Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ailə-məişət zorakılıqları haqda bil(mə)diklərimiz...

Image


"Əgər özünüzü islah edib dava-dalaşdan, kobud rəftardan çəkinsəniz, bu sizin öçün daha yaxşı olar"
"Ən-Nisa surəsi 128, 129-cu ayələr"

Son illərdə "Ailə-məişət zorakılıqları" ilə bağlı baş verənləri cinayət adlandırmaq o qədər də çətin deyil. Amma törədilən əməllər cinayətlərin anlayışı hüdudundan artıq kənara çıxır. Ailə-məişət zorakılıqları altında ancaq ictimai münasibətlərə zidd əməlin olduğu qənaətinə gəlsək, praktik olaraq problemin həllinə nail olmaq çətin olardı. Bu həm də ailə tərbiyəsinə, milli mənsubiyyətə, ictimai şüura və ictimai mədəniyyətə sığmayan, insan əxlaqına, islama və iman əhlinə yaraşmayan hərəkət və hərəkətsizlikdir.
Bu baxımdan, cəmiyyətə zidd davranışların formalaşmasının, determinoloji, müxtəlif səbəb və şəraitin öyrənilməsinə kompleks şəkildə yanaşmağa ehtiyac duyulur. Məsələ ilə dərindən maraqlananda zorakılıqların və amansızlıqların adi hala çevrildiyinin şahidi oluruq. Hər şeyin ailədən və məişətdən başlandığını görəndə dəhşətə gəlməmək olmur. Eyni hadisələri, eyni səbəbləri, eyni şəraiti, eyni mədəniyyəti və eyni səhnəni, tarixi görürsən: "görüşdük, tanış olduq - mübahisə etdik, təhqir etdi, vurdu, xəsarətlər yetirdi, döydü və yaxud ər arvadını öldürdü - onu həyətdəki su quyusunda basdırdı. Arvad ərini mətbəx bıçağı ilə doğradı. Qardaş bacını, oğul atasını öldürdü, qız anasını boğdu - qardaş qardaşı öldürdü və s. və i. a." Ağılagəlməz üsullarla il ərzində müxtəlif növ ağır və xüsusilə ağır cinayətlər baş verir. Məsələnin kökündə dövlətin himayəsində olan ailənin cəmiyyətin əsas özəyi kimi formalaşmaması, "kiçik dövlət" statusunu qoruyub saxlaya bilməməsi, mədəni səviyyənin, düşüncənin heyvana xas tərzdə inkişafı, (hamıdan üzr istəyirəm, sanki barbarlıq dövrünün sakinləridi) son illərdə isə ictimai qınağın olmaması, kollektiv rolunun görünməməsi, yerli orqanların və bəzi qurumların bu işdə biganəliyi durur. Profilaktik və xəbərdarlıq tədbirlərinin təsiri burada azdır. Bəlkə də, buna heç vaxt itirməyə dəyməz. Ailədə baş verən ağır hadisələrdən sonra xəbərdarlıq tədbirlərinin nə faydası ola bilər? Çünki, baş verənlər barədə dövlət orqanlarına məlumat sızmadığından, bəzən qonşuların da xəbərsiz olması profilaktik və xəbərdarlıq tədbirlərini kənara qoyur.
Mən deyərdim ki, məişət, son illərdə fəlsəfi və psixoloji anlamda səmərəsiz, faydasız həyat fəaliyyəti təəssüratını bağışlayır. Bu sahə şəxsiyyətin həyat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olsa da, ictimai həyatın əhəmiyyət kəsb edən formasıdır və məhz burada insan formalaşır, tərbiyə alır, davranışlarını qəlibə salır, həyati vacib tələbatlarını ödəyə bilir. Buradan da belə nəticəyə gəlmək olar ki, məişət özündə ailə - həyat (yaşayış - güzəran) münasibətlərini əks etdirən mədəni, nəzakətli, alturist davranışlar məcmusudur.
Kriminaloji nöqteyi - nəzərdən "məişəti" xarakterizə edən struktur elementlərin öyrənilməsi üçün iki əsas istiqamətə diqqət yönəlməlidir:
1. Şəxsiyyət - məişət; (ailə, qohumluq, dostluq, yoldaşlıq, qonşuluq münasibətləri)
2. İctimaiyyət - məişət; ( istehsalat və ictimai məişət, məişət xidmətləri, əxlaq və hüquq qaydaları və s).
