Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan turizmi: mövcud vəziyyət və perspektivlərin dəyərləndirilməsi zərurəti
Tarix: 08.06.2016 / 01:37
Bölmə: Sosial
Müasir dövrümüzdə Azərbaycanın turizm potensialının üzə çıxarılması və inkişaf etdirilməsi yalnız son illər qeyri-neft sektorunun inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsilə prioritet elan olunsa da, əslində ölkəmizin turizm tarixinin əsrlər əvvələ gedib çıxdığı faktdır. Hələ eramızdan əvvəl səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və Strabonun Azərbaycan ərazisində olması barədə tarixi mənbələrdə yer alan məlumatlar dediklərimizə ən tutarlı sübutdur.
Bunun bir səbəbi də Azərbaycanın hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmasıdır. Filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə ətraflı məlumat verərək yazır ki, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, daha sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. Antik müəlliflər isə Böyük İpək Yolunun ən fəal hərəkətli marşrutlarından birinin Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçdiyini yazır. Maraqlıdır ki, bu yol elmi dairələrdə hazırda da "Strabon yolu" kimi tanınır.
Azərbaycanın dünya ilə ilk əlaqələri tarixi mənbələrdə..
Yazılı mənbələrə görə, hələ qədim zamanlardan həmin marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı, çünki həm əcnəbi tacirlər, həm də karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastruktura malik olmalı idi. Aparılan arxeoloji tədqiqatların nəticələri düşünməyə əsas verir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar öncə əsas anbar məntəqəsi olan Mingəçevirdə yerləşdirilir, bundan sonra isə Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyasının paytaxtı Qəbələ, Şamaxı və Bərdə şəhərlərində aparılan çoxillik arxeoloji qazıntılar da bu məlumatları təsdiqləyir. Beləliklə, həmin mənbələrə əsasən, Böyük İpək Yolu üzərində yerləşən Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi. Bunun daha bir sübutu isə Azərbaycan ərazisində hələ qədim zamanlardan karvansaraların inşa olunmasıdır. Bunlardan Multanı (XII-XIV), Buxara (XIV-XVI), Fars, Ləzgi və s. bizim günlərə qədər gəlib çıxanlardır ki, bu barədə qeydlər müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçi və səyyahların səyahətnamələrində öz əksini tapıb.
Lakin təbii ki, o zaman bu istiqamətdə ölkələrarası əlaqələr əsasən ticarət məqsədi daşıyırdı və heç bir halda istirahət turizmini əhatə etmirdi. Azərbaycanın istirahət turizminin başlanğıc tarixi isə ölkəmizin Sovet İmperiyası tərkibində olduğu dövrə təsadüf edir. Lakin Sovetlər Birliyi özü ilə dünya ölkələri arasında "dəmir pərdə" deyilən baryer qoyduğundan, imperiya tərkibindəki ölkələrin turizm sektoru əsasən daxili tələbata işləyirdi. Bu isə İmperiya tərkibində birləşmiş 15 respublika arasında turist mübadiləsindən başqa bir şey deyildi və əsasən həmkarlar ittifaqları xəttilə reallaşırdı. Həmin dönəmdə ölkəmiz Şuşası, Naftalanı, Göygölü, Maral gölü, Nabranı və digər dilbər guşələrilə məşhur olsa da, üstəlik turizmin inkişafı üçün hər cür iqlim qurşağına sahib olsa da, türk-islam dövləti olması onun bu potensialının yolunda ən böyük baryer idi. Belə ki, özünün uydurduğu "pantürkizm", "panislamizm" kimi cərəyanların ölkəmizə nüfuz etməsindən oddan qorxan kimi qorxan sovet rəhbərliyi Azərbaycanın turizm ölkəsi kimi tanınmasını mümkünsüz hala gətirmişdi. Ölkəyə gələn və ölkədən gedən azsaylı əcnəbi turistlər isə Moskvanın "xeyir-duasını" almadan, sovet "KQB"-sinin çoxqatlı yoxlamalarını adlamadan sərhədi keçə bilməzdi ki, bu da əsas çəkindirici amil olaraq Azərbaycanda turizmin inkişafı yolunda ən böyük əngəllərdən biri idi. Lakin bununla belə, İmperiya çərçivəsində olsa da, Azərbaycanın zəngin faunası, rəngarəng florası, şəfalı bitkiləri, dənizi, meşələri, gölləri ölkəmizi təbiət aşiqi hər kəs üçün maraqlı edirdi.
