Bazar ertəsi günü, 16 noyabr 2026
     

Nikah, boşanma və aliment...

Image


İnsan cəmiyyətini ailəsiz təsəvvür etmək qeyri-mümkündür. Ailənin mövcudluğu tarixən bioloji və sosial səbəblərlə şərtlənmişdir. Ona görə də ailə istənilən ictimai sistemin mühüm elementi kimi qəbul edilmiş, dövlət ailə məsələlərinin hüquqi tənzimlənməsindən imtina edə bilməmişdir. Amma nə etmək ki, ailənin ömrü həmişə insanın ömründən qısa olmuşdur.
Bəzən insanlar yaşadıqları həyatı dövründə bir, iki, üç və daha çox ailə münasibətlərinə daxil olsalar da, ailəni - kiçik dövləti idarə etməkdə bacarıq və qabiliyyətləri çatmır. Necə deyərlər, nikahın, ailənin məsuliyyətini anlamayan cütlüklər qısa müddətdən sonra məhkəmələrə üz tuturlar. "Utanmasan oynamağa nə var ki?" zərb-məsəlinə rəğmən, ailə qurmazdan öncə hər iki tərəf yüz ölçüb bir biçməlidir ki, gələcəkdə peşmançılıq olmasın.
Təbii, heç kim "daha bir yerdə yaşamaq mümkün deyil" situasiyasına düşməkdən sığortalanmayıb. Amma ilk öncə nikahın pozulması təşəbbüsündə kişi bulunarsa, düşünməlidir ki, bacısı var, qızı var. Hər xırda, sosial, həzm olunmayan çətinliklərə görə ailə deyilən kövrək ağacı qırıb atmaq birgə taleyə güllə atmaq kimidir. Dağıtmaq çox asan, ailəni qorumaq isə çox çətindir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrində ailə cəmiyyətin əsas özəyi, nikah könüllü razılıq kimi ehtiva edilir. Deməli, cəmiyyət ailələrdən (ailənin üzvlərindən) ibarət olmaqla, bütövlükdə xalqa - hakimiyyətin mənbəyinə arxalanmalı, daha sonra isə dövlətin təməlini təşkil edən vahid yumruqda birləşməlidir. Bu vahidliyi də dövlətin başçısı təcəssüm etdirir. Əgər hər yeni ailə quran tərəflər bu konstitusion müddəanın anlamını başa düşsələr, şübhəm yoxdur ki, boşanma halları azalmağa meyl edəcək.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə 68 985 nikah ittifaqı, nikahın pozulması üzrə isə 12a886 fakt qeydə alınmışdır. Birgə ittifaqın pozulması səbəbləri sırasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il bu səbəbdən 7318 nəfərin nikahı pozulmuş, ailədaxili zorakılıqlar nəticəsində 228, sonsuzluqla müşayət edilən səbəblərdən 609 boşanma faktı qeydə alınmışdır.
Ötən il ərzində ailə xəyanəti üzrə 413, spirtli içkilərə aludəçiliyə görə 369, narkomanlıqla bağlı 171, çətin maddi duruma görə 302, xəstəliklə bağlı boşanmaların sayı isə 224 fakt olmuşdur. Nikahın rəsmi pozulması daha çox 25-35 yaş arasında baş vermişdir.
Haşiyə çıxıram: Keçmiş Azərbaycan Sovet Sosialist Respublikası dövründə kommunist ideologiyası ailəyə çox mühüm önəm verərdi. Əgər kommunist partiyasının üzvü xidməti pilləkənində irəli çəkilirdisə, anket məlumatlarında onun "ailə vəziyyəti" məsələni həm "həll", həm də "rədd" edə bilərdi. Məs: hakim vəzifəsinə irəli çəkilən hüquqşünas subaydırsa, büro "təyinata" yox deyərdi, boşanmışsa bir az da pis. Mənaca ailəsini qoruya bilməyən hakimin sosial ədalətin bərpası üzrə məsələlərə baxmaqda mənəvi haqqı ola bilməzdi. Boşanma məsələlərinə çox həssas və ciddi yanaşılırdı. Hakimlər daha çox ailənin qorunmasına çalışmalıydılar. Kommunist partiyasının bu istiqamətdəki ideologiyası sosial ədalətin bərpasına sanki dəstək verirdi. Partiya üzvlərinin etik davranışları həmişə diqqətdə və nəzarətdə saxlanırdı.
