Bazar ertəsi günü, 16 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Çöpçülük hələ də "tibb sahəsi", gəlir mənbəyi, həm də hepatit virusunun əsas yayılma mənbələrindən biri kimi...
Tarix: 26.05.2016 / 00:41
Bölmə: Sosial
Rasif Bağırov: "Hepatit virusunun geniş yayıldığı indiki dövrdə çöpçülərin yanına xəstə aparmaq çox təhlükəlidir"
Aysel Zeynalova: "Çöpçüyə fanatik münasibəti olan valideynlər var"
Sirr deyil ki, körpə uşağı olan valideynlərin üz tutduğu insanlardan biri çöpçüdür. Bəzən olur ki, uşaqda qızdırma, qarın ağrısı, nəfəsalmada problem olan kimi bir çox valideyn çöpçüyə üz tutur. Çöpçü isə üfürərək uşağın burnundan müxtəlif meyvə qabığı, tumu, kiçik sümük qırığı belə çıxarır. Hətta bəzən qəpik çıxaran çöpçülər belə olur.
Valideynlər isə əksər hallarda çöpçülərin daimi müştərisinə çevrilir. Nəticə olaraq bu gün çöpçülərin qazancı kifayət qədər yaxşıdır.
Çöpçülərin uşağın boğazında necə və hansı yolla çöp çıxarmasının şəxsən şahidi olmuşam. Doğmalarımın qonşuluğunda çöpçü Pakizə adlı qadın yaşayırdı. O qadının evinə gün ərzində 3 qadın uşağını gətirirdi ki, bəs onun uşağındı çöp qalıb. Bir gün bu prosesi izləmək üçün çöpçü qadının evinə getdim. Qohumlarımıza qonşu olduğundan, məni qəbul etdi və göz vuraraq dedi ki, bax gör bu iş əslində necə olur. Pakizə xalanın yanına gələn valideyn narahat halda dedi ki, bəs onun uşağının boğazında çöp qalıb. Çöpçü uşağın ağzına baxaraq dedi ki, bu dəqiqə o çöpü çıxardaram. Pakizə xala dedi ki, əlimi yuyum, gəlib uşağın boğazına rahat baxım. Qayıdandan sonra bir əli ilə uşağın boğazını basdı və o an körpə ağlamağa başladı, daha sonra çöpçü ağzını uşağın ağzına dayayaraq üfürdü və günəbaxan tumunu əlinə alıb valideynə uzatdı ki, uşağın boğazında qalan tum imiş... Bunlar çöpçüyə müəyyən məbləğdə pul verərək evdən ayrıldılar. Daha sonra çöpçüdən uşağın boğazında çöpün necə qala bilməsini soruşdum. O mənə cavabında dedi ki, uşağın boğazı gəlir və o heç nə yeyə bilmir. Valideyn elə bilir ki, boğazında nəsə qalıb: "Belə müştərilərin gələcəyini bildiyimiz üçün daim tədarüklü olmalıyıq. Evdə mövsümə aid olan meyvələrin dənələrini, tumlarını, dilimlənmiş ət, qoz, fındıq və kağız qırıntılarını hazır saxlayırıq. Birdən müştəri gələndə tez əlimizi yumaq adı ilə onların yanından ayrılıb dilin altına bu sadaladıqlarımdan birini qoyuram. Daha sonra uşağın boğazını basıram. Bəllidir ki, boğazı gələn istənilən adamın boğazı basılsa, o qismən rahatlayır. Boğazı basandan sonra ağzımı uşağın ağzına dayayıb üfürürəm. Üfürən zaman dilimin altında saxladığım qırıntını çıxarıb valideynə göstərirəm ki, bax, uşağın boğazında bu qalıb. Uşaqların sakitləşməsinin səbəbi isə boğazın basılması ilə bağlıdır".
Bu gün onlarla belə çöpçü var. Təəssüf ki, bu gün valideynlərin, demək olar ki, bir qismi çöpçüyə inanır və övladlarını həkimə deyil, tibbi savadı olmayan çöpçüyə aparır.
Pediator Aysel Zeynalova bizimlə söhbətində bildirdi ki, təbabətdə yuxarı tənəffüs yollarının yad cisimləri deyilən anlayış var: "Burun-udlaqda xırda ciblər var və buraya yad cisimlər düşə bilər. Onu tibbi yolla xaric edirlər. Bu, həkimin əlində təxminən bir dəqiqəlik işdir".
Həmsöhbətimizin sözlərinə görə, çöpçüyə fanatik münasibəti olan valideynlər var: "Belə valideynlər uşağın qarnı ağrıyanda belə çöpçüyə qaçır. Deyirlər ki, çöpünü çıxarandan sonra uşağın qızdırması düşdü, qarın ağrısı kəsdi. Yad cisim düşdüyü xırda ciblərdə mütləq iltihabi proses yaratmalıdır ki, qızdırma qalxsın. Çöpçü də tutaq ki, yad cismi üfürüb çıxardı. Amma o yeri müalicə etmədiyinə görə iltihab orada qalır. Qızdırma yaradan səbəb iltihabdırsa, gərək iltihab müalicə edilsin. Bir sözlə, tibbi baxımdan bunun izahı yoxdur. Bu, mistik, mifik bir şeydir".
