Bazar ertəsi günü, 16 noyabr 2026
     

Azərbaycanda falçılıq, ekstrasenslik qadağan edilə bilərmi?

Image


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini-mətbuat katibi Bəhruz Müslümovun Trend-ə müsahibəsi

- Ölkədə falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı ümumi vəziyyət necədir və Dövlət Komitəsinə bununla bağlı şikayətlər olurmu?

- Falçılıq adı altında fəaliyyət göstərən şəxslərə qarşı hazırda Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində tədbirlər görür. Ümumilikdə bu sahədə vəziyyəti müəyyən etmək olduqca çətindir. Çünki bu qəbildən işbazların əməllərinə düçar olmuş şəxslər çox az hallarda bu əməlləri etiraf edir və aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə çalışırlar. Lakin bununla bağlı müraciət daxil olduqda aidiyyəti qurumlarla birlikdə müvafiq işlər aparılır.

- Falçılıqla məşğul olanların fəaliyyətini qanunla məhdudlaşdıran hər hansı maddə təsbit olunubmu?

- Vətəndaş aldadılaraq inamından sui-istifadə edilməsi, pulunun mənimsənilməsi kimi dələduzluq faktı ilə üzləşibsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırılır. Mənimsənilən məbləğ 100 manatdan yüksəkdirsə, yəni böyük ictimai təhlükə törətməyən dələduzluq faktı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə əsasən 100 manatdan 700 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlərə cəlb oluna və ya 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər vətəndaşın 3000 manatdan – 10000 manata qədər pulu mənimsənilibsə, falçılıqla məşğul olan şəxsi həmin məcəllənin 178.2.4 maddəsinə əsasən 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Külli miqdarda dələduzluq faktıdırsa, yəni 10 min manatdan yuxarı məbləğdə dələduzluq faktı qeydə alınıbsa, bu zaman təqsirləndirilən şəxsi həmin məcəllənin 178.3.2 maddəsinə əsasən 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Həmçinin dələduzluq nəticəsində mənimsənilən məbləğ 100 manatdan aşağıdırsa, bu halda da şəxs cəzadan kənarda qalmır. Dələduzluq əməlini törətmiş şəxsə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə cəza tətbiq edilir.

Dələduzluq yolu ilə özgəsinin əmlakını 100 manata qədər talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu cür əməllərdə əsas problem əməlin latent (qapalı) olmasıdır. Belə ki, zərərçəkmiş şəxs ya aldadılması faktını, ümumiyyətlə, qəbul etmir, qəbul etdiyi təqdirdə isə ictimai qınaqdan çəkinərək müvafiq qurumlara şikayət etmir. Nəticədə bu cür işbazların hərəkət arealı genişlənir və zərərçəkmişlərin sayı artır. Şikayətin çox sadə prosedur qaydası var ki, dələduzluğa məruz qalmış şəxslər "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yazılı, şifahi və elektron formada müraciət edə bilirlər. Hər bir halda, burada zərərçəkmiş şəxs şikayətdən çəkinməməlidir. Bu növ şəxslərə qarşı mülki qaydada iddianın verilməsi də istisna edilmir.

2009-cu ildə "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnamə”sinin 7.9-cu bəndinə edilmiş əlavə və dəyişikliyə görə müvafiq inzibati xətalar haqqında işlərə baxmaq Dövlət Komitəsinin vəzifələrindən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi yeni qəbul olunduğu üçün orada bəzi xətalarla bağlı protokolun hansı qurum tərəfindən tərtib edilməsi ilə bağlı hazırda iş aparılır. Düşünürəm ki, 227-ci maddə ilə bağlı inzibati protokol tərtib etmək hüququ Dövlət Komitəsinə də verilərsə, bu hallara qarşı mübarizə daha da intensivləşdirmək mümkün olar.

- Ümumiyyətlə, falçılığın qarşısının alınması üçün sizcə, hansı vasitələrdən istifadə olunmalıdır?

