Bazar ertəsi günü, 16 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Elm və təhsilin inkişaf etdirilməsi
Tarix: 23.06.2016 / 02:26
Bölmə: Sosial
Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olub. Gənc nəslin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Ola bilsin ki, bəzi cəmiyyətlər təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edə bilməsin, ancaq hamı təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edir.
Təhsilin əhəmiyyəti bir çox amillərlə bağlıdır. Məsələn, aydındır ki, uşaqlar həyata ilk addımlarını atanda oxunu, yazını və hesabı bilmir, yaşadıqları icmanın və toplumun əxlaq normaları və mədəni nailiyyətləri haqqında xəbərsiz olur. Peşəkar müəllimlərin səyləri və ailədəki təlim-tərbiyənin, həmçinin, müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamağı, öz ətraf mühitini, əxlaq-davranış normalarını öyrənir. Bəziləri bu bacarıqları digərlərinə nisbətən daha dərindən qavraya bilir və beləliklə, təhsil sistemi əslində ictimai çeşidləmə funksiyasını da yerinə yetirərək fərdlərin gələcək iqtisadi taleyinə böyük təsir göstərir.
Təhsil dedikdə yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili nəzərdə tutulmur. Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir. Başqa sözlə, təhsil fərdlərə ötürdüyü əsaslı bilik və bacarıqlarla onların öz arzu və amallarını necə ifadə etməsini və həyata keçirməsini müəyyənləşdirir, həm də onları öz icmalarının həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir.
Ölkənin inkişafı təhsildən asılıdır
Hər bir ölkənin inkişafının uğurlu olması bir neçə əmsalla qiymətləndirilir. Buraya sağlamlıq, savadlılıq, təhsil səviyyəsi və iqtisadi imkanları əks etdirən göstəricilər daxildir. Bu əmsallar içərisində hər bir ölkənin təhsil səviyyəsinin hansı göstərici ilə ifadə olunması çox mühüm rol oynayır.
Elm və təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq, münasibətləri və dəyərləri əldə etmək üçün imkan yaradan əsas faktorlardan biridir.
Elm və təhsil bu gün təkcə cəmiyyətin mədəni inkişafına, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşmasına xidmət etmir, həm də qədim dövrlərdən bəri ictimai təsisatların aradan qaldırmağa çalışdığı mənfi tendensiyaların, ibtidai təfəkkür aktlarının, demək olar ki, heç bir inzibati müdaxilə olmadan önlənməsinə şərait yaradır. Elmin, təhsilin hər kəsə məlum olan nailiyyətlərini hələ bir kənara qoyaq, faktlar sübut edir ki, elm-təhsil səviyyəsi yüksək olan ölkələrdə hətta cinayət halları belə nadir hallarda baş verir və bu xoşagəlməz hallara qarşı mübarizə də sivil qaydalarla aparılır.
Müasir dövrdə davamlı inkişaf və təhsil sistemini ayrı-ayrı mövzular kimi deyil, vahid bir sistem kimi nəzərdən keçirmək lazımdır, çünki davamlı inkişafı təmin edən əsas vasitələrdən ən əsası hər bir ölkənin inkişaf etmiş təhsil sistemidir. İnkişaf etmiş ölkələrdə sosial institutların gələcək inkişafı keyfiyyətli təhsillə bağlıdır. Məsələn, Yaponiya hökumətinin illik hesabatlarının birində deyilir: "...Yaponiya öz yeni texnologiyalarının inkişafını təhsilin daha yüksək səviyyəsində və ölkənin yeganə sərvəti olan yapon xalqının intellektual səviyyəsinin artmasında görür. Bütün bunlar yapon iqtisadiyyatının mövcudiyyətinin və inkişafının əsasıdır".
Respublikamızda da təhsilin inkişafı daim diqqət mərkəzində olub. Xüsusən müstəqilliyini bərpa etdikdən sonra ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablonlardan azad edilərək müasirləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olmaqdır.
