Cümə axşamı günü, 01 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Molla Pənah Vaqif

Image


Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Salahlı kəndində anadan olub. Şairin əsl adı Pənah, atasının adı isə Mehdi ağadır. O, mədrəsədə təhsil alıb, fars və ərəb dillərini öyrənib. XIX əsr müəlliflərinin məlumatlarına görə Molla Pənah Vaqif memarlıq və astronomiya ilə də maraqlanıb. XVIII əsrin ortalarında Gürcüstan sərhədində baş verən qarışıqlıqlar nəticəsində, Qazax mahalının bir neçə ailəsi kimi, Vaqifin ailəsi də doğma yurdlarını tərk edib Qarabağa köçüb.
Vaqif burada məktəbdə çalışıb, məktəbdar olduğuna görə də Molla Pənah adı ilə xalq arasında tanınıb. İstedadlı bir elm adamı kimi də tanınan Vaqifin şöhrətini eşidən Qarabağ hakimi İbrahim xan 1769-cu ildə onu saraya çağırtdıraraq daxili işlər üzrə vəzir təyin edib. Bu vəzifədə işlədiyi müddətcə bu tarixi şəxsiyyət əhali ilə sıx əlaqə saxlayıb, onların dərdi ilə maraqlanıb və onların problemlərinin həll olunması üçün böyük səy göstərib. Bu səbəbdən də sadə camaatın və rəhbərliyin hörmətini və etimadını qazanıb.
Molla Pənah Vaqif bir insan kimi çox səmimi və canıyanan olub. Yaşadığı bölgədə yerləşən mədəni-tarixi abidələri, xalqın mədəniyyətini özündə yaşadan dəyərləri qoruyaraq gələcək nəsillərə çatdırmaq işində cani-könüldən səy göstərib, işinin çətin və məsuliyyətli olmasına baxmayaraq, çox böyük həvəslə və maraqla millətinə xidmət edib. O, mədəni-quruculuq işində çox fəal olub, milli məsələlərdə yüksək mövqe tutub, bir rəhbər kimi köməyini vətəndaşdan əsirgəməyib. Öz istedadı ilə böyük nüfuz qazanan şair xanlığın xarici siyasət işlərinə də rəhbərlik edib. Bu dahi atamız 27 il boyunca sarayın ən mötəbər adamlarından biri olub.
O zamanlar Azərbaycan bir sıra xanlıqlara ayrılırdı. Vaqif bacarıqlı bir dövlət adamı kimi bu parçalanmanın ölkənin mədəni-iqtisadi inkişafına mane olduğunu anlayır, xanlıqları birləşdirməyə can atırdı. Bu mümkün olmadıqda isə ölkənin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan xanlıqlarının Rusiya və Gürcüstanla olan münasibətlərini yaxşılaşdırmağa səy göstərib. Çünki İrandan Ağa Məhəmməd şah Qacar tərəfindən təhlükə gözlənirdi. Gözlənən təhlükənin gücləndiyini hiss edən Vaqif ölkəni müdafiə etmək üçün qonşu dövlətlərlə ittifaq bağlayıb. Məhz Vaqifin belə bir siyasi fəaliyyətinin nəticəsi olaraq Qarabağ xanlığı Şuşa qalasını Qacarın hücumundan müdafiə edərək qoruya bilib. Lakin Qarabağ xanlığı Qacarın ikinci hücumunun qarşısını ala bilməyib. Nəticədə, 1797-ci ildə Şuşa qalasını işğal edən Qacar, digər rəhbərlərlə yanaşı, Vaqifi də həbs etdirib zindana saldırıb. Həbs edilməsinə baxmayaraq, milliyyətçilik hissi, millət sevgisi onu rahat buraxmayıb. Şahın öldürülməsi nəticəsində Vaqif həbsdən azad edildikdə, millətini sevən hər bir insan onu böyük həyacan və sevgi ilə qarşılayıb.
