Bazar ertəsi günü, 16 noyabr 2026
     

İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında azərbaycançılıq nümunələri təqdim etdi...

Image


Bu ayın əvvəllərində Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının əhəmiyyəti haqqında geniş və ətraflı danışılmalıdır. Dünyanın dörd bir yanından doğma ata ocağına gələn azərbaycanlılar ölkəmizdə baş verən sosial-iqtisadi yüksəlişdən böyük qürur duyduqlarını dilə gətirdilər. Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının IV Qurultayı bütün dünyada yaşayan azərbaycanlıların müstəqil dövlətimiz ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultayın açılışında söylədiyi nitq dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılanıb. Ölkə başçımızın qurultayda söylədiyi nitqin böyük əhəmiyyətini qeyd edən Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov IV Qurultayın rolundan və Prezidentin xaricdə yaşayan azərbaycanlılara ünvanladığı milli birlik mesajından danışıb. İ.İsmayılov qeyd edib ki, Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir: "Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürüb. Milli həmrəylik nümayişinin yüksək zirvələrindən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olub. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi üçün şərait yaradıb. Ulu öndərin diaspor quruculuğu siyasətini son 13 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 27 iyul 2004-cü ildə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkib. Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı, eləcə də dövlət dəstəyi ilə 2006-cı ilin iyun ayında Dünya Azərbaycanlı Ziyalılarının Forumu, 2007-ci ilin mart ayında Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı keçirilib.
Azərbaycana strateji müttəfiq olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də xüsusi diqqət mərkəzində olub. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I forumunun keçirilməsi, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının təşkili birgə əməkdaşlıq sahəsində yeni imkanlar açıb.
2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapıb.
Nəhayət, dövlət rəhbərinin müvafiq sərəncamları ilə 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayı və 2016-cı ildə - cəmi bir neçə gün əvvəl IV qurultayı keçirilib. Sonuncu qurultay təsdiqləyib ki, görülən uğurlu işlərə baxmayaraq, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli iş görülməlidir. IV qurultay bu vəzifələrin uğurla reallaşdırılması baxımından əhəmiyyətli olub".
İ.İsmayılov bildirir ki, qurultayın yekunları göstərir ki, ötən illərdə xaricdə yaşayan azərbaycanlıların konsolidasiyası istiqamətində uğurlu nəticələr əldə olunub, diaspor təşkilatları arasında əvvəllər mövcud olmuş dərin fikir ayrılıqları, ziddiyyətlər, demək olar ki, aradan qalxıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında bununla bağlı deyib: "Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-birilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur".
Dövlət başçısı İlham Əliyev sonuncu qurultayda bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirib. Son illər Cənubi Qafqazda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ermənilərin ifşası baxımından tarixi faktlara istinad olunmasını vacib məsələlərdən biri kimi müəyyənləşdirib: "Bu gün onlar müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin".
Sonuncu qurultayın mühüm qərarlarından biri də budur ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti daha da gücləndirilməlidir. Çünki bu gün bədnam erməni lobbisi xüsusilə də Avropa ölkələrində Türkiyəyə və Azərbaycana qarşı fəal iş aparır. Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanımaq barədə qərəzli və əsassız qərarı da bunun bariz nümunəsi olub. Göründüyü kimi, bədnam erməni lobbisi və diaspor təşkilatları Türkiyəyə qarşı hazırladıqları "4T" (təbliğat, tanınma, təzminat, torpaq) planını müxtəlif vasitələrlə həyata keçirməyə çalışırlar. Onların neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsinə ciddi ehtiyac var. Bunun üçün ilk növbədə Ermənistanın işğalçılıq siyasətini beynəlxalq hüquq səviyyəsində təsdiqləyən BMT-nin 4 məlum qətnaməsinin icrası gündəmdə saxlanmalıdır.