- Falçılığa qarşı mübarizənin bir neçə yolunu müəyyən edə bilirik. İlki, təbii ki, maarifləndirmə yoludur. Bu zaman Dövlət Komitəsi digər qurumlarla birlikdə maarifləndirici istiqamət tutur. İnsanları fırıldağa aldanmamağa çağırır, çünki fırıldaqçılar insanların zəif tərəflərini tutmaqla onlardan öz məqsədləri üçün istifadə edirlər. Təbi ki, Dövlət Komitəsinin istiqamətləndirdiyi xətdə kütləvi informasiya vasitələri də dəstək olmalıdırlar. İnsanların savadsızlığından və digər zəif yönlərindən sui - istifadə edənlərə qarşı birgə mübarizə zamanı televiziya kanallarında və radioda verilişlərin təşkili vacib amillərdəndir.

Digər bir metod isə ailə dəyərləri ilə bağlıdır. Müşahidələr göstərir ki, əksər hallarda falçıya müraciət edənlər ailədə psixoloji cəhətdən düzgün yetişdirilməmiş, iradəsi zəif olan şəxslərdir. Belə insanlar hətta ən kiçik problem qarşısında çıxılmaz vəziyyətdə qalır və dərhal falçılara müraciət edir, beləcə onların torlarına düşürlər.

Bir məsələyə diqqət çəkmək lazımdır ki, bizim müəyyən etdiymiz mübarizə falçılıq-cadugərliyə, hər növ qara magiyaya qarşıdır. Təbii ki, demokratik ölkədə yaşadığımıza görə hamı istədiyi adama müraciət edə və bu fəaliyyətlə məşğul olan şəxsin xidmətindən yararlana bilər. Biz burada müraciət edən tərəfi maarifləndirməyə çalışırıq, lakin şəxs bunu istəmirsə və falçıya müraciət edirsə, bu halda nə edə bilərik? Bu səbəbdən biz insanları fırıldaqçılardan qorumalıyıq. Bu halda bizə cəmiyyət də kömək etməlidir. Müxtəlif vaxtlarda vətəndaşlar bu cür hallara rast gəlir, lakin uzun müddətdən sonra xəbər verirlər, bu zaman isə artıq onların şəxsiyyətini, yerini müəyyən etmək çətinləşir və bəzən mümkün olmur. Bu insanlar eyni zamanda səyyar xidmət göstərirlər.

- Digər ölkələrdə falçılıqla məşğul olan şəxslərə qarşı hər hansı cəza növü tətbiq edilirmi? Yaxud da bunlarla mübarizə hansı formada təşkil edilir?

- Bu sahədə xarici ölkələrin müəyyən təcrübəsi var. Məsələn, Türkmənistanda ekstrasenslik və falçılıq bu ildən qadağan olub. Bu ölkədə hipnozla məşğul olanların, ekstrasenslərin, falçıların və fövqəltəbii gücləri vasitəsilə insanlara təsir etdiklərini iddia edənlərin xidmətlərindən istifadə də qadağalar çərçivəsindədir.

Tacikistanda bu yaxınlarda Cinayət Məcəlləsinə yeni dəyişiklik təsdiq edildi. Dəyişikliyə görə, əgər falçılar, cindarlar əvvəllər sadəcə müəyyən miqdarda cərimə edilirdilərsə, bundan sonra 7 ilə qədər müddətdə azadlıqdan məhrum ediləcəklər. Anqlo-sakson hüququnun tətbiq edildiyi ölkələrdə aldadılan şəxs müvafiq qurumlara müraciət edir və fırıldıqçıya qarşı "fraud-dələduzluq" üzrə cinayət işi başlanılır, yaxud onların işinə məhkəmədə mülki qaydada baxılır.

Həmçinin Türkiyə Respublikasında xüsusilə geniş yayılmış "qəhvə falı” və digər fal növləri qadağan olunub və polis bununla bağlı mütəmadi olaraq reydlər aparır. Bu əməlləri törətmiş şəxslər ən yaxşı hallarda yüksək cərimələrlə xilas ola bilirlər. ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində falçılıq qadağandır; bu əməl ölüm, yaxud ömürlük həbslə cəzalandırılır.

