol verir. Yazılanlara görə, etnosentrizm özünü üstün sayan qrupları öz norma və dəyərlərini başqalarına qəbul etdirməyə cəhd edən mədəni assimilyasiyanın inkişafına stimul yaradır. Tədqiqatçıların qeyd etdiyinə görə, təbii ki, qruplar arasında bağlılıq qismən olsa da, etnosentrizm assimilyasiya ilə bağlı deyil və bu ayrılma - separasiya ilə bitər. Tədqiqatçılar yazır ki, assimilyasiya və müxtəliflik, mədəni relyativizm və etnosentrizm arasında gərginliyin həllində qızıl ortanın onlar arasında yaradılmasını zəruri edir. Mütəxəssislərin yazdığına görə, mədəni cəhətdən çox az heterogen, yəni müxtəlif olan cəmiyyət tapılar ki, bütün submədəni fərqlərə qarşı ya tam etnosentrik, yaxud tam tolerant münasibət göstərmiş olsun.
Tədqiqatçıların araşdırıb üzə çıxarıb təqdim etdiyi mühüm məsələyə elmi-metodoloji, sosioloji yanaşmalarla sizi tanış etdik. Azərbaycançılıq müstəvisində öyrənilib araşdırılan belə mühüm bir məsələ-multikulturalizm ölkəmizdə tam olaraq oturuşub və özünə sosial, mənəvi, siyasi dayaqlar qazanıb. Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizmə Azərbaycan dövləti, xalqı, toplumu böyük dəyər verir. Multikulturalizm ab-havası dostluq, sülh və əminamanlıq təlqin edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
multikuluralizm



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