Azərbaycanda müstəqil turizmin dirçəlişi...
Müstəqillik dövrünə qədəm qoyduqdan bəri Azərbaycan bu sahənin inkişafına ciddi diqqət göstərməkdə qərarlı olsa da, faktdır ki, sovet şinelindən çıxan ölkəmizin müstəqilliyi Rusiyanı qane etmirdi və o üzdən İmperiya siyasətini davam etdirmək məqsədilə Rusiya Azərbaycana qarşı növbəti dəfə ermənilərdən istifadə etdi. Ortaya Qarabağ oyununun atılması ilə isə müstəqilliyin ilk kövrək addımlarını atan Azərbaycan dövləti böyük bir qaçqın-köçkün dalğası ilə üz-üzə qaldı. Bununla da ölkənin, demək olar, bütün sanatoriya-kurort zonaları yurdundan-yuvasından didərgin düşmüş insanların yaşayış məskəninə çevrildi. Bir qisim kurort bölgələrimiz isə erməni işğalına məruz qalaraq dağıdıldı. Bu, gənc müstəqil dövlətin turizm potensialına vurulan ən böyük zərbə oldu.
Ötən əsri bu cür problemlərlə başa vuran Azərbaycanda turizm sektorunun inkişafı məsələsi 2001-ci ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişaf Proqramı"nın qəbul edilməsilə yenidən gündəmə qayıtdı. Həmin dövrdən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi isə ölkəmizdə turizm sektorunun dirçəlməsinə təkan verən daha bir ciddi amil sayılmalıdır. Daha sonra Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixdə imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" qoyulan məqsədin davamı kimi ölkəmizdə bu sahənin inkişafı üçün daha ciddi əsas yaratdı. Bunun ardınca 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması isə göstərdi ki, Azərbaycan dövləti neft asılılığından qurtulmaqda qərarlıdır və qeyri-neft sektorunun inkişaf etdirilməsi deyilərkən turizm sektoru ən perspektivli sahələrdən biri kimi nəzərdən keçirilır.
Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər isə kifayət qədər genişdir. Buraya turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması kimi prioritet istiqamətlər daxildir ki, bu da turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsinə gətirən başlıca amillərdir. Son vaxtlar bu istiqamətlərdə müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, otel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Təkcə onu qeyd etmək kifayətdir ki, 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür.
Azərbaycanın turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malik olması da bu gün ölkə rəhbərliyi səviyyəsində müvafiq qurumlar qarşısında vəzifə kimi qoyulan turizmin inkişaf etdirilməsi prioritetini yerinə yetirmək istiqamətində geniş perspektivlər vəd edir. Bu, hər şeydən əvvəl, ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməsilə bağlıdır. Belə ki, iki dünya sivilizasiyasının qovşağında - Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşməsi və Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yollarının buradan keçməsi Azərbaycanın qarşısında turizm sektorunu inkişaf etdirmək baxımından unikal imkanlar açır. Faktdır ki, müasir dünyamızda turizm hər bir ölkənin iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən sayılır. Hazırda dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən 1/3-i beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm və onunla bağlı sahələrdə çalışır. Təkcə bu rəqəmlər turizmin bütün dünyada nə qədər önəmli bir sahə olduğunu və Azərbaycanın bu sahədəki potensialından istifadə etməsinin ona hansı dividendlər qazandıra biləcəyi gerçəyini aşkar şəkildə ortaya qoyur.
Bakıda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafının təkanvericisi kimi...
