Bazar ertəsi günü, 16 noyabr 2026
     

Nəqliyyatın hərəkətində basırıq və tıxac probleminə yeni baxış...

Image


Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması sahəsində Nazirlər Kabinetinin, Nəqliyyat Nazirliyinin və DİN-in həyata keçirdiyi birgə islahatlar davam edir. Amma problemin həlli aktual olaraq qalır. Ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin növlərini, markasını və kəmiyyətini, Bakı ətrafındakı yolları və iri şəhərləri göz önünə gətirsək, məsələnin mürəkkəbliyinə şübhə yeri qalmır.
Yolların istismara verilməsindən sonra qısa zaman ərzində bərpası, müxtəlif markalı avtomobillərin hərəkət selinin axarına qatılması, siqnal fənərlərinin (işıqforlar) çoxluğu, piyadaların hardan gəldi yolu keçməsi, yeraltı və yerüstü keçidlərdən istifadə edilməməsi həm nəqliyyatın hərəkətini, həm də DYP xidmətini çətinləşdirir. Belə bir şəraitdə xidmət aparan yol polisinin ləğv olunması təkliflərinə mətbuatda rast gəldikdə dayaz şüurluların hərəkətlərinə təəssüf hissi keçirməmək olmur.
Lakin vəziyyətin təhlili Yol Patrul Xidməti əməkdaşlarının bu sahədəki xidmətini yüksək dəyərləndirməyə əsas verir. Hərəkətin sıxlığı zamanı, siqnal fənərlərinin xəbərdarlığına baxmayaraq, vəziyyəti canlı tənzimləyən YPX əməkdaşlarının tələblərinə bəzi sürücülər tabe olmur, yaranan situasiyalarda vətəndaş qınağı olmadığından bəzən YPX əməkdaşları çoxluğun laqeyd hərəkətləri qarşısında aciz qalır. Vətəndaşlardan dəstək olmur. Bu da bir başqa problemdir.
Nəqliyyatın intellektual idarəçiliyi ilə bağlı anonslara baxmayaraq, bəzən ictimaiyyətdə belə qənaət hasil olur ki, hərəkət zamanı sürücülərin, xüsusilə ("Bakubus" avtobuslarından başqa) avtobus sürücülərinin hərəkətlərində intellekt, sürücülük mədəniyyəti və davranış səviyyəsi aşağıdır. Harda gəldi - döngələrdə, işıqforların yaşıl rəngində dayanması, hərəkət istiqamətinin sağ və sol tərəfində park etmə halları intellektual idarəçiliyi heçə endirir.
Hər şey də burdan başlayır. Sərnişin daşımağa məsul olan, bəzən ibtidai təhsili də olmayan avtobus sürücülərinə, sürücülük hüququ olmayan şəxslərə paytaxtın müxtəlif təbəqəsindən olan əhalinin daşımasını etibar etmək suallar yaradır. Avtobus sürücülərinin sükan arxasında sərxoş olma, avtobusları (avtomobilləri) sürücülük vəsiqəsi olmadan idarəetmə hallarına da rast gəlinir. Avtobus salonunda ifrat natəmizlik, epidemiya mənbəyi olan antisanitariya əlamətləri paytaxt sakinlərində əsaslı narazılıq yaradır.
Faktların təsdiqi və yaxud aradan qaldırılması üçün nəqliyyat nazirliyinin məsul işçilərinin müvafiq qurumlarla birgə "sərnişin reydlərinin" keçirilməsi kifayətdir. Avtobusların adi sərnişini kimi bircə dayanacaq qət etməklə mənzərə aydın olacaq. Niyə bunu etmək istəmirik?
Son zamanlar "Bakubus" avtobuslarının xidməti əhali arasında xoş ovqat yaradaraq, nümunəvi xidmət diqqət çəkir.
Çox sadə bir düstur da var - sovet düsturu. Məsələn: Sovet Azərbaycanı vaxtında avtobusların ümumi "gecələmə" parkları var idi. Növbədən sonra avtobuslar yuyular və təmizlənərdi. Hətta sərnişinlərin daha çox toxunduğu yerlər yoluxucu xəstəliklərdən qorunmaq məqsədilə spirtlə silinərdi.
