Bazar ertəsi günü, 16 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ağır itki - dəyərli insan, böyük insansevər Hacı Ağamirzə Əhədovun əziz xatirəsinə
Tarix: 23.07.2016 / 01:50
Bölmə: Sosial
Azərbaycanın müstəqilliyə qovuşması, digər sahələrdə olduğu kimi, dinə münasibətdə də böyük dəyişiklik yaratdı. Qadağalardan əziyyət çəkən, öz dini baxışlarını açıq ifadə etməkdən çəkinən insanlar kütləvi şəkildə dinə üz tutdular.
Bunun nəticəsində Allahın göndərdiyi müqəddəs Quranı öyrənib həyatını onun tələblərinə uyğun quran insanlarla yanaşı, insaf, mürvət, ləyaqət, halallıq kimi keyfiyyətlərdən məhrum olan, namaz qılmaqla, oruc tutmaqla özünə cənnəti təmin etdiyini düşünən hacılar(hacı xanımlar) peyda oldu və bu adamlar Allahın kitabını gözdən salmaq üçün hər şeyi etdilər. Bütün bu yaramaz xislətlərdən çox-çox uzaq olan, 1937-ci ilin ağır illərində Ucarın Çiyn kəndində doğulan, min bir əziyyətlə oxuyub təhsil alan, gənclik həyatından ömrünün sonunadək - 2016-cı ilin Ramazan ayına qədər gənclik şəhəri Sumqayıtda yaşayan Hacı Ağamirzə Əhədov isə belə insanları bədbəxt adlandırırdı, onları islah etməyə, doğru yola qaytarmağa çalışırdı. O, həyatda rast gəldiyim ən səmimi, Allaha bağlı insan, dostluğu ilə fəxr etdiyim, xeyirxahlığı ilə məni heyrətləndirən dəyərli iş adamı idi. Heyrətlənməyimin səbəbi onunla bağlı idi ki, çox böyük imkanlara malik adamlar qazanclarının cüzi hissəsini xeyriyyəçiliyə ayırmadıqları halda, Hacı Ağamirzə özünün və yaxınlarının maddi ehtiyaclarının olmasına, sahibi olduğu ticarət mərkəzinin iki dəfə müəyyən hissəsinin yanmasına baxmayaraq, az qala gəlirinin hamısını xeyriyyəçiliyə sərf edirdi.
Əsl Allah adamı idi Ağamirzə kişi. Dinin tələblərini cənnəti təmin etmək üçün yerinə yetirənlərə şeytan deyirdi. Ölümündən bir qədər qabaq görüşmüşdük onunla. Elə bil hiss etmişdi bu fani dünyadan köçəcəyini. Hansı məsələdən danışsa da sözü gətirib dinimizi gözdən salan saxta dindarlara çıxarır və qəzəbini gizlətmirdi. "Bunlar o qədər bədbəxt adamlardır ki, Allahı da aldatmağa, ona da kələk gəlməyə çalışırlar"-deyirdi. "Sən əgər namaz qılıb ləyaqətsizliyi ilə şəhərdə məşhur olan, mərdüməzar, kələkbaz adamlarla yaxınlıq edirsənsə, dünyanın ən allahsız adamısan və cəhənnəm odunda yanmaqdan canını qurtara bilməyəcəksən. Sən əgər var-dövlət naminə kəmağıllığı ilə yanaşı içki, qumar düşkünü, narkoman olan cinayətkar kəsləri dürüst, halal, ağıllı, ləyaqətli, ədalətli insanlardan üstün tutursansa, tamah məqsədilə yaramaz adamlardan istifadə etməyə çalışırsansa, Allahın verəcəyi ağır cəzadan qurtula bilməyəcəksən. Belələri hər yerdə, elə mənim yaxınlarım arasında da var, Təəssüf ki, onları seçmək imkanımız yoxdur. Şəhərdə hamıya kələk gələn, hamıdan tamah məqsədilə istifadə edən bir yaxınımı islah etmək üçün çox çalışdım. Başa düşmədiyini görüb evimdən uzaqlaşdırdım. Övladlarıma da tapşırmışam ki, elə ləyaqətsiz adamlardan uzaq dursunlar, evlərinə yaxın buraxmasınlar. Dinsizlər o qədər də təhlükəli deyil, çünki onlar onsuz da Allahı tanımırlar və heç kim belə adamları ciddi qəbul eləmir. Ancaq özünə dindar deyib hər cür ləyaqətsizliyi edənlər müqəddəs dinimizi hörmətdən salırlar və mən belə adamların dinsizlərdən daha ağır cəzaya "ayiq olduğunu düşünürəm" - deyirdi. Övladlarını bir-birindən ayırmasa da, belə söhbətlər zamanı mükəmməl dini təhsil almış oğlu Nemandan böyük heyranlıqla danışırdı. "Sevinirəm ki, o, "Quran-Kərim"in 86 surəsini əzbər bilir, özü də Quranın tələblərinə təkcə əməl etmir, hamıdan bunu tələb də edir. Çox xoşladığım bir yaxşı sözü var - "məni vursan dözərəm, amma dinimə sataşsan, Qurana xəyanət etsən, səni bağışlamaram". Bir neçə dəfə təkid etdim ki, elmi iş yazsın, ilahiyyat üzrə müdafiə eləsin, razı olmadı. "Mən Ziya Bünyadov, Vasim Məmmədəliyev, Sabir Həsənli kimi elm adamı ola bilmərəm, yarımçıq alimlərin cərgəsinə isə qoşulmaq istəmirəm. Onsuz da saxta alimlər ilahiyyatçılığı pis günə qoymaq üçün əllərindən gələni edirlər" - dedi. Allah hamıya belə oğullar qismət eləsin!".