Fikrimizcə, qondarma erməni soyqırımı iddialarına ən tutarlı cavab həm də ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırımı faktlarının dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasıdır. Biz bununla ermənilərin "soyqırıma məruz qalan" deyil, soyqırımı törədən bir xalq olduğunu dünyaya göstərməliyik. Bu baxımdan ictimai əsasda fəaliyyət göstərən Heydər Əliyev Fondunun son 12 ildə milli həqiqətlərin, ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər.
Ümumilikdə dövlət başçısının IV qurultaydakı çıxışını Azərbaycan diasporunun uzunmüddətli dövr üçün fəaliyyət proqramı kimi dəyərləndirmək lazımdır. Cənab İlham Əliyev çıxışında ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqini; azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirakını, habelə qanunverici və icra orqanlarında təmsilçiliyini; azərbaycançılıq məfkurəsini, ana dilini, tariximizi, mədəniyyətimizi, adətlərimizi dərindən mənimsəmələrini; diaspor təşkilatlarımız arasında sağlam rəqabət və əməkdaşlıq mühitinin möhkəmləndirilməsini, ziddiyyətli məqamların tamamilə aradan qaldırılmasını; bədnam erməni lobbisinə qarşı əks-təbliğat işinin gücləndirilməsini prioritet məsələlər kimi önə çəkib.
Dövlət başçısının xarici mətbuatla işin müasir tələblər səviyyəsində qurulması ilə bağlı tövsiyələri də yeni dövrün reallıqları ilə şərtlənir. Cənab İlham Əliyevin bununla bağlı fikirləri perspektiv üçün diaspor işinin əsas hədəflərindən biri olmalıdır: "...Xarici media qurumları ilə işimiz o qədər də yaxşı qurulmayıb. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə iş aparılmalıdır. Çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar".
Diasporumuzun güclənməsində, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan və işləyən gənclərin də potensialından istifadə etməliyik. Respublikanın Avropaya inteqrasiya yolu seçməsi xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayının ildən-ilə artmasına imkan yaradıb. Bu isə gələcəkdə güclü diasporun formalaşması üçün etibarlı bünövrə rolunu oynayır.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin diaspor təşkilatlarının təmsilçilərinin gərgin əməyini daim yüksək dəyərləndirir. Sonuncu qurultay zamanı ölkə başçısının müvafiq sərəncamları ilə "Tərəqqi" medalına layiq görülənlər və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv təyin olunanlar sırasında olduğumu dərin minnətdarlıq hissi ilə vurğulamaq istərdim. Bu yüksək etimad ictimai təşkilat olaraq Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) məsuliyyətini daha da artırır. Bu təltifi gələcək fəaliyyətimiz üçün mənəvi stimul kimi qəbul edərək, ölkə başçısının müəyyənləşdirdiyi hədəflər çərçivəsində diaspor və lobbi quruculuğu işinə öz layiqli töhfələrimizi verməyə, səylərimizi daha da gücləndirməyə çalışacağıq.
Onu da bildirək ki, ATXƏM hər il Xocalı soyqırımı ərəfəsində Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edərək erməni lobbisinə qarşı fəal iş aparır. Artıq bir neçə ildir ki, təşkilatımız "Xocalıya ədalət!" layihəsi çərçivəsində Avropanın siyasi mərkəzlərindən olan Fransanın Strasburq şəhərində Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iştirakı ilə yürüş-mitinqlər təşkil edir. Soyqırımın 25 illiyi ilə əlaqədar bu etiraz tədbirlərini 2017-ci ildə Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində - Avropa Parlamenti önündə keçirmək niyyətindəyik.
Sonda vurğulamaq istərdik ki, Dünya Azərbaycanlılarının III Qurultayından ötən beş il müddətində Azərbaycan inkişaf etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi, siyasi, iqtisadi, struktur islahatlarının keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb. Bu müddətdə, təbii ki, Azərbaycan diasporu da inkişaf etmiş, təşkilatlanmış, birləşmək, "çəkici bir yerə vurmaq" istiqamətində nailiyyətlər qazanıb. Cənab İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, prinsipial siyasəti deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək".
Dünya Azərbaycanlılarının IV Qurultayında İlham Əliyevin dünya azərbaycanlılarının rifahı naminə səsləndirdiyi fikirlər xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə güclü stimul verəcəyi heç şübhəsizdir. Azərbaycanda onların fəaliyyəti üçün hər cür şərait olduğu bəllidir. Hesab edirik ki, ölkə başçısının çağırışları və mesajları onların Azərbaycan Respublikasına daha dərindən bağlanmasına şərait yaradacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