Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında baş verən dava nəticəsində xəsarət alan məhkum azadlığa buraxılıb. Bu barədə Trend-ə Cəzaçəkmə Müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitədən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində 2 ay əvvəl - aprelin 7-də baş verib: "Cəzaçəkmə Müəssisəsində iki məhbus arasında mübahisə yaranıb və mübahisə zamanı məhbus, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov mübahisə etdiyi digər məhbus, 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başına daşla vurub. Xəsarət alan məhkuma tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır".
Məhbus A.Mustafayevə xəsarət yetirən A.Əkbərov daxili qaydaları pozduğuna görə cərimə təcridxanasına göndərilib.