Cümə axşamı günü, 01 oktyabr 2026
     

Televiziya xəstəliyi...

Image


Bir neçə il əvvəl televiziyada bir veriliş gedirdi. Beş-altı cavan qız ailə məsələlərindən danışır, qadınlara "məsləhətlər" verirdi. Məsləhətlər də nədən ibarət olsa yaxşıdır? "Qayınata gələndə gəlin ayağa qalxmalıdır"... "Gəlin ərinin bir sözünü iki eləməməlidir"... "Uşaqlara yaxşı baxmalıdır", "həyat yoldaşının səliqə-səhmanına fikir verməlidir", "evdən çölə icazəsiz çıxmamalıdır" və s. və i.a. Onlar danışdıqca, yadıma qayınananın süpürgəni hara qoymaq məsələsi düşürdü. Məəttəl qalırdım.
Hələlik ailə qurmayan bu cavan qızları televiziyaya necə buraxmışdılar? Onlar nə bilir ər-arvad münasibətləri nə deməkdir? Əlbəttə, onların danışdıqlarının əsl həyata, ailə münasibətlərinə qətiyyən dəxli yox idi.
Eləmədim tənbəllik, durub getdim televiziyaya, baş redaktorun yanına, dedim ki, bu nədir, heç olmasa, ailəli adamları çıxarın ekrana, həkimləri, psixoloqları dəvət edin, qoy onlar ailə münasibətlərindən söhbət açsınlar... "Biz ekrandan hər şeyi açıq danışa bilmərik. Bu bizim xalqın mentalitetinə ziddir" - dedi. Gördüyünüz kimi, möhtərəm oxucular, indi nəinki açıq danışırlar, hər şeyi açıq göstərirlər. O vaxt da, dünya kanalları hər şeyi olduğu kimi göstərirdi, bizimkilər isə bəzək-düzəklə danışırdılar. Nə isə...
Yeri gəlmişkən, Kommunist Partiyasının dövründə yekə elektrik dirəyi kommunistin başına düşürdü, kommunist ölmürdü. Və yaxud, kommunistləri aparan qatar qəzaya uğrayırdı, vaqonlar bir-birindən qopub körpüdən başıaşağı düşürdü, kommunist ölmürdü. Çünki kommunistlər ölməz idi! İndi-indi başa düşürəm ki, kommunistlər milyonlarla insanın beyninə nələr yeridirdilər... Adını da qoyurdular "kommunist ideyaları"! Əcayib ideyalar idi!
İndi də televiziyalarımızda həmin "ideyalara" bənzər ideyalar həyata keçirməyə çalışırlar. Amma daha keçməz! Zəhmət çəkməsinlər!
Bu yaxınlarda televiziya kanallarının birində yenə ailə həyatı qurmayan cavan aparıcı qız uşaqlara necə tərbiyə vermək haqqında Azərbaycan xalqına "dərs deyirdi". Bir-iki qadın da ona qoşulmuşdu. Aralarında bircə kişi var idi, onun danışığından, hərəkətlərindən, suallara cavablarından görünürdü ki, ümumiyyətlə, söhbətin gedişindən tam narazıdır. Həm də bu kişi ailəli olduğundan, aparıcı qızın dediklərinə istehza və eyhamla yanaşır, bəzən açıq-aşkar etiraz edirdi. Hətta vəziyyət o yerə gəlib çıxdı ki, kişi həmsöhbətlərinin birindən soruşdu ki, "bu qızın ailəsi var?" Dedilər ki, "yox".
Aparıcı qız nəsihət verirdi ki, "uşaqları düzgün tərbiyələndirmək lazımdır". Düzgün tərbiyənin nə olduğunu kim deyə bilər? Düzgün tərbiyənin resepti var? Sən ha tərbiyə ver, həyat insanları düşdüyü mühitdən asılı olaraq çox asanlıqla dəyişir, qəlibə salır.
Aparıcı qız dayanmadan xalqa məsləhətlər verir, deyirdi ki, valideynlər necə olursa-olsun, uşaqları oxutmalıdırlar, uşaqlar kompyuterdə işləməyi öyrənməlidirlər... Yadıma yenə Kommunist Partiyasının vaxtı düşürdü. Oxuyanların çoxu öz maaşı ilə ailəsini, uşaqlarını dolandıra bilmirdi, amma oxumayanlar traktorçu, sağıcı, pambıqçı kimi ad-san qazanırdılar, hətta bəziləri deputat, Sosialist Əməyi Qəhrəmanı olurdu. Yaxşı, hamı oxusa, bəs, ayaqqabı təmiri ustası, sürücü, bənna, fəhlə kim olacaq, hə? Niyə bu insanların hamısı diplom almalıdır? Bu yüz ildən qalmış, arxaik fikirlər kimə lazımdır?
"Vətənpərvərlik tərbiyəsi" nə deməkdir? Türkiyədə mən heç yerdə belə bir sözə, fikrə rast gəlmədim. İnsan anadan olduğu torpağı, vətəni sevər də! Adam da vətəndaşa deyər ki, "sən vətənini sev"?
