Bazar ertəsi günü, 16 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Multikultural mədəniyyətlərin və sivilizasiyaların dialoquna töhfə - Azərbaycan nümunəsi...
Tarix: 12.08.2016 / 01:37
Bölmə: Sosial
III yazı
Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrilməsi cəmiyyətdə sağlam əhvalın hökm sürdüyünü ifadə edir. Cəmiyyətimizdə qeyri-sağlam münasibətlər formalaşsaydı, heç vaxt ölkəmizdə multikulturalizm həyat tərzinə çevrilə bilməzdi. Lakin Azərbaycanda əsrlərdən bəri formalaşan saf mühit insanların, toplumların, mədəniyyətlərin bir-birilə sıx əlaqəsini daha da möhkəmləndirir.
Multikulturalizm elə bir məfhumdur ki, o müxtəlif mədəniyyətlərin çuğlaşmasını, ayrı-ayrı siyasi, mənəvi, sosial dünyagörüşlərin eyni məcrada birləşməsini təmin edir. Azərbaycanda dərin köklərə malik multikulturalizm ənənəsinin ölkəmizin bütün vətəndaşları tərəfindən dəstəklənməsi onu göstərir ki, cəmiyyətimiz kifayət qədər sağlam düşüncəyə malikdir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi alim, tədqiqatçı Zaur Əliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizmi dövlət siyasəti elan etməsinin əhəmiyyəti olduqca böyükdür. Onun bildirdiyinə görə, ölkə başçısının Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi bir daha göstərir ki, Azərbaycan xalqı ənənələrə sadiqdir.
Tədqiqatçı vurğulayır ki, ölkə başçısının multikulturalizmi dövlət siyasəti elan etməsi həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb.
Alim qeyd etdi ki, multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir: "O ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmoniyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə də inteqrasiya olmağı arzu edir".
Tədqiqatçılar vurğulayır ki, bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçid beynəlxalq proqramının işlənib hazırlanması və tətbiq edilməsi zəruridir. Bu baxımdan Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı modelidir. Filosof və sosioloqlar qeyd edir ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Sosioloqlar qeyd edir ki, bunun sübutlarından biri Azərbaycanın inkişafıdır ki, burada ölkənin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edir. Multikulturalizmdən imtina isə bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə aparan yoldur.
Tədqiqatçıların yazdığına görə, mədəniyyətlərin və dinlərin harmoniyası və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib.
Tanınmış gürcü jurnalisti, şair və bədii tərcümə ustası Giya Paçxataşvili Azərbaycanda multikulturalizm ənənələrindən danışarkən qeyd edir ki, burada müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist ruhi mədəniyyəti üçün hər zaman xarakterik olub: "Azərbaycanda bu sahədə çox böyük işlər görülür. Burada yaşayan bütün xalqlara eyni gözlə yanaşılır. Hər kəs öz dinini, dilini, mədəniyyətini, mənəvi dəyərlərini qoruyur. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün dinlərə aid abidələr əsaslı şəkildə təmir-bərpa edilir: "Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşayıblar".
Yadınıza gəlirsə, Prezident İlham Əliyev bu sözləri Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə yeni tikilən Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında deyib. O, həmçinin, bildirib ki, Qafqazda ən qədim kilsənin Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşməsi fəxr olunmalı faktdır".
Müsahibimizin bildirdiyinə görə, ölkə başçısı çıxışlarında qeyd edib ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcridlə məşğul olmaq, sadəcə, məhvə məhkum olmaqdır. G.Paçxataşvili vurğulayır ki, qlobal dünyanın inkişaf meyllərinə, dinamik ritminə inteqrasiya edən Azərbaycanda sosio-mədəni reallıqlarda da dəyişmələr gedir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda dediyi fikirlər dediklərimizə gözəl misaldır: "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri var".
G.Paçxataşvili bildirdi ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın sözləri də çox dəyərlidir: "Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın".
