Hazırda dərman bazarında içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəmizə idxalı tam dayandırılmayıb.