"Universal" aparıcı valideynlərin boşanmasının uşaqlara necə təsir etməsi barədə də danışır, ağıla batmayan, qəribə fikirlər söyləyirdi. Deyirdi ki, "gərək, mütləq uşağı başa salasan ki, valideynləri nə səbəbə boşanıblar". Mən də tamaşaçı kimi həmin aparıcıya sual verirəm, uşaqlara necə başa salmaq olar ki, valideynlər hər hansı birinin cinsi və ya seksual çatışmazlığından boşanıblar? Və yaxud ata narkoman olub, "piyaniskə" olub?
Aparıcı qız az zamanda illər boyu həll olunmayan, haqqında çoxlu elmi əsərlər yazılan məsələlərə toxundu və bir neçə dəqiqədə onların həll olunması yollarını "göstərdi". Adam məəttəl qalar, yoxsa yox?
Yeddi-səkkiz yaşında uşağa anası deyəndə ki, bala, köynəyinin yaxasını düymələ, sənə soyuq dəyər, razılaşmır, etirazını bildirir, "mən uşaq deyiləm" deyir. Bu, uşaq psixologiyasıdır. Amma televiziya ekranlarında çıxış edənlər xalqa məsləhətlər verməkdən yorulmurlar.
Bu ənənəyə birdəfəlik son qoyulmalıdır. Sözünüz varsa, söz deyin, daha durub camaata ağıl verməklə məşğul olmayın! Məsləhət yemək bişirmək üçün, təmir işlərində və bu kimi məsələlərdə ola bilər...
Bir də görürsən, biri çıxır ekrana, deyir ki, "torpaqlarımız alınsa, buradan filan yerə qədər dizin-dizin sürünərəm". Bu, qeyri-səmimilikdir və ağ yalandır! Bakıdan filan yerə təyyarə ilə, maşınla getmək də çətindir. Belə sözləri deyənlər vətənə, torpağa bağlı olduqlarını nümayiş etdirmək məqsədini güdürlər. Axı, "vətənpərvərlik tərbiyəsi" görüblər...
Bir dəfə böyük xalq şairi Bəxtiyar Vahabzadə ilə söhbət edirdim, dedi ki, "bizim camaatın dərdi televizorda görünməkdir". Doğrudan da belədir. Yüzlərlə adam görmüşəm ki, xəbər verib, zəng edib ki, axşam saat filanda məni televizorda göstərəcəklər, (?) bax! Mən də maraq xatirinə baxmışam, görüm onun televizorda nə işi var? Görmüşəm ki, yüzlərlə adamın içində uzaqdan təkcə başı görünür, dayanıb, mikrofonda danışanlara qulaq asır, vəssalam. Yadıma "Üç badam, bir qoz" mahnısı düşür. Biri o birinə deyir ki, "xor mahnı oxuyur ey, "Üç badam, bir qoz", orada "qoz" deyən mənəm". Ekranda görünmək həvəskarlarının çoxu, heç olmasa, bir "qoz" da demirlər, sadəcə olaraq ekranda görünürlər, qurtardı-getdi!
Kimi televiziyaya çağırırlar, deyir "məni bura çağırdığınız üçün minnətdaram". Niyə, a dayı, a kişi, a xala, nə üçün minnətdarsan? Sənin bura çağırılmağın fövqəladə hadisədir, nədir? Axı televiziyaya çağırılmağın sənə nə verir? O başqa məsələdir ki, televiziya əməkdaşlarının, onun rəhbərlərinin işinə qiymət vermək, bir-iki kəlmə xoş söz demək istəyirsən. Onda demək istədiyini de də, çağırılmağın üçün minnətdarlıq eləmək nə deməkdir?
Televiziya aparıcıları hamıya "müəllim" deyə müraciət edirlər. Müəllim olmayan müğənnilərə də, musiqiçilərə də, santexnikə də, ustaya da ... "müəllim" deyirlər. Zavod direktoruna, biznesmenə, idmançıya da "müəllim" deyə müraciət olunur. Kimin bir balaca vəzifəsi, pulu var, ona da "müəllim" deyirlər. Ayıbdır axı! Şərəfli "müəllim" adı ilə hamıya müraciət etmək olmaz! Bu həm doğru deyil, həm də gülünc görünür...
Aparıcılar bəzən müsahibinə sual vermək əvəzinə, verəcəyi sualın müsbət cavabını almaq üçün uzun-uzadı danışır, mövzunu özü açıqlayır, axırda da müsahibindən soruşur ki, bu belədirmi? Müsahibinə təkcə o qalır, desin "bəli". Beləliklə, aparıcı müsahibinin və milyonlarla tamaşaçının qarşısında özünün biliyini, savadını, hərtərəfli məlumata malik olduğunu nümayiş etdirmək istəyir. Əlbəttə, belələri heç bu istəyinə də lazımınca nail ola bilmir.