Belə qaydaların tətbiqi unudulsa da, bərpa olunacağı təqdirdə sərnişinlər tərəfindən rəğbətlə qarşılanacaq.
Şəhər daxilində böyük, iri inşaat-beton işlərinin intensivliyi də ətraf mühitə və hərəkətin sıxlığına təsir etdiyindən, buna nəzarət mexanizmi yox dərəcəsindədir. İri tonnajlı maşınlar nəqliyyatın hərəkət zolaqlarını hədsiz çirkləndirir, yığışdırmaq isə MİS-in işçilərinə həvalə olunur. Tikinti şirkətləri yollardan qaydasız istifadə etdiyinə görə görk üçün dövlətə cərimələr ödəməli, həmin pulla əvvəlki vəziyyət bərpa olunmalıdır.
Bakı şəhərinin tutumundan çox əhaliyə, tikintiyə, iri-hündür binalara, miqrantlara və avtomobil vasitələrinə malik olmasına baxmayaraq, nəzarət mexanizmi innovativ qaydaların və xidmətlərin tətbiqinə adekvat deyil. Ona görə də yollardakı tıxacların - sıxlığın aradan qaldırılması ciddi qərarların qəbulunu tələb edir.
Son həftə problemin aradan qaldırılması üçün iş vaxtının müəyyən saatlara (8:00-dan, 9:00-dan) bölünməsi, orta təhsil məktəblərində dərslərin saat 8 və 9-dan başlanması təklifləri də səslənir. Bu təklif aktuallığı ilə seçilən problemi həll etməyəcək. Bir neçə il tətbiq etdiyimiz və heç cür öyrəşə bilmədiyimiz saat əqrəblərinin irəli-geri çəkilməsinə bənzər əhəmiyyətini itirəcək.
Bəs nə etmək lazımdır? İlk öncə qanunsuz parklama faktlarına qarşı qətiyyətli olmalıyıq. Bir vaxt yolun sağ və solunda dayanan avtomobilləri təxliyyə etməklə problemin guya həllinə nail olduq, bunun acı nəticələrinin şahidi olduqdan sonra eyni hərəkətlərə "qanuni" don geyindirdik, kiçik ödənişlə (50 qəpik) bankomatlar quruldu. Demək olar ki, şəhərin bütün rayonlarında, yaxın ətrafda belə "parkovkalar" var. Əvvəl qadağan etdik, sonra "yeni formada" bərpa etdik. Absurd çıxış yolu... İndiki vəziyyəti qəlizləşdirən bir səbəb də budur.
Avtomobilin sahibi mülkiyyət hüququna malik fiziki və hüquqi şəxs kimi mülkiyyəti üzərində konstitusion müddəalarla qorunan istifadə və sərəncam hüququ əldə etdiyi üçün qadağan olunmayan yerlərdə maşınını müəyyən vaxt ərzində saxlaya bilər.
Lakin bu ödənişlə olmamalıdır. Bir tərəfdən ölkəyə idxal olunan avtomobillərin sayı artdıqca, alıcıların həmin avtomobillərə sahib çıxmağı ilə "qara günləri" başlayır. İnsanların yaşadığı binanın, işlədikləri müəssisələrin, istirahət etdikləri yerlərin ətrafında maşın saxlaması problemə, başağrıya və streslərə səbəb olur, artıq və yersiz pul ödəməli olursan. Ödənişli dayanacaqlar isə əməkhaqqı ilə uzlaşmır. Şəhərin mərkəzətrafı yerlərində çalışan əhali avtomobillərini yaxın-pullu dayanacaqlarda 8 saat saxlamaq üçün ay ərzində təxminən 100 AZN ödəməlidir.
Pullu dayanacaqlarda parklama haqqı 8 saat ərzində 50 qəpik civarında olmazsa, vətəndaşlar yeraltı dayanacaqlardan istifadə etməyə tərəddüd edəcək. Ona görə də, əksər vətəndaşlar yerüstü "dayanacaqdan" istifadə edərək hərəkətin istiqamətinə mane olur, tıxac yaradır. Bu, mühüm səbəblərdəndir.