Məişətdəki ünsiyyətin əsas forması ailədir. Ailədaxili əlaqələrin əsas elementi isə ailə - nikah münasibətlərinin hüquqi tənzimlənməsidir. Ona görə də, ictimai münasibətlərin bu sahədəki məcmusunu müəyyən edərkən yuxarıda qeyd etdiyim insanlar arasında (ailə üzləri, qonşular, dostlar, yoldaşlarla,iş kollektivi və s.) olan əlaqələri müəyyən etmək vacib şərtdir.
Məişət zorakılığı (evdəki və yaxud ailədəki zorakılıqlar) daha çox latent cinayətlər sırasına daxildir. Bu elə bir arzuolunmaz qaba hərəkətdir ki, ailə daxilində bir tərəfin (qohumun, ərin) başqa bir şəxs üzərində təkrar və zorakılıqlarla davam edən hərəkətləri anlaşılır. Qabalıq fiziki, psixolojı, seksual və ekonomik zorakılıqlarla da ifadə oluna bilər.
Adətən, məişət zorakılıqlarının gender cəhəti kimi kişilərin qadınlara qarşı törətdiyi psixi, fiziki, seksual və iqtisadi təhqirlərlə davam edən zorakılıqlar qəbul edilir.
Müxtəlif ölkələrin qanunvericiliyində məişət zorakılıqlarına görə cəzanın tətbiqi və ictimai səbrin dərəcəsi müxtəlif cürdür. Qərb ölkələrində və keçmiş SSRİ ərazilərindəki bəzi dövlətlərdə məişət zorakılıqları ayrı növ cinayətlər fəsli kimi qüvvədədir. Lakin RF - də bu növ cinayətlər üzrə qanun hələlik olmadığından, qanun layihəsi bu yaxınlarda Dövlət Dumasında müzakirəyə çıxarılıb.
Nəzəri və praktik baxımdan ailədə baş verən zorakılıqları aşağıdakı növlərə bölmək olar: Fiziki zorakılıq: Qurbanın üzərində birbaşa və ya yanakı təsir vasitələri ilə davam edən müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi, qançırların olması, şapalaqlama, evdəki əşyaların tullanması və s. (Bədən xəsarətləri məişət zorakılıqlarınin formalarından biridir.) Fiziki zorakılıqlara ilkin tibbi yardımın çağırılmasına mane olma, həyati vacib tələbatların ödənilməsinə imkan verməmə, qarşı tərəfi iradəsinə zidd spirtli və narkotik maddələrin qəbuluna məcbur etmə və s. daxildir. Psixoloji təsir vasitəsi kimi ailənin başqa üzvlərinə fiziki ziyanın yetirilməsi fiziki zorakılığın yanakı formasıdır.
- Seksual zorakılıq. (Bunu şərh etməyə lüzum görmürəm)
- Emosional zorakılıq - (psixoloji zorakılıq) Aldatma, təhqir etmə, davranışa nəzarət, təcrid etmə, qurbanın (təmasda) yaxın münasibətdə olduğu dairə ilə əlaqənin məhdudlaşdırılması, sorğu-sual etmə, şərləmə (şantaj) xəsarətlərin yetirilməsi ilə hədələmə və s. aid etmək olar.
- İqtisadi zorakılıq - ailənin maliyyə və digər imkanlarına nəzarət, qurbana yaşamaq üçün pulun az miqdarda ayrılması, fırıldağla pul almağa (qazanmağa) məcbur etmə. Bu növə təhsil almağa və işləməyə qadağa qoymaq, ailədə vəziyyətin gərginləşdirilməsinə şərait yaratmaq və s. daxildir.
Ümumiyyətlə, zorakılıqların dövri xarakter daşıması cəmiyyətin özünə xas cəhətlərindən biridir. Qənaətimə görə, ailədəki vəziyyət, mürəkkəb yaşam şəraitin müəyyən dövr(mütəmadi xarakter daşıması) ərzində davam etməsi, konseptual olaraq özündə bir neçə mərhələni ehtiva edir.
- İlkin olaraq ailədə gərginliyin artımla davam etməsi; Ailə üzvləri arasındakı münasibətlər, bir - birinə qarşı davranış tərzinin pozulması, narahatlıqlar və narazılıqların artaraq bəzən nəzarətdən çıxması, mövcud vəziyyəti məcrasına qaytarmaq imkanlarının tükənməsi və yaxud tərəflərin buna ehtiyac duymaması...