Son illər Azərbaycanın beynəlxalq aləmə qucaq açması və ən müxtəlif təyinatlı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi turizmin inkişafı və çiçəklənməsi yönündə aparılan fəaliyyətin ən uğurlu istiqaməti sayılmalıdır. Söz yox ki, bu sayaq tədbirlərdə dünya mediasının nəzər nöqtəsinin Azərbaycanda olması ilə yanaşı, ölkəyə gələn qonaqlar, iştirakçılar, həvəskarlar ordusu burada olduqları məhdud çərçivədə belə Azərbaycanın gəzməli-görməli, tarixi və istirahət məkanları, mətbəxi, adət-ənənəsi ilə daha yaxından tanış olmağa can atır ki, bu da onların hər birinin təmsil olunduğu ölkədə Azərbaycanın tanınmasına xidmət edən çox uğurlu fürsətdir. Azərbaycan isə bu fürsətdən yararlanmaqda maraqlı olduğunu ən müxtəlif yeniliklər ortaya atmaqla göstərir. Elə ötən il Azərbaycanın çox uğurla ev sahibliyi etdiyi ilk Avropa Oyunları zamanı otellərimizdə milli mətbəximizin təqdim olunması buna ən parlaq misaldır. Təbii, bu kimi addımlar məhz qoyulan məqsədə xidmətin bir nümunəsi idi və söz yox ki, əslində xırda görünən belə nüanslar sonda cox ciddi nəticələrin əldə olunmasına gətirir.
Turizmin inkişafına yönəlmiş tədbirlərin sırasında son illərdə istər paytaxt Bakıda, istərsə də regionlarımızda inşa olunan mehmanxana kompleksləri, Qəbələ, Qusar, Nabran kimi turist cəlbi üçün unikal sayıla biləcək bölgələrimizdə yaradılan infrastrukturdan söz açmadan keçmək olmaz. Maraqlıdır ki, bu komplekslərin tikintisinə sərmayə yatırmağa iş adamları böyük maraq göstərir. Bunun özü də turizmin inkişafının Azərbaycana çox böyük perspektiv vəd etdiyinin göstəricisi sayıla bilər. Bu fikri Prezident İlham Əliyevin hələ bölgələrdə otellərin inşasına başlandığı ilk dönəmdə dediyi fikirlər də təsdiqləyir: "Bölgələrdə hotelçiliklə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir".
Tariximiz turizm sektorunun tərkib hissəsi olmalı...
Lakin təbii ki, görülən işlərlə kifayətlənmək olmaz və bu yöndə fəaliyyətin daha da genişləndirilməsi bu gün zərurət kimi çıxış edir. Söz yox ki, buna Azərbaycanın kifayət qədər potensialı var. Fikrimcə, turist cəlbi üçün ölkəmiz tarixi məkanlarından da gen-bol yararlanmalı, bunun üçün isə bölgələrimizdə təyinatından uzaq məqsədlər üçün istifadə olunan tarixi abidələr öz ilkin vəziyyətinə gətirilməlidir. Məsələn, Göygöl rayonunda vaxtilə II Yelizavetanın Avropada hökm sürən aclıq və səfalətdən qurtarmaq məqsədilə buraya köçürdüyü almanların tikdiyi kilsə və evlər hələ də çox yaxşı vəziyyətdə qalmaqdadır və ötən yay bir yerli turizm şirkətinin xəttilə getdiyimdə yerlilərin çox böyük həvəslə bu tarix haqqında məlumat vermələrinin şahidi oldum. Faktdır ki, Azərbaycan ərazisində tarixin dərin qatlarından xəbər verən yüzlərlə bu cür qədim məkanlarımız var və düşünürəm ki, Azərbaycan dövlətinin turizmin inkişafı ilə bağlı konsepsiyasının əsas istiqamətlərindən birini məhz bu təşkil edəcək. Axı, Qobustan qayaları kimi, Quba məzarlığı kimi, tutaq ki, Muğan bölgəsində tapılan nekropollar da ölkəmizin qədim tarixi barədə əsrarəngiz sirləri özündə saxlayır. Bu məkanların əcnəbi turistlərin üzünə açılması isə həm də tariximizi yaşatmaq baxımından önəmlidir.
Və son...
Bu gün turistlərin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam rolikləri nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internetin verdiyi imkanlardan geniş istifadə olunur. Görülən işlər isə artıq səmərəsini verməyə başlayıb. Belə ki, son 2 ilin statistikası ölkəyə gələn turistlərin sayının 41 faiz yüksəldiyini ortaya çıxarıb. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Nəzərə alınsa ki, dünyada turizm sahəsində böhran və çətinliklər yaşanır, buna rəğmən Azərbaycanın turist sayının yüksək artımına nail olması çox ciddi nailiyyət sayılmalıdır. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür. Və ümid etməyə tam əsas var ki, növbəti illərdə bu göstərici qat-qat çox olacaq.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
Tarix: 29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partlatacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...
30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