Televiziyalarda, radiolarda aparıcılar səslərini dəyişirlər, özləri olmurlar, guya jurnalist üsullarından istifadə edərək, hoqqabazlığa yol verirlər. Məsələn, aparıcılar qarşılarında oturmuş müsahibləri ilə üçüncü şəxs qismində danışırlar. "Filan" məsələ baş versə, filankəs, yəni sən "nə edərdin?" Deyə bilmirsiniz ki, "siz nə edərdiniz?"
Aparıcıların çoxuna elə gəlir, onlar məşhurdurlar. Özlərinə hətta "populyar" deyirlər. Guya xalqın işi-gücü onlar haqqında düşünməkdir.
Bəzi müğənnilər təvazökarlıq haqqında qətiyyən düşünmürlər. Yadımdadır, qadın müğənnilərdən biri ekranda deyirdi ki, "mən məşhur olandan sonra daha çimərliyə getmirəm". Axı, ay xanım, sizi Xırdalandan o tərəfə tanımırlar! Sizin nəyiniz məşhurdur? Bir qabiliyyətiniz, istedadınız da yoxdur! Olsaydı, elə sözlər danışmazdınız...
İnsana bəzən xoş sözlər demək olar və lazımdır. Amma bu o demək deyil ki, ekrana çıxanlar üzbəüz əyləşib, bir-birini uzun-uzadı tərifləsinlər...
Şairlərdən biri ekranda deyirdi ki, "torpaq bizim namusumuzdur". Torpaqları əldən gedən ölkənin şairi üçün bu fikrin cavabı nədir? Mən bunu möhtərəm oxucuların öhdəsinə buraxıram...
Başqa bir şair isə deyirdi ki, "Azərbaycan bütün dünyaya işıq paylayır". Ha fikirləşdim, bu fikrin mənasını anlaya bilmədim. Axı xalq gözünü ziyalılara, şairlərə, yazıçılara dikib, onlardan mənalı, məntiqli fikirlər gözləyir. Axı Azərbaycan dünyanın harasına işıq paylayır, ay şair?
Ekranlarda tez-tez ayrı-ayrı adamlar haqqında "dünya şöhrətli" sözlərini işlədirlər. Dünyada tanınmış desələr, daha uyğun olmazmı? Bu "şöhrətli" sözünü hamı haqqında demək olmaz axı!
Türkiyədə nadir hallarda Azərbaycan mahnıları efirə verilir. Mən bunu Türkiyənin məşhur televiziyalarından birində demişəm və burada dostluğa, qardaşlığa zidd heç bir şey görmürəm. Bizdə isə gecə-gündüz Türkiyədə heç tanınmayan, sayılmayan, seçilməyən müğənnilərin lentlərini səsləndirirlər, hamısının da adının qarşısında "məşhur türk müğənnisi" sözlərini deyirlər.
Efirdə hələ görmədim ki, qonaq çağırılan müğənninin, musiqiçinin sənətindən söhbət açılsın, onun yaradıcılığının çalarlarından danışılsın. Müğənni ilə müsahibə aparırlar, soruşurlar ki, "hansı ölkələrdə qastrolda olmusunuz". Heç dəxli var?! Qastrolun sənətlə nə əlaqəsi?
Ekranlarda mənasız suallar baş alıb gedir: "Bir də doğulsanız, yenə bu sənəti seçərdinizmi?" Ay hörmətli televiziya işçisi, jurnalist, axı adam iki dəfə doğula bilməz!
Bəzən adama elə gəlir ki, Azərbaycanda nə qədər sahibsiz qadın var, hamısı televiziyada müğənni "işləyir". Səsi olan da, olmayan da, hərəsi əlinə bir qaval alıb düşür televiziyaların "canına!" Hansı kanalla sövdələşdilər, o kanalda da oxuyurlar. Özü də ağızlarına gələni oxuyurlar! Nə mahnı mətni, nə söz, nə ifaçılıq, nə də düz-əməlli musiqi var! Elə bil, dünyanın axırıdır! Necə ki, əli qələm tutanların çoxu şeir yazır... Nə var, nə var, eşidiblər ki, "bizim xalq şair xalqdır".
Küçə sözləri, şit, mənasız atmacalar artıq ekranlara çoxdan yol tapıb. Hər gün tamaşaçı kimi bunları görür, onların əvəzinə özümüz utanırıq. Aparıcı toy mərasimindən danışır, bəylə gəlin ekranda iri planda göstərilir. Birdən aparıcı bəylə-gəlini göstərib deyir: "Biz gedək. Qalanı bizlik deyil!" Ona elə gəlir ki, zarafat edir. Amma bunu zarafat adlandırmaq olmaz. Belə sözlər abırsız, şit atmacadan başqa bir şey deyil!
Televiziya kanallarındakı eyiblərdən, çatışmazlıqlardan, nöqsanlardan yazmaqla, danışmaqla qurtaran deyil. Lakin hər şeyə telejurnalistlər, aparıcılar, redaktorlar cavabdeh deyil. Onların əməyi, zəhməti ölçüyəgəlməz dərəcədə böyükdür və olduqca yüksək qiymətləndirilməlidir. Onlar nə etsinlər ki, ekranda görünmək istəyənlərin səviyyəsi gördüyümüz qədərdir...
Xeyrəddin QOCA





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