Müasir Azərbaycanın ailə qanunvericiliyində nikahın pozulması barədə ərizə məhkəməyə daxil olduqdan sonra tərəflər boşanmağa razılıq verərsə (himayələrində azyaşlı uşaqları və əmlakın bölünməsi ilə bağlı və s. mübahisələr qalxmırsa) məsələ həllini tapır. Yox, tərəflərdən biri nikahın pozulmasına razı olmursa, hakim 3 ay möhlət verir. Müddət bitdikdən sonra barışıq olmamışsa, hakim nikaha xitam verir (Ailə qanunvericiliyində ata 1 yaşa qədər uşağı olan və hamiləlik dövründə arvadına qarşı nikahın pozulmasına dair iddia verə bilməz). Nikahın bağlanması nə qədər sadə və adi hal kimi tez başa gəlirsə, bir o qədər də məhkəmə baxışı sadə və iyrəncdir. Toy ərəfəsində hər iki tərəfin şahidləri izdihamın gözü qarşısında "parıldayan" barmaqları ilə birgə təsərrüfata imza atırlar, şahidlər isə cütlüyün evliliyinə zamin durur. Amma boşanma prosesində hər iki tərəfin yalnız müdafiəçiləri - nümayəndələri iştirak edir. Bu qədər sadə və adi imiş ailə həyatı. Heyhat, yenə heyhat.
Yenə haşiyə çıxıram: Banklar da kredit verdikləri zaman zaminlik institutundan sui-istifadə edərək kredit alanın imkanlarına baxmadan, zamin varsa krediti verir. Sonra zamin duranı çəkirlər məhkəmələrə. Axı, zamin duranın nə günahı? Pulu alan qalır kənarda, düşürlər zaminin üstünə. Dərd burasıdır ki, Konstitusiya Məhkəməsi də buna aydınlıq gətirmir. Amma nikah bağlanan zaman şahidlik edənlərə qarşı belə tələb qoyulmur. Ailə banklardan azmı əhəmiyyət kəsb edir? Məsələ bununla bitmir. Nikah pozulduqdan sonra azyaşlı uşaqlara, keçmiş arvada (ərə) alimentin kəsilməsi və onun alınması da problemə çevrilir. Alimenti ödəməyənlərə qarşı ciddi mübarizə başlanır. Hüquqi məntiq isə boşanan ərə qarşı yox, boşanmanı doğuran səbəb və şəraitin qarşısını almağa qarşı mübarizənin gücləndirilməsinin tərəfindədir. Bu olmayanda, ikincinin ətrafında çəkilən zəhmət fayda verməz. Bəzən aylar və illlərlə keçmiş ərin (arvadın) doğmaları bir-birilərinə qarşı müxtəlif instansiyalara vaxt aparan vecsiz şikayətlər yazırlar. Deməli, ailə institutu hələ sivil deyil. Cütlüklər, çox vaxt həyatın kal meyvəsi kimi tez dərildiyinə görə, dəyəri olmur.
Boşanmalara təsir edən problemlərdən biri ərin (arvadın) valideyinlərinin, qohumlarının qonaq gəlməsinə, nəvələrlə ünsiyyət saxlanmasına əngəllərin olmasıdır.
Boşanmadan sonra keçmiş ərin heç yerdə işləməməsi alimentin ödənilməsini dayandırmasa da, işləməyən (iş tapa bilməyən) aliment ödəyicillərinin bacarıq və peşəsinə uyğun işlə təmin olunmasının qayğısına qalmaq lazımdır. Alimenti ödəyə bilməyənləri inzibati qaydada həbs etmək və yaxud onun əmlakının aliment xətrinə hərraca çıxarılması alimenti ödəməyənlərə qarşı mübarizə üsulu və vasitəsi deyil. Bu cür yanaşma narkoman vətəndaşın müalicəsi əvəzinə onu həbs etməyə bərabərdir.