Pediatr onu da əlavə etdi ki, çöpçülərin ağız boşluğunun infeksiyalarından təmiz olması barədə valideynlər necə əmin ola bilər: "Onlar infeksiyanı birbaşa uşağın ağzına, ya da burnuna ötürür. Buna görə çöpçüdən çıxanda uşağın vəziyyətinin ağırlaşması mümkündür. Çünki çöpçünün sayəsində uşağın orqanizminə əlavə infeksiya düşür, əlavə müdaxilə olunur".
Tibb sahəsi üzrə mütəxəssis Rasif Bağırov çöpçülüyün heç bir elmi əsası olmadığını bildirdi: "Hepatit virusunun geniş yayıldığı indiki dövrdə çöpçülərin yanına xəstə aparmaq çox təhlükəlidir. Çöpçülər çox asanlıqla belə şəxslərə müxtəlif xəstəliklər yeridə bilər, çünki çöpçülərin istifadə etdiyi alətlərin harada, necə sterilizə olunması sual altındadır. Bu işlə məşğul olanların əksəriyyəti təhsili olmayan, avam insanlar olur. Buna görə də məsləhət görərdim ki, insanlar bu cür aldatma üsullarından istifadə etməsin. Ölkədə kifayət qədər qulaq-burun-boğaz həkimi var ki, bunlar müxtəlif müasir texnika ilə, alətlərlə, kameralarla, qırtlağa, boğazın bütün ətrafına baxmaq, müalicə etmək, oradakı yad cisimləri görmək, lazım olarsa, çıxarmaq imkanlarına malikdir. Ona görə də çöpçülərə müraciət etmək qətiyyən düzgün deyil. Onlar heç əlcəkdən də istifadə etmir. Adi suda yuduğu əlləri ilə birbaşa xəstənin boğazına müdaxilə edirlər. İnsan boğazı isə hər cür infeksiyalara həssasdır".
Günel CƏLİLOVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
Tarix: 15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
Tarix: 14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
Tarix: 14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
Tarix: 13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
Tarix: 13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
Tarix: 13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
Tarix: 13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
Tarix: 13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
Tarix: 13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
Tarix: 13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Tarix: 13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...
Tarix: 12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...
Tarix: 12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
SON XƏBƏRLƏR
15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...
15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
- Prezident
15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi
15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib
15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı
– qırıcılar havaya qaldırıldı...
15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq
- razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...
15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır"
- Media və Yayım Şurası
15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...
15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı...
Uşaqların sənədləri illər sonra dəyişdirildi...
15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir
- Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...
15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı...
Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...
15.11.2026 / 13:14
İranın nə qədər raketi var?...
ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...
15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq
- Azərbaycanı nələr gözləyir...
15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...
15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...
15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi
15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib
15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək
– Ağ Evdə qapalı müzakirələr gedir...
15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib"
- Vüqar Rəhimzadə
15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...
14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun
- Zelenski detalları açıqladı...
14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı
14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi
- icazə vermirlər...
14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək
– tarix açıqlandı...
14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq”
- Paşinyan
14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...
14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...
14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı
14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı
İFŞA OLUNDU...
14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...
14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı
14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı
- naməlum dron ordunu ayağa qaldırdı...
14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...
14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...
14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu
13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı
- sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...
13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi
- xəstəxana və banklar təhlükədə...
13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...
13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi
- Moldovanın parçalanması da gündəmə gətirildi...
13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
- FOTO
13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir...
Qəribəlik...
13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər
- NATO-ya dağıdıcı təhlükəsi...
13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı
- VİDEO
13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...
13.11.2026 / 19:15
İşdə məhəbbət macərası
- DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu
13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...
13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri
- Dublin zirvəsi perspektivi göstərdi...
13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı
13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir
- Əliyev Avropa zirvəsində...
13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi -
uğursuzluğun səbəbi...
13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar -
Rusiyadan gələcək təhlükələrə qarşı
13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi
- "Kabinetimə gəlib ağlayırlar"
13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb....
Niyə?
13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı
13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var
- Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...
13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?”
– Anar parlamentdən kömək istədi...
13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...
13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb -
hələlik kənar müdaxilə yoxdur...
13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?
13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində -
ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...
13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...
13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...
13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir:
“paket maaş” ın taleyi həll olunur...
13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...
13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi
- İranla yeni müharibəyə hazır olun...
13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı
13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi
- valideynlər, müəllimlər həyəcan təbili çalır...
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