Problemin həlli məqsədilə paytaxtın mərkəzinə (taksi və əlillərə aid, tibbi yardım maşınlarından başqa) avtomobillərin girişi ödənişli olmalıdır. Belə yanaşma hərəkət istiqamətində seyrəklik yaradacaq, mərkəzə sarı gedən avtomaşınların hərəkətində tıxac olmayacaq. Londonda 2003-cü ildən başlayaraq bu qayda tətbiq edilir.
Yollarda sıra ilə avtomobillərin dayanması tıxaclara şərait, avtobusların dayanacaqlarda dayanmasına maneə yaradır, şəhərin texniki vasitələrlə yuyulmasına və təmizlənməsinə əngəl olur. Bəlkə də bunun nəticəsidər ki, uzun illərdir sakinlər şəhərin yuyulmasının şahidi olmur.
Tıxacların aradan qaldırılmasına taksilərin sərnişinlərdən alacağı gediş haqqının azaldılması da təsir edə bilər. İri tutumlu avtobusların yox, taksilərin artımına diqqət yetirilməlidir. Məsələn: Nyu-Yorkda və Dubayda taksilər ucuz olduğuna görə daha çox bu nəqliyyat növündən istifadəyə üstünlük verilir.
Moto və velosiped nəqliyyatını inkişaf etdirmək lazımdır. Çində bu cür nəqliyyat vasitələri icarəyə verilir. Bununla da ətraf mühit çirklənmədən qorunur.
Avtomobillərin artımına və ondan istifadəyə qadağalar barədə də düşünməyin vaxtı çatıb. Maşın istehsal etməyən ölkəyə bu qədər maşının idxalına ehtiyac varmı? Yaşayış massivlərində insanlardan çox maşınları sezmək çətin deyil. Özəl binalarda yaşayanların və uşaqların asudə vaxtlarını keçirməsi üçün həyətdə imkan və şərait yoxdur.
Bəzən yeni binalarda maşınların saxlanmasına ayrılan sahə mənzil sahiblərinə satılır və yaxud ödənişlə verilir. Bu, sahibkarların etibardan sui-istifadəsidir.
Göydələn binaların sakinlərinin (uşaqları) açıq havada olmaq imkanı avtomobillərin çoxluğu ucbatından süni olaraq əngəllənir. Binaların park üçün nəzərdə tutulan sahələri sakinlərə satıldığından vəziyyət gərginləşir.
Yollarda bütün hallarda "qırmızı işıqda" sağa, müstəsna halda isə sola dönməyə icazə verilməlidir. Məsələn: Amerikada belə qayda var. İri qabaritli yük maşınlarının mərkəzi küçələrə, xüsusilə dar küçələrə hərəkəti məhdudlaşdırılmalıdır.
Paytaxtın yaşayış məhəllərində yalnız girişə və eyni yolla çıxışa icazə verilməlidir (uşaqları və havanın çirklənməsini nəzərə almaq xatirinə).
Hərəkətin sıxlığı barədə sürücülərə məlumatın öncədən verilməsi çox vacibdir. Məsələn, İtaliyada (Roma şəhərində) 5 milyondan çox sürücünün mobil telefonuna xüsusi proqramlar vasitəsilə belə məlumatlar ötürülür. "Atac Mobil" adlanan bu informasiya ötürücüsünün yollardakı situasiya barədə yeni məlumatları sərnişinlərə və sürücülərə ötürməsilə vaxta və yanacağa qənaət edilir. Azərsell və Baksell xidmət sahələri şit və qeyri-ciddi məlumatlar yerinə faydalı informasiyaların verilməsində maraqlı olmalıdır.
Digər əhəmiyyət kəsb edən və problemin ləğvinə yönələn tədbir alternativ, ödənişli yollardan istifadəyə start verməkdən ibarətdir. Bakı və ətraf rayonların çimərliklərinə, "Sədərək" və "Binə" ticarət mərkəzlərinə maşınların daxil olması ödənişsiz olsa da, çıxışına mütləq mənada "50 qəpik", 1 manat ödənildikdən sonra imkan verilir (Gün ərzində külli miqdarda toplanan məbləğin hara getməsi başqa mövzudur).
Ümumiyyətlə, paytaxtın mərkəzinə yüngül nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoymaq və (məmurların xidməti maşınlarından başqa) komfort "Bakubus" avtobuslardan istifadəyə üstünlük vermək sıxlığın qarşısının alınmasına təsir edə bilər.