Bu gün Azərbaycanın elm və ali təhsil sahəsində əldə etdiyi nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda bu sahədə gördüyü işlər dayanır. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sovet dönəmində beş yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə çatıb. Azərbaycanlı tələbələrin SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsi respublikada elm və təhsilin paralel inkişafında öz sözünü deyib. Müstəqillik illərində dahi rəhbərin yenidən hakimiyyətə gəlişi isə təhsil və elm sahəsinə ikinci bir həyat bağışlayıb.
Ölkə başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və 50 ildən, 100 ildən sonra tükənə bilər, ölkə iqtisadiyyatı tükənməz sərvət olan elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya məqsədlərini əsas götürən dövlət proqramları qəbul edilib, bu məqsədlərə doğru addımlar ardıcıl xarakter alıb.
Prezidentin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" da bu sahədə qəbul edilən tarixi qərarlardan biridir. Belə mühüm bir dövlət sənədinin qəbulu ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ali təhsilimizin inkişafı ilə bağlı yazılarında müasir və innovativ təhsil standartlarının ölkəmizdə bərqərar edilməsi, beynəlxalq aləmdə Azərbaycan təhsili və elmini təmsil edə biləcək gənc kadrların hazırlanması, onların potensialından düzgün istifadə olunmasını vurğulayıb.
Məlumat üçün bildirək ki, ölkə başçısının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında strateji hədəflərdən biri də müasir təhsil sisteminin formalaşdırılmasıdır. 2013-2020-ci illərdə təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək.
Son illər təhsil sistemində aparılan islahatlar, yeniliklər elm və təhsilin inkişafında, ziyalı kadrların yetişməsində müsbət təsirini göstərib, gənc nəslin vətənpərvər, geniş dünyagörüşlü, hərtərəfli formalaşmasında mühüm rol oynayıb. Dünyanın mütərəqqi təhsil modeli olan kurikulum artıq bir neçə ildir Azərbaycanda da tətbiq olunur və öz müsbət nəticəsini göstərir. Kurikulumun tətbiqi ölkə təhsilində bir sıra yeniliklərə imza atıb. Artıq müəllimlər şagirdlərə nəzəri bilik vermir. Kurikulum sayəsində şagirdlərin dərsə olan marağı daha da artıb.
Tədris ilinin uzadılmasına ehtiyac varmı?
Amma bununla yanaşı, təhsil sistemində bəzi nüanslar var ki, onlar narazılıq yaradır. Məsələn, 12 illik təhsil sisteminə keçid və tədris ilinin vaxtının uzadılması. Mütəxəssislərin bir qismi hesab edir ki, tədris ilinin uzadılması təhsilin xeyrinə olacaq. Digərləri bunun əksini düşünür.
Təhsil Nazirliyinin nümayəndələri bildirir ki, tədris ilinin uzadılması qərarı şagirdlərin xeyrinədir: "Təhlillərimiz onu göstərir ki, orta təhsildə ən az dərs həftəsi Azərbaycanda tətbiq olunur. Bir çox ölkələrdə hətta bizim dərs müddətindən bir ay artıq, 15 gün, 20 gün çox dərs günü tətbiq olunur. Nəzərə alsaq ki, dərs ilinin sonunda da bütün orta məktəb şagirdlərinin dərslikləri geri alınır və dərsliklər geri alındığı üçün onların əlində keçdikləri sinfin materiallarını təkrarlamaq üçün heç bir vəsait qalmır, artırılan 15 gün bu baxımdan da əhəmiyyətlidir. Həm də bizdə bir tədris ilinin müddətində olan bayramların sayı çox olduğu üçün dərs həftələrinin sayı xeyli azalır. Buna görə də bu şəkildə dərs müddətinin uzadılmasının əhəmiyyəti var. Bunun şagirdlərə və müəllimlərə bir o qədər ziyanı yoxdur".
