Cümə axşamı günü, 01 oktyabr 2026
     

İlham Əliyevin diaspor siyasətində azərbaycançılıq ruhu...

Image


Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi işlər uğurlu nəticələr verir. Prezident İlham Əliyev yalnız Azərbaycan vətəndaşlarına deyil, xarici ölkələrdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı ilə yanaşır. Ölkə başçısının diaspor siyasəti haqqında analizlər aparan ekspertlər qeyd edir ki, Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasət uğurludur və kifayət qədər müsbət nəticələri var.
Dünya Azərbaycanlılarının II-III qurultaylarının keçirilməsi də İlham Əliyevin müvafiq sərəncamları ilə baş tutub.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı ildə imzaladığı Sərəncamda vurğulanırdı: "Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə
Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Heydər Əliyevin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultaydan bir neçə ay sonra, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirmiş, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etmiş, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul vermişdir.
Azərbaycan Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri dövlət siyasətinin prioritet
istiqamətlərindən biri elan etmişdir. Diaspor quruculuğu konkret bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə malik, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri və qarşıda duran vəzifələri vaxtaşırı müzakirə etməyə ehtiyac yaranır".
Xatırladaq ki, Dünya Azərbaycanlılarının II Qurultayı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da, Bakı şəhərində keçirilib.
Onu da vurğulayaq ki, bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.
Ekspertlər qeyd edir ki, Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilib. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak edib. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq təmsil olunub.
Qeyd edək ki, qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və tərəqqisini arzulayan insanlar idi. Qurultayda xarici ölkələrin - Türkiyə, Latviya, Estoniya, Litva, Ukrayna, Moldova, Belçika, Avstriya, İsveçrə, Kanada ali qanunvericilik orqanlarının üzvlərindən ibarət 64 nəfər qonaq qismində iştirak etmişlər. Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsi, Dünya Azərbaycanlılarının II Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının II Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatına (UNESCO) müraciəti, Azərbaycan və türk diaspor təşkilatlarına müraciət qəbul olunub. Sonra təşkilati məsələlərə baxılıb. Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibini təsdiqləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirib. Ekspertlər qeyd edir ki, Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı, dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli dövlətçilik ideologiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq qiymətləndirmək imkanı yaradıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə bir qrup diaspor fəalı "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib. Dünya azərbaycanlılarının II qurultayının yüksək səviyyədə təşkili və tədbirin ictimaiyyət arasında doğurduğu rezonans, toplantıda qəbul olunmuş qərarlar diasporumuzun yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləməyə əsas verir. II Qurultay dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və onun timsalında müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut edib. Qəbul olunmuş qərarların mahiyyəti, müzakirələrin ümumi gedişi və əldə olunmuş nəticələr dünya azərbaycanlıları arasında davamlı siyasi həmrəyliyin və birliyin təməlinin kifayət qədər möhkəm olmasını, ictimai statusundan, siyasi baxışlarından, əqidə və dünyagörüşündən asılı olmayaraq, azərbaycançılıq ideologiyasının bütün azərbaycanlıları öz ətrafında birləşdirə bilən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu təsdiqləyib. Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin geniş müzakirəyə çıxarılması və qətnaməyə bununla əlaqədar xüsusi müddəanın daxil edilməsi böyük uğur kimi dəyərləndirilməlidir. Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqləndirilməsi və bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi yeni mərhələnin əsas vəzifələrindən biridir. Dünya azərbaycanlılarının II Qurultayı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərib. Qəbul olunmuş qərarlarda və natiqlərin çıxışlarında dünya azərbaycanlılarının Prezident İlham Əliyevin münaqişənin həlli, işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində fəaliyyətini birmənalı şəkildə dəstəklədikləri bir daha vurğulanırdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Dünya Azərbaycanlılarının II Qurultayı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib.
Həmin yığıncaqda ölkə başçısı nitq söyləyib: "Bizim qurultayımız başa çatdı, öz işini yekunlaşdırdı və bütün günü biz bərabər idik. Qurultayın çox böyük əhəmiyyəti var, tarixi əhəmiyyəti var. İkinci dəfədir ki, dünya azərbaycanlıları bir araya gəlirlər, öz problemlərini bölüşürlər, öz fikirlərini ifadə edirlər. Qurultayda həm nailiyyətlər haqqında çıxışlar oldu, eyni zamanda, bizim qarşımızda duran problemlər də müzakirə edildi. Bu da çox vacibdir. Çünki qurultayın əsas məqsədi son 5 il ərzində görülən işlərə qiymət vermək, onları təhlil etmək, əldə olunmuş nailiyyətləri ifadə etmək və eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmaq, müzakirə etmək, onların həlli yollarını aramaq və müəyyənləşdirmək idi. Mən hesab edirəm ki, bu iki məqsəd həm çıxışlarda, həm də qurultayın sənədlərində öz əksini tapdı. Qurultaydan sonra bizim xaricdəki diasporlarımız daha mütəşəkkil şəkildə fəaliyyət göstərəcək, azərbaycanlılar bir-birilə daha sıx bağlı olacaqlar".
Ölkə başçısı vurğulayırdı ki, bizi millət kimi qoruyub saxlayan, möhkəmləndirən ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, tariximiz olub. Prezident İlham Əliyev qeyd edirdi ki, bu amillər azərbaycanlıları qoruyub saxlayıb, möhkəmləndirib: "Bu gün müstəqil dövlət kimi Azərbaycan öz siyasətini xalqımızın iradəsinə əsaslanaraq uğurla aparır".
Vurğulayaq ki, 2011-ci ilin iyul ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında dövlət başçımız İlham Əliyev böyük nitq söyləyib. Ölkə başçımız qeyd edirdi ki, Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir: "Eyni zamanda, biz milli-mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli-mənəvi dəyərlərini, ana dilini-Azərbaycan dilini qoruya bilmişdir. Bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilib. Bizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir. Bununla bərabər, dünyada mövcud olan və bizim üçün məqbul sayılan ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunur. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır".
Ölkə başçısı vurğulayırdı ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır: "Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar. Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərərçəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik. Müxtəlif konfranslar, simpoziumlar, "dəyirmi masa"lar keçirilir.
Mən bunu alqışlayıram. Qəzetlər buraxılır. Hesab edirəm ki, qəzetlərin sayı daha da çox olmalıdır və mütəmadi qaydada xaricdə Azərbaycan dilində qəzetlər buraxılmalıdır. O ölkələrin dillərində qəzetlər, jurnallar buraxılmalı, təbliğat xarakterli materiallar nümayiş etdirilməlidir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının fəaliyyətinə yüksək qiymət verir və onların gördüyü işlərin azərbaycançılıq ieologiyasına uyğun şəkildə aparılmasını tövsiyə edir. Ölkə başçımız dəfələrlə azərbaycançılığın geniş miqyasda təbliğ edilməsi ilə bağlı tövsiyələr verib. Dünya azərbaycanlılarını bir ocaq başına azərbaycançılıq ruhu toplaya bilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