Qənaətimə görə, hökumətin alimentlə bağlı fondu olmalı, obyektiv səbəblərdən alimentə ehtiyacı olan ailələrin ehtiyacını bu fondan ödəməklə sivil, demokratik və hüquqi dövlətin ümumi prinsiplərinin canlı təcəssümü olardı.
Narkomanı həbsxanada saxlamaqla müalicə olunmadığı kimi, alimenti ödəməyəni də azadlıqdan və yaxınlarından, iş tapmaq imkanlarından məhrum etməklə alimenti alan arvada heç nə verilmir (heç nə qazanmır).
Digər problem, nikah pozulduqdan sonra ərin və yaxud arvadın uşaqlarla ünsiyyət saxlaya bilməməsidir. Qanun bu məsələni hüquqi baxımdan tənzimləsə də, tərəflərin həddini aşması, qanunlara arxa çevirməsi ədavəti qızışdırır. Uşağın atasız (anasız) böyüməsi orta məktəbdə, institutda "valideynsiz uşaq" təəssüratını bağışlayır. Belə hallar uşağın tərbiyəsinə hədsiz dərəcədə sarsıdıcı təsir edir. Yeniyetmə ətrafına laqeyd, qayğısız, mərhəmətsiz olur. Vətən sevgisi ona yad olur. Ana və ata tərəfdən olan xala, bibi, dayı, nənə və baba məhəbbətləri ona bayağı görünür.
Narahatlıq doğuran başqa hal da var. Gənc cütlüklər boşandıqdan sonra alimentin "davası" bitməmiş tərəflərdən birinin yeni ailə həyatı qurması ilə yeni "dava" başlayır. İkinci ailə həyatından sonra ailə tərkibindəki artım və əhəmiyyətli dəyişikliklər əvvəlki arvada verilən alimentin miqdarının azaldılmasını hüquqi baxımdan zəruri edir. Yenə məhkəmələr.... Faktiki olaraq başqa cür məsələnin həlli mümkün olmur.
Bir məlumatı da qeyd etmək yerinə düşərdi.
Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı statistikada artımla müşahidə edilir.
2015-ci il ərzində boşanmış ailələrdə aliment işləri ilə bağlı faktların sayı 60565-ə çatmışdır.
2015-ci ildə alimentin ödənilməsindən imtinaya görə inzibati məsuliyyətə cəlb edilənlərin sayı 2174 nəfər olmuş, alimentin ödənilməsindən yayınmaya görə cinayət məsuliyyətinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin icra olunmamasına görə) 233 nəfər cəlb edilmişdir.
Nikahın bağlanması təkcə ailə üçün deyil, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Nikahın hüquqi baxımdan rəsmiləşdirilməsi birgə təsərrüfatı fiksə edir, məhz nikah vasitəsilə cəmiyyət ailə-nikah münasibətlərinin inkişafına sosial nəzarəti həyata keçirir. Bəzi sosioloqların və hüquqşünasların təhlilinə görə son zamanlar nikah-ailə sosial institut kimi batan günəşi xatırladır.
Əksər ölkələrin sosioloji təhlili belə deməyə əsas verir ki, qeyri-rəsmi yaşayan cütlüklərin uşaqları dünyaya gəldikdən sonra rəsmi nikaha daxil olsalar da, belə ittifaq uzun sürmür. Böyük Britaniya və ABŞ-da sosioloji tədqiqatların nəticəsinə görə qeyri rəsmi yaşayan cütlüklər hüquqi cəhətdən nikah ittifaqını təsdiqlədikdən sonra birgə müşayiət edilən ailə həyatı, ilk dəfə ailə quran cütlüklərdən o qədər də fərqli olmur.
Boşanma hallarının, alimentlə bağlı müraciətlərin artımı nikahların azalmasına təsirsiz ötüşmür. Belə hallar ailə institutunda böhranın və durğunluğun olmasını təsdiqləyir. Boşanmaların əksəriyyəti yeni nikahlarla davam etsə də, belə ailələrdə qarşılıqlı anlaşma nadir hallarda olur.