Ancaq bir qisim ekspertlər isə hesab edir ki, may ayından sonra uşaqlar onlara öyrədilən proqramı qavraya bilmir. Həmçinin, isti yay günlərində uşaqların günün altında məktəbə getməsi onlara fizioloji olaraq mənfi təsir göstərir. Bu səbəbdən də dərs ilinin uzadılmasına ehtiyac görmürlər. Hətta tədris müddətinin, illər öncə olduğu kimi, sentyabrın 1-də başlayıb, may ayının sonunda bitməsini təklif edirlər.
Təhsilə göstərilən diqqət...
Azərbaycan təhsilinə göstərilən diqqət göz qabağındadır. Belə ki, Prezident İlham Əliyevin imzaladığı "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sənəd bu baxımdan əhəmiyyətlidir. Stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, akademik İsa Həbibbəyli bizimlə söhbətində bildirdi ki, bu gün dövlətimizdə təhsilin inkişafına göstərilən yüksək diqqət həm də Azərbaycanın dünya miqyasında tanıdılmasına, öz layiqli yerini tutmasına xidmət edir: "Bu məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi gəlirlərə bağlamır, eləcə də mövcud resurslarını güclü insan kapitalının formalaşdırılması yönümündə qurur. İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, elmi intellektual tərəqqiyə nail olunub.
Bu gün Azərbaycanda milli maarifçilik ənənələri saxlanmaqla dünya təhsil sisteminə inteqrasiya prosesi gedir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ilbəil artırılması bu sahənin keyfiyyətcə yenilənməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə imkan verir. Ötən müddətdə təhsil sahəsində çalışanların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması da bu sahəyə xüsusi qayğının təzahürüdür".
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
Tarix: 15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
Tarix: 14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
Tarix: 14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
Tarix: 13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
Tarix: 13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
Tarix: 13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
Tarix: 13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
Tarix: 13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
Tarix: 13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
Tarix: 13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Tarix: 13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...
Tarix: 12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...
Tarix: 12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
SON XƏBƏRLƏR
15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...
15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
- Prezident
15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi
15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib
15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı
– qırıcılar havaya qaldırıldı...
15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq
- razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...
15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır"
- Media və Yayım Şurası
15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...
15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı...
Uşaqların sənədləri illər sonra dəyişdirildi...
15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir
- Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...
15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı...
Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...
15.11.2026 / 13:14
İranın nə qədər raketi var?...
ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...
15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq
- Azərbaycanı nələr gözləyir...
15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...
15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...
15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi
15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib
15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək
– Ağ Evdə qapalı müzakirələr gedir...
15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib"
- Vüqar Rəhimzadə
15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...
14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun
- Zelenski detalları açıqladı...
14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı
14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi
- icazə vermirlər...
14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək
– tarix açıqlandı...
14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq”
- Paşinyan
14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...
14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...
14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı
14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı
İFŞA OLUNDU...
14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...
14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı
14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı
- naməlum dron ordunu ayağa qaldırdı...
14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...
14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...
14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu
13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı
- sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...
13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi
- xəstəxana və banklar təhlükədə...
13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...
13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi
- Moldovanın parçalanması da gündəmə gətirildi...
13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
- FOTO
13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir...
Qəribəlik...
13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər
- NATO-ya dağıdıcı təhlükəsi...
13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı
- VİDEO
13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...
13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...
13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri
- Dublin zirvəsi perspektivi göstərdi...
13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı
13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir
- Əliyev Avropa zirvəsində...
13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi -
uğursuzluğun səbəbi...
13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar -
Rusiyadan gələcək təhlükələrə qarşı
13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi
- "Kabinetimə gəlib ağlayırlar"
13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb....
Niyə?
13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?”
– Anar parlamentdən kömək istədi...
13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...
13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb -
hələlik kənar müdaxilə yoxdur...
13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?
13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində -
ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...
13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...
13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...
13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir:
“paket maaş” ın taleyi həll olunur...
13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...
13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi
- İranla yeni müharibəyə hazır olun...
13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı
13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