Uzun illər şəhərdə yaşamasına baxmayaraq, o, doğulduğu kəndə, elinə-obasına vurğun bir insan idi. Kəndində gözəl bir məktəb tikdirmişdi Ağamirzə müəllim. "Elm çox vacibdir" - deyirdi. Nemanın sözlərinə haqq qazandıraraq Azərbaycan elminin indiki durumundan narahatlığını da gizlətmirdi. "Xalqımıza şərəf gətirən böyük alimlərimiz var. Elm müqəddəs sahədir, onun zibillənməsinə imkan verilməməlidir, bu məbədə müxtəlif yollarla şan-şöhrət xətrinə elmə daxil olmuş, elmdən uzaq adamlar ifşa olunmalıdır. Bu adamların elmi işləri vicdanlı, dürüst alimlər tərəfindən yoxlanmalı, elmi işlərini özü yazmayan, doktoru olduğu sahədən anlayışı olmayanların alim adı əllərindən alınmalı və belələri ali məktəblərdən küçəyə atılmalıdırlar. İmkan verməməliyik ki, saxtakar, bisavad "alimi-biəməllər" övladlarımızı bədbəxt eləsin. Elm təmizlənməsə, müəllimlər savadlı olmasa, Mehriban xanımın yüzlərlə tikdirdiyi, iş adamlarının və mənim də tikdirdiyim məktəbin heç bir əhəmiyyəti olmayacaq".
Möhtəşəm məscid tikdirmişdi Çiyni kəndində Hacı Ağamirzə. Həmişə deyirdi ki, insanlar Allahın qoyduğu hidayət yoluna gəlməlidir, Quranda bizə necə buyrulubsa, elə də yaşamalıyıq. Bəzi dar düşüncə sahibləri "Qurani-Kərim" 1400 il əvvəl nazil olub, bu günün tələblərinə cavab vermir deyirlər. Yalandır. Allahın kitabı bütün dövrlər üçün göndərilib, orda bütün sualların cavabı var. Əgər sən dürüst adamsansa, Allaha sidqi-ürəkdən bağlısansa, istənilən sualının cavabını Quranda tapacaqsan və ona uyğun hərəkət edəcəksən. Yox, halal insan deyilsənsə, tamah, var-dövlət hərisliyi gözünü tutubsa, Allahın qoyduğu yolu unudub, şeytana uyub, əyri yollara düşəcəksən, şərəfsiz adamlarla birləşib axirət üçün gördüyün yaxşı işlərin üstündən xətt çəkəcəksən. Mənim 79 yaşım var, səhhətim də o qədər yaxşı deyil, min bir əziyyətlə yaratdığım bu mərkəzin taleyi məni çox narahat edir. Əvvəlcə düşünürdüm ki, mərkəzə rəhbərliyi oğlanlarımdan ən bacarıqlısı və ədalətinə inandığıma (rəhbərlikdə varisi kimi görmək istədiyi oğlunun adını dedi. Müəyyən səbəblərdən mənim də yaxşı tanıdığım, insanlığına və bacarığına böyük hörmətlə yanaşdığım oğlunun adını çəkmirəm) həvalə edim. Özü bilmədən şəxsiyyət vəsiqəsini aldım, notariusla danışdım, sonra ona bu barədə fikrimi təklikdə çatdırdım. Ancaq bu məsələyə etiraz etdi və bildirdi ki, mən bərabərlik istəyirəm. Ailəmizi yığib mənim haqqımda fikirlərini çatdırmağın kifayətdir. Mən bu haqqında geniş düşündüm, sonda "Qurani-Kərimə" müraciət etdim. Qərara gəldim ki, belə etməyim. Balalarımın hamısı mənimçün eynidir, hamısının qabiliyyəti, bacarığı, insani keyfiyyətləri eyni olmasa da! Mənim bir ata kimi xoşbəxtliyim ondadır ki, mənim qurduğum işi daha da böyüdəcək, irəliyə aparacaq ümidgahım var. Fikrim budur ki, yaxın zamanlarda bütün övladlarımı toplayıb öz qərarımı açıqlayım və onun ətrafında birləşməyi vəsiyyət edim. Belə olsa, mən missiyamı başa çatmış sayaram və dünyadan rahat köçə bilərəm. Bu söhbətdə danışdığı ovladının ış yerində və cəmiyyətdə də çox hörmət, mədəniyyət və nüfuz sahibi olduğunu söylədim və dedim ki, ataların əbədiliyi övladı və ya övladlarının onun adını, şərəf, ləyaqətini qoruyub yaşatmasındadır. Bu sarıdan narahat olmayın, o övladınız sizin adınızı yaşadacaqdır. Təbii ki, birlik olan yerdə güc, ədalət olan yerdə bərəkət olar. Bu söhbətdən çox məmnun oldu və dedi:
- Miras barədə vəsiyyətnamə də yazmayacağam. Əgər Allah Quranda, Nisa surəsinin 11-ci ayəsində (Allah, sizə cocuklarınız haqqında, erkəyə(oğlana), qadının(qızın) hissəsinin iki misli (miras verməyinizi) əmr edər) hər şeyi müəyyənləşdiribsə, mən niyə onun buyruğundan kənara çıxım, Allahın iradəsinə müdaxilə edim".