Mütəxəssislərə görə, multikulturalizm cəmiyyətində onun iki tipini ayırmaq daha məqsədəuyğundur: ənənəvi və müasir. Mütəxəssislər ənənəvi cəmiyyətlərdə əsasən androkratiya, yəni kişinin tam hakimiyyəti, müasirlikdə isə gender - kişi və qadınların cəmiyyətdə balanslı rollarının əsas xarakteristikasına diqqət çəkir.
Ekspertlərin bildirdiyinə görə, multikulturalizm siyasətində onun liberal tərəfinin də interpretasiyasına nəzər yetirilməsi aktuallaşır. Sosioloqlar bildirir ki, əsasən bu fenomendən bəhs edərkən qadın məsələsinə də xüsusi diqqət yönəldilməsi vacib şərtdir. Belə ki, qadının tarixin müxtəlif inkişaf mərhələsində sosial statusunda baş verən dəyişilmələrdə mədəni identiklik problemi siyasi-sosioloji aspektdə daha çox özünü göstərir. Araşdırmalar göstərir ki, bu reallıq etnik azlıqlar və onların əsasən kişi səsinin üstün olduğu, milli mentalitetin qorunduğu cəmiyyətlərdə öz ənənəvi adətlərini də qoruması yollarının öyrənilməsinə zəruri ehtiyac yaradır.
Tədqiqatçılar vurğulayır ki, mədəni müxtəliflik məkanında müxtəlif etnoslar eyni bir fiziki mühitin təsiri altında yaşayır. Bildirilənə görə, burada müvafiq olaraq fərdi səviyyədə məkanın təsiri altında genotip də dəyişir. Beləliklə də müntəzəm şəkildə digər etnosların, istər kişi, istərsə də qadın yeni genotipləri hesabına sosio-mədəni müxtəliflik mühiti yeniləşir. Bu isə mental keyfiyyətlər kompleksini daha da rəngarəng edir. Tədqiqatçılar deyir ki, prosesin tədriciliyi etnosun bir hissəsinin digərindən əvvəl transformasiya edilə biləcəyi deməkdir.
Sosioloqların yazdığına görə, hər hansı transformasiyanın tədriciliyi millətin bir hissəsinin ümumi prosesdə digərini geridə buraxa bilməsinin mümkünlüyü deməkdir. Burada isə mədəni müxtəliflik və milli eynilik etnik eyniliyə təsir edir. Məsələn, etnik əlaqələrə və yeni etnosların yaranmasına səbəb olur. İnsan həyatı və kollektiv insan birlikləri vektoru üzrə kişiliyin və qadınlığın qarşılıqlı təsiri qeyri-iradi hisslərin (genotipə analoji) məntiqi üzrə inkişaf edir. Beləliklə, konkret sosial şəraitdə sinif, irq, millət və gender siyasi-sosioloji mətndə bərabərsizliyin eyni zamanda mövcud olan sistemlərini formalaşdırmağa qabildir.
Qeyd edək ki, cəmiyyətin mədəniyyət çərçivəsində ilk baxışda qeyri-tipik mədəni müxtəliflik hadisələri onun daxili mədəni modellərini ifadə edir. Sosioloqlar deyir ki, bu halda isə onun təsiri son halda labüd nəticələr verir. Tədqiqatçılar yazır ki, məsələn, cəmiyyətdə bütövlükdə mədəniyyət dəyişikliklərini qabaqlayan elitar adlanan mədəniyyətin statusu belədir.
Tədqiqatçılar multikulturalizm və genderdən də bəhs edirlər və yazırlar ki, burada ümumnəzəri yanaşma, həmin sosio-mədəni konstruktun praktiki görünüşünü səciyyələndirən konkret forma, şərait, amil və əlaqələrin abstraktlaşmasına yol verilə bilər. Tədqiqatçılar yazır ki, gender bərabərliyinin konkret tarixi şəraitdəki problemlərinin tədqiqi isə sosial-sinfi, irqi, etnik və bilavasitə gender statusu da daxil olmaqla, gender fərqinin həmin subyektinin bütün sosial status və mövqe əlaqələrinin mütləq nəzərə alınmasını tələb edir.
