Bu il Azərbaycanda Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı artıb. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov APA-ya açıqlamasında bildirib ki, ötən il həftədə 50 nəfər mərkəzə müraciət edirdisə, indi həftədə 100-dən çox müraciət daxil olur.
Onun sözlərinə görə, müraciətlərdə depressiya halları üstünlük təşkil edir: "Bütün dünyada olduğu kimi Azərbaycanda da depressiya halları kişilərə nisbətən qadınlar arasında üstünlük təşkil edir və 2 dəfə çoxdur. Bunun da səbəbləri qadınların daha emosinal, həssas olması, daha çox zorakılıq və digər hallarla qarşılaşmasıdır”.