- Azərbaycanda falçılıqla məşğul olan şəxslərə qarşı hansı cəza növünün tətbiq edilməsi gözlənilir?

- Hər hansı əməlin qadağan olunması və ya həmin əməlin sonundakı nəticənin qadağan olunması tamamilə fərqli şeylərdir. Bizim qanunvericiliyimiz falçılığı, ekstrasensliyi qadağan etmir, yalnız bunun nəticəsində yaranan dələduzluq faktına görə cinayət nəzərdə tutulub. Mübarizədə söhbət falçılıqdan, ekstrasenslikdən deyil, bu ad altında dələduzluq edən fırıldaqçıların fəaliyyətindən gedir. Əslində, biz bu fəaliyyəti qadağan etdiyimiz anda fövqəltəbii gücə sahib olduğunu iddia edən şəxslərin hüquqlarını sual altına qoymuş oluruq.

Məsələn, beynəlxalq təcrübəyə baxsaq Rusiyada ekstrasenslərin sertifikatlaşdırılması institutu mövcuddur. Hazırda da ekstrasenslərin rəsmi sertfikatlaşdırılması prosesi gedir. Bu ondan xəbər verir ki, hazırda ekstrasenslərin könüllü olan sertifikatlaşdırılması bir müddət sonra məcburi ola bilər. Bu insitutun formalaşması ekstrasenslik adı altında fırıldaqçılıq fəaliyyəti göstərənlərin işini xeyli çətinləşdirəcək. Bu halda, müvafiq olaraq sertifikat almış ekstrasenslər, parapsixoloqlar yenə öz fəaliyyətini davam etdirəcək. Qanuna müvafiq olaraq vergisini ödəyib xidmət göstərəcək. İş tapa bilməyib bu ad altında fırıldaqçılıq edənlər isə qanuna uyğun olaraq cəzalandırılacaqlar. Belə ki, lisenziyasız fəaliyyət göstərən şəxslərin əməllərinə müvafiq cəzalar tətbiq ediləcək.

- İlahi dinlərin falçılığa qarşı mövqeyi necədir, dinlər falçılığı qəbul edirmi?

- Heç bir İlahi din falçılığı və cadugərliyi qəbul etmir, bütün dinlər falçılığı və cadugərliyi şeytan əməli hesab edir. Məsələn, yəhudilərin müqəddəs kitabı Tövratda "Gizli şeylər Allahımız Rəbbindir” (Təsniyə, 29/29) cümləsiylə qeyb bilgisinin Allaha aid olduğu və bundan uzaq olmağın vacibliyi bildirilmiş, "Aramızda falçı, münəccim, sehirbaz, əfsunçu, cindar, baxıcı, ölülərlə məsləhətləşən olmayacaq” (Təsniyə, 18/10-11) - deyilərək bunlar qadağan edilmiş, bu işlərlə məşğul olanların öldürülmələri əmr olunmuşdur (Levililər, 19/31; 20/6, 27).

Xristianlığın müqəddəs kitabı Əhdi-Cədiddə falçılıqla bağlı məlumatlar olduqca azdır. Buna baxmayaraq, Əhdi-Cədidin "Rəsulların işləri” bölməsində xristian olmayanlar arasında sehirbaz və falçılarla bağlı məlumatlar verilmiş, onların əməlləri tənqid edilmişdir.

İslam dininin müəqqdəs kitabı Qurani-Kərimin "Maidə” surəsinin 90-cı ayəsində qeyd edilib ki, "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”.

Fala baxan şəxs qeybi (gələcəkdə baş verəcək hadisələri) bildiyini iddia edir. Qeybi bildiyini iddia edən şəxs Allahın nazil etdiyi "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Ənam, 59) ayəsini inkar etmiş olur.

Bütün dinlərin, xüsusilə də İslamın falçılıq və bu kimi fəaliyyətləri qadağan etməsinə baxmayaraq, təəssüf ki, günümüzdə falçılıq və ona inananlar hələ də qalmaqdadır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