Doğulduğu kənddə yüksək səviyyədə Bayraq meydanı saldırmışdı. "Bayrağımız müstəqil dövlətimizin rəmzidir və biz insanlar da ona hörmət tərbiyə etməliyik. Bu bayrağı yenidən qaldıran Ulu Öndəri unutmamalıyıq, onun bizim bu günümüz naminə çəkdiyi əzabları yaddan çıxarmamalıyıq" - deyirdi. Ulu Öndər Heydər Əliyevdən danışanda gözləri dolar, onunla görüşlərindən heyranlıqla danışardı.
Son vaxtlar çox kövrək olmuşdu. Bəzən çəkdiyi çətinliklərdən, bəzən övladlarından, bəzən də böyük heyranlıq duyduğu Ulu Öndərdən danışanda kövrəlirdi.
Ayrıldıq. Bu mənim onunla son görüşüm oldu. Telefonuna dəfələrlə zəng etsəm də cavab verən olmadı. İş yerinə getdim, əvvəl Türkiyəyə, sonra İsrailə müalicə üçün getdiyini dedilər.
Sonra ölüm xəbərini eşitdim. Mən müdrik məsləhətlərinə, söhbətlərinə böyük ehtiyac duyduğum əziz dostumu, Azərbaycan isə böyük xeyriyyəçini, dövlətçiliyə, Heydər Əliyev kursuna sadiq dəyərli bir şəxsiyyəti, əsl Allah adamını itirdi. Həyatı bir nümunə məktəbi olmaqla bu cismani gedişi, sayını bilmədiyim insanlara maddi, mənim mənəvi dünyama isə çox ağır bir itgi oldu. Allah rəhmət eləsin!
Sarvan KƏRİMOV
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
Tarix: 15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
Tarix: 14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
Tarix: 14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
Tarix: 13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
Tarix: 13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
Tarix: 13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
Tarix: 13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
Tarix: 13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
Tarix: 13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
Tarix: 13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Tarix: 13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...
Tarix: 12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...
Tarix: 12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
SON XƏBƏRLƏR
15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...
15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
- Prezident
15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi
15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib
15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı
– qırıcılar havaya qaldırıldı...
15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq
- razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...
15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır"
- Media və Yayım Şurası
15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...
15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı...
Uşaqların sənədləri illər sonra dəyişdirildi...
15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir
- Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...
15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı...
Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...
15.11.2026 / 13:14
İranın nə qədər raketi var?...
ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...
15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq
- Azərbaycanı nələr gözləyir...
15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...
15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...
15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi
15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib
15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək
– Ağ Evdə qapalı müzakirələr gedir...
15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib"
- Vüqar Rəhimzadə
15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...
14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun
- Zelenski detalları açıqladı...
14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı
14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi
- icazə vermirlər...
14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək
– tarix açıqlandı...
14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq”
- Paşinyan
14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...
14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...
14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı
14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı
İFŞA OLUNDU...
14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...
14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı
14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı
- naməlum dron ordunu ayağa qaldırdı...
14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...
14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...
14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu
13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı
- sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...
13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi
- xəstəxana və banklar təhlükədə...
13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...
13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi
- Moldovanın parçalanması da gündəmə gətirildi...
13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
- FOTO
13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir...
Qəribəlik...
13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər
- NATO-ya dağıdıcı təhlükəsi...
13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı
- VİDEO
13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...
13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...
13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri
- Dublin zirvəsi perspektivi göstərdi...
13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı
13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir
- Əliyev Avropa zirvəsində...
13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi -
uğursuzluğun səbəbi...
13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar -
Rusiyadan gələcək təhlükələrə qarşı
13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi
- "Kabinetimə gəlib ağlayırlar"
13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb....
Niyə?
13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?”
– Anar parlamentdən kömək istədi...
13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...
13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb -
hələlik kənar müdaxilə yoxdur...
13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?
13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində -
ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...
13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...
13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...
13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir:
“paket maaş” ın taleyi həll olunur...
13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...
13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi
- İranla yeni müharibəyə hazır olun...
13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı
13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