Dövlətin və hüququn mövcud olduğu cəmiyyətlərdə nikahın pozulması problemi həmişə və bütün dövlətlərdə olmuş, alimlər məsələnin həlli ilə bağlı həmişə izahlar axtarmış, nikah ittifaqının möhkəmlənməsinə çalışmışlar. Müxtəlif zamanlarda cəmiyyətlərdə boşanma problemləri müxtəlif cür həll edilmişdir. Millətlərin birində boşanma ər və arvadın iradəsindən asılı olurdusa, digərlərində belə halların qarşısını almağa kompleks xəbərdarlıq tədbirlər sistemi həyata keçirilirdi. Lakin elə xalqlar da olub ki, ailə qadınla kişinin ömürlük ittifaqına çevrilmişdir. Ərlə arvadın qəbir evinə qədər olan ömrü onların bir-birilərinə qarşı səbr nümayiş etdirməsi, ailənin qorunmasına dayaq olurdu. Böyük Britaniyada 1857-ci illərdə nikahın pozulması yalnız parlamentin qərarı ilə mümkün idi. Boşanmalarda üstünlük hüququ uzun müddət özünü ər-arvad ittifaqında xoşbəxt hiss etməyən kişilərə verilirdi. Buna rəğmən, XX əsrin ortalarında İngiltərədə boşanmaların sayı 10 dəfə artmışdı.
1947-ci ildən başlayaraq İngiltərədə boşanmalarda daha çox favoritlik edən qadınlar idi. Qanunvericiliyə görə, nikah bağlanandan 1 il sonra onun pozulmasına dair cütlüklərdən biri müraciət edə bilərdi.
ABŞ-da XIX əsrdən başlayaraq boşanma məhkəmə qaydasında pozula bilərdi. Əgər kişinin günahı daha çox sübuta yetirilirdisə, o, uşaqları tərbiyə etmək vəzifəsindən məhrum oluna bilərdi.
Keçmiş SSRİ qanunvericiliyinə görə (1966-cı il), boşanma sadələşmiş prosedurda həyata keçirilirdi. Belə ki, himayəsində azyaşlı uşaqları olmayan ailələrin və hər iki tərəfin (ər və ya arvadın) razılığı nəticəsində nikahların pozulması faktları iki dəfə artdı. SSRİ ABŞ-dan sonra bu sırada ikinci yerdə dururdu.
Hazırda boşanma hallarının qarşısını almaq məqsədilə ABŞ-da - 23 ştatda ər-arvadın qarşılıqlı xəyanətini qadağan edən qanunlar var. Belə qanunlar əhalinin müəyyən qisminin rəğbətindən kənar olsa da, nikahın mühafizəsinə yönəldilmişdir.
İslam hüququ mülki nikahı (kəbinsiz, müasir anlamda qeydiyyatsız) haram edir, hər iki tərəf üçün zinakarlıq hesab edir, doğulan uşaqları isə "vələdə zina" - zinadan əmələ gələn övlad (oğul) kimi dəyərləndirir və belə uşaqların gələcək həyatlarında idarəçiliyi şeytan həyata keçirir.
Boşanma halları faktiki olaraq bütün inkişaf etmiş ölkələrdə baş verir. Avropada nikaha daxil olanların 30%-i boşanma ilə sona çatır, ayrı-ayrı ölkələrdə bu faiz daha çoxdur. Məs: 23 iyun 2016-cı il tarixdə Aİ-dən çıxmağa qərar vermiş Birləşmiş Krallığın əhalisi arasında, İsveçdə, Belçikada bağlanan hər ikinci, Almaniyada hər üçüncü nikah xitamla nəticələnir. Boşanmaların intensiv xarakter daşıması bağlanan nikahların davamlı olmasını ciddi şəkildə əngəlləyir. Ümumilikdə Avropada nikah müddəti cütlük üçün 4 ilə qədər dövrü əhatə edir.
RF-nin statistikasına görə, 1999-2002-ci illər ərzində nikaha daxil olmuş cütlüklərin 60%-i birgə təsərrüfata və ittifaqa xitam vermişlər. Tədqiqatçılar bunu ölkədəki iqtisadi şəraitlə, defolt, doğum ətrafında mövcud siyasətlə bağlayırlar.