- Zorakılıqla müşayiət edilən insidentlərin baş verməsi. Danışıq tərzi amansız, emosional və ya fiziki gücün tətbiqi ilə xarakterizə olunur. Mübahisələr, qarşılıqlı ittihamlar, hədələr, qorxutmalar əsəbi həddə çatdırılır. Şərait nəzarətdən çıxır...
- Barışıq: - ər və yaxud arvad (ailənin başqa üzvü) amansızlıqla davam edən hərəkətin səbəblərini bir-birinə izah edir, üzr istəyir. Gərginliyin azalması müşahidə edilir.
Zəif cinsin (bəzən ailənin digər üzvünə qarşı) hadisələrin həddindən artıq şişirdilməsi ilə qınanılması "Milçəkdən fil düzəldirsən" - deyir və s.
- Münasibətlərdə sakit dövr ("Bal ayı") Zorakılıqla davam edən insidentlər unudulur. Qurban zorakılıq edəni bağışlayır, hərəkətlərindən peşmançılıq hissi keçirir, (daxilən-keçmiş olsun-deyir.,) özünə təsəlli verir. Bu, qara "bal ayı"da adlandırılır. Tərəflər arasında münasibətlər əvvəlki məcrasına yönəlir, bərpa olur. Belə münasibətlər dövrü ilkin mərhələni təkrarlasa da, uzun çəkmir.
Müddət ötdükcə mərhələ qısalır, amansızlığın yeni qığılcımlar radiusu genişlənir, ziyanın həcmi böyüyür. Belə mərhələdə qurban situasiyanı sərbəst tənzimləyə bilmir, özünü itirir...
Sual yaranır:
- Məişət zorakılıqlarından müdafiə olunmaq üçün nə etmək lazımdır?
Bir sıra ölkələrdə ailələrdəki zorakılıqların (şəraitin) aradan qaldırılması üçün hüquqi və psixoloji yardımlar təklif edən "böhran mərkəzləri", qaynar, pulsuz telefon xidmətləri fəaliyyət göstərir. Dünya təcrübəsində problemin, ailə zorakılıqlarının qarşısını almağa istiqamətlənən iki əsas yanaşma var: Restorativ (köməkçi vasitələr) yanaşma - ailənin qorunub saxlanması və münaqişənin tənzimlənməsinə yönəlmiş tədbirlər, məcburi tibbi və psixoloji proqramların həyata keçirilməsi, ictimai qınaq və s...
Digəri cəzalandırma metodudur.
Bu mərhələdə zorakılıqlara, habelə tərəflər arasında olan münasibətlərə xitam verilməsi üçün həyata keçirilən proqramlara start verilir. Cəzalandırma metodu bir çox ölkələrdə əsas tədbir vasitəsidir. Qanunvericilik bazası belə cinayətlərə görə məsuliyyətin dərəcələrini özündə əks etdirir.
Bəzi dövlətlərin qanunvericiliyində isə ailədəki zorakılıqların qarşısını almağa xüsusi normativ hüquqi aktlar qüvvədədir.
Ailədəki zorakılıqlara və bu problemə qarşı ictimayyətin səbr nümayiş etdirməsi, qınağın olmaması milli mədəniyyətin xüsusiyyətlərindən irəli gələ və hakimiyyət strukturlarnda bu sahəyə cavabdeh quramların səthi yanaşması ilə də izah oluna bilər və s.
Fransa yeganə dövlətdir ki, onun cinayət qanunvericiliyində ailə üzvlərini, hətta sözlə təhqir etməyə görə məsuliyyət nəzərdə tutulur. Qırğızıstan və Ukrayna dövlətlərində qanunvericilik bazası artıq qəbul edilib. Amma o qədər də işlək mexanizmə malik deyil. Qazaxıstan Respublikasında isə ailə zorakılıqlarınin profilaktikası ilə bağlı 2009-cu ildə qanun qəbul edilib. Belarusda 16 aprel 2014-cü ildə qəbul edilən qanun qaba hərəkətləri ilə ailə üzvlərini incidən və zərər yetirən şəxslərin mənzildən müvəqqəti - 3 gündən 30 günə qədər çıxarılmasına imkan verir. Qanunun qəbulundan sonra ailə zorakılıqlarının sayında azalma müşahidə olunub. Məs: 2013-cü il ərzində 1005 belə cinayət qeydə alınmışdısa, qanunun qəbulundan sonra - 2015-ci ildə bu rəqəm 842 fakta enib.
