Misirin "EgyptAir” aviakompaniyasına məxsus təyyarə bomba həyəcanı səbəbindən Özbəkistanda məcburi eniş edib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, təyyarə Qahirədən Pekinə uçurmuş. Özbəkistanın Urqenç hava limanına endirilən təyyarədə partlayıcı qurğu yerləşdirilməsilə bağlı xəbərdarlıq üzündən təcili axtarış aparılıb, sərnişinlər evakuasiya edilib. 118 sərnişin və 17 ekipaj üzvünün olduğu təyyarədə aparılan axtarışlar heç bir nəticə verməyib.
Xəbərə görə, bu artıq "EgyptAir” təyyarəsinin yalançı bomba xəbərdarlığı aldığı üçüncü hadisədir.
Lakin o da xatırladılır ki, mayın 19-da Parisdən Qahirəyə uçan sözügedən aviakompaniyaya məxsus təyyarə Aralıq dənizi üzərində qəzaya düşmüşdü. 66 sərnişinin həlak olduğu həmin qəzanın ardından təyyarənin qalıqları Yunanıstanın Karpatos adası yaxınlığında tapılmışdı.