Tədqiqatçılar vurğulayır ki, respublikada multikulturalizm bir kampaniya deyil, Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən siyasi kursu davamlı və ardıcıldır. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada dövriyyəyə çıxarılsa da və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verilsə də, Azərbaycan mühitində bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Sosioloqlar vurğulayır ki, dövlət bu sahədə yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbirləri yubanmadan həyata keçirməkdədir. Dünyanın müxtəlif bölgələrində din və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır.
Tədqiqatçılar deyir ki, bu baxımdan 2014-cü il mart ayının 7-də Bakıda Beynəlxalq Media Mərkəzində "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfrans əks-səda doğurub. Milli Məclis deputatlarının, aparıcı KİV başçılarının, alimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda rəsmi nümayəndələr də iştirak edib.
Sosioloqlar qeyd edir ki, Azərbaycan dövləti rəsmi şəkildə din-dövlət münasibətlərinin hüquqi əsasları, dini ibadət azadlığından və multikulturalist mühitdən sui-istifadə halları ilə mübarizə, medianın və jurnalistlərin vəzifələri haqqında hər zaman fikir bildirib. Məlumdur ki, müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib.
Tədqiqatçılar yazır ki, hazırda ölkədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur. Prezident İlham Əliyev tərəfindən elan olunmuş multikulturalizm siyasətinə yardım edən proqramlar, layihələr işlənib hazırlanıb. Bu istiqamətdə vaxtaşırı tədbirlər həyata keçirilir. Ortada kifayət qədər uğurlu nəticələr var. Elə həftə olmur ki, respublikanın bölgələrində dövlət qurumları və QHT-lər tərəfindən multikulturalizmlə bağlı tədbirlər keçirilməsin. Azərbaycan dövləti multikulturalizm siyasətini yürüdür və onun daha əhatəli şəkildə təbliğini həyata keçirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
Tarix: 15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
Tarix: 14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
Tarix: 14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
Tarix: 13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
Tarix: 13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
Tarix: 13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
Tarix: 13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
Tarix: 13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
Tarix: 13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
Tarix: 13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Tarix: 13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...
Tarix: 12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...
Tarix: 12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
SON XƏBƏRLƏR
15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...
15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
- Prezident
15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi
15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib
15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı
– qırıcılar havaya qaldırıldı...
15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq
- razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...
15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır"
- Media və Yayım Şurası
15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...
15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı...
Uşaqların sənədləri illər sonra dəyişdirildi...
15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir
- Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...
15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı...
Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...
15.11.2026 / 13:14
İranın nə qədər raketi var?...
ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...
15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq
- Azərbaycanı nələr gözləyir...
15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...
15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...
15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi
15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib
15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək
– Ağ Evdə qapalı müzakirələr gedir...
15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib"
- Vüqar Rəhimzadə
15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...
14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun
- Zelenski detalları açıqladı...
14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı
14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi
- icazə vermirlər...
14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək
– tarix açıqlandı...
14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq”
- Paşinyan
14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...
14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...
14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı
14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı
İFŞA OLUNDU...
14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...
14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı
14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı
- naməlum dron ordunu ayağa qaldırdı...
14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...
14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...
14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu
13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı
- sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...
13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi
- xəstəxana və banklar təhlükədə...
13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...
13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi
- Moldovanın parçalanması da gündəmə gətirildi...
13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
- FOTO
13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir...
Qəribəlik...
13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər
- NATO-ya dağıdıcı təhlükəsi...
13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı
- VİDEO
13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...
13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...
13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri
- Dublin zirvəsi perspektivi göstərdi...
13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı
13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir
- Əliyev Avropa zirvəsində...
13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi -
uğursuzluğun səbəbi...
13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar -
Rusiyadan gələcək təhlükələrə qarşı
13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi
- "Kabinetimə gəlib ağlayırlar"
13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb....
Niyə?
13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?”
– Anar parlamentdən kömək istədi...
13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...
13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb -
hələlik kənar müdaxilə yoxdur...
13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?
13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində -
ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...
13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...
13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...
13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir:
“paket maaş” ın taleyi həll olunur...
13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...
13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi
- İranla yeni müharibəyə hazır olun...
13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı
13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