Ağa Məhəmməd şah Qacarın məğlubiyyətindən sonra İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığı öz əlinə alır. Məhəmməd bəy Cavanşir də əmisi kimi Vaqifə pis münasibət bəsləyir və onu öldürtmək üçün bəhanə axtarır. Bu zaman Vaqifin vəziyyəti daha çox ağırlaşır. O, İbrahim xana qasid göndərib yazdığı məktubda xanın tez qayıtmasını istəyir. Lakin məktubu aparan qasid tutulur və Vaqifin xana yazdığı məktub ələ keçir. Məhəmməd bəy Cavanşir 1797-ci ildə şairi və onun "alim" təxəllüsü ilə şeir yazan oğlu Əli ağanı Şuşa şəhərində öldürtdürür. Beləcə, bütün həyatını vətəninə və xalqına həsr edən şairin həyat yolu faciə ilə bitir.
Vaqif faciəli bir həyat yaşayıb. O, sadə bir müəllim olsa da, öz qeyri-adi qabiliyyəti və bacarığı sayəsində Qarabağ xanlığının baş vəziri kimi fəaliyyət göstərib, ömrünün sonunadək bu vəzifədə çalışıb. Dövrünün ən bilikli şəxsiyyəti sayılan Vaqif saray çəkişmələrinin qurbanı olub.
Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir. Onun yaradıcılığı ilə Azərbaycan şeir tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir. Realist şeirin ilk nümunələri onun adı ilə bağlıdır. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Diqqətəlayiq cəhət odur ki, istər yaradıcılığın, istərsə də ictimai fəaliyyətin bütün sahələrində Vaqif istedadı həmişə özünü göstərib. Onun dərin mənalı sözləri və tövsiyələri insanlar arasında və bütün məmləkətində təsirli olub. Hər kəsə yaxşılıq edər, kimsəyə sıxıntı yaratmazdı. O, həyatı sevən, xalqın böyük arzu və əməllərini tərənnüm edən bir şair idi.
Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas mötividir. Şair onların bədii portretini böyük məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir edilir.
Vaqif lirikasının əsas mövzusu məhəbbət və insan gözəlliyinin tərənnümüdür. Sevgiyə, yüksək romantik təmələ əsaslanan ənənəvi münasibətdən fərqli olaraq, Vaqif dünyəvi, cismani məhəbbəti tərənnüm edir. O, sevgiyə fəlsəfi məna axtarmır, onu hər gün qarşılaşdığı gözəllər ruhlandırır. Belə ki, şair milli və dini ehkamları bir yana qoyaraq poeziya üçün gözəlliyin yeni tipini konkret şəkildə təsvir edir.
Molla Pənah Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli və məhəlli xüsusiyyətləri özünün parlaq əksini tapır. O, insanı fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda görmək istəyirdi. M.P.Vaqif dünya və dünyəvi ideallar şairidir. Nikbinlik, həyatsevərlik onun poeziyasının ümdə xüsusiyyətidir. Onun şeirlərində ictimai ədalətsizlik və bərabərsizliyə nifrət ifadə olunur. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanıb. Fəqət bu dahi insana xas olan ruh yüksəkliyi onun bütün yaradıcılığı boyu davam etmir. Şairin qarşılaşdığı ağır şərait onun şəxsi əhvali-ruhiyyəsinə təsir edir. Bu da şairin yaradıcılığında kəskin dönüş yaranması ilə nəticələnir. Həmin illərin məhsulu olan əsərlərin ruhunda ciddi dəyişiklik özünü göstərir. Bu zaman şairin yaradıcılığında ictimai motivlər, həyatın, zamanın gərdişindən şikayət öz əksini tapır. Əvvəl yazılan əsərlərdən fərqli olaraq, bu şeirlərdə dərin hüzn, kədər, bədbin bir əhval-ruhiyyə özünü göstərir. Vaqif yaradıcılığındakı bu dönüşü aydın ifadə edən əsər onun "Görmədim" müxəmməsidir. Şairin ictimai məzmunlu əsərləri içərisində mühüm yer tutan bu müxəmməsi Məhəmməd bəy Cavanşirin hakimiyyəti illərində qələmə alınıb. Burada yaşadığı mühitdə həddindən artıq ədalətsizliklərə məruz qalan şairin etirazları, zəmanəsindən şikayətləri ifadə olunur:
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim...