Gözəlləşən paytaxtımızın mərkəzindən bütün biznes şəbəkələri və ali təhsil ocaqları şəhər kənarına köçürülməlidir.
Sentyabr ayından iyun ayına qədər tələbələrin nəqliyyat vasitələrindən istifadəsinə saat 8:00-dan 15:00-a qədər məhdudiyyət qoyulmalıdır.
Moskva şəhərində hava gəmisindən - dirijabldan istifadə etməklə şəhərin yollarındakı şəraitə çevik reaksiya verilir, tıxacları seyrəltmək mümkün olur. Faktiki tıxacda ikən streslərə məruz qalırıq, daha çox yanacaq sərf edirik, zərərə uğrayırıq. Udan isə yanacaqdoldurma məntəqələri olur.
Dünya ölkələrində olan metrokörpülərin tikintisinə zərurət yaranır.
- Siqnal fənərliklər sürücülərdə gərginlik yaratdığından, sayı azalmalı, yeraltı və yerüstü keçidlərin (yolların) sayı artmalıdır.
- Hərəkətin intensiv olduğu yerlərdə piyadalar üçün zolaqların çoxluğu da şərtdir. Piyadalar yeraltı və yerüstü keçidlərdən istifadəyə sövq olunmalıdır.
İctimaiyyət heç nəyə, sağında-solunda olan nəqliyyat sıxlığına və həyatları üçün real təhlükəyə əhəmiyyət vermədən ayağını cəsarətlə zolağa ataraq parkda gəzdiyi kimi, əlindəki mobil telefonla əylənərək addımlayır. Məsələn: Heydər Əliyev prospektində və Zabrat yolunda piyadalar üçün zolaqlar tıxac mənbəyidir. Yolun bir tərəfindən digər tərəfə keçən piyadaların arası kəsilmir, onlar tələsmədən hərəkət edirlər. Şütüyən maşınlar isə zolağa yaxınlaşdıqca dayanmalı olur. Beləcə, bir kilometrdən çox hər iki istiqamətdə tıxac yaranır. Gecələr isə işıqların əks vəziyyəti piyadalar üçün kritik durum yaradır. Qarşıdan gələn avtomaşının işığı sürücü üçün piyadanı görünməz edir. O üzdən sağlam şüur piyadalar üçün belə zolaqların olmasına "yox" deyir.
Koroğlu Rəhimov küçəsində H.Əliyev mərkəzinə qədər piyada keçid üçün 6 zolaq var, "ABU petrol"a daxil olmaq üçün qoyulan qırıq xətlər də tıxacın mənbəyidir. Ümumiyyətlə, uzun zaman tıxac olan bu prospektdə hərəkət istiqamətinin əks tərəfinə - "ABU petrol"a dönmək ağıla gəlmir, qayda ləğv olunmalıdır. ABU-ya getmək üçün sürücülərə 3 dəqiqə artıq vaxt sərf etmək yetər.
ABŞ mütəxəssislərinin statistik təhlilinə görə, tıxacda dayanan insanlar il ərzində 11 milyard litr yanacaq işlədir, 4.2 milyard saat vaxt itirir.
Vaxt itkisi baxımından il ərzində 78 milyard dollar civarında ziyan dəyir. Amma real məbləğ daha çoxdur. Bizdə belə statistik təhlil olmasa da, vəziyyət ürəkaçan deyil.
Dünyada ən uzun tıxac Braziliyanın San-Paulo şəhərində (28.09.1996-cı ildə) 242 km olub; 180 km uzunluğunda tıxac İspaniyanın paytaxtı Madrid şəhərində 2005-ci ildə qeydə alınıb. Fransanın Lion şəhərində 1980-ci ildə tıxacın uzunluğu 176 km olub. 2006-cı ildə isə Paris şəhərində tıxacın məsafəsi 130 km olub.
Amma hər bir sürücünün və piyadanın mədəni davranışından da çox şey asılıdır. İstəsək, tıxaclara əngəl ola bilərik. İlk öncə sürücü, piyada və sərnişin kimi özümüzdən başlayaq.
Şəmsəddin Əliyev,
"Polisə Dəstək"
İB-nin sədri 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