2016-cı ilin 5 ayı ərzində Azərbaycanda 732 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zaman 242 nəfər ölüb, 797 nəfər yaralanıb. Hadisələrdən 268-i Bakıda qeydə alınıb və nəticədə 58 nəfər ölüb, 290 nəfər yaralanıb.