Bazar ertəsi günü, 16 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Orta məktəblərin yuxarı sinif şagirdlərinə böyük fayda verən "Ailə" dərs vəsaiti tədris edilirmi?
Tarix: 29.07.2016 / 02:09
Bölmə: Sosial
Əjdər Ağayev: "Bildiyiniz kimi, "Həyat bilgisi" fənni..."
"Olduqca vacib bir məsələni aktuallaşdırmısınız"
Ailə dəyərlərinə tarixən xüsusi diqqət yetirildiyi Azərbaycan cəmiyyəti hər zaman öz siması ilə seçilib. Dünya xalqları sırasında ailə dəyərlərinə sadiqliyi ilə seçilən Azərbaycan xalqı ailəyə müqəddəs ocaq kimi yanaşıb.
Məlumdur ki, ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamıdır. Ailə olmasa, birlik də olmaz, mehribanlıq da. Artıq təsdiq olunmuş bir fakt var ki, biz ailəyə kiçik bir dövlət kimi baxırıq və ailə cəmiyyətin əsasını təşkil edir. Ekspertlər qeyd edir ki, ailə məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürüb, onlar üçün hər şeydən zəruri olan bir məsələyə çevrilib. Ailənin inkişaf prinsipləri, onun necə olması, hansı təməllər üzərində qurulması, övladların təlim-tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Pedaqoq-psixoloqların fikrincə, ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunub.
Dünyanın düzəni dəyişdikcə, dövlətlərin və cəmiyyətlərin ailəyə münasibəti yeni müstəviyə çıxdıqca, qloballaşma dünyaya diş qıcadıqca ailə məsələsinin gələcəyi narahatlıq doğurur. Bu gün Azərbaycanda ənənəvi ailə modelini qəbul etməyən qruplar meydana çıxıb, müxtəlif xarici cərəyanlar təlqin edir ki, ailə qurmaq, ailəyə sadiq olmaq, ənənəvi ailə dəyərlərinə sahiblənmək köhnəliyin qalığıdır. Təbii ki, bu çağırışlar ciddi narahatlıq doğurur.
Azərbaycan dövləti ailənin sağlam təməllər üzərində inkişaf etməsi istiqamətində işlər görür, ailə institutuna qayğı göstərir. Müvafiq qurumlar da dövlətin ailə siyasətini həyata keçirir və ailələrin təməlini sarsıtmağa qoymur.
Bir vaxtlar ailə ilə bağlı təlimatlar, broşurlar, kitablar, jurnallar dərc edilir, ayrıca kitablar nəşr olunurdu. Bu çap məhsullarında ölkənin tanınmış mütəxəssisləri çıxış edir, ailəni düzgün istiqamətə yönəldirdilər.
Keçən əsrdə ailənin təməl prinsiplərinin, davranışların, ailədaxili münasibətlərin şagirdlərə öyrədilməsi geniş vüsət almışdı. Pedaqoq-psixoloqların hazırladığı dərslik məktəblərdə yuxarı sinif şagirdlərinə tədris edilirdi. Bu dərslik şagirdlərdə mənəvi-psixoloji baxımdan müsbət dəyişiklik yaradırdı. Söhbət ötən əsrin 80-ci illərində nəşr edilən "Ailə" dərs vəsaitindən gedir. Məlumatlara görə, 1985-ci ildə ümumtəhsil məktəblərinin tədris planlarına "Ailə həyatının etika və psixologiyası" fənni daxil edilib. Dərsliyin müəllifləri pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Abbasov və professor Əbdül Əlizadə olub. A.Abbasov qeyd edir ki, o vaxt Maarif Nazirliyinin tapşırığına əsasən, Ə.Əlizadə ilə birgə, ilk növbədə fənn üzrə tədris proqramını hazırlayıb. A.Abbasov yazır: "...Ötən əsrin 80-ci illəri idi. 1985-ci ildə ümumtəhsil məktəblərinin tədris planlarına "Ailə həyatının etika və psixologiyası" fənni daxil edilmişdi. Fəqət, fənnin nə proqramı, nə də dərsliyi vardı. Maarif Nazirliyinin tapşırığına əsasən, biz ikimiz (professor Əbdül Əlizadə nəzərdə tutulur) ilk növbədə fənn üzrə tədris proqramını hazırladıq. Lakin tək proqramla iş bitmirdi. Müəllimə də, şagirdlərə də dərslik lazım idi. Onu yazmaq üçün isə vaxt tələb olunurdu. Biz dərsliyi işləyə-işləyə fənnin məzmununu özündə birləşdirən metodik tövsiyələr, qəzet və jurnal məqalələri yazır, çap etdirirdik. "Ailə" dərsliyi 1986-cı ildə işıq üzü gördü. O, nəşr olunana qədər biz birlikdə "Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair" (birinci və ikinci hissələr), "Ailə həyatının etika və psixologiyası kursu üzrə tapşırıqlar sistemi", "Ailə həyatının etika və psixologiyası kursunun tədrisinin ümumi məsələləri" adlı kitabçalar yazdıq. Sonradan "Ailə" dərsliyinin ardınca "Ailə həyatının etika və psixologiyası" (müəllim üçün metodik vəsait) və "Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat" (şagirdlər üçün oxu materialları) adlı dərs vəsaitləri şagirdlərin istifadəsinə verildi. "Ailə" dərsliyi 1989-cu ildə təkrar nəşr olundu, 1991-ci ildə isə onun rus dilinə tərcümə edilmiş variantı ("Semya") ərsəyə gəldi. Təlim rus dilində olan siniflərin şagirdləri də dərsliklə təmin olundular. Beləliklə, "Ailə" dərsliyi və fənn üzrə dərs vəsaitlərinin birlikdə tiraji yarım milyona yaxınlaşdı".