RF-də dövlətdaxili qanunvericilik bazası, qeyd etdiyim kimi, hələlik yoxdur. Federasiya 1948-ci il "Ümumdünya insan hüquqları bəyannaməsi" və 1992-ci il "Qadınlara qarşı bütün diskriminasiyanın - ayrıseçkilik hallarının qarşısının alınması" ilə bağlı beynəlxalq konvensiyanı rəhbər tutur. Rusiya qanunvericiliyi ailədə zorakılıq hallarının baş verməsi haqda məlumatın rəsmi daxil olmasına qədər şəxsi və ailə həyatına müdaxiləni yolverilməz hesab edir. Baş vermiş insidentlər üzrə cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun, yəni qəsdən vətəndaşların həyat və sağlamlıqları, onların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə görə məsuliyyət yaranır.
Təcrübə göstərir ki ailədəki zorakılıqlar bütün dünyada baş verir, ailənin maddi və sosial vəziyyətindən asılı olmayaraq mövcud müxtəlif mədəniyyətlərin səviyyəsinə xas yaranır. Ekspertlərin qənaətinə görə, ailədəki zorakılıqlara aid statistik rəqəmlər fraqmentar və (yarımçıq, natamam) çətin aşkar olunandır. Bəzən də gizli qalır. Rusiya Fedarasiyası DİN-in statistik məlumatına görə, hər il 14 min qadın həyat yoldaşının və yaxud yaxınlarının hərəkətlərindən dünyasını dəyişir. Məs: 2008-ci ildə ailədəki zorakılıqların nəticəsi olaraq 11 min qadın və 35 min kişi qətlə yetirilib. Analitiklərin mülahizələrinə görə, zorakılıqla müşayiət edilən cinayətlərin təxminən 40 % ailələrdə baş verir.
Azərbaycan Respublikasında 2015-ci il ərzində məişət zorakılığı ilə əlaqədar 2839 cinayət baş verib. Bu rəqəm, əvvəlki (2014-cü il) illərlə müqayisədə, 1238 fakt azdır. Hər halda, azalma müşahidə olunsa da, faktların coxluğu narahatlığa əsas verir. Düşünürəm ki, mədəniyyət və davranışları, düşüncələri və bilik səviyyələri fərqli olan cütlüklərdə, (belə ailələrdə) cinayyətin baş verməsi üçün zəmin yaranır. Bunu öncədən bilib adekvat, qabaqlayıcı tədbirlər görmək çətindir. Bu baxımdan, ailədə baş verən zorakılıqlar barədə məlumatlar ailənin tərkibindən (məcburi olaraq) sızdıqdan və yaxud rəsmi məlumatın daxil olmasından sonra araşdırmalara imkan yaranır. Bəzən isə belə araşdırmalar artıq gec olur, profilaktik və xəbərdarlıq tədbirləri əhəmiyyətini itirmiş olur.
Ümumiyyətlə, ailədəki zorakılıqlara məruz qalanların səhhətində psixi pozğunluqlar, özünü köməksiz vəziyyətdə hiss etmə, qurbanın anatomik səthində və daxilində zədəli stress halları müşahidə olunur. Belə şəxslərdə qidanın qəbulundan imtina etmək halları, alkoqolizmə, narkomanlığa və avaraçılığa meyl artmağa başlayır.
Cəmiyyət üçün insan həyatının itirilməsi, cəmiyyətin istehsalatda çalışan (çalışa bilən) üzvlərinin itkisi, dövlətin öz vətəndaşlarının - zərərçəkənlərin(qurbanların) reabilitasiya olunması, istintaq tədbirlərinin, məhkəmələrin keçirilməsinə və belə şəxslərin müalicəsinə - reabilitasiyasına büdcədən vəsaitin sərf edilməsi ilə nəticələnir.
Zorakılıqlar nəticəsində qısamüddətli fiziki xəsarətlər, həyəcanlı vəziyyət, qorxu (vahimə), depressiyada - ruhi sıxıntı vəziyyətində olmaq, seksual həyatın pozulması, uşaqlarda böyüklərə qarşı nifrət hissi yaşanır, təkrar ailə həyatı qurmaqdan yayınmaq, qadınlara qarşı (kişilərə qarşı) nifrət, psixi xəstəliklərə düçar olma, yaxınlarla münasibətdən vaz keçmək, yüksək risqli kriminal davranışlara meyl, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən istifadə etmək halları baş verir.
Zənnimcə, Azərbaycan Respublikası CM-də şəxsiyyət əleyhinə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəsilində sanksiyaları sərtləşdirməyə ehtiyac var.
Şəmsəddin Əliyev,
"Polisə Dəstək"
İB-nin sədri




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