XX əsrin ortalarından başlayaraq əhalinin boşanmaya olan münasibəti dəyişib. Əksər insanlar ər-arvad arasında münasibətlərin pozulmasına faciəvi, ləyaqətin və şəxsiyyətin alçaldılması, baş aşağılıq gətirən hal kimi baxmır. Amerika əhalisinin artıq 37%-i boşanmanı adiləşdirib, avstraliyalılar bu mövzunun müzakirəyə çıxarılmasının ümumiyyətlə əleyhinədirlər (əgər uşaqları yoxdursa).
Etiraf etməliyik ki, boşanmanın əleyhinə olanlar da çoxdur. Amerikalıların 37%-i boşanmanı adi hal kimi qəbul edirsə, 42%-i boşanmanı rədd və bunu hər iki tərəf üçün "damğa" (kleymo) hesab edir. Amma uşaqlara olan qayğı və məhəbbətin simvolu olaraq nikahda olan 31%, qadın və kişilərin 28%-i "uşaqların maraqları naminə ailəni qorumaq lazımdır" fikrinə üstünlük verib. Daha maraqlı fikirlər də var:
Rusiyalıların 71% qadınları və 64% kişiləri boşanmanı vəziyyətdən çıxış yolu hesab edir. Ailənin sonrakı inkişafı mümkün deyilsə, uşaqların tərbiyəsi ilə iki nəfərin məşğul olmasına ehtiyac varsa belə, bir nəfər də bu işin öhdəsindən gələ bilər - qənaətinə gəlirlər. Britaniyalıların 63%-i bununla razılaşır.
Nəticə etibarilə sosioloq və hüquqşünaslar boşanmanı sosial institutun yoxa çıxması və nikahın böhranı adlandırmışlar. Boşanma ailə-nikah münasibətlərinin ayrılmaz atributudur. Digər tərəfdən, boşanma müasir ailə-nikah sisteminin mühüm elementi kimi, real, bərabər hüquq və azadlıqlara malik cütlüyün (iki cinsin) xarakterindən, iradə zəifliyindən irəli gələn sosial bəladır.
Qənaətimə görə, boşanma hallarından qaçmaq da mümkündür. Buna təsir edən faktorlar cəmiyyətin mikro və makro səviyyəsinin fəal tendensiyalarının məhsuludur.
Şəhər əhalisinin yüksələn xətlə artımını bu faktorların sırasına daxil etmək olar. Tədqiqatlara görə, kənd əhalisiini 50%-i şəhərlərdə həyat sürür. Necə deyərlər, şəhərdə yaşayanların 50%-ni kəndlərdən gələnlər təşkil edir. Amma qaydalara görə, bu tərkib 10-15%-dən artıq olmamalıdır. Şəhər sakinləri qonaqlar hesabına artdıqca sosial nəzarətin dairəsi daralır. Şəhər həyat tərzinə sahib olma cəmiyyətdə bəzən normaların məcrasından çıxmasına, dəyişilməsinə, dəyərlərin itməsinə gətirib çıxarır. Bu, şəxsiyyətə və cəmiyyətə təsirsiz ötüşmür. Zənnimcə, böyük şəhərlər cəmiyyət üçün bəlalar gətirir. Boşanma və cinayətkarlıq belə bəlalardandır. Bu səbəbdən kənd yerlərindəki boşanmaların sayı şəhərdə baş verənlərlə müqayisə oluna bilməz. Şəhərdə boşanma həyat norması kimi artıq qəbul olunur. Bu hal şəhər həyatının 50%-ə qədərini təşkil edən kəndlilərə təsir edir, ictimai nəzarət və qınaq əhəmiyyətini itirir, qonşunun, qohumun qızı ilə nikaha daxil olanlar şəhərdəki həyat tərzindən sonra boşanmaya adi hal kimi baxır, onu özünə ar bilmir, heç kimə əhəmiyyət vermədən həyatını yaşayır. "Mən azad və müstəqiləm" deyir. Bu baxımdan boşanma həyatın normasına çevrilir (çeviririk).