"Ailə" kitabı orta məktəblərin yuxarı sinif şagirdlərinə böyük fayda verirdi. Onlar bu dərsdən ailəyə, valideynə münasibəti, davranış qaydalarını, Vətənə, dövlətə sevgini öyrənirdi. Şagird dərk edirdi ki, ailə insanın ən doğma yeridir və ailənin bütün üzvləri bir-birilə mehriban, dürüst olmalıdır.
Qeyd edək ki, ekspertlərin bildirdiyinə görə, bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalaşır. Onların bildirdiyinə görə, "Ailə" dərslik kitabında da bu istiqamət qabardılırdı. Sözsüz ki, ailənin şəxsiyyətin inkişafında, böyüyən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ekspertlər deyir ki, ailə cəmiyyətin insan qruplarının ilkin mərhələsi olub. Ailə ər-arvadı, uşaqları öz ətrafında birləşdirən insan qrupudur.
Orta məktəblərin yuxarı siniflərində "Ailə", yaxud ona uyğun dərsliyin tədris edilib-edilmədiyini araşdırmağa çalışdıq. Bələdçimiz Azərbaycan Respublikası Təhsil Şurasının rəhbəri, professor Əjdər Ağayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, toxunduğumuz problem aktualdır və ailə məsələləri ilə bağlı dərsliklərin orta məktəbin yuxarı siniflərində tədrisi vacibdir: "Əvvəlcə qeyd edim ki, olduqca vacib bir məsələni aktuallaşdırmısınız. Hər bir insanın davranışının ilkin cəhətləri, xüsusilə xeyirxahlıq, diqqətlilik, qayğıkeşlik, böyüklərə, valideynlərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq, əməksevərlik, vətənpərvərlik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olunması ailədə formalaşır".
Ə.Ağayev qeyd etdi ki, bu gün orta məktəblərdə ayrıca "Ailə" tədris vəsaiti keçilmir. "Bu gün "Ailə" ayrıca dərslik kimi məktəblərdə keçilmir. Bildiyiniz kimi, "Həyat bilgisi" fənni tədris olunur və orada ailə haqqında da bölmə var. Bu dərslik ibtidai sinifdən yuxarı siniflərə qədər tədris edilir. "Həyat bilgisi" fənni inteqrativ fəndir. Yəni orada ailə, mənəviyyat, iqtisadiyyat, tarix, mədəniyyət və s. haqqında bölmələr var. Məktəblərdə ailə psixologiyası fənni keçilmir. Ancaq konkret olaraq yuxarı siniflərdə ailə və onun xüsusiyyətləri, ailə tərbiyəsi məsələlərini əhatə edən bir fənn keçilsə yaxşı olar. Bu fənn gənclərin mənəvi-psixoloji tərbiyəsində böyük rol oynaya bilər.
Ancaq bu günün diqtə etdiyi xoşagəlməz hallar var. Təəssüf ki, bəzi gənclər ailə həyatı quranda sevgiyə yox, başqa nələrəsə meyl edir. Sevgi-məhəbbətsiz ailə qurur, lakin münasibətləri düz gəlmir, boşanırlar. Əfsuslar olsun ki, bu gün boşanmaların sayı evlənmələri keçib. Dövr özü diktə edir ki, qəzetinizin qaldırdığı məsələ aktuallaşsın. Siz məsələni düzgün qoymusunuz. "Ailə" fənni gənclərə ancaq xeyir verə bilər. Onlar bilməlidir ki, iki müxtəlif insan evlənirsə, bir-birinə mehriban olsun, səbr göstərsin. Ailə quran gənclərin məqsədi, niyyəti bir olmalıdır. Onlar əziyyətlərə, çətinliklərə dözməlidir. İndi isə onların heç biri yoxdur. Nə bəzi qızlar atası evində təsərrüfatçılıq öyrənir, nə də bəzi oğlanlar ailə sahibi olmaq psixologiyasına yiyələnib. Bu da problem yaradır. Bu gün gəncləri ailəyə hazırlayan, ailə psixologiyasına istiqamətləndirən dərsliyə, tədris fənninə ehtiyac var".