Alimü cahil, müridi mürşidi şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,
Həqqi batil eyləmişlər, işlənir cürmü-kəbir,
Şeyxlər səyyad, abidlər abusən qəmtərir,
Heç kəsdə həqqə layiq bir ibadət görmədim...

Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahi rüxsarə nigah,
Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.
Molla Pənah Vaqif çəkdiyi acıları özü dərk edərək, qəzəbini lakonik ifadə edir.
Vaqif nə qədər şəhər mühitində yazıb-yaratsa da, onun şeirlərində kənddən gələn ifadələr daha mühüm yer tutur. Şair gözəl saydığı hər şeyi həyatla, təbiət zənginlikləri ilə müqayisədə verir. Onun şeirləri məna, məcaz, duyğu, düşüncə zənginliyi ilə yüklüdür. Bir kitabı dolduracaq dərinliyi və genişliyi olan fikirləri asanlıqla bir neçə misrada söyləmək Molla Pənah Vaqufdə görünür. Şairin gözəllik meyarı kənd təbiətidir. Onun
İxtilatı şirin, sözü məzəli,
Ellər yaraşığı, ölkə gözəli
adlandırdığı gözəllər "kəklik yerişli", "maral baxışlı", "şahmar saçlı" qızlardır ki, bu sifətlərin hamısı kənddən, xalq ədəbiyyatından gəlir. Məhz buna görədir ki, Vaqif yaradıcılığı şifahi xalq ədəbiyyatına da qüvvətli təsir göstərib. Şifahi xalq şeirindən gələn və Vaqifin yaradıcılığında yüksək bir zirvəyə qalxan həyatsevərlik XVIII əsr Azərbaycan poeziyasının ən böyük nailiyyəti və üstünlüyüdür. Vaqif Azərbaycan poeziyasının ən görkəmli liriklərindən biridir. Xalqçıdır, obrazlar zənginliyi, cilalanmış bədii sənətkarlıq, canlı və ifadəli dil, gerçəkliyi nikbin dərketmə - bütün bunlar Vaqifin yaradıcılıq simasının ən əhəmiyyətli xüsusiyyətləridir.
Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin xidməti böyükdür. O, heca vəznində yazdığı şeirlərdə xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla istifadə edib, onu ədəbi-bədii dil səviyyəsinə qaldırıb. Vaqifin şeirlərindəki realizm ünsürləri Azərbaycan poeziyasının inkişafına güclü təsir göstərib. Onun şeirlərində çox incəliklər sezildiyinə görə oxunduqca insana yenidən oxuma həvəsi verir.
Molla Pənah Vaqifin dövlət xadimliyi və şairliyi ona xalq içərisində böyük şöhrət qazandırıb. El arasında "hər oxuyan Molla Pənah olmaz" məsəli məşhurdur. Onun şeirlərinin bir qismi ilk dəfə M.J.Nersesovun tərtib etdiyi "Məcmueyi-divani-Vaqif və digər müasirin" kitabında toplanıb.Vaqif poeziyası XIX əsrdən rus, polyak, alman ədəbiyyatçılarının diqqətini cəlb edib.
J.V.Çəmənzəminlinin "Qan içində" romanı, Səməd Vurğunun "Vaqif" pyesi və R.Mustafayevin "Vaqif" operası şairə həsr edilib. Onun bir sıra şeirlərinə musiqi bəstələnib. Anadan olmasının 250 illik yubileyi ümumittifaq miqyasında keçirilib.
Gözəl şeir öz təravətinin heç bir zaman itirmir. Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərdə əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Əsrlərin imtahanından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələridir. Molla Pənah Vaqif də öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaradan sənətkarlardan biridir.
Fazil QARAOĞLU,
professor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