Qadınların iqtisadi və sosial baxımdan kişidən asılı vəziyyətdə qalması da boşanmaya imkan verən problemlərdəndir. Təhsil səviyyəsinə görə fərq, qadınların işə az cəlb olunması, məşğulluq məsələsinin həllində yubanmalar da səbəblərdəndir. Bəzi halalrda isə cütlüklərdə emosional vəziyyət, təhsilin səviyyəsi, iqtisadi ehtiyatların olmaması boşanmalara təsir edir.
Bəzi alimlərin araşdırmaları belə qənaətə gəlməyə əsas verir ki, 20-30 yaşda bağlanan nikah o qədər də stabil olmur. 20 yaşa qədər bağlanan nikah ittifaqı sosial baxımdan "kal meyvə" kimi, məsuliyyət hissi aşağı olduğuna görə o qədər də uğurlu olmur.
Digər tədqiqatçı alimlərin nəzərinə görə, 30 və 30-dan yuxarı yaşda bağlanan nikahlar şəxsiyyətin formalaşdığı, həyatı, ailəni anlaya bilən şəxslər arasında bağlandığından uğurlu olur.
Cütlüyün ailə həyatını qohumların, yaxınların məsləhətləri əsasında bağladıqları müqavilələr də bəzən ailə həyatını davamlı etmir. Ər (arvad) bəzən ailə modelini bədii ədəbiyyat əsasında qurur, modelə müxtəlif yanaşmalar ziddiyyətli davranışlarla davam edir. Bəzən də yeni ailə modeli valideynlərin artıq əhəmiyyətini itirmiş ailə modelinə uyğun qurulmadığından uzun sürmür...
Ailədəki büdcənin maddi tələbatın ödənilməsinə cavab verməməsi, aztəminatlı və gənc ailələrə sosial müavinətin ailənin bazar səbətinə uyğun olmaması qadınların bir və ya iki uşaqla boşanmasına zəmin yaradır. Məs: ABŞ-da, Böyük Britaniyada, İsraildə himayəsində azyaşlı uşaqları olan ailələrə ayrılan aylıq yardımın məbləği ailəni saxlamağa kifayət edir. Sosial yardımlar qadına tərəf-müqabili ilə həyat yolunu davam etməyə imkan verir.
Ayrılmış cütlüyün müəyyən yaş həddinə çatmış uşaqları da əksər hallarda həyatını valideynlərinin həyatına bənzər qurur....
Boşanmaya təsir edən faktorlardan biri də cütlüyün nikaha qədər bir-birini qısa vaxt ərzində kifayət qədər tanımamasıdır. Nikahın ilk ayında gənclərdə belə bir fikir formalaşır ki, onların həyatı uzun sürməyəcək, lakin belə düşüncələrdən qurtulmağa qabiliyyət və bacarıqları yetərincə olmur.
Cütlüklərin birində və ya hər ikisində nəslin artırılması üçün fizioloji və bioloji imkanların tükənməsi və ailə xəyanəti boşanmanın təkzibolunmaz faktorlarındandır.
Yalan dünyada həqiqət daha güclü olmalıdır. İnsan özünə xas dəyərlərin qədrini, bu günün yeni və mütləq ideyaların lokomotivi olduğunu bilməlidir. Həyat hər an hər birimizi etibarsızlığa, etimadsızlığa və xəyanətə sürüklərkən özümüzdə güc toplayıb ona "yox" deməyi bacarmalıyıq. Özünütəsdiq yalnız bu proseslərə zidd olanlara qarşı durmağı bacarmaqdır. Çağa səsi gələn hər ocaq dünya səadəti bəxş edən bir saraya bənzər. Onu qorumaqla ailənin davamlılığı təmin olunur.
Hər bir ailənin ssenarisi Aləmlərin Rəbbi tərəfindən yazılır. Səbr edək. Səbr ilə yetişən meyvənin dadı şəkər olur.
Hamınıza Allah səbr versin!!!
Şəmsəddin Əliyev,
hüquqşünas-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