Abşeron rayon Təhsil Şöbəsi Gülnar Nəbi Çingiz kimi tanınan müğənninin Xırdalan şəhərindəki 17 saylı bağçaya müdir təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Trend-ə bildirib ki, Gülnar Nəbi Çingiz həmin bağçaya şöbənin Abşeron rayon İcra Hakimiyyətinə təqdim etdiyi namizədlik əsasında müdir təyin edilib.