Ə.Ağayev qeyd etdi ki, bu fənn üçün ayrıca dərs salınmasa, onu fakültativ məşğələlər vasitəsilə də yuxarı sinif şagirdlərinə çatdırmaq olar: "Məktəblərdə fakültativ məşğələlər var. Bu fənni məşğələ vasitəsilə də keçmək olar. Deyə bilərlər ki, bu məsələ "Həyat bilgisi"ndə var. Deyim ki, var, amma əhatəli deyil, ayrıca fənn lazımdır. Elə məsələlər var ki, onu gəncliyimiz bilməlidir. Bir sıra problemlər var ki, onlar aydınlaşmalıdır. Məsələn, dini-mənəvi məsələlərdə, ailədə münasibətlərində, milli dəyərlərə yanaşmalarda gənclər arasında müxtəlif baxışlar var. Görürsünüz ki, dini fanatizm baş alıb gedir. Oğlan özü fanatikdir, aldığı qızı da başını bağlamağa məcbur edir, onu evdən bayıra qoymur və s. Bu yanaşma ailə xüsusiyyəti deyil, fanatizmin təzahürüdür. Amma "Ailə" dərsliyində ailənin bütün xüsusiyyətləri - dini, mənəvi, ədəb-ərkan, ata-anaya, böyüyə-kiçiyə münasibət, təsərrüfat məsələlərinə yanaşma, sevgi, etibar, etimad, etiqad öz əksini tapmalıdır.
Bir məsələni də qeyd edim ki, birdən təklifiniz diqqəti cəlb edər və məktəblərdə məşğələlər açılar və bura təsadüfi adamlar gəlib dərs keçər. Buna yol vermək olmaz. Bunun üçün kadrlar seçilməlidir. Ali məktəblərdə xüsusi olaraq sosial-psixologiya fənni, ixtisası var".
Ə.Ağayev bildirdi ki, sosial-psixologiya ixtisasına yiyələnənlər həm orta məktəblərdə ailəyə hazırlıq dərsi keçə, həm də ailə-uşaq mərkəzlərində psixoloq-müəllim kimi çalışa bilər: "Bu gün sosial-psixologiya ixtisası üzrə ali məktəbi bitirənlər gənc ailələrə yaxından kömək etməlidir. Gənclər düzgün istiqamətdə yetişdirilməlidir".
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
Tarix: 15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
Tarix: 14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
Tarix: 14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
Tarix: 13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
Tarix: 13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
Tarix: 13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
Tarix: 13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
Tarix: 13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
Tarix: 13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
Tarix: 13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Tarix: 13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...
Tarix: 12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...
Tarix: 12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
SON XƏBƏRLƏR
15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...
15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
- Prezident
15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi
15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib
15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı
– qırıcılar havaya qaldırıldı...
15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq
- razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...
15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır"
- Media və Yayım Şurası
15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...
15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı...
Uşaqların sənədləri illər sonra dəyişdirildi...
15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir
- Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...
15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı...
Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...
15.11.2026 / 13:14
İranın nə qədər raketi var?...
ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...
15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq
- Azərbaycanı nələr gözləyir...
15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...
15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...
15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi
15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib
15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək
– Ağ Evdə qapalı müzakirələr gedir...
15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib"
- Vüqar Rəhimzadə
15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...
14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun
- Zelenski detalları açıqladı...
14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı
14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi
- icazə vermirlər...
14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək
– tarix açıqlandı...
14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq”
- Paşinyan
14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...
14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...
14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı
14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı
İFŞA OLUNDU...
14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...
14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı
14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı
- naməlum dron ordunu ayağa qaldırdı...
14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...
14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...
14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu
13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı
- sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...
13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi
- xəstəxana və banklar təhlükədə...
13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...
13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi
- Moldovanın parçalanması da gündəmə gətirildi...
13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
- FOTO
13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir...
Qəribəlik...
13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər
- NATO-ya dağıdıcı təhlükəsi...
13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı
- VİDEO
13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...
13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...
13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri
- Dublin zirvəsi perspektivi göstərdi...
13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı
13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir
- Əliyev Avropa zirvəsində...
13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi -
uğursuzluğun səbəbi...
13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar -
Rusiyadan gələcək təhlükələrə qarşı
13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi
- "Kabinetimə gəlib ağlayırlar"
13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb....
Niyə?
13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?”
– Anar parlamentdən kömək istədi...
13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...
13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb -
hələlik kənar müdaxilə yoxdur...
13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?
13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində -
ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...
13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...
13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...
13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir:
“paket maaş” ın taleyi həll olunur...
13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...
13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi
- İranla yeni müharibəyə hazır olun...
13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı
13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